Ana səhifə »  Siyasət »  Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir
A+   Yenilə  A-
Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir

Onun adı və fəaliyyəti Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır
Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də məhz bu olmalıdır.
Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı...
Biz bu gün Ulu öndərin bu vaxta qədər tədqiqatdan və ümumi kütləvi yanaşmadan kənarda qalan fəaliyyətinin bəzi spektrləri haqqında fikirlərimizi bildirməyə çalışacağıq. Ümumi yanaşma Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasını məhz Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra başlatdığı yönündədir... Ancaq biz hesab edirik ki, Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi. Və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də məhz bu sistemdən doğurdu. Və biz bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törədilən repressiyanın mərkəzi məhz təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları sanki Azərbaycanın daxilində anti-azərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından anti-azərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Və azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər Öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu rüşeym daha bir münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Hesab edirik ki, bu, Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən biri idi.
İdeyanın ideologiyaya çevrilməsi və kütləvi mənimsənilməsi
Həmin dövrdə artıq azərbaycançılıq ideyası bir ideya şəklindən, yəni bir fərdin, bir siyasətçinin, bir öndərin ideyasından ideologiyaya çevrilməyə başladı. Təsadüfi deyil ki, bu ideologiyaya çevrilmə prosesi də məhz ideya müəllifi tərəfindən həyata keçirildi. Bundan sonrakı mərhələdə azərbaycançılıq ideologiyasının xalq tərəfindən mənimsənilməsi, dərk olunması prosesi başladı. Bu istiqamətdə atılan ilk addımın ilkin nəticəsi isə məhz Bakı şəhərinin azərbaycanlılaşdırılması oldu. Çünki biz bilirik ki, o dövrdə Bakının istənilən yerdə və istənilən şəkildə ümumi universal möhürü beynəlmiləl şəhər möhürü idi. Bu beynəlmiləl şəhər bir kosmopolit bakılılar anlayışını özündə birləşdirməklə, milli ünsürləri rədd edirdi. Beləliklə, hətta o dövrdə mərkəzi hakimiyyətdə Dərbənd kimi neft mərkəzi olan Bakını da hansısa bir şəkildə federasiyaya bağlamaq, bu mümkün olmayanda isə, heç olmasa, Bakını azərbaycanlılardan qorumaq siyasəti həyata keçirilirdi.
Kosmopolit Bakıdan milli Bakıya doğru
Məhz bu zəncirləri, yəni Bakını azərbaycanlılardan ayıran o zəncir halqalarını Ulu öndər qırdı. 1969-cu ildən başlayaraq 1970-ci illərdə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən Azərbaycanın regionlarından, rayonlarından, kəndlərindən azərbaycanlıların məhz Bakı şəhərində məskunlaşdırılması ilə Bakı bir Azərbaycan şəhərinə çevrildi və azərbaycançılığın ilk nəticəsi Bakının azərbaycanlılaşması oldu. Və əlbəttə ki, bu proses həm iqtisadi, həm siyasi, həm milli intellektual müstəvidə baş verirdi. Yəni regiondan gələn gənclərin işlə, qalacaqla təmin olunması, məskunlaşması prosesi vardır. Həmin dövr Azərbaycanda həm sənaye müəssisələri tikildi, həm yataqxanalar tikildi, həm də yeni qəsəbələr və mikrorayonlar salındı. Beləliklə də, Bakı azərbaycanlaşdırıldı. Biz, sadəcə, Ulu öndərin siyasi, ideoloji fəaliyyətini təhlil etdiyimiz üçün iqtisadi və sosial məsələlər barəsində çox danışmaq istəmirik.
Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir
Biz Ulu öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu öndərin hakimiyyətinin ikinci dövrü Onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daima Ulu öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində tutulurdu. Və nəhayət, Ulu öndərin sonrakı mərhələdəki fəaliyyəti Onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən, XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin Öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, Onun qəbul etdiyi şəxsi qərarlar bir növ Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə, bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.
Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər böyük xidmətlər göstərdi
20 Yanvar faciəsindən sonra Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirən Ulu öndərin bu addımı bütün dünyaya səs saldı. Əslində, bu, Azərbaycanın milli dövlətçilik prinsiplərinin elan olunması və hədəflərinin göstərilməsi idi. Əlbəttə ki, Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik mübarizəmizin uğurla sona çatması üçün Ulu öndər Heydər Əliyev böyük xidmətlər göstərdi. Baxmayaraq ki, o dövrdə istər siyasi baxımdan, istər iqtisadi baxımdan, istərsə də mənəvi-psixoloji baxımdan daim məhdudiyyətlər və təzyiqlər altında fəaliyyət göstərirdi. Amma Naxçıvana gələr-gəlməz dərhal Naxçıvan MR Ali Sovetində Azərbaycanın bugünkü bayrağını və eyni zamanda, Azərbaycanın tarixi bayrağını - 1918-20-ci illərdə dalğalanmış üçrəngli bayrağımızı məhz xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Bu addımın özü xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh və optimizm gətirdi. Hesab edirik ki, bu da tariximizin yaddaqalan, maraqlı və gərəkli səhifələrindəndir.
Ondan sonrakı mərhələdə, əlbəttə ki, Ulu öndərin fəaliyyət sferası daha da genişlənməyə başladı. Azərbaycandan ilk dəfə olaraq imperiya əsgərlərinin çıxarılması və bir xarici dövlətlə sərhədlərin qorunmasının özümüzə qaytarılması da Heydər Əliyev erasında tariximizə yazılan qızıl səhifələrdəndir.
Müstəqil dövlətimizin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır
Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq, görərik ki, Ulu öndər Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müstəqil dövlət kimi, yəni formal müstəqil deyil, həqiqi müstəqil dövlət kimi tanınır.
O, böyük müəllim, mükəmməl natiq, dahi təbliğatçı idi
Ulu öndərin başqa böyük keyfiyyətlərindən biri də Onun böyük müəllim, dahi təbliğatçı və mükəmməl natiq olmasında idi. Heydər Əliyev “ideya, ideologiya və təbliğat” universal üçlük formulasından çox məharətlə istifadə etməyi bacarırdı. O, ideyanı verir, onu ideologiyaya çevirir və həmin ideologiyanın kütlə tərəfindən mənimsənilməsini təmin edirdi. Elə Azərbaycanı birləşdirəcək universal formula olan azərbaycançılıq ideologiyasının da müəllifi, təbliğatçısı və icraedicisi məhz Ulu öndərimiz olub. Əslində, bir xalqın vahid ideologiya ətrafında təşkilatlanması üçün illər keçir. Yəni hər hansı bir ideologiyanın mənimsənilməsi, öyrənilməsi və xalqın həmin ideologiyanın daşıyıcısına çevrilmə prosesi uzun illər, bəlkə də, qərinələr, yüzillər aparır. Amma Ulu öndər özünəxas xüsusi çevik üsul və metodlarla bu prosesi elə etdi ki, qısa müddətdə azərbaycançılıq ideologiyası Azərbaycanın başlıca milli-siyasi ideologiyasına çevrildi. Bir qədər sonra isə bu, öz müsbət bəhrəsini verdi. Azərbaycanda bu ideologiyanın bərqərar olması və mənimsənilməsi ilə ölkəmizdə etnik separatçılığa son qoyuldu.
Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi
Ulu öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda, o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ulu öndər dövlətçiliyimizin siyasi-ideoloji varisliyini də təmin etmiş oldu.
Heydər Əliyev üçün biz çoxlu titullar deyə bilərik. Ümummilli lider, Ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar, əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə duran bir nümunədir. Yəni bu, bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi idi, xalq mücahidi idi, Azərbaycan xalqının böyük mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoymuşdu. Müstəqil Azərbaycan dövlətinin əbədi olmasını qarşısına məqsəd qoymuş böyük bir mücahid idi. Prezidentlikdən tutmuş digər titul və vəzifələr isə Onun üçün məhz bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Xalqımız var olduqca O da yaşayacaqdır.
Hikmət Babaoğlu
“Yeni Azərbaycan”
qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı

 
  • Oxunub:  3180  |  
  • Tarix:  09-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
15 İyul 10:08
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15 İyul 09:17
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür
15 İyul 08:54
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib
15 İyul 08:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Gəncədə konsert təşkil edib
15 İyul 08:43
Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb
14 İyul 14:42
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir
14 İyul 14:32
Pərvin Kərimzadə: Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur
14 İyul 14:26
Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb
14 İyul 14:00
AZƏRBAYCANIN MİLLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
14 İyul 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib
14 İyul 11:34
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA