Ana səhifə »  Siyasət »  Müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb
A+   Yenilə  A-
Müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb

Prezident İlham Əliyev: Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz
2018-ci il aprelin 11-də müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə yaşandı - çoxlu sayda yerli və beynəlxalq müşahidəçilərin izlədiyi prezident seçkiləri uğurla yekunlaşdı. Əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də Azərbaycan xalqı yüksək fəallıq və vətəndaş mövqeyi sərgilədi, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etdilər. Mərkəzi Seçki Komissiyasından verilən məlumatda seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğu bildirilib.
Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilərin rəyi belədir ki, Azərbaycan növbəti prezident seçkilərini azad və şəffaf şəkildə keçirməklə demokratiya yolunda növbəti uğura imza atıb. Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir ki, tam demokratik şəraitdə baş tutan seçkilərin ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi, dövlət başçısı İlham Əliyev 3 milyon 397 min 664 səs (86,03 faiz) toplayaraq digər namizədləri böyük fərqlə arxada qoyub.
Onu da deyək ki, seçkilərin ilkin nəticələri Azərbaycan cəmiyyətində böyük coşqu yaradıb. Bu günlərdə paytaxt Bakıda və bölgələrdə insanlar küçələrə, meydanlara çıxaraq son 15 ildə Azərbaycan dövlətinə bacarıqla rəhbərlik edən, məqsədyönlü daxili və xarici siyasəti ilə ölkəmizə çoxsaylı uğurlar qazandıran Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbə qazanmasını əsl toy-bayram sevinci ilə qeyd edirlər. Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə aprelin 12-də Bakıda Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən möhtəşəm konsert proqramında dövlət başçısının Özü və ailə üzvləri də iştirak ediblər. “Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda, bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs vermişdir. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq”, - deyə tədbirdə çıxış edən Prezident İlham Əliyev vurğulayıb.
Seçkilərin nəticələri xalqın Prezident İlham Əliyevə böyük inamını ifadə edir
Ölkəmizi fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycan iqtidarı apardığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürür, daim xalqın mənafeyindən çıxış edir. Öz növbəsində, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir.
Son 15 ilin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev təkcə 2017-ci ildə 30-dan çox rayona səfərə gedib və çoxlu sayda sosial-iqtisadi təyinatlı obyektlərin açılışında iştirak edib, dəyərli tövsiyələrini verib, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib.
Eyni zamanda, Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin iradəsi ilə bilavasitə insanların mənafeyinə yönələn dərinməzmunlu sosial siyasət həyata keçirilib. Sosial dövlət olan Azərbaycanda reallaşdırılan məqsədyönlü dövlət siyasətinin mərkəzində vətəndaşların maraqları dayanır. Respublikada davamlı iqtisadi inkişaf, aparılan islahatlar dərinməzmunlu sosial siyasətlə tamamlanır. Ölkədə insanların həyat şəraitinin yaxşılaşması, gəlir imkanlarının artırılması məqsədilə ardıcıl şəkildə reallaşdırılan proqramlar, genişmiqyaslı tədbirlər bunu əyani şəkildə təsdiqləyir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə respublikamızda maaşlar beş, pensiyalar səkkiz dəfə artırılıb.
Azərbaycanda reallaşdırılan sosial siyasət özünün son dərəcə geniş spektri ilə diqqəti cəlb edir. Ölkədə dövlət qayğısına ehtiyacı olan bütün insanlar dövlət dəstəyindən bəhrələnirlər. İnsanlar arasında ədalətli resurs bölgüsü təmin edilir ki, bu da aparılan dərinməzmunlu sosial siyasətin əlamətidir.
Deyilənlərdən də göründüyü kimi, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. Öz növbəsində, dövlət başçısının apardığı sosial məzmunlu siyasət cəmiyyətdə Ona böyük inam formalaşdırıb. Konsert proqramında da qeyd edildiyi kimi, dövlətimizin başçısının əldə etdiyi ən böyük nailiyyət Onun xalqın sonsuz məhəbbətini qazanmasıdır. Ötən illər ərzində uğurla reallaşdırdığı siyasətin əsas mahiyyətinə, qayəsinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim”.
Aprelin 11-də Azərbaycan xalqı ölkədə sabitliyin və tərəqqinin bundan sonra da davamına səs verdi
Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasəti müxtəlif parametrlər baxımından dəyərləndirsək, ölkədə hökm sürən sabitliyi, əmin-amanlığı xüsusi qeyd edə bilərik. Məlumdur ki, hazırda dünyada sabitlik və təhlükəsizlik kimi məsələlər çox ciddi önəm kəsb edir. Bir sıra hallarda ayrı-ayrı ölkələrdəki qeyri-sabitlik, xalqların və ölkələrin dinc qonşuluq şəraitində yaşamalarına göstərilən təhdidlər dövlətlərin öz potensiallarını inkişafa və rifaha yönəltmələrinin qarşısını alır. Dünyanın bu və ya digər regionunda yaşanan gərginlikdən, müharibələrdən, siyasi-iqtisadi kataklizmlərdən sadə insanlar daha artıq dərəcədə əziyyət çəkirlər - onlar böyük məhrumiyyətlərlə üzləşir, öz gələcəklərini qura bilmir, təhsildən, qlobal miqyasda gedən tərəqqiyə, müsbət dəyişikliklərə inteqrasiyadan kənarda qalırlar. Lakin ölkəmizdə tamamilə fərqli mənzərə hökm sürür. Belə ki, Prezident İlham Əliyevin apardığı siyasət sayəsində Azərbaycan xalqı öz həyatını sabitlik şəraitində qurur, gələcəyə böyük inamla baxır.
Son 15 ildə Azərbaycanda sabitliyin, əmin-amanlığın təmin olunması ölkənin potensialını, gücünü sosial-iqtisadi inkişafa yönəltmək üçün münbit zəmin rolunda çıxış edib. Hər bir ölkənin uğurlu inkişafını dəyərləndirmək baxımından sosial-iqtisadi inkişaf göstəriciləri çox önəmlidir. Güclü iqtisadiyyat olmadan ölkənin hərtərəfli inkişafından, qarşıda duran vəzifələrin uğurlu həllindən də söhbət açmaq mümkün deyil. Bu mənada Azərbaycanın güclü potensialından, o cümlədən də neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsini hədəfləyən siyasətin önəmini xüsusi qeyd etmək lazımdır. Respublikada neftdənkənar, innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, Azərbaycan qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilib. 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri 3 dəfədən çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikanın qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil, çoxşaxəlidir.
Bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, heç bir başqa dövlətdən, heç bir beynəlxalq təşkilatdan asılı deyil. Ölkəmizin maliyyə vəziyyəti kifayət qədər yaxşıdır. Son 15 ildə genişmiqyaslı infrastruktur quruculuğuna böyük həcmlərdə sərmayələr yönəldilməsinə baxmayaraq, respublikamız özünün strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 44 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, yaradılan əlverişli investisiya mühitinin nəticəsi olaraq son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq sərmayələr yönəldilib.
Azərbaycanın inkişafı o səviyyəyə çatıb ki, ölkəmizin uğurları beynəlxalq səviyyədə də etiraf olunur. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı respublikamızın iqtisadi potensialı və inkişaf perspektivləri ilə bağlı nikbin proqnozlar açıqlayıblar. Bu baxımdan nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” da diqqəti cəlb edir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Yenə də Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə ölkəmiz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerdə qərarlaşıb.
Eyni zamanda, ölkəmizin beynəlxalq miqyasda rolu və nüfuzu əhəmiyyətli dərəcədə artıb. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmiz həm özünün coğrafi mövqeyinə, həm də getdikcə artan gücünə istinad edərək qlobal miqyasda da təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməyə çalışır. Prezident İlham Əliyev yeni uğurlu əməkdaşlıq platforması sayılan “Bakı prosesi”nin təşəbbüskarıdır. Qısa müstəqillik tarixində respublikamızın 150-dən çox dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi Azərbaycanın bütün dünya miqyasında sayılıb-seçilən ölkəyə çevrildiyini əyani şəkildə təsdiqləyir.
Azərbaycan xalqı Prezident İlham Əliyevin mövcud reallıqlar, meydana çıxan yeni çağırışlar kontekstində müəyyənləşdirdiyi və ölkəmizə hər sahədə böyük uğurlar qazandıran daxili və xarici siyasəti bəyənir və dəstəkləyir. İnsanların istəyi, arzusu odur ki, respublikada ictimai-siyasi sabitlik, inkişafın ardıcıllığı bundan sonra da təmin edilsin. Prezident İlham Əliyev 11 aprel seçkilərində xalqımızın seçimini şərtləndirən ölkəmizin müsbət reallıqlarına diqqət çəkərək deyib: “Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıbdır. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkədir. Daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunur”.
Ölkənin, cəmiyyətin bütün potensialı daha güclü Azərbaycan qurulmasına yönəldilib
Hər bir ölkənin siyasi müstəqilliyi ilk növbədə real gücə əsaslanmalıdır. Dünya praktikasından görürük ki, real gücü olmayan ölkələrdə milli dövlət quruculuğu da iflasa uğrayır. İşğalçı Ermənistanın vəziyyəti buna tipik nümunədir. İqtisadiyyatı çökən Ermənistan siyasi cəhətdən də müstəqil deyil, forpost ölkə kimi xaricdən gələn diktələr əsasında fəaliyyət göstərir və sosial problemlər məngənəsində boğulur.
Qeyd olunanlar kontekstində Azərbaycanın vəziyyəti isə tamam başqa rakursdan diqqəti cəlb edir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev Azərbaycanın real siyasi müstəqilliyinin təmin edilməsini hədəfləyərkən ilk növbədə bu strateji məqsədə çatılmasını şərtləndirən real əsaslar yaradılmasını diqqət mərkəzində saxlayıb. Yuxarıda deyilənlər Azərbaycanı kifayət qədər böyük potensiala və gücə malik dövlət kimi səciyyələndirir. Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir. Bu zaman, təbii ki, ölkənin milli maraqları əsas götürülür. Güclü dövlətə çevrilən Azərbaycan özünün siyasi qətiyyəti sayəsində Ermənistanı bütün irimiqyaslı regional layihələrdən kənarda qoymağa nail olub və işğalçı dövləti dalana salıb.
Təbii ki, Azərbaycanın uğurları dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizin, bizi istəməyən qüvvələrin də, necə deyərlər, yuxusunu ərşə çəkib. Respublikamız iqtisadi və siyasi cəhətdən gücləndikcə erməni lobbisinin, antimilli mərkəzlərin, islamofob dairələrin, imperialist güc mərkəzlərinin narahatlığı da artır. Onlar hansısa bir yolla Azərbaycanın inamlı inkişafını əngəlləməyə, ölkə daxilində bərqərar olan davamlı sabitliyə xələl gətirməyə çalışırlar. Biz xaricdəki bəlli dairələrin Azərbaycanın əleyhinə yönələn fəaliyyətini həmçinin seçkilər öncəsi mərhələdə də müşahidə etdik. Bəhs edilən dairələr bu və ya digər səbəblərdən xaricdə məskunlaşan azsaylı “sapı özümüzdən olan baltalar”ı və ölkə daxilində müxalifətin radikal kəsimini müəyyən şirnikləndirici vədlərlə ələ alaraq onların vasitəsi ilə respublikamızın reallıqlarını təhrif etməyə, ictimai-siyasi mühitdə müəyyən gərginliklər yaratmağa səy göstərirdilər. 11 aprel seçkilərinin nəticələri həmin dairələrə tərs sillə oldu, onların qara niyyətləri elə ürəklərində də qaldı. Seçkilər bütün dünyaya nümayiş etdirdi ki, xalq öz dövlətini sevir, taleyini sınanmış Liderinə etibar edir. Azərbaycan güclü dövlətdir, onunla hər hansı bir təzyiq və yaxud diktat dili ilə danışmaq mümkün deyil.
Qarşıda isə yeni hədəflər, yeni məqsədlər dayanır. Biz daha güclü Azərbaycan qurmaq üçün daha böyük əzmlə, səylə çalışmalıyıq. Sözügedən tədbirdəki çıxışında Prezident İlham Əliyev diqqəti qarşıda duran hədəflərə yönəldərək vurğulayıb: “Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz”.
Azərbaycan gələcəyə doğru bu gün yetişən gənc nəsillə irəliləyir
Bir sıra ölkələrin acı təcrübəsi göstərir ki, zəngin karbohidrogen ehtiyatlarının olması heç də həmin ölkələrin firavan, xoşbəxt yaşamasını təmin etməyib, əksinə, ayrı-ayrı hallarda təbii sərvətlər inkişafın qarşısında əngələ çevrilib, insanlar yerin təkindən “qara qızıl” hasil etdikləri halda səfalət içində yaşayıblar. Bunun əsas səbəbi isə bəzi hallarda milli dövlətlərin neft gəlirlərini səmərəli şəkildə idarə etməmələri ilə bağlıdır. Azərbaycanın nümunəsində isə tamam fərqli mənzərənin şahidi oluruq. Ölkəmizdə neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə Neft Fondu yaradılıb. Bura toplanan vəsaitlər həm gələcək nəsillər üçün qorunub saxlanılır, həm də ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin icrasına yönəldilir.
Bu gün paytaxt Bakının və regionların müsbət reallıqlarından da göründüyü kimi, insan kapitalının formalaşmasına müsbət təsir göstərən infrastrukturun yaradılması Azərbaycanın prioritetləri sırasında mühüm yer tutur. Müstəqillik illərində bütün ölkə boyunca məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, paytaxt Bakıda və bölgələrdə yeni səhiyyə müəssisələri açılıb, insanlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib. Bütün bunların arxasında isə, təbii ki, dövlətin güclü siyasi iradəsi, neft gəlirlərinin məqsədyönlü şəkildə insan kapitalının inkişafına yönəldilməsi amili dayanır.
Ölkəmizdə cəmiyyətin ən avanqard hissəsi olan gənclərə hərtərəfli qayğı göstərilir. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda davamlı olaraq həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətini son 15 ildə Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirib. İndiyədək Prezident İlham Əliyev tərəfindən təsdiqlənən və gəncliyin inkişafına yönələn bir neçə Dövlət Proqramı uğurla icra edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqlənib. Prezident İlham Əliyev həmçinin 15 sentyabr 2017-ci il tarixində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiqlənməsinə dair müvafiq Sərəncam imzalayıb.
Bu gün kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən, dövlət qayğısından maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər. Gənclərə böyük inamını ifadə edən Prezident İlham Əliyev “Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq”, - deyib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  14370  |  
  • Tarix:  14-04-2018  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA