Ana səhifə »  Siyasət »  “Soros”un uşaqları yeni tapşırıq alıblar, yaxud köhnə xaossevərlər yeni libasda
A+   Yenilə  A-
“Soros”un uşaqları yeni tapşırıq alıblar, yaxud köhnə xaossevərlər yeni libasda

Müstəqilliyimizin ilk illərində milli mətbuatımıza yerli “reketçilik” ənənəsi gətirənlər bu gün Azərbaycan dövlətinə qarşı “reketçilik” etmək xəyalına düşüblər
Suyun üstündə belə gəzsəniz, bədxahlarınız sizi üzməyi bacarmamaqda günahlandıracaqlar. Çünki onlar yaxşı heç nəyi görmürlər, ya da görmək istəmirlər. Kim bilir, bəzən heç belələrini qınamaq da lazım deyil. Nə etmək olar, onlar da belədirlər. Fitrətən yaxşı şeyi qiymətləndirmək hissi onlara yaddır deyib üstündən keçmək olar. Ancaq suyun üstündə gəzməyin böyük bir istedad, tərifəlayiq bir məsələ olduğunu bilib, sadəcə, bədxah niyyətlə deyil, kimlərinsə sifarişi və yaxud nəyinsə müqabilində tənqid edilirsinizsə, artıq məsələnin mahiyyəti tamamilə dəyişir. Deməli, burada, sadəcə, bədxahlıqdan deyil, qərəzdən, hansısa qaranlıq məqsədlərdən və pis niyyətlərdən söhbət gedir. Hələ üstəlik hədəf kimi bir millətin milli mətbuatı onun ictimai-siyasi maraqları seçilirsə, burada məqsəd və niyyətlər daha təhlükəlidir və daha uzaq perspektivlərə hesablanıb. Elə Azərbaycanda fəaliyyət göstərən özlərini “Media Klubu” adlandıran Mehman Əliyevlərin, Arif Əliyevlərin etdikləri kimi...
“Media Klubu” yox, informasiya savaşında düşmən səngərində yer alan manipulyatorların klubu
Bu günlərdə “Amerikanın səsi” radiosunun elektron səhifəsində Azərbaycanda fəaliyyət göstərən hansısa “Media Klubu”nun təşkil etdiyi konfrans haqqında məlumat verilib. Belə məlum olub ki, həmin konfransda bütövlükdə Azərbaycan milli mətbuatı, Azərbaycan dövlətinin KİV-ə və internet mediaya münasibəti qərəzli olaraq tənqid edilib. Uzun illər “Soros” fondundan milyonlar qoparıb mənimsəyən “qrantoyed”lər və şər, böhtan, şantaj yolu ilə pul qazanan “reket” media nümayəndələri, bir sözlə, Azərbaycan mətbuatının qarınaltı yükünə çevrilmiş hoqqabazlar sözügedən klubda bir araya gələrək Azərbaycan dövlətinə, Prezident İlham Əliyevin media və informasiya siyasətinə müharibə elan etməyə çalışıblar. Bu mediamızın axsaqları Azərbaycanda mətbuat böhranı olduğunu iddia edib və bütün bunlara görə də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu və onun rəhbərlik etdiyi şöbəni günahlandırıblar.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyəti onun informasiya cəmiyyəti kimi xarakterizə olunmasıdır. İnformasiya cəmiyyətində isə informasiya ən effektiv silah, yaxud “yumşaq güc”dür. Ona görə də hər bir milli dövlət öz informasiya resurslarından milli maraqları qorumaq üçün istifadə etməyi bacarmalıdır. Əks təqdirdə, milli informasiya məkanında informasiya xaosu yaratmaqla ictimai şüuru manipulyasiya edirlər. Bunu edən güc mərkəzləri, məsələn, elə “Amerikanın səsi” və s. kimi transmilli media vasitələrindən, yaxud internet resurslarından istifadə edir, dövlət-vətəndaş münasibətlərində söz, mətbuat azadlığı, insan hüquqları, demokratiya kimi məsələləri istismar etməklə, vətəndaşları öz dövlətinə və milli maraqlarına qarşı “silahlandırır”lar. Nəticədə milli dövləti zəiflədərək öz iradələrinə tabe edirlər. Bundan sonra isə imperializmin vassalına çevrilən ölkəyə idarəolunan xaos nəzəriyyəsinə söykənərək yıxıcı institusional strategiya tətbiq edilir. Nəhayət, dövlət və dövlətçilik tamamilə dağıdılır. Sevindirici haldır ki, Azərbaycan dövləti milli dövlətçiliyimizi hədəf alan bu cür dağıdıcı cəhdlərə qarşı güclü müvazinətə sahibdir. Ölkəmizin milli mediası və ictimai-siyasi işin təşkilinə məsul olan dövlət qurumları və rəsmilər milli mənafelərimizin qorunmasında kifayət qədər peşəkar və effektiv fəaliyyət ortaya qoymağı bacarırlar. Görünür, “Soros”un donosçularını da narahat edən elə budur. Azərbaycan dövlətinin informasiya siyasəti və milli maraqlarımızı layiqincə qoruya bilən və bu sahə üzrə məsuliyyətli məmur kimi Əli Həsənovun və onun rəhbərliyi ilə uğurla fəaliyyət göstərən şöbənin, Azərbaycanda ictimai fikrin düzgün əsaslarla formalaşmasında və milli dövlətçiliyimizin qorunmasında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn milli mediamızın və digər jurnalist təşkilatlarının hədəf seçilməsi də bununla bağlıdır.
Ölkəmizdə “reket jurnalistika”nın yaranması arif əliyevlərin, mehman əliyevlərin adı ilə bağlıdır
Özünü Azərbaycanın milli mediasına alternativ media platforması kimi təqdim edən donosçuların, “soros”çuların və onların ətrafında cəm olmuş qeyri-mətbuat şəbəkəsinin iddialarının əksi olaraq, tam məsuliyyətimizlə deyə bilərik ki, bu gün Azərbaycan mətbuatı özünün inkişaf mərhələsini yaşayır. İnternet istifadəçilərinin sayı 80%-ə yaxındır. Söz və mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Vaxtilə Mehman Əliyevin arzu etdiyi Mətbuat Şurası bu gün media sahəsində ən mühüm ictimai təşkilata çevrilib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu milli mediamızın həm maddi, həm də konseptual əsaslarının formalaşdırılmasında püxtələşmiş bir qurum kimi çıxış edir. Azərbaycan mətbuatı informasiya təhlükəsizliyimizin, milli maraqlarımızın təmin olunması istiqamətindəki işini və tarixi missiyasını layiqincə yerinə yetirir. Eyni zamanda, ölkəmizdə kifayət qədər geniş imkanlara və təcrübəyə malik onlayn media formalaşıb, ölkəmiz bu sahədə də regionun lideridir. Və Azərbaycan mediası mövcud inkişaf səviyyəsinə heç də hamar yollardan keçərək gəlməyib.
Bəli, biz nə vaxtsa milli mətbuatımızın böhran içərisində olması fikrinə etiraz etmirik. Əksinə, milli mətbuatımız vaxtilə çox ciddi böhran içində olub, onun fəaliyyətinin cazibə mərkəzi kimi milli maraqlarımız yox, başqa qaranlıq məqsədlər müəyyənləşdirilib. Reket jurnalistika adlı xüsusi sahə formalaşıb. Xarici fondlardan bu və ya digər vasitələrlə külli miqdarda maliyyə vəsaiti alınıb. Və milli mediamızın böyük bir hissəsi xarici güc mərkəzlərinin informasiya ruporuna çevrilib və s. Ən maraqlısı, yaxud ən acınacaqlısı da odur ki, milli mediamızı elə miskin vəziyyətə gətirənlər sırasında ən ön cərgələrdə bu gün “Media Klubu” adlandırılan qurumun iclasında hədyanlar yağdıran şəxslər - Arif Əliyev, Mehman Əliyev və onlar kimi xeyli sayda xarici donorlardan qrant alan digərləri olub.
Dostunu göstər, deyim sən kimsən...
Bu gün bədnam “Media Klubu”nda yer alan “reket”lərin rəhbərlik etdikləri media orqanlarının saytlarına nəzər salın. Əslində, bunları heç media orqanları hesab etmək də doğru deyil. Çünki bu saytlar faktiki olaraq jurnalistika ilə məşğul olmurlar. Elmdar Əliyevin, Əvəz Zeynallının, Elnur Məhərrəmlinin, Azər Qaramanlının və digərlərinin saytlarının fəaliyyətindən ən adi etik qaydalarla belə səsləşməyən iftira, yalan, böhtan, şantaj qırmızı xətlə keçir. Bu resurslarda Azərbaycanda təhqir olunmayan məmur qalmayıb. Onların hər bir yazısı cinayət məsuliyyəti doğurur. Və bu adamlar az qala milli media qurumlarımıza və dövlətin informasiya siyasətinə məsul olan təcrübəli və peşəkar insanlara yol göstərmək iddiasına düşüblər. Doğrudan, çox paradoksal durumdur, elə deyilmi? Yaxud bu reketlərin ümidinə qalmaq necə də miskin bir durumdur, cənablar! Azərbaycan xalqının çox anlamlı bir zərb məsəli var, deyir dostunu göstər deyim sən kimsən. Və şübhə yoxdur ki, M.Əliyev də, A.Əliyev də xarakter və daşıdıqları əxlaqi dəyərlər baxımından yanlarındakı “reket jurnalist”lərdən heç nələri ilə fərqlənmirlər.
Yarıtmaz və natamamların kimlərisə tənqid etmələri riyakarlıqdan başqa bir şey deyil
Əlbəttə, yaxşı olardı ki, Arif və Mehman Əliyevlər öz cılız məqsədləri naminə ölkənin bütün media institutlarının üzərinə səlib yürüşünə keçmək yerinə “Soros”dan çırpışdırdıqları milyonların hesabatını verəydilər. Necə oldu ki, vaxtilə “Soros”un bazarında at oynadan bu qrant alverçiləri birdən-birə piştaxtalarına qıfıl vurmaq məcburiyyətində qaldılar? Onların dostluğunu hansı örtülü bazar sövdələşmələri pozdu? Bəs necə olur ki, bu media dələduzlarının maxinasiyaları ilə bacarmayan və bütün postsovet məkanında məhz Azərbaycanda strukturunun fəaliyyətini dayandırmaq məcburiyyətində qalan “Soros” fondu bu “qrantoyed”lərindən hesabat tələb etmir? Yaxud da yüz minlərlə avro vəsait hesabına nəşr olunun Arif Əliyevin “Gün Səhər” qəzeti niyə ömrünü nakam başa vurdu? Bu, sadəcə, onun rəhbərinin uğursuz media menecmentliyi ilə bağlıdır, yoxsa bunun arxasında başqa səbəblər də yatır? Bu gün Azərbaycan mediasının “atəşli tənqidçisi” rolunu öz üzərinə götürmüş Mehman Əliyevin “Soros” fondunun Bakı nümayəndəliyinə rəhbərliyi dövründə milyonlarla dollar məbləğində vəsaitin havaya sovrulmasına baxmayaraq, bir dənə də olsun uğurlu layihənin əsrəyə gəlməməsini nə ilə izah etmək olar?
Çox da uzaq olmayan keçmişdə yaşanmış bu olayları xatırlatmaqda məqsədimiz heç də onların ayıblarını üzlərinə vurmaq deyil. Sadəcə, Azərbaycanın media platformasını tənqid etmək xəstəliyinə tutulmuş dəstə başçılarının üzlərinə ayna tutub özlərinə o aynada baxmağa kömək etmək istədik. Tərcümeyi-halları bu qədər yarıtmazlıq və natamamlıqla dolu olan ünsürlərin özlərinə kimlərisə tənqid etmək haqqını tanımaları riyakarlıqdan başqa bir şey deyil.
Arif və Mehman Əliyevlər “Soros” fondu da daxil olmaqla müxtəlif donorlardan külli miqdarda vəsait aldıqları günlərin xiffətini çəkirlər
Şübhə etmirik ki, Arif və Mehman Əliyevlər kimi milli mətbuatımızın miskin keçmişinə çevrilmiş yarımçıqların tarixin arxivində tozlanmaqdan xilas olmaq arzusu heç də onların milli media təəssübkeşliyi ilə bağlı deyil. Çünki bu adamları nə azad media, nə də ki milli jurnalistikanın taleyi düşündürür. Onlar KİV-in inkişafı, söz və mətbuat azadlığının təmin olunması və s. adlar altında, başda “Soros” fondu olmaqla müxtəlif donorlardan külli miqdarda vəsait aldıqları günlərin xiffətini çəkirlər. Onlara yenə də əvvəlki günlərinin pis vərdişləri, hesabatını vermədikləri qrant lazımdır. Və bunu da yaxşı anlayırlar ki, mövcud və uğurla fəaliyyət göstərən sistem davam etdikcə istəklərinə nail ola bilməyəcəklər. Ona görə də bu qrantyeyənlər milli informasiya məkanımızı və onun bütün tərkib elementlərini hədəfə alıblar.
“Soros”un informasiya savaşçılarının milli dövlətçiliyimizi hədəfə almalarının gerçək səbəbləri bəllidir
Bu günədək heç kəs “Amerikanın səsi” də daxil olmaqla qlobal imperializmin informasiya silahı qismində çıxış edən heç bir transmilli medianın öz ölkəsinin milli mətbuatını tənqid etdiyini görməyib, görməyəcək də. Çünki onların məqsədi söz və mətbuat azadlığı silahını öz ölkəsinə qarşı deyil, başqalarına qarşı istifadə etməkdir, başqa ölkələrin siyasilərini, məmurlarını, dövlət adamlarını şantaj etməklə öz dövlətinin əlinə təzyiq rıçaqları verməkdir ki, ölkəsinin istismara əsaslanan siyasəti daha çox gəlir əldə etsin. İndiki halda belə bir məqsədə alət olan Arif Əliyev, yaxud Mehman Əliyevin bəzi sıradan jurnalistlərin “reket”çilik etməsilə heç bir fərqi yoxdur. Hətta onların etdikləri sıradan jurnalistlərin “reket”çiliyindən daha qorxulu və daha təhlükəlidir. Çünki adi jurnalist ayrı-ayrı şəxsləri şantaj edərək maddi gəlir əldə edir. M.Əliyev, A.Əliyev isə bötövlükdə dövləti, milləti və onun mətbuatını şantaj edir, mükafatlarını isə xaricdəki fondlardan alırlar. Görünür, bundan cəsarətlənən Mehman Əliyev deyir ki, KİV-in problemlərinə konstruktiv münasibət təcrübəsi uğursuz olub. Təşəbbüslər PA tərəfindən hücuma məruz qalıb. Hədəf yenə də Prezident Administrasiyasıdır. Bu institusional qurumsa elə Azərbaycan dövlətidir. Mehman Əliyev konstruktiv münasibətin təsirli olmadığı qənaətini ifadə edir. Onda belə çıxmırmı ki, indi bu adamlar radikal olmaqla bağlı planlar düşünürlər?!
Görünən odur ki, illərdir xarici fondlardan maliyyə alıb onu öz şəxsi məqsədləri üçün xərcləyənlər yarıtmaz kadrlar kimi həmin fondların daha işinə yaramırlar. İndi layiq olduqlarını sübut etmək üçün daha radikal addımlar atmaqla xaos yaratmalıdırlar. Beləliklə, yenə “Soros”un informasiya döyüşçülərinin öz oxlarını milli dövlətçiliyimizə tuşlamalarının gerçək səbəbi ortaya çıxır.

P.S. 90-cı illərin əvvəllərində Azərbaycan mətbuatına reketçilik, siyasi şantaj və s. kimi çox zərərli ənənələr gətirən bir qrup bu gün daha qlobal miqyasda reketçiliklə məşğul olmaq niyyətinə düşübdür. Əgər birinci halda onlar ayrı-ayrı kiçik ranqlı məmurlara, ictimai nüfuz sahiblərinə qarşı reketçilik ənənəsi yaratdılarsa, indi hədəfləri daha böyükdür. Bu hədəf bütövlükdə Azərbaycan dövlətçiliyi, Azərbaycan mətbuatı, ölkəmizin informasiya təhlükəsizliyidir. Ancaq bir şeyi unutmaq olmaz ki, bu marginal qruplar hələ o zamanlar uğur qazana bilmədilərsə, indi əsla məqsədlərinə çata bilməzlər. Ona görə də özünü milli mətbuatımızın mənsubu hesab edən hər bir şəxs ilk növbədə mətbuatımızın və milli maraqlarımızın təəssübkeşi olmalıdır.
Hikmət BABAOĞLU

 
  • Oxunub:  5970  |  
  • Tarix:  12-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi

17:53
11 Dekabr
Bilik Fondu bölgələrdə və paytaxtda Ümummilli Liderin anım mərasimlərini təşkil edib
17:51
11 Dekabr
Akira Matsunaqa: Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi tarixində əhəmiyyətli yer tutan böyük şəxsiyyət idi
17:48
11 Dekabr
Heydər Əliyev bütün zamanların ən böyük dövlət xadimlərindən biri, Azərbaycan xalqının ulu öndəridir
17:46
11 Dekabr
YAP Astara rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirib
17:45
11 Dekabr
YAP Gəncə şəhər təşkilatında Ulu öndərin xatirəsi anılıb
17:43
11 Dekabr
Heydər Əliyev bütün zamanların ən böyük dövlət xadimlərindən biri, Azərbaycan xalqının ulu öndəridir
17:41
11 Dekabr
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17:40
11 Dekabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:27
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirilib
17:20
11 Dekabr
“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası MEK-in Milli Rəqəmsal bazasında yerləşdirilib
17:02
11 Dekabr
Ulu Öndər Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaradıb
17:00
11 Dekabr
UNEC-də Ümummilli Liderin xatirəsi anılıb
16:52
11 Dekabr
Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlasan ölkəni, bütün dünyaya həqiqi vətənpərvərlik nümunəsini miras qoyub
16:47
11 Dekabr
Rene van der Linden: Heydər Əliyev Azərbaycanın inkişafına mühüm töhfə verib
16:44
11 Dekabr
Türkiyədə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək
16:36
11 Dekabr
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
16:28
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Təbrizdə anılıb
16:27
11 Dekabr
Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...
16:15
11 Dekabr
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının toplantısında təmsil olunub
15:59
11 Dekabr
Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub
15:54
11 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
15:50
11 Dekabr
Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclası keçiriləcək
15:43
11 Dekabr
Heydər Əliyev siyasi kursu: sabitlik, güclü iqtisadiyyat və uğurlu xarici siyasətin mükəmməl vəhdəti
15:37
11 Dekabr
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib
15:15
11 Dekabr
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib
15:10
11 Dekabr
Moskvada ulu öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib
15:06
11 Dekabr
DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
15:02
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda anım mərasimi keçirilib
14:59
11 Dekabr
Qasım Rzayi: İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir
14:56
11 Dekabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 22,9 min tondan çox pambıq tədarük olunub
14:47
11 Dekabr
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
14:43
11 Dekabr
“Xatirələrdə, nəğmələrdə yaşayır Öndər” adlı tədbir keçirilib
14:40
11 Dekabr
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
14:38
11 Dekabr
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
14:34
11 Dekabr
YAP Sədrinin müavini: Təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər
14:31
11 Dekabr
Azərbaycan xalqı Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir
14:28
11 Dekabr
Ulu Öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir
14:25
11 Dekabr
Hikmət Babaoğlu: "Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi"
14:25
11 Dekabr
“AgTech and Green Energy” beynəlxalq forumunda smart irriqasiya sisteminin üstünlüklərindən danışılıb
14:22
11 Dekabr
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
14:19
11 Dekabr
Əli Əhmədov: Azərbaycan xalqı nə qədər yaşayacaqsa, onun qəlbində Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram daim olacaq
14:16
11 Dekabr
Əbədiyaşar Şəxsiyyət
14:15
11 Dekabr
İnam Kərimov: Azərbaycanda Türkiyə şirkətləri üçün maraq kəsb edən emal və istehsal imkanları var
14:13
11 Dekabr
Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
14:11
11 Dekabr
Mübariz Qurbanlı: Ulu öndər Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib
14:08
11 Dekabr
Dmitri Kiselyov: Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir
12:24
11 Dekabr
AMEA-nın Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunub
12:22
11 Dekabr
Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir
12:18
11 Dekabr
Kiyevdə “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda konfrans keçirilib
12:15
11 Dekabr
Barselonada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
12:13
11 Dekabr
Kənd Təsərrüfatı Nazirliyi innovativ fermerlərin formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirəcək
12:08
11 Dekabr
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
12:01
11 Dekabr
Ulu öndər Heydər Əliyev regionların sürətli və davamlı sosial-iqtisadi inkişaf konsepsiyasının banisidir
11:52
11 Dekabr
Allahşükür Paşazadə: Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs islami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
11:47
11 Dekabr
Hüseynbala Mirələmov: Ümummilli lider Heydər Əliyev nəinki xalqımız, bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir
11:44
11 Dekabr
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11:43
11 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
11:30
11 Dekabr
Dubay şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11:13
11 Dekabr
Azərbaycan narının brendi yaradılır
11:06
11 Dekabr
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10:40
11 Dekabr
Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq
10:36
11 Dekabr
Prezident İlham Əliyev "İnstagram"da postsovet məkanının ən populyar liderləri arasında yer alıb
10:24
11 Dekabr
Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:20
11 Dekabr
Jan-Fransua Mansel: Jak Şirak Heydər Əliyevə hörmət edir və heyranlıq duyurdu
10:15
11 Dekabr
Tornike Ricvadze: Heydər Əliyev XX əsrin görkəmli liderlərindəndir
10:09
11 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
20:55
10 Dekabr
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir
20:52
10 Dekabr
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
20:50
10 Dekabr
Azərbaycanla Türkiyə arasında ekologiya sahəsində əməkdaşlıq müzakirə olunub
20:47
10 Dekabr
Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +14
gecə+6 +9