Ana səhifə »  Siyasət »  Zəriflik və nəciblik simvolu
A+   Yenilə  A-
Zəriflik və nəciblik simvolu
Bu gün mən unudulmaz bir insanın adını xatırlamaq istərdim. Elə bir insanın ki, artıq uzun illər aramızda olmasa da, ədəbiyyatımızın, mədəniyyətimizin, elmimizin, onu sevənlərin yaddaşında yaşayır. Oktyabrın 10-u XX əsrin tanınmış ziyalılarından biri, böyük şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür. Aida xanımın doğum günü təkcə onun övladları, yaxınları üçün deyil, bütün elmi ictimaiyyət, bütün qadınlarımız üçün əlamətdar bir tarixdir. Ən yüksək insani keyfiyyətlərin bir nəfərdə toplanması çox nadir hal olsa da, belə adamların varlığı bizi həmişə sevindirib. Aida İmanquliyeva da belə ziyalılardan olub.
Onun adının qarşısında bütün yaxşı, meyar ola biləcək insani xüsusiyyətləri yazmaq olar; gözəl insan, qayğıkeş ana, zərif xanım, vəfalı ömur-gün yoldaşı, sədaqətli dost, məhsuldar alim, əsl vətəndaş və s. Onu yaxından tanıyanlar təsdiq edirlər ki, bu nəcib xanımı bircə dəfə görüb ünsiyyət quran kəs ömrüboyu onu unuda bilmirdi. Bəlkə də ona görə ki, Aida xanımın zahiri və daxili gözəlliyi bir-birini ahəngdar surətdə tamamlayırdı. ötən əsrin böyük ziyalıları Mir Cəlal Paşayevin və Nəsir İmanquliyevin ocaqlarında böyüyən, Püstə xanımla Gövhər xanımın mənəviyyatından güc alan Aida xanım başqa cür ola da bilməzdi.
Orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib aspiranturaya qəbul olunan Aida İmanquliyeva müdafiə etdiyi “Qələmlər cəmiyyəti və Mixail Nüaymənin yaradıcılığında onun rolu”  mövzusunda namizədlik dissertasiyası ilə müsəlman aləmində ilk qadın şərqşünas alim kimi özünü təsdiqlədi. Onun çətin tədqiqatlarının, ağır zəhmətinin bəhrəsi olan “Qələmlər cəmiyyəti və Mixail Nüaymənin yaradıcılığında onun rolu”, “çubran Xəlil çubran” əsərləri şərqşünaslıq tarixinin inciləri hesab olunur. Aida xanım İmanquliyevanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə yüzlərlə kitab və monoqrafiya, tərcümə və elmi məqalələr toplusu nəşr olunmuşdur. O, ərəb - Azərbaycan, Kərkük - Azərbaycan ədəbi - mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş, yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə qədim Şərqə tükənməz sevgisini sübut etmişdir. Aida xanım sovet siyasətinin məhdudiyyətlərinə baxmayaraq Azərbaycanın fəal xarici elmi əlaqələrinin yaradılmasına, dünya elmi ictimaiyyətinə tanıdılmasına nail olmuşdu. Onun elmi araşdırmaları ərəb filoloqları, ərəb ədəbiyyatı tədqiqatçıları, bütün dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilir və indi də diqqət mərkəzindədir.
Bu mövzuların belə yüksək səviyyədə işlənməsi tək Azərbaycanda deyil, bütün Şərq aləmində böyük elmi hadisə idi. Aida xanım bu sanballı elmi işi ilə ərəb ədəbiyyatına, eyni zamanda, vətəninə, xalqına müqəddəs münasibətini bildirirdi. İstedadlı ədəbiyyatşünas, mahir tərcüməçi, gözəl natiq olan Aida xanım həm də böyük mütəfəkkir, görkəmli ictimai xadim, müdrik filosof idi. Qələmə aldığı irili-xırdalı bütün əsərləri-məqalələr, monoqrafiyalar, konfrans və simpoziumlardakı çıxışları bu alimin əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil bir şəxsiyyət olduğunu bir daha təsdiq edir.
Aida xanım novator bir alim kimi yalnız öz gücünə, qüvvəsinə arxalanaraq cəmiyyətdə nüfuzlu mövqe tutmuş, bütün uğurlara zəhməti sayəsində nail olmuşdur. Qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını elədi. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının daha da təkmilləşdirilməsi üçün əlindən gələni əsirgəmədi.
Aida xanımı tanıyanların onun haqqında çox xoş xatirələri var.  Dərs dediyi tələbələr onun haqqında canlı əfsanə kimi danışırlar. Onlar bu qadının gözəlliyinin vurğunu idilər. Hələ də danışırlar ki, yerişi, geyimi, saç düzümü, davranışı və rəftarı, mühazirə oxumağı, bir sözlə, bütün varlığı tələbələrini heyran etmişdi. Hər hərəkətində kübarlıq, nəciblik vardı.
O zərif, incə görkəmindəki əzəmət, vüqar ona çox yaraşırdı! Aida xanım şahanəliyi, kübarlığı ilə hamını cəlb edirdi. Tanrı heç nəyi əsirgəməmişdi ondan; zahiri görünüş, ağıl, alicənablıq, şəxsiyyət olmaq, özünə tələbkarlıq, ailəsinə tükənməz məhəbbət...
ömür-gün yoldaşı Arif müəllimlə birlikdə qızları Nərgiz xanımı, Mehriban xanımı istədikləri kimi - öz soy-köklərinin adına, tarixinə layiq böyütdülər. Aida xanım bu dünyadan vaxtsız köçsə də, böyük ürəyi, təmənnasız yaxşılıqları ilə, qoyub getdiyi zəngin elmi-ədəbi irsi ilə bu gün də bizimlədir. Əsası halallıqla qoyulmuş ailənin övladları da halal, pak yaşamalıydılar. O, qızlarını da özü kimi vətənpərvər, torpağına, yurduna bağlı, süfrəsi açıq əsl ziyalı kimi görmək istəyirdi. Buna görə də övladlarına ailəyə bağlılığı, doğmalarının və bütün insanların yolunda fədakarlığı öyrətmişdi.
Biz fəxr edirik ki, Aida xanımın övladı- Azərbaycanın ictimai həyatında xüsusi fəaliyyəti ilə fərqlənən ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bu gün Azərbaycanda qadın hərəkatının önündə gedir. Cəmiyyətdə lider olan Mehriban xanım ailə ocağının istisini, ailə dəyərlərini qoruyub saxlamaqla bərabər, istedadlı alim və ictimai xadim kimi də hər birimizə nümunədir. Görünür, bütün başqa xüsusiyyətləri kimi, onun xeyirxahlığı, insanlara həssas münasibəti, humanistliyi və kübarlığı da kökdən gəlir. çünki anası Aida xanım da xoşbəxtliyini şəxsi səadəti ilə elmi uğurlarının vəhdətində tapmışdı.
Aida xanımın digər övladı Nərgiz xanım Paşayeva da anasının yolunu davam etdirərək, elmi öz həyatının amalına çevirib. Nərgiz xanımı filologiya elmləri doktoru, M.Lomonosov adına MDU kimi nüfuzlu bir təhsil ocağının Bakı filialının rektoru, Azərbaycanda “üns” yaradıcılıq səhnəsi- özəl teatrının ilk qadın yaradıcısı kimi tanıyırıq. Hər iki nəcib xanım Aida İmanquliyevanın layiqli davamçıları, onun dəyərlərinin, həyat fəlsəfəsinin məntiqi davamı, Azərbaycan xalqının fəxridirlər.
Hamıda xoş təəssürat oyatmaq, hamının sevimlisi olmaq mümkün deyil. Ancaq Aida xanım bu sevgini qazana bilmişdi. Gördüyü işlərlə, xeyirxahlığı, nəcibliyi, böyük ürəyi ilə onu sevənlərin qəlbində özünə abidə qurub. Bü gün o, övladlarının, nəvələrinin ömründə, elmimizin, ədəbiyyatımızın tərəqqisində yaşayır.
... Onun yoxluğu ilə barışmaq çətin olsa da, təsəllimiz budur ki, Aida xanım kimi insanları xalq öz milli sərvəti kimi qiymətləndirir.
Aida xanımın nurlu xatirəsi həmişə qəlbimizdə yaşayacaq!
Hicran HüSEYNOVA,
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor

 
  • Oxunub:  15630  |  
  • Tarix:  07-10-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA