Ana səhifə »  Siyasət »  Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
A+   Yenilə  A-
Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanda səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) regional nümayəndəsi Yohannes van der Klauvun başçılıq etdiyi nümayəndə heyəti iyulun 10-da Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla görüşüb.
AZƏRTAC xəbər verir ki, BMT kimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini dəstəklədiyini yüksək qiymətləndirən Baş nazirin müavini bildirib ki, ölkəmizdə bütün sahələrdə bundan sonra da inkişafın təmin olunması üçün səylər davam etdiriləcək.
Əli Həsənov deyib ki, son illər dünyanın müxtəlif regionlarında baş verən fövqəladə hadisələr narahatlıq doğurur. Ölkələrin bir-birinin ərazisini işğal etməsi, insanların evlərindən didərgin düşməsi, qaçqın həyatı yaşaması qlobal məsələlərdəndir. Getdikcə dərinləşən və bəşəriyyəti yeni-yeni faciələrə sürükləyən dəhşətli hadisələrin qarşısı alınmazsa, daha pis nəticələrlə üz-üzə qalacağıq.
Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı insanların öz doğma yurdlarından zorla didərgin salınmasına səbəb olub. Bu problem 25 ildən çoxdur ki, həllini tapmır. Münaqişə nəticəsində ölkəmizdəki qaçqın və məcburi köçkünlərin sayı 1 milyondan çoxdur.
Əli Həsənov ölkəmizin ən çətin anlarında BMT QAK-ın Azərbaycan hökumətinə yardımlarından danışaraq deyib: “Biz heç zaman unutmuruq, Azərbaycanda qaçqın böhranı yaşananda sizin qurum bizə çox kömək göstərdi. Təşəkkür edirik. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində biz o böhrandan çıxa bildik. Bu gün isə Ümummilli liderin davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada tanınan və öz dəst-xətti olan ölkələr sırasında qərarlaşıb. Məcburi köçkünlərin problemlərini daim nəzarətdə saxlayan dövlətimizin başçısı onların sosial qayğılarının həlli ilə bağlı Azərbaycan modeli yaradıb. Son zamanlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görür. Bu tədbirlər nəticəsində bu il 100-cü qəsəbə tikilir və ilin sonunda məcburi köçkünlərin mənzillə təminatı 57 min 500 ailə və ya 290 min nəfər olacaq. Dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradıb. Evlər, qəsəbələr tikilib, köçkünlərin istifadəsinə verilib. Bu işlər davam etdirilir”.
Baş nazirin müavini nümayəndə heyətinin tərkibində yer alan tanınmış yaponiyalı alim, Nansen Qaçqın Mükafatı laureatı doktor Akio Kanaiyə də təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı səhifəmiz olan Aprel döyüşləri nəticəsində azad olunmuş Cocuq Mərcanlı və həmin ərazidə yeni inşa edilmiş qəsəbədə məskunlaşan məcburi köçkün ailələrinə doktor Kanaiyə verilən mükafatların vəsaiti hesabına kənd təsərrüfatı texnikasının alınaraq onların istifadəsinə verildiyini söyləyib. Son 13 ildə məcburi köçkünlər və aztəminatlı ailələrə təmənnasız 54 minədək eynək paylandığını, 28 min nəfərdən çox insanın isə pulsuz müayinədən keçirildiyini diqqətə çatdırıb. Əli Həsənov, həmçinin son günlər Yaponiyada güclü yağışlar nəticəsində baş vermiş insan tələfatından kədərləndiyini bildirib.
Qeyd edək ki, doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda “Fuji” humanitar missiyasının altı optometrist mütəxəssisindən ibarət heyəti məcburi köçkünlərin, aztəminatlı ailələrin və şəhid ailələri üzvlərinin görmə qabiliyyətini pulsuz müayinə edib və onlara optik eynəklər paylayıb.
BMT QAK-ın regional nümayəndəsi Yohannes van der Klauv, öz növbəsində, Azərbaycanda reallaşdırılan layihələri yaxından izlədiklərini deyib. Qonaq qaçqın və məcburi köçkünlərin güzəranının yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiklərini bildirib və hər zaman dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Əli Həsənov deyib ki, bu yaxınlarda Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı çıxışında son 15 il ərzində Ermənistanın cinayətkar rejim tərəfindən idarə olunduğunu bütün tədbirlərdə dediyini və bunun artıq erməni xalqı tərəfindən də təsdiq edildiyini, Ermənistanın yeni rəhbərliyinin bunlardan düzgün nəticə çıxaracağına və problemin həlli üçün konstruktiv mövqe tutacağına ümid etdiyini bildirib. Həmçinin Prezident Nazirlər Kabineti qarşısında yeni strateji istiqamətlər müəyyənləşdirib: islahatlar davam etdirilməli, iqtisadi, maliyyə sektorunda, vergi, gömrük sistemlərində şəffaflıq təmin olunmalı, dövlət xərclərinə nəzarət, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana yeni təyin olunan nümayəndəsi Quido Ambrosonun da iştirak etdiyi görüşdə digər məsələlər müzakirə edilib.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  11-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyeva: MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir

18:28
21 İyul
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:07
21 İyul
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları baxımından olduqca önəmlidir
17:07
21 İyul
Qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqlar verilib
17:05
21 İyul
Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları təltif olunub
17:03
21 İyul
Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
17:01
21 İyul
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşib
17:00
21 İyul
Siyasi ekspert: Azərbaycan Prezidentinin Fransaya səfəri böyük əhəmiyyətə malikdir
16:57
21 İyul
Gövhər Baxşəliyeva: Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur
16:55
21 İyul
Hadi Rəcəbli: Ölkəmizdə yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir
16:26
21 İyul
“The Jerusalem Post”: Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri strateji xarakter daşıyır
16:23
21 İyul
Kənd Təsərrüfatı Nazirliyi: 17 regionda imtahan-qeydiyyat məntəqələri yaradılıb
16:16
21 İyul
Şəmsəddin Kuzenci: Azərbaycan dövləti mətbuata xüsusi diqqət göstərir
15:17
21 İyul
Fransalı jurnalist Azərbaycan qadınının cəmiyyətdə yeri və rolundan yazıb
14:10
21 İyul
X Qəbələ Beynəlxalq Musiqi Festivalını proqramı açıqlanıb
13:18
21 İyul
Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 31 faizinin icrası tamamlanıb
13:16
21 İyul
Moldova Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib
12:05
21 İyul
Bakıda Beynəlxalq Media Forumu keçirilir
12:03
21 İyul
Bəhruz Həsənov: Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq
11:34
21 İyul
Səfir: Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb
11:23
21 İyul
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu təqdim olunub
11:22
21 İyul
Vüqar Səfərli: Dövlət mətbuata hərtərəfli diqqət göstərir
11:19
21 İyul
Əflatun Amaşov: Azərbaycan milli mətbuatı ötən 143 ildə çətin və şərəfli yol keçib
10:51
21 İyul
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına bir il qalıb
10:32
21 İyul
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
10:25
21 İyul
Bəhruz Quliyev: Birinci vitse-prezident Mehriban Əliyeva MDB DİN rəhbərlərinə sabit və inkişaf edən Azərbaycanın həqiqətlərini çatdırdı
10:22
21 İyul
Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır
10:15
21 İyul
Milli Məclisin deputatları Riqada seminarda iştirak edəcəklər
17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
11:27
20 İyul
Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:08
20 İyul
Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA