Ana səhifə »  Siyasət »  Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib
A+   Yenilə  A-
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib

İyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, “Ortaq gələcəyin qurulması” mövzusunda keçirilən sammitdə Avropanın müxtəlif ölkələrindən rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan barədə təqdimatla başlayıb.
Sonra Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək Avropanın ən nüfuzlu siyasi qurumlarından biri olan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğunu deyib. O, burada aparılacaq müzakirələrin Alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcəyinə əminliyini bildirib. “Bu gün biz elə bir dünyada yaşayırıq ki, qlobal dəyişikliklər nəticəsində dünyanın siyasi modeli və geosiyasi xəritədə əsas qüvvələrin nisbəti göz önündə dəyişir. Dünya birliyi beynəlxalq terrorizm, təcavüzkar separatizm, qaçqınlar, məcburi köçkünlər, mütəşəkkil cinayətkarlar, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi problemləri, yoxsulluq, iqlim dəyişiklikləri, təbii fəlakətlər, epidemiyalar kimi təhlükələri aradan qaldırmağın səmərəli yollarını tapmaq zərurəti ilə üz-üzə qalıb. Hər kəsə aydındır ki, müasir dövrün çağırışlarının həlli beynəlxalq münasibətlərin bütün iştirakçıları arasında hüquq bərabərliyinə əsaslanan davamlı dialoqdan çox asılıdır. Bununla əlaqədar mən parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusilə qeyd etmək istəyirəm”, - deyə Ziyafət Əsgərov əlavə edib.
Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, hökumətlərin xarici siyasət qərarlarına təsir göstərmək üçün spesifik siyasi mexanizm və alətlərə malik olan parlament demokratiyası dövlətlərarası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Müstəqil institut olan parlament diplomatiyası klassik diplomatiyanın bütün komponentləri ilə üzvi surətdə bağlıdır. Araşdırmalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi meyli universal xarakter daşıyır. Bu meyil dünyanın demək olar bütün dövlətlərini və onların yaratdıqları parlamentlərarası qurumları əhatə edir. Öz xalqlarından mandat alan müxtəlif siyasi qüvvələri və cərəyanları təmsil edən parlament üzvlərinin beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı müasir dünya siyasətinin önəmli cəhətlərindən biridir.
Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan parlamenti dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün bütün imkanlardan istifadə edir. Milli Məclisin deputatları beynəlxalq təşkilatlarda digər məsələlərlə yanaşı, ölkəmiz barədə həqiqətləri də həmkarlarına çatdırırlar. Biz inanırıq ki, qarşılıqlı hörmətə və etimada əsaslanan siyasi dialoq və əməkdaşlıq dünya birliyinin qarşılaşdığı problemlərin, o cümlədən dövlətimizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə bilər. Ermənistanın silahlı təcavüzü nəticəsində 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir. Milli Məclis sədrinin birinci müavini münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, BMT Baş Məclisinin qərarının, Avropa Şurası Parlament Assambleyasının qətnaməsinin, habelə Avropa Parlamentinin və digər beynəlxalq qurumların sənədlərinin yerinə yetirilməsinin zəruriliyini qeyd edib. Bu münaqişənin, eləcə də digər oxşar münaqişə və problemlərin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınması Avropada və dünyada sülhün, sabitliyin, ədalətin və təhlükəsizliyin təmin edilməsinə xidmət etmiş olar.
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansına üzv olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Alyansın sammitinin Bakıda keçirilməsini mühüm hadisə adlandırıb. O, bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyini, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyini bildirib.
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, Avropa ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirib. Yan Zahradil Alyansın Bakı sammitinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu günlərə təsadüf etməsinin, ilk parlamentli respublikanın məhz Azərbaycanda yaradılmasının sevindirici hal olduğunu deyib.
“Təəssüf ki, Azərbaycan müxtəlif oyunların qurbanına, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının birtərəfli və qərəzli qərarlarının predmetinə çevrilib. Buna son qoyulmalıdır. Azərbaycan çox vacib və nadir ölkədir. Bunun bir neçə səbəbi var. Azərbaycan sabit, proqnozlaşdırıla bilən və etibarlı ölkədir. Bu, əməkdaşlıq üçün mühüm amildir. Bu xüsusiyyətlər əsasında biz birgə gələcəyimizi qurmalıyıq. Əminliklə deyə bilərəm ki, bütün bunlara görə Azərbaycan dünyada öz layiqli yerini tutmalıdır”, - deyə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti bildirib.
Sonra birgə foto çəkdirilib.
Sammit işini panel iclasları ilə davam etdirib.
Enerji təhlükəsizliyi
Birinci panel iclası enerji təhlükəsizliyi mövzusunda olub.
İclasdan əvvəl çıxış edən Boliviyanın sabiq Prezidenti Xorxe Kiroqa Latın Amerikasındakı enerji, xüsusilə də neft və təbii qaz resurslarının iqtisadiyyata təsirlərindən, enerji təhlükəsizliyindən və karbohidrogenlərin ixrac coğrafiyasından danışıb.
Panel iclasının moderatoru Böyük Britaniya hökumətinin naziri Ceyms Varton qlobal enerji mənbələrinə tələbatdan, neft və təbii qazın ölkələrarası münasibətlərə təsirindən bəhs edib.
SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı Azərbaycanın enerji resurslarının zənginliyindən və ölkəmizin neft tarixindən danışıb. Bildirib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft Bakıda hasil edilib.
Siyasi analitik Alberto de Santis Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP boru kəməri layihəsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Avropa İttifaqı, xüsusilə də ABŞ bu layihəyə öz dəstəyini ifadə edib. Çünki bu boru kəməri Avropaya yeni mənbədən təbii qazı çatdıracaq, bir mənbədən asılılığı azaltmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. O deyib: “Bu boru kəməri Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. TAP-la Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. Bununla da Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan qaz həcmləri Aralıq dənizi sahillərinə çatacaq. Bu həcm qitənin tələbatını əhəmiyyətli dərəcədə ödəyəcək”.
Qazaxıstandan olan ekspert Qani Abadildinov isə Mərkəzi Asiya regionunun enerji resurslarından və ixrac marşrutlarından danışıb. Bildirib ki, bu regiondakı ölkələrdə hasil edilən təbii qazın əsas alıcısı Rusiyadır. Mərkəzi Asiyanın təbii qaz resurslarının Avropaya da nəqli hər zaman gündəmdə olub. Hazırda isə Çinin enerji, xüsusilə də təbii qaz tələbatı durmadan artır. Bu da regiondakı ölkələrin öz qazını yeni bazara ixracına imkan yaradır.
Siyasi ekspert Roger Evans isə dünyada, xüsusən də Avropada alternativ və bərpa olunan enerji mənbələrinə diqqətin artdığını deyib. Qeyd edib ki, hazırda bu sahə üzrə böyük potensialı olan ölkələr ənənəvi enerji mənbələri əvəzinə daha təmiz mənbələrə, yəni, bərpa olunan enerji növlərindən istifadəyə üstünlük verirlər. Çünki ənənəvi mənbələrdən asılılıq səmərəli deyil.
İqtisadi azadlıqlar
İkinci panel iclası iqtisadi azadlıqlar mövzusuna həsr edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda çıxış edərək ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb.
Kanadada fəaliyyət göstərən Fraser tədqiqat institutunun nümayəndəsi Fred Makmahon iqtisadi azadlıq üçün açıq rəqabətin, əmlak hüquqlarının müdafiəsinin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O deyib ki, ölkələr hüquqi bazanın necə yaradılması haqqında düşünməlidirlər. İnnovasiyaların təşviqinə önəm verilməlidir. Fred Makmahon Azərbaycanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd edib.
Böyük Britaniyanın İqtisadi Məsələlər İnstitutunun beynəlxalq ticarət və rəqabət bölməsinin rəhbəri Şanker Sinqham iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin edilməsinin əhəmiyyətindən danışıb, bunun sahibkarlığın inkişafına da təkan verdiyini söyləyib. O, Azərbaycanda belə bir mühitin yaradıldığını bildirib.
Omanın İnvestisiyaların və İxracın Təşviqi qurumunun nümayəndəsi Azzan Al Busaidi bildirib ki, hər hansı bir ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün sərmayə qoyuluşu vacib şərtdir. Əsas məsələ dövlət və özəl sektor arasında tərəfdaşlığın təmin edilməsidir. Özəl sektorun dövlət tərəfindən dəstəklənməsi olduqca önəmlidir.
Rəqəmsal iqtisadiyyat
Sammit çərçivəsində rəqəmsal iqtisadiyyat mövzusunda üçüncü panel iclası keçirilib.
Panelin moderatoru Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının İdarə Heyətinin üzvü Daniel Cappezon iclasın rəqəmsal iqtisadiyyatda xarici investisiyaların yatırımı istiqamətində atılan addımların, ən yaxşı təcrübələrin təhlil edilməsi imkanı yaratdığını söyləyib. O, əminliyini bildirib ki, rəqəmsal sahədə uğurlu nümunənin araşdırılması istiqamətində müzakirələr səmərəli nəticələr verəcək. Daniel Cappezon Azərbaycan hökumətinin rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün önəmli addımlar atdığını vurğulayıb.
Fransanın Telecom Paris Tech qurumunun iqtisadiyyat və menecment üzrə professoru Gerard Pagorel texnoloji inqilab nəticəsində dünyada rəqəmsal keçid mərkəzlərinin, rəqəmsal robotların, layihələndirmə üçün virtual mühitin, sürətli prototip sistemlərinin yaradılması prosesindən danışıb. O deyib ki, rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı ənənəvi iqtisadiyyatda da bir çox dəyişikliklərin, yeniliklərin yaranmasına gətirib çıxarıb.
Samsung şirkətinin baş meneceri Mişel Pastore rəqəmsal iqtisadiyyatda konkret iqtisadi aspektlərin müəyyən olunmasının vacibliyini bildirib. Əlavə edib ki, belə olan halda beynəlxalq platformalara çıxış imkanı yaranır və bu da strategiyaları inkişaf etdirməklə qarşılıqlı əlaqə yaratmağa və daha səmərəli layihələr həyata keçirməyə imkan verir.
Telekommunikasiya üzrə analitik Visiola Pula əsasən 5G xidmətinə diqqət çəkib. Qeyd edib ki, Avropada çox yayılan bu xidmət vasitəsilə genişzolaqlı internetlə ən ucqar yerlərdə belə iqtisadiyyata töhfə vermək mümkündür. 5G rəqəmli iqtisadiyyatın inkişafında da önəmli rol oynayır.
Finlandiyanın “Mavi İslahat” partiyasının qurucusu və lideri Simon Elo rəqəmsal iqtisadiyyatın sürətli və uğurlu inkişafı üçün birinci növbədə qanunvericilik bazasının təkmilləşdirilməsini vacib hesab etdiyini bildirib. Vurğulayıb ki, bu sahədə startapların və yeni layihələrin hazırlanıb həyata keçirilməsi üçün islahatlar aparılmalı və güclü baza olmalıdır. Rəqəmsal mühitin yaradılmasının əsasını dövlət orqanları, vətəndaşlar, o cümlədən biznes qurumları arasında səmərəli münasibətlərin formalaşdırılması təşkil edir. Bütün bunların reallaşması üçün isə təhlükəsizlik əsasdır.
Nəqliyyat və əlaqələndirmə
Azərbaycan regionda əsas nəqliyyat mərkəzinə çevrilib.
Bu fikir sammitin nəqliyyat və əlaqələndirmə mövzusuna həsr edilən dördüncü panel iclasında səsləndirilib.
İclasdan əvvəl Azərbaycanın beynəlxalq nəqliyyat sahəsində gördüyü işlərlə bağlı videotəqdimat olub.
Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə və bu sahədə uğurlu layihələr həyata keçirməklə dünyanın nəqliyyat xəritəsinə yeni imkanlar əlavə edib. Bu layihələr ölkəmizin əsas nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradıb.
Daha sonra panel iclasının moderatoru “Morgan Stanley” şirkətinin icraçı direktoru Tim Dier beynəlxalq nəqliyyat sahəsində baş verən yeniliklər barədə danışıb.
“TRA” konsaltinq şirkətinin təsisçisi Andrea Giuricin və “Awan Marketing Plc”nin baş direktoru Nasir Avan nəqliyyat sahəsinin dünyada daim inkişaf tempi ilə yüksəldiyini, Azərbaycanın da bu sahəyə böyük töhfə verdiyini söyləyib.
Maldiv İnkişaf Alyansının nümayəndəsi Əhməd Şiyam isə nəqliyyatla turizm sahəsinin əlaqələrindən bəhs edib. Turizmin inkişafında bilavasitə nəqliyyatın əhəmiyyətli rolu olduğunu söyləyən Ə.Şiyam Azərbaycanın bu sahədəki fəaliyyətinin uğurlu olduğunu deyib.
Paneldə beynəlxalq nəqliyyat sahəsində görülən işlər və Azərbaycanın bu sahədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təhsilin transformasiyası
Sammitin təhsilin transformasiyası mövzusunda keçirilən beşinci panel iclasında təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verib.
Sonra Dini Azadlıq üzrə Avropa Dinlərarası Forumunun nümayəndəsi Erik Rouks, Polşanın Təhsil Nazirliyinin nümayəndəsi Sebastian Keciek, İslandiya Universitetinin professoru Hannes Gissurarson və Böyük Britaniyanın Aston Universitetinin nümayəndəsi Asif Əhməd mövzu ətrafında müzakirələr aparıblar.
Yerli idarəçilik
Bakı sammiti çərçivəsində sonuncu panel iclası yerli idarəçilik mövzusuna həsr edilib.
Panelin moderatoru Avropa Regionları Komitəsində ECR Qrupunun baş katibi Neva Sadikoğlu-Novaki mövzu ilə bağlı fikirlərini bildirib. O deyib ki, yerli idarəçilik qərarların yerli səviyyədə olmasına üstünlük verilməsidir. Siyasi partiyalar arasında ortaq məxrəcə gəlmək önəmlidir. O vurğulayıb ki, Azərbaycanda yerli idarəçilik sahəsinə xüsusi diqqət yetirilir.
İclasda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkəmizdə idarəçilik sisteminin yüksək səviyyədə qurulduğunu deyib. O bildirib ki, Azərbaycan hökuməti yerli idarəçiliyi inkişaf etdirmək üçün önəmli addımlar atıb.
İtaliyanın Morazzone bələdiyyəsinin sədri və parlament üzvü Matteo Biançi bildirib ki, yerli hakimiyyət orqanlarının fəaliyyəti ondan ibarətdir ki, lazım olan məqamda idarəçiliyi ələ alsınlar və fəaliyyət göstərsinlər. Yerli icmalar maraqlarını nəzərə alaraq müəyyən qərarlar verə bilərlər. Bunun üçün yerli vətəndaşlara daha çox imkan verilməlidir.
Slovakiya Respublikası Milli Şurasının üzvü Juray Droba deyib ki, insanlar özləri üçün qərarlar verə bilərlər. Bunun üçün onlara lazımi şərait yaradılmalıdır. Yerli qurumlar vətəndaşlara öz işlərini aparmağa yardım etməlidir. Müasir dövrdə cəmiyyətdə yerli idarəetməyə daha çox önəm verilməlidir.
Böyük Britaniyanın Tees Valley şəhərinin meri Ben Houçen qeyd edib ki, yerli idarəçiliyin inkişafı dövlət idarəçiliyində rəhbər şəxslər qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün müasir təlim texnologiyalarından, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır.
* * *
Panel iclaslarından sonra Alyansın icraçı direktoru Riçard Milsom və “Yeni İstiqamət” (Avropa İslahat Fondu) təşkilatının icraçı direktoru Navid Xan yekun nitqi söyləyiblər. Onlar tədbirdə faydalı müzakirələrin aparıldığını, yeni fikir və təkliflərin irəli sürüldüyünü bildiriblər. Qeyd edilib ki, müasir dövrdə təcrübələr bölüşülməli, biliklərdən birgə istifadə edilməlidir. Bu baxımdan Bakıda keçirilən bu sammit xüsusi önəm kəsb edir.
Bununla da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti başa çatıb.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  12-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib
17:33
21 İyun
Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
17:32
21 İyun
“Equinor”un bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib
17:29
21 İyun
Əbülfəs Qarayev: Naxçıvan İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin qorunub yaşadılmasında özünəməxsus rol oynayıb
16:55
21 İyun
Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var
16:33
21 İyun
Nəzarətin tələbi - nəticə və şəffaflıq
16:27
21 İyun
Azərbaycan və Belarus XİN rəhbərləri arasında görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23