Ana səhifə »  Siyasət »  Xocavəndin işğalından 17 il ötür
A+   Yenilə  A-
Xocavəndin işğalından 17 il ötür
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində həyata keçirdikləri ekoloji və mədəni terror aktlarını mütəmadi olaraq davam etdirirlər
Dosye: Xocavənd rayonu Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Relyefi əsasən dağlıqdır. Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145 min 647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir. Rayonun ərazisi təbii sərvətlərlə - faydalı qazıntılar, meşə zolaqları, şirin su ehtiyatları və tikinti materialları ilə zəngindir. Azərbaycanı qədim yaşayış məskənlərindən biri kimi dünyada tanıdan abidələrdən biri - Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın ərazidə - Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. Xocavənd əsasən, kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq sahələri aparıcı yer tutur.
Tam 17 il bundan əvvəl, 2 oktyabr 1992-ci ildə Azərbaycanın səfalı guşələrindən biri - Xocavənd rayonu Rusiya Silahlı Qüvvələrinin Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının hərbi texnikası və canlı qüvvələrinin yardımı ilə ermənilər tərəfindən işğal olundu. Rayonun işğalı ilə ekspansionalist təcavüzkar ermənilər bütövlükdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti silsiləsinə daha bir halqanı əlavə etdilər. Strateji əhəmiyyətinə görə uzun müddət - 4 il boyunca blokadada saxlanan Xocavəndin işğalından sonra ermənilər kütləvi şəkildə törətdikləri soyqırımı və Azərbaycanın maddi-mədəniyyət nümunələrinə qarşı reallaşdırdıqları dağıdıcılıq fəaliyyətini daha da şiddətləndirməyə başladılar. Bütün bu fəlakətlərin fonunda duran bir məqam da xüsusi  qeyd edilməlidir... Bu, həmin dövrdə Azərbaycana “rəhbərlik edən” siyasətbazların tutduqları mövqe və sərgilədikləri fəaliyyət istiqamətləri idi... özlərinin şəxsi ambisiyalarını xalqın ümumi mənafeyindən üstün tutan bu dağıdıcı və bölücü qruplar həmin dövrdə “onun-bunun”-imperialist qüvvələrin tapşırıqlarını “ləyaqətlə” icra etməyə çalışmaqla bütün Azərbaycanı qurban vermək həddinə belə gəlib çatmışdılar. Arzuladıqları və aldıqları “kreslo vədi”ni reallığa çevirmək uğrunda “dəridən-qadıqdan çıxan” bu qüvvələr Azərbaycanı imperialist dövlətlərin kəşfiyyat orqanlarının oyuncağı və başlıca siyasi alver predmetinə çevirmişdilər.
Amma nə yaxşı ki, baş verən bu olaylardan qısa müddət sonra xalqın təkidli tələbi və istəyi ilə hakimiyyət əmin əllərdə cəmləşdi. Hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev bir neçə problemli istiqamətdə gərgin əməyə əsaslanan effektiv addımlar atmaqla ölkədə sabitliyi bərpa edə bildi. Bütün bunların nəticəsində Azərbaycan son anda uçurumun kənarından döndürüldü. Hazırda isə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik və rasional əsaslara söykənən siyasi-strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycanın tutduğu mövqe və sərgilədiyi konstruktiv, rasional fəaliyyətin fonunda ölkəmizin ərazi  bütövlüyünün bərpa edilməsi istiqamətində mühüm və ardıcıl addımlar atılmaqdadır. Bu isə onu deməyə əsas verir ki, tez-gec Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Əlbəttə, Azərbaycan bu problemin sülh yolu ilə diplomatik vasitələrlə həll edilməsinin tərəfdarıdır. Amma bu baş tutmazsa, rəsmi Bakı öz ərazi bütövlüyünün bərpası yönündə hərbi metodlara istinad edəcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normalarına əsasən, təsbit olunmuş hüququdur...
Bundan başqa, ermənilərin işğalı nəticəsində Xocavəndə vurulmuş ziyanın miqdarı çox böyükdür. Belə ki, təcavüzkar qüvvələr bu gün də beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiətimizi və tarixi abidələrimizi məhv etməkdə davam edirlər. Rayonda yerləşən “Nərgiz təpə” qoruq-abidə ərazisi tamamilə yandırıldığından, olduqca qədim dövrə malik qəbir daşları yanğın nəticəsində parçalanaraq yararsız vəziyyətə düşüb. Digər tərəfdən, “Azıx mağarası” isə ermənilərin silah anbarına çevrilib. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları tamamilə qırılıb, Xonaşen çayının kənarında bitən təbii meşə isə tamamilə məhv edilib. Bunlarla yanaşı, ermənilər Xocavənd rayonu ərazisini özlərinin narkotik ticarətinin mərkəzlərindən birinə çeviriblər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik maddə və vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır. Göründüyü kimi, təcavüzkar qüvvələr işğal etdikləri Azərbaycan ərazilərində həyata keçirdikləri ekoloji və mədəni terror aktlarını mütəmadi olaraq davam etdirirlər.
Nurlan QƏLƏNDƏROV

 
  • Oxunub:  15360  |  
  • Tarix:  03-10-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA