Ana səhifə »  Siyasət »  Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub
A+   Yenilə  A-
Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi təntənə ilə qeyd olunub

Azərbaycanın Türkiyədəki səfirliyi Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim təşkil edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, generallar, diplomatlar, deputatlar, görkəmli ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, qazilər, bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, müdavimlərimiz iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Silahlı Qüvvələrimizin yaranması tarixindən danışıb. Səfir diqqətə çatdırıb ki, Silahlı Qüvvələrimizin formalaşmasında Qafqaz İslam Ordusunun göstərdiyi yardım tarixi əhəmiyyət daşıyır və Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Bu gün sürətlə inkişaf edən Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasındadır.
Azərbaycan Xalq Cümhuriyyətinin və ordumuzun 100 illik yubileyləri münasibətilə təşkil olunan təntənəli mərasimdə iştirak edənlərə minnətdarlığını bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Türkiyə Parlamentinin sədrinə, hökumət və dövlət təmsilçilərinə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və inkişaf istiqamətləri barədə ətraflı məlumat verən Prezidentin köməkçisi diqqətə çatdırıb ki, müstəqilliyimizin dünya miqyasında tanınması və ordu quruculuğu sahəsindəki nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır. Bakının erməni-daşnak işğalından azad olunmasına tarixi töhfələr verən Qafqaz İslam Ordusu Silahlı Qüvvələrimizin formalaşmasına da kömək etməklə ölkəmizin və xalqımızın təhlükəsizliyinə dəstək olub.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə danışan Əli Həsənov diqqətə çatdırıb ki, Ulu öndərimiz hələ Naxçıvan Ali Məclisinin Sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və prinsiplərinin həyata keçməsi üçün mühüm siyasi qərarlar qəbul edib, dövlət atributlarımızın bərpasına nail olub və Azərbaycan hakimiyyətinə bu istiqamətdə dəyərli tövsiyələr verib. Bu məqsədyönlü siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə Prezidentin imzaladığı məlum Sərəncam, o cümlədən dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması bu istiqamətdə atılan mühüm siyasi qərarlar sırasındadır. Hazırda dünyanın bir sıra ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilir. Qardaş Türkiyədə belə bir möhtəşəm mərasimin təşkili xüsusilə əhəmiyyətlidir. İstər Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, istərsə də müstəqilliyimizin bərpası Türkiyədə böyük qardaş sevinci ilə qarşılanıb. Ümummilli lider Heydər Əliyevin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün tarixi fəaliyyətlərinin əhəmiyyətindən bəhs edən Əli Həsənov bildirib ki, ölkələrimizin sürətli inkişafı və müstəqilliyimizin əzmlə qorunması Ulu öndərlərimizin ruhunu şad edir.
Prezidentin köməkçisi çıxışında Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatının Azərbaycanda dəstəkləndiyini qeyd edərək bildirib ki, bütün bu tədbirlər Türkiyənin təhlükəsizliyi, terrordan xilas olmaq, əhalinin əmin-amanlığını təmin etmək üçün atılan addımlardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri siyasi iradə xalqlarımızın və ölkələrimizin təhlükəsiz gələcəyinə xidmət edir.
Ötən əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyin yenidən bərpa olunmasını Azərbaycan və Türkiyənin ortaq sərvəti kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışıb. Parlament sədri bildirib ki, Ankaranın gözəl bir guşəsində yaradılan Heydər Əliyev Parkı Türkiyə dövlətinin və xalqının Ulu öndərimizə dərin ehtiramının göstəricisidir. Prezident İlham Əliyevin dövlət başçısı kimi ilk səfərini Türkiyəyə etməsi Heydər Əliyev ideallarına sədaqət nümunəsidir. Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edən İsmayıl Qəhrəman Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının köməyinə çatan Qafqaz İslam Ordusunun rəşadətli qələbəsini nəsillərə örnək olan qardaşlıq nümunəsi kimi dəyərləndirib.
Türkiyə Baş nazirinin müavini Hakan Çavuşoğlu Baş nazir Binəli Yıldırımın mərasimə ünvanlandığı təbrik məktubunu oxuyub. Məktubda Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklər çatdırılır, Azərbaycan-Türkiyə qardaşlığının dinamik inkişafının əhəmiyyətindən bəhs olunur. Prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin ilk səfərini Türkiyəyə etməsinin əhəmiyyətinə toxunulur və əminliklə ifadə olunur ki, Azərbaycanı qarşıda daha böyük nailiyyətlər gözləyir. Bundan başqa, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə ifadə edir ki, Azərbaycan və Türkiyə hökumətləri ölkələrimizin və xalqlarımızın firavan həyatı üçün daha səmərəli əməkdaşlıq edəcəklər.
Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaranması və müstəqilliyimizin bərpasından sonra ordu quruculuğu sahəsində əldə edilən nailiyyətlərdən danışıb. Hərbi attaşe bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin formalaşması və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ordumuzun peşəkarlığının artmasına Türkiyənin göstərdiyi kömək xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar qardaş ölkələrimizin dinamik inkişafından bəhs edib. Deputat diqqətə çatdırıb ki, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun tarixi missiyası Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyidir.
Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xalqlarımızın böyük sərvəti kimi dəyərləndirilib. Ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından bəhs edən natiqlər əminliklə bildiriblər ki, iki qardaş xalq arasındakı münasibətlər əbədiyyətə qədər dinamik inkişafda olacaq. Həmçinin çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının, Milli Ordumuzun yaradılmasının əhəmiyyətindən, bu məsələdə Qafqaz İslam Ordusunun tarixi missiyasından, dövlət müstəqilliyimizin bərpasından sonra Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hədəflərindən, bu siyasətin uğurla davam etdirilməsindən, iki qardaş ölkənin birgə həyata keçirdikləri iqtisadi layihələrdən, o cümlədən Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq kimi məsələlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrimizin güclənməsi, eləcə də qardaş ölkələrimizin sosial-iqtisadi həyatındakı dinamik inkişaf xalqlarımızın təhlükəsizliyini və rifahını təmin edən əsas amillərdir. Vurğulanıb ki, tarixi köklər, ortaq din, dil və mədəniyyətlə bir-birinə ayrılmaz tellərlə bağlı olan Azərbaycan və Türkiyənin qardaşlığı bundan sonra da inkişaf edəcək, bütün dünya üçün nümunə olacaqdır.
Mərasimin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı olub.
Konsertdə Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova məlahətli ifaları ilə bayram tədbirinin iştirakçılarında xoş ovqat yaradıblar. Ruh oxşayan Azərbaycan muğamı Heydər Əliyev Parkında yaşanan bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Natiq ritm qrupunun ifası da maraqla qarşılanıb.
Sonra Əməkdar artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin konserti olub. Daha sonra Xalq artisti Azərinin ifası dinlənilib.
İştirakçılar Heydər Əliyev Parkında Azərbaycanın zəngin tarixi, mədəniyyəti, müasir ordusunun gücü, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən fotosərgi ilə tanış olublar.
Heydər Əliyev Parkında quraşdırılmış böyük ekranda Azərbaycanın müasir həyatından, reallaşdırılan nəhəng iqtisadi layihələrdən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx göstərilib.
Təntənəli yubiley mərasimi atəşfəşanlıqla başa çatıb.

 
  • Oxunub:  3960  |  
  • Tarix:  16-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar
09:27
18 Yanvar
Nikol Paşinyanın “xaş siyasəti”
09:23
18 Yanvar
Misirin aparıcı KİV-ləri 20 Yanvar faciəsindən yazır
09:22
18 Yanvar
Azərbaycanın regionlarında sahibkarlığın inkişafına dəstək tədbirləri gücləndirilir
12:54
17 Yanvar
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
12:46
17 Yanvar
Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır
12:33
17 Yanvar
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyada ilk iclası keçirilib
12:20
17 Yanvar
PA rəsmisi: Azərbaycanda din sahəsində stabil mühit mövcuddur
12:09
17 Yanvar
2018-ci ildə Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub
11:51
17 Yanvar
Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib
11:42
17 Yanvar
Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
11:26
17 Yanvar
Dəyişkən hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu tam rejimdə fəaliyyət göstərir
11:17
17 Yanvar
“Üçüncü günün adamı” filmi “YARAT”da
10:58
17 Yanvar
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
10:48
17 Yanvar
“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir
10:25
17 Yanvar
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
10:22
17 Yanvar
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
10:20
17 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:11
17 Yanvar
Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
10:09
17 Yanvar
Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir
20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+0 +2