Ana səhifə »  Siyasət »  Azərbaycan 2018-ci ilin birinci yarısında öz dinamik inkişaf templərini saxlayıb
A+   Yenilə  A-
Azərbaycan 2018-ci ilin birinci yarısında öz dinamik inkişaf templərini saxlayıb

Prezident İlham Əliyev: Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır
Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, meydana çıxan çağırışları və strateji hədəfləri məharətlə uzlaşdırması sayəsində praqmatik siyasət həyata keçirir. Bu zaman milli maraqlar əsas götürülür və ilk növbədə ölkənin güclü potensialına, müsbət reallıqlarına istinad edilir. Beləliklə, müstəqil respublikamızda nümunəvi inkişaf modeli formalaşıb. Bir sıra spesifik cəhətləri ilə fərqlənən bu inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, beynəlxalq səviyyəli reytinq agentlikləri respublikamızın əldə etdiyi nailiyyətlərə istinad edərək perspektiv inkişafla bağlı müsbət proqnozlar veriblər. O cümlədən nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə, inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur.
Təbii ki, Azərbaycan bütün dünya miqyasında təqdir edilən inkişaf göstəricilərinə, necə deyərlər, hansısa bir sehrli çubuğun sayəsində nail olmayıb. Nailiyyətlərin, uğurlu inkişafın arxasında bir sıra fundamental amillər dayanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizin inkişafını şərtləndirən amillərə xüsusi diqqət çəkib. “Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik”, - deyə dövlət başçısı vurğulayıb.
2018-ci ilin birinci yarısında qarşıya qoyulmuş bütün vəzifələr icra edilib
Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin səciyyəvi cəhəti ondan ibarətdir ki, məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafı davamlı xarakter daşıyır. Son 15 ildə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub.
Deyilənlər baxımından, 2018-ci ilin birinci yarısı da istisna təşkil etməyib. Prezident İlham Əliyevin 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “İlin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi”.
Ölkəmizdə milli iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən də qeyri-neft sektoru üzrə inkişaf dinamikası daha yüksək səviyyədədir. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb.
Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Qısa müstəqillik tarixində Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxarması qürurverici haldır. Hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır.
Müstəqillik illərində Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün halqalarını özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 45-ə çatdırmaq hədəflənib. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Ölkədə qeyri-neft iqtisadiyyatının inkişafına göstərilən dəstək tədbirləri öz müsbət nəticələrini verir. Bunu 2018-ci ilin arxada qalan 6 ayının göstəriciləri də təsdiqləyir. Cari ilin birinci yarısında respublikamızda neftdənkənar iqtisadiyyat üzrə daha yüksək göstəricilər əldə olunub. Belə ki, son 6 ayda ölkə üzrə əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, o cümlədən qeyri-neft sənayesi üzrə 69 faiz artıb. Cari ilin birinci yarısında ölkədə qeyri-neft iqtisadiyyatının ayrı-ayrı istiqamətləri üzrə əldə olunan göstəricilərdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev deyib: “Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.
Kənd təsərrüfatı 7,6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir”.
Ümumiyyətlə, cari ilin əvvəlindən etibarən respublikamızın müsbət reallıqları daha da artıb. Aprelin 11-də ölkəmizdə cəmiyyətin yüksək fəallığı şəraitində keçən və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin inamlı qələbəsi ilə başa çatan prezident seçkiləri xalq-iqtidar həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. May ayında Azərbaycan Ordusu Naxçıvanda daha bir uğurlu əməliyyat keçirərək 26 il ərzində düşmən nəzarəti altında olan Günnüt kəndini və minlərlə hektar torpaq sahəsini işğaldan azad etdi. İyun ayında keçirilən hərbi paradda ordumuzun arsenalında olan müasir silahların bir hissəsi nümayiş etdirildi. Cari ilin birinci yarısında Cənub Qaz Dəhlizi, TANAP kimi enerji layihələrinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bəhs olunan enerji layihələri Azərbaycanın Avropanın enerji təchizatında rolunu daha da artıracaq.
Strateji valyuta ehtiyatlarının artması Azərbaycanın uğurlu inkişafının daha bir mühüm göstəricisidir
Müstəqillik illərində Azərbaycanın inamlı inkişafını həmçinin bütün ölkə boyu reallaşdırılan genişmiqyaslı quruculuq-abadlıq işlərinin, infrastruktur layihələrinin timsalında izləmək mümkündür. İlin birinci yarısında ölkə ərazisində infrastruktur quruculuğu ilə bağlı işlər intensiv şəkildə davam etdirilib. Son 6 ayda xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib. Bu dövrdə ayrılmış vəsait hesabına paytaxtda və regionlarda 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib. Ölkədə qazlaşdırmanın səviyyəsinin 95 faizə çatdırılması məqsədilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb. Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib.
Qeyd olunan istiqamətlərdə infrastruktur layihələrinin həyata keçirilməsinə böyük həcmlərdə investisiyalar yönəldilib. Bununla paralel şəkildə respublikamız həm də özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, qlobal çətinliklər şəraitində də özünün strateji valyuta ehtiyatlarını ilbəil artırır. Belə ki, son 15 ildə respublikamızın strateji valyuta ehtiyatları 23 dəfə artıb və tədiyyə balansında profisit yaranıb. Hazırda respublikamız ümumi daxili məhsul həcmində strateji valyuta ehtiyatlarına malikdir. Azərbaycanın ÜDM həcmində strateji valyuta ehtiyatlarına malik olması bütün dünya miqyasında ən yaxşı göstəricilərdən biri kimi qiymətləndirilir. Ölkəmiz ardıcıllıqla reallaşdırılan siyasət sayəsində cari ilin birinci yarısında da strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “İlin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik”.
Strateji valyuta ehtiyatlarının artması ilə yanaşı, ölkəyə həm daxili, həm də xarici mənbələrdən böyük həcmlərdə investisiyaların cəlb edilməsi də Azərbaycanın maliyyə imkanlarının genişlənməsinə öz müsbət təsrini göstərir. Ötən 15 ildə müxtəlif mənbələrdən respublikamıza 230 milyard dollardan artıq sərmayələr yönəldilib. Ölkəmizin investisiya cəlbediciliyi cari ilin 6 ayında da yüksək səviyyədə olub. Belə ki, bəhs olunan dövrdə müxtəlif mənbələrdən respublikamıza altı milyard dollar investisiya yönəldilib.
Aparılan islahatlar ölkənin inkişafına müsbət təsir göstərir
Bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Qabaqcıl dünya təcrübəsinin, innovativ metodların, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar post-neft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Tətbiqinə başlanıldığı qısa müddətdə sahibkarlarda təşviq mexanizminə böyük maraq yaranıb. Nazirlər Kabinetinin iclasında bildirildiyi kimi, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində həmçinin daxili istehsalın dəstəklənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. İndiyədək qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 80-dən çox məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib.
Yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi isə biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Belə ki, respublikada Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb. Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə “Lisenziyalar və icazələr” portalı yaradılıb.
Bütövlükdə, ölkədə aparılan islahatların miqyası kifayət qədər genişdir. Əlamətdar haldır ki, aparılan islahatlar artıq öz bəhrəsini verir. Son illərdə ölkəmizdə aqrar sektorda, qeyri-neft sənayesində istehsal və ixrac imkanları əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev aparılan islahatların səmərəliliyindən məmnunluq ifadə edib. “Son illər ərzində apardığımız islahatlar öz gözəl bəhrəsini vermişdir. Əgər biz bu islahatları aparmasaydıq, bu qədər böyük iqtisadi uğurlara çata bilməzdik”, - deyə dövlət başçısı bildirib.
Ölkəmizdə islahatlar kursu bundan sonra da davam etdiriləcək. İslahatların dərinləşdirilməsi, narahatlıq yaradan bəzi mənfi halların aradan qaldırılması inkişafın davamlılığının təmin edilməsi baxımından çox önəmlidir. Nazirlər Kabinetinin iclasında qeyd edildiyi kimi, iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir. Bu şəffaflıq imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektorumuza xarici sərmayələr daha böyük həcmlərlə qoyulsun. Dövlət başçısı nəzərə çatdırıb ki, son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır.
Ölkədə aparılan siyasətin səmərəliliyinin təmin edilməsi baxımından institusional islahatlar böyük önəm daşıyır. Respublikada indiyədək müvafiq kadr dəyişiklikləri aparılıb və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyev prinsipial mövqeyini ifadə edərək bildirib ki, ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacaq. “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün”, - deyə dövlət başçısı vurğulayıb.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl respublikanın elektroenergetika sistemində yaşanan problemlə bağlı da ciddi narahatlığını ifadə edib. Dövlət başçısı bildirib ki, baş verən hər hansı bir qəza bütövlükdə sistemin çökməsinə səbəb olmamalıdır. Hazırda müvafiq komissiya Mingəçevir İES-də baş verən qəzanın səbəblərini araşdırır. Günahkarlar cəzalandırılacaq. Ancaq gələcəkdə elə bir mexanizm yaradılmalıdır ki, Azərbaycanın enerji sistemi ən müasir əsaslarla idarə olunsun.
Respublikamızda davamlı iqtisadi inkişaf güclü sosial siyasətlə tamamlanır
Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq respublikamızda davamlı iqtisadi inkişaf güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyev dəfələrlə nəzərə çatdırıb ki, respublikamızda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Azərbaycan özünün dərin məzmunlu sosial siyasətinə cari ilin birinci rübündə də sadiq qalıb. Respublikada insanların rifah halının yaxşılaşdırılmasına yönələn yeni təşəbbüslər irəli sürülür, bütün sosial proqramlar uğurla yerinə yetirilir. 2018-ci ilin dörd ayında iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 37,7 faizi və ya 2250,8 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Milli Məclisin cari il iyunun 29-da keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklərə əsasən dövlət büdcəsinə cəlb ediləcək vəsaitin də müəyyən hissəsinin məhz sosial sahəyə yönəldilməsi nəzərdə tutulub. Bəhs olunan dəyişikliklərə əsasən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 1.3 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu fakt bir daha təsdiqləyir ki, ölkəmizdə sosial sferanın dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilməsi davamlı səciyyə daşıyır.
Nazirlər Kabinetinin iclasında bildirildiyi kimi, cari ilin birinci yarısında ölkədə əhalinin gəlirləri 9,3 faiz artmaqla inflyasiyanı 6,3 faiz üstələyib. Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artıb. Ölkədə sosial təyinatlı infrastruktur quruculuğu da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev respublikada sosial infrastruktur quruculuğu ilə bağlı bütün işlərin plan üzrə getdiyini nəzərə çatdıraraq deyib: “Sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Altı xəstəxana istifadəyə verilməlidir”.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev həmçinin sosial təminat sahəsində ciddi islahatlar aparılmasının zəruriliyini diqqətə çatdırıb. Bu sahədə şəffaflıq, sosial ədalət tam təmin olunmalıdır. İclasda belə bir vacib məqam diqqətə çatdırılıb ki, sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Əsas məsələ isə ondan ibarətdir ki, dövlətin aztəminatlı insanlara ayırdığı yardımlar ədalət prinsipi əsasında bölüşdürülsün. Yardımları doğrudan da ehtiyacı olanlar almalıdırlar. Yardıma ehtiyacı olmayanlar isə bundan imtina etməlidirlər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1560  |  
  • Tarix:  11-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyeva: MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir

18:28
21 İyul
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:07
21 İyul
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları baxımından olduqca önəmlidir
17:07
21 İyul
Qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqlar verilib
17:05
21 İyul
Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları təltif olunub
17:03
21 İyul
Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
17:01
21 İyul
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşib
17:00
21 İyul
Siyasi ekspert: Azərbaycan Prezidentinin Fransaya səfəri böyük əhəmiyyətə malikdir
16:57
21 İyul
Gövhər Baxşəliyeva: Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur
16:55
21 İyul
Hadi Rəcəbli: Ölkəmizdə yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir
16:26
21 İyul
“The Jerusalem Post”: Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri strateji xarakter daşıyır
16:23
21 İyul
Kənd Təsərrüfatı Nazirliyi: 17 regionda imtahan-qeydiyyat məntəqələri yaradılıb
16:16
21 İyul
Şəmsəddin Kuzenci: Azərbaycan dövləti mətbuata xüsusi diqqət göstərir
15:17
21 İyul
Fransalı jurnalist Azərbaycan qadınının cəmiyyətdə yeri və rolundan yazıb
14:10
21 İyul
X Qəbələ Beynəlxalq Musiqi Festivalını proqramı açıqlanıb
13:18
21 İyul
Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 31 faizinin icrası tamamlanıb
13:16
21 İyul
Moldova Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib
12:05
21 İyul
Bakıda Beynəlxalq Media Forumu keçirilir
12:03
21 İyul
Bəhruz Həsənov: Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq
11:34
21 İyul
Səfir: Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb
11:23
21 İyul
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu təqdim olunub
11:22
21 İyul
Vüqar Səfərli: Dövlət mətbuata hərtərəfli diqqət göstərir
11:19
21 İyul
Əflatun Amaşov: Azərbaycan milli mətbuatı ötən 143 ildə çətin və şərəfli yol keçib
10:51
21 İyul
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına bir il qalıb
10:32
21 İyul
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
10:25
21 İyul
Bəhruz Quliyev: Birinci vitse-prezident Mehriban Əliyeva MDB DİN rəhbərlərinə sabit və inkişaf edən Azərbaycanın həqiqətlərini çatdırdı
10:22
21 İyul
Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır
10:15
21 İyul
Milli Məclisin deputatları Riqada seminarda iştirak edəcəklər
17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
11:27
20 İyul
Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:08
20 İyul
Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA