Ana səhifə »  Siyasət »  Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub
A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mayın 16-da Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin tarixçi alimlərinin kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilib. Kitaba ön sözü vaxtilə Ümummilli lider Heydər Əliyevin çox yaxın dostu olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor əvəzi Mahmud Kasımbekov tədbiri açaraq bildirib ki, Ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü məhz Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi, Azərbaycan xalqının taleyi ilə bağlıdır. Dağların hündürlüyü uzaqdan yaxşı görünür, amma görkəmli şəxsiyyətlərin böyüklüyü zaman keçdikcə daha çox anlaşılır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxr etdiyi həmin qeyri-adi liderlərdən biridir. Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin ə