Ana səhifə »  Siyasət »  Milli-mənəvi dəyərləri biznes maraqlarına qurban verən televiziya...
A+   Yenilə  A-
Milli-mənəvi dəyərləri biznes maraqlarına qurban verən televiziya...
Bu gün ucuz, bayağı və əxlaq dəyərlərimizə sığmayan verilişləri “cəmiyyətin sifarişi” adlandıran televiziyalar, əslində, maddi maraqlarına yenildiklərini, Azərbaycan tamaşaçısını bu tip yüngül şoulara uyğunlaşdırmağa çalışdıqlarını və öz tamaşaçı auditoriyalarını elə özləri formalaşdırdıqlarını niyə etiraf etmirlər?
Müasir dünyamızda kütləvi informasiya vasitələrinin (KİV) cəmiyyətin siyasi-ictimai həyatında rolu danılmazdır. İnformasiya kommunikasiya texnologiyalarının yüksək inkişaf etdiyi bir dövrdə bu rol xüsusilə artmaqdadır. Müasir dövrdə bütün dünyada insanlar üçün obyektiv, qərəzsiz, vicdanlı informasiyanın açıq olması son nəticədə həm də yer üzündə sülhün, təhlükəsizliyin möhkəmlənməsinə, ölkələr və xalqlar arasında əməkdaşlığın, sivilizasiyalararası dialoqun genişlənməsinə xidmət edir. Hətta bu gün KİV insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Təsadüfi deyil ki, ictimai - siyasi həyatda ən təsirli və güclü ideoloji “silah” hesab olunan kütləvi informasiya vasitələri həm də cəmiyyətin aynası funksiyasını icra edir. Məhz bu faktlar dünya dövlətlərinin KİV-in inkişafına, onun çağdaş, müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə daha çox diqqət ayırmasını şərtləndirir. Şübhəsiz ki, mətbuatın inkişafı, onun maksimum azadlığının təmin olunması kimi məsələlər birbaşa dövlətin vəzifələri sırasındadır. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımlar KİV-in inkişafı baxımından kifayət qədər effektiv hesab oluna bilər. Bu gün dünyaya inteqrasiya edən, qabaqcıl beynəlxalq dəyərlərin mənimsənilməsi yolunda uğurla addımlayan, inkişaf edən Azərbaycan dövlətinin demokratiyanın möhkəmlənməsi, vətəndaş cəmiyyətinin qurulması istiqamətində atdığı addımlar sırasında KİV-in inkişafına yönəlmiş tədbirlər xüsusi çəkiyə malikdir. Baxmayaraq ki, müstəqilliyin ilk illəri mətbuatımızın inkişafı məsələsində heç də uğurlu hadisələrlə yadda qalmamışdı. Əksinə, bu dövrdə iqtidarda olanların bir-birinin ardınca qəbul etdiyi qərarlar KİV üzərində senzuranı daha da gücləndirmiş, azad mətbuat amalı ilə yaşayanların ümidlərini isə puça çıxarmışdı. Amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə yenidən ölkəmizdə hakimiyyətə gəlməsindən sonra bu istiqamətdə böyük dəyişikliklər müşahidə olundu. ümummilli lider Heydər Əliyev 90-cı illərin əvvəllərində senzuranın buxovunda boğulan, maddi problemlərin dizə gətirdiyi Azərbaycan KİV-ini yenidən dirçəltdi, onun azad və müstəqil fəaliyyəti üçün yeni üfüqlər açdı. KİV-in azad fəaliyyətinə əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, jurnalistlərlə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi. Sevindirici haldır ki, indi bu ənənələr Ulu öndərin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısı İlham Əliyev bu postda fəaliyyətə başladığı ilk gündən KİV-in inkişafını dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Prezident İlham Əliyev böyük humanistlik göstərərək qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul etdi. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 illik yubileyi münasibətilə ölkənin onlarla jurnalistini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Hətta bir sıra hallarda böyük humanistlik örnəyi nümayiş etdirərək qanunun şərt və tələblərini pozan KİV-lərin bağlanmasının, fəaliyyətini dayandırmasının qarşısını aldı. Bir müddət öncə dövlət başçısının Fərmanı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu qurum artıq KİV-lərin təqdim etdiyi layihələrin maliyyələşməsinə start verib. Bütün bu sadalananlar bir daha sübut edir ki, ölkədə KİV-in azadlığının təmin olunması, onların inkişaf edən, dəyişən dünyada baş verən proseslərlə ayaqlaşaraq inkişaf etməsi, yeniliklərlə təchiz olunması birbaşa dövlət siyasətinin tərkib hissəsidir. Hal-hazırda Azərbaycan KİV-lərin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Bu gün Azərbaycanda 4 minə yaxın KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib və ya uçota götürülüb. ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir. Həqiqət naminə etiraf olunmalıdır ki, Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla davam etdirilməsi, müstəqilliyimizin möhkəmlənməsi, milli ideologiyanın qəbul olunması və cəmiyyətə təqdim edilməsi, Azərbaycanın milli - mənəvi dəyərlərinin qorunması, tariximizin, mədəniyyətimizin hifz olunması istiqamətində görülən işlərdə KİV-in rolu kifayət qədər böyük olub. Lakin bu gün Azərbaycan dövlətinin sürətli sosial-iqtisadi inkişafı, iqtisadi potensialın gündən - günə güclənməsi, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğu prosesində əldə olunmuş yüksək nailiyyətlər ölkəmizdə informasiyaya olan tələbatı daha da artırır. Bu da Azərbaycan cəmiyyətinin informasiya ilə təmin olunmasına məsul olan qurumların daha böyük potensialla və keyfiyyətli fəaliyyətini tələb edir. Amma Azərbaycan KİV-inin əksəriyyəti öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir.
Başlıca vəzifəsi maarifləndirmək, bilgiləndirmək, xəbər vermək və əyləndirmək olan Azərbaycan KİV-ləri bir sıra hallarda, çox təəssüf hissi ilə qeyd etməliyik ki, yalnız dördüncü vəzifəsini icra edir. Bunu edərkən isə dövlətimizin, xalqımızın tarixi həqiqətləri, dünyagörüşü, milli-mənəvi reallıqlar, etalon əxlaq dəyərlərimiz nəzərə alınmır. Eyni zamanda, KİV-lərin fəaliyyətində müşahidə olunan neqativ hallar onların daşıdığı missiyaya, adi televiziyaçılıq ənənələrinə, dünyada qəbul olunmuş reallıqlara, fəaliyyət prinsiplərinə uyğun gəlmir. Bu da, təbii olaraq, cəmiyyətimiz tərəfindən narahatçılıqla qarşılanır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 02.10.09 tarixli sayında işıq üzü görmüş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” başlıqlı məqaləsində də bu narahatçılıq ifadə olunub, ümumiyyətlə, ölkəmizin efir məkanına aid xüsusiyyətlər, gerçəkliklər, perspektivlər haqqında dərin təhlillər aparılıb. Akademik R.Mehdiyevin bu məqaləsində Azərbaycan KİV-inin keçdiyi inkişaf yolu, KİV-in qlobal mənada əhəmiyyətindən bəhs edən fikirləri kifayət qədər orijinal olmaqla yanaşı, böyük maraq kəsb edir. Eyni zamanda, televiziya məkanında müşahidə olunan eybəcərliklərin qınandığı, ciddi tənqid olunduğu məqalədə akademik Ramiz Mehdiyev gələcəkdə görüləcək işlər haqqında da çox dəyərli təkliflər irəli sürür. Mövcud problemlərə baxmayaraq hörmətli akademik qeyd edir ki, bu gün Azərbaycanın efir məkanında televiziya kanalları milli-mənəvi dəyərlərin təbliği, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi, vətənpərvərlik, uşaqların və yeniyetmələrin intellektual inkişafı və digər sahələr üzrə keyfiyyətli maarifləndirmə proqramları nümayiş etdirmək iqtidarındadırlar. Məsələn, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən muğam müsabiqələri zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə mühüm töhfə olmuşdur. Azərbaycan muğam sənəti ölkə hüdudlarından kənara çıxaraq bir çox Şərq ölkələrinin auditoriyasının rəğbətini qazandı. AzTV kanalında “Günün nəbzi”, “Azərbaycan - yurdum mənim”, “Ailə həkimi”, “Məclisi-üns”, İctimai televiziyada “çarpaz baxış”, “Gerçəyin özü”, “Ortaq məxrəc”, “İşgüzar zaman”, “Körpü”, “Din və cəmiyyət”, “Ovqat” və digər verilişlər geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanır. Digər televiziya kanallarında da yüksək keyfiyyətinə, ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər hazırlanır.
Həmin məqalədə də qeyd olunduğu kimi, Azərbaycan efir məkanında bu gün müşahidə olunan nöqsanların əksəriyyətinə özəl telekanallarda rast gəlinir. Bir qayda olaraq biznes fəaliyyəti göstərən və daha çox gəlir əldə etmək məqsədi güdən özəl teleradio qurumları KİV-in qarşısında duran digər məqsədləri geri plana atırlar. Prezident Administrasiyasının rəhbəri də bu faktı tənqid edərək xüsusi olaraq vurğulayır ki, özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır. Yeri gəlmişkən qeyd edək ki, Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni (“Xeyir ola”, “çal-çağır şou”, “Yağ kimi”, “10-lar”, “Performans”, “106 house”, “Tam sərbəst-solo”, “ATV maqazin”, “Kim kimdir”, “Yeni ulduz” verilişləri), “Lider” telekanalı 16,4%-ni (“Maşın şou”, “Qızıl pillə”, “Kim, harada, necə”, “Cavaba sual var”, “Solo”, “Dostum”, “Ən” verilişləri), “Xəzər” telekanalı 12%-ni (“Nar star”, “Ulduzlu xəzər”, “Mix şou”, “Ay Zaur” verilişləri), “ANS” telekanalı 11,3%-ni (“Günəbaxan”, “çərşənbə axşamları Tural ilə”, “El bilir ki”, “Toylar kraliçası” verilişləri), “Space” telekanalı isə 8%-ni (“Bazar”, “Bazar+”, “Komedi-şou”, “Azəri star” verilişləri) şou-biznes verilişlərinə həsr edir.
Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.
“Göründüyü kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişləri, məsələn, “Azəristar” müsabiqəsini “Yeni ulduz”, “Xalq ulduzu”, “Nar star”, “De gəlsin”, “Sözüm var” və digər variantlarda təkrarlamaqla televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər. Düzgün olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin gənclərin musiqi potensialının müəyyənləşdirilməsi məqsədindən daha çox, təşkilatçıların və televiziya kanallarının biznes maraqlarına xidmət etdiyi qənaəti formalaşmışdır. Qeyd edilməlidir ki, yaradıcılıq potensialının aşağı olması, yeni ideyaların və onların həyata keçirilməsi imkanlarının məhdudluğu kifayət qədər maraqlı olmayan verilişlərin, filmlərin növbəti gün təkrarlanması yolu ilə efir vaxtının doldurulmasına gətirib çıxarır. Heç də gizli deyil ki, belə hallar özəl yayımçının keyfiyyətli efir siyasəti həyata keçirməsinə, reytinqini və populyarlığını artırmasına mənfi təsir göstərir” - deyə Ramiz Mehdiyev vurğulayır.
Görkəmli akademikimizin də ifadə etdiyi bu nöqsanlara telekanalların rəhbərlərinin və məsul şəxslərinin verdikləri cavablar isə, sadəcə, ikrah hissi oyadır. Televiziyaların cəmiyyətin iradlarına qarşı irəli sürdükləri arqumentlərin heç bir əsası yoxdur. Maraqlıdır, görəsən, bu gün ucuz, bayağı və əxlaqi dəyərlərimizə sığmayan veriliş və şouları cəmiyyətin sifarişi adlandıran bu qurumlar, əslində, maddi maraqlarına yenildiklərini, Azərbaycan tamaşıçısını bu tip yüngül şoulara uyğunlaşdırmağa çalışdıqlarını və öz tamaşaçı auditoriyalarını elə özləri formalaşdırdıqlarını niyə etiraf etmirlər? Yüksək intellektə və mədəniyyətə sahib Azərbaycan tamaşaçısına “səviyyəsi budur, bunu tələb edir” şəklində ittiham irəli sürən insanlar həm də xalqımızı təhqir etmirlərmi? Və bu gün cəmiyyəti manqurtlaşdırmağa çalışdıqları üçün tarixin hüzurunda nə vaxtsa hesabat verəcəklərini heç düşünmürlərmi? Zənnimizcə, maddi məsələlər haqqında düşünməyə həsr etdikləri vaxtın sadəcə yarısını bir az da bu suallara cavab tapmağa sərf etsələr, daha yaxşı olardı.
P.S. Mövzunu müxtəlif rakurslardan işıqlandırmağa davam edəcəyik.
Aqşin ŞAHİNOÄžLU
 
  • Oxunub:  15360  |  
  • Tarix:  03-10-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

21 Sentyabr 18:51
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21 Sentyabr 16:46
Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
21 Sentyabr 16:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
21 Sentyabr 16:24
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
21 Sentyabr 16:20
ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb
21 Sentyabr 16:17
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib
21 Sentyabr 16:14
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
21 Sentyabr 16:12
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib
21 Sentyabr 16:02
Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
21 Sentyabr 15:59
Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub
21 Sentyabr 13:49
Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib
21 Sentyabr 13:26
Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib
21 Sentyabr 13:11
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
21 Sentyabr 13:07
Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir
21 Sentyabr 13:02
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
21 Sentyabr 12:59
Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir
21 Sentyabr 12:56
BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır
21 Sentyabr 12:54
Samir Vəliyev: Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır
21 Sentyabr 12:50
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu
21 Sentyabr 12:48
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
21 Sentyabr 12:45
Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
21 Sentyabr 12:39
BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb
21 Sentyabr 12:32
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21 Sentyabr 12:29
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21 Sentyabr 12:15
Əli Əhmədov İsmayıllı şəhərində Qarabağ müharibəsi veteranları ilə görüşüb
21 Sentyabr 12:11
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
21 Sentyabr 10:27
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
21 Sentyabr 10:13
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21 Sentyabr 10:11
YAP Nəsimi rayon təşkilatı “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbir keçirib
21 Sentyabr 10:09
YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
21 Sentyabr 10:08
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
21 Sentyabr 09:59
Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21 Sentyabr 09:58
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb
20 Sentyabr 17:46
Kamilə Əliyeva: “Əsrin müvaqiləsi”nin imzalanmasından başlanan yol dirçəliş, yüksəliş, tərəqqi, intibah yolu və mərhələsi oldu
20 Sentyabr 17:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Sabirabad, Saatlı və İmişlidə vətəndaşlarla görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA