Ana səhifə »  Siyasət »  Xalqın seçimi cənab İlham Əliyevdir
A+   Yenilə  A-
Xalqın seçimi cənab İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası Nərimanov rayonunda izdihamlı mitinq keçirib
Martın 21-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayonunda izdihamlı mitinq keçirib. “İlhamla İrəli!” şüarı ilə minlərlə insanın iştirak etdiyi tədbirin aparıcıları öncə prezident seçkiləri haqqında məlumat verib və Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürüldüyünü vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib. 
Mitinqdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov öncə Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və ən xoş arzularını bildirib. Cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin də xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandığını deyən Əli Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin seçki kampaniyasını uğurla həyata keçirir: “Biz növbəti dəfə “İlhamla İrəli!” şüarı ilə seçki kampaniyasına başlamışıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyib. Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu güclənməkdədir. Bu gün Azərbaycanda təhlükəsizlik və sabitlik hökm sürür. Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir. Təbii ki, təhlükəsizliyin təmin olunması və qorunmasında Prezidentimiz İlham Əliyevlə xalqın sarsılmaz birliyi mühüm rol oynayır”.
YAP Sədrinin müavini qeyd edib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir: “Ona görə də biz yenə də “İlhamla İrəli!” deyərək seçki kampaniyasını uğurla aparırıq. Cənab İlham Əliyev 15 il ərzində Azərbaycan üçün möhtəşəm nailiyyətlərə imza atıb. Bu səbəbdən də, İlham Əliyev yüksəliş, inkişaf, tərəqqi deməkdir. O, hər bir azərbaycanlının firavanlığı üçün çalışır. Buna görə də bütün xalqımız İlham Əliyevi sevir, Onu dəstəkləyir. İstər gənc olsun, istər qadın, istərsə də yaşlı nəslin nümayəndələri - bütün vətəndaşlarımız cənab İlham Əliyevə inanır və etimad göstərirlər. Bu gün izdihamlı mitinq, burada sizin coşqunuz da bunu təsdiqləyir”.
“Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Ölkəmizin iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi qarşıda dayanan əsas vəzifələr sırasındadır. Bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir. Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, qarşımızda mühüm vəzifələr dayanır. İnanıram ki, biz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
YAP tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində ilk mitinqin Nərimanov rayonunda keçirildiyini deyən Əli Əhmədov Nərimanov seçicilərini aprelin 11-də fəal olmağa, seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırıb: “İnanıram ki, sizlər seçki günü Azərbaycanın gələcək inkişafına səs verəcəksiniz. Çünki cənab İlham Əliyevə səs vermək sabitliyə, inkişaf və tərəqqiyə səs vermək deməkdir”.
Milli Qəhrəman, şəhid Samir Xasıyevin anası Gülzar Xasıyeva mitinqdə çıxış edərək Azərbaycanın xoşbəxt gələcəyinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. “Mənim oğlum 4 il torpaqlarımızın işğaldan azad olunması üçün döyüşüb. İki dəfə - 1994-cü il və 1995-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında iştirak edib. 1995-ci ilin mart çevrilişinə cəhdin qarşısını alarkən şəhid oldu. Ümummilli liderimiz Heydər Əliyev oğluma Milli Qəhrəman adını verdi. Ulu öndərimiz hər zaman şəhid ailələrinə diqqət göstərirdi. Hazırda bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Biz hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını hiss edirik. İnanırıq ki, cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və biz belə bayramları həmin torpaqlarda qeyd edəcəyik”, - deyən şəhid anası onu da bildirib ki, bu gün xaricdə yaşayan satqınlar ölkəmizə, onun rəhbərinə qarşı böhtan atmağa çalışırlar. “Amma onların cəhdləri heç bir nəticə verməyəcək. Allah dövlətimizi, Prezidentimizi qorusun! Prezident seçkilərində seçimimiz cənab İlham Əliyevdir”, - deyən G.Xasıyeva seçiciləri aprelin 11-də fəal olmağa çağırıb. O bildirib ki, xalqın seçimi cənab İlham Əliyevdir.
Daha sonra çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqeyinin möhkəmləndiyini söyləyib. Onun sözlərinə görə, bu gün ölkəmiz beynəlxalq təşkilatlarda aparıcı rol oynayır: “Biz fəxr edirik ki, gənc Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurası kimi mötəbər quruma üzv olub və bu təşkilata sədrlik edib. Bütün bunlar Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin dəmir iradəsinin məntiqi nəticəsidir”.
S.Seyidov deyib ki, Azərbaycan bu uğurlara Prezidentlə xalqın birliyi nəticəsində nail olub. “Biz bu birliyi qorumalıyıq. Bunun üçün də 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Prezident İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq”, - deyən millət vəkili seçiciləri 11 aprel seçkilərində fəal iştirak etməyə çağırıb.
Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.
Mitinq möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Nardar BAYRAMLI

 
  • Oxunub:  2070  |  
  • Tarix:  22-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm

18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir
17:56
19 Aprel
“Dəniz Kuboku-2018” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş olub
17:55
19 Aprel
Polkovnik Əzizağa Qəni-zadə: Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək
17:52
19 Aprel
Elman Məmmədov: Beynəlxlaq qurumlar Ermənistanda baş verən proseslərə ikili standartlar mövqeyindən yanaşırlar
17:46
19 Aprel
Cəlil Xəlilov: Azərbaycan Prezidenti bir daha təsdiq etdi ki, Vətən naminə canlarından keçən insanlar heç vaxt unudulmayacaq
17:41
19 Aprel
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
17:39
19 Aprel
Hikmət Babaoğlu “Xalq müstəqil dövlətimizi yalnız prezident İlham Əliyevin irəli apara biləcəyinə inanır”
17:20
19 Aprel
İsmayıllıda ümumi məhsul istehsalı 36 milyon 29 min manat təşkil edib
17:10
19 Aprel
“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Tərtər şəhərində keçirilib
16:36
19 Aprel
Küveyt qəzetində Aida İmanquliyevanın həyat və yaradıcılığına dair məqalə dərc olunub
16:34
19 Aprel
Elçin Mirzəbəyli: Serj Sarkisyan rejimi etiraz aksiyalarından ciddi narahatlıq keçirir
16:21
19 Aprel
Aydın Hüseynov: Azərbaycan Prezidentinin son 15 ildə yürütdüyü siyasət milli maraqlarımızı tam təmin edir
16:07
19 Aprel
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
16:03
19 Aprel
Milli ideya – keçmişin dərk edilməsi və gələcəyə istiqamətlənmə
15:33
19 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
15:31
19 Aprel
Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
15:28
19 Aprel
Fransanın “Radio Courtoisie” radiosunda Azərbaycanda keçirilmiş prezident seçkilərinin şəffaflığından danışılıb
14:59
19 Aprel
Pekində Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib
14:49
19 Aprel
İordaniya Dövlət Televiziyası: “Azərbaycan heç zaman sönməyəcək odlar ölkəsidir”
14:44
19 Aprel
Tahir Kərimli: Prezident İlham Əliyev çıxışında radikal müxalifətə tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi
14:41
19 Aprel
Mübariz Qurbanlı: Yad ünsürlərin təsirinin qarşısını birgə almalıyıq
14:35
19 Aprel
PA rəsmisi: Tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub
14:32
19 Aprel
Azərbaycan ikinci Beynəlxalq həmrəylik tennis çempionatına ev sahibliyi edəcək
14:30
19 Aprel
Musa Quliyev: Son illərdə Azərbaycanda aparılan islahatlar ölkəmizin hərtərəfli inkişafını təmin edib
14:26
19 Aprel
Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14:22
19 Aprel
Azərbaycan Milli Elmlər Akademiyası Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı genişləndirir
14:19
19 Aprel
Azərbaycanın nümayəndə heyəti Beşinci Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forumda iştirak edir
14:17
19 Aprel
Qırğızıstanlı diplomat UNEC-in tələbələrinin intellektual səviyyəsini yüksək qiymətləndirib
14:10
19 Aprel
Mevlüt Uysal: Seçkilərdəki inamlı qələbə Azərbaycan xalqı ilə Prezident İlham Əliyev arasında möhkəm birliyin təzahürüdür
14:08
19 Aprel
Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehranda fars dilində nəşr olunub
14:06
19 Aprel
Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 516 milyon manatlıq məhsul istehsal edilib
14:04
19 Aprel
Prezident İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14:03
19 Aprel
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib
14:01
19 Aprel
TAP qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb
13:58
19 Aprel
Hikmət Babaoğlu: İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
13:57
19 Aprel
Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı yolları müzakirə olunub
13:55
19 Aprel
Prezident İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13:51
19 Aprel
Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
13:48
19 Aprel
Xətai rayonunda 81 minə yaxın sakin tibbi müayinədən keçib
13:46
19 Aprel
Lev Spivak: Azərbaycanda sabit iqtisadi və siyasi mühit gələcəkdə də davam edəcək
13:43
19 Aprel
Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfrans keçirilib
12:14
19 Aprel
Mübariz Qurbanlı: "Din xadimlərinə maddi dəstək veriləcək"
12:04
19 Aprel
Günəş elektrik stansiyalarında 7,7 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub
11:58
19 Aprel
Azərbaycanda propilen istehsalı 11,5 faiz artıb
11:54
19 Aprel
“700 min ağac əkək!” kampaniyası çərçivəsində Bərdədə növbəti aksiya keçirilib
11:46
19 Aprel
Vətən uğrunda şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr olunan beynəlxalq cüdo turniri keçirilir
11:42
19 Aprel
Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar
11:26
19 Aprel
ABŞ-ın yəhudi və xristian din xadimləri Azərbaycanın tolerantlığını alqışlayıblar
11:23
19 Aprel
İRƏVANDA SAXLANILANLARIN SAYI 91-Ə ÇATDI
11:21
19 Aprel
Ermənistan əhalisi Serj Sarkisyanın baş nazir postunu mənimsəməsinə etiraz edir
11:17
19 Aprel
Bu il Bakı–Tbilisi–Ceyhan kəməri ilə 8,2 milyon ton neft göndərilib
11:15
19 Aprel
Birinci rübdə Azərbaycanda 4,4 milyard kubmetr əmtəəlik təbii qaz istehsal edilib
11:07
19 Aprel
Dini radikalizmlə və ekstremizmlə mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür
10:52
19 Aprel
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi yaxşılaşdırılır
10:43
19 Aprel
Azərbaycan OPEC+ Monitorinq Komitəsinin iclasında təmsil olunacaq
10:40
19 Aprel
Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi Bakıda keçiriləcək
10:30
19 Aprel
Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə dair “dəyirmi masa” keçirilib
10:27
19 Aprel
İstanbulda Azərbaycan, Türkiyə və Yunanıstan incəsənət ustalarının birgə konserti olub
10:22
19 Aprel
Ermənistan silahlı bölmələri snayper tüfənglərindən və minaatanlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
10:20
19 Aprel
İsveçrə Prezidenti Alain Berset: İsveçrə ilə Azərbaycan arasında yaxşı və geniş əlaqələr mövcuddur
10:15
19 Aprel
Tahir Rzayev: Ölkədə qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün dövlət tərəfindən qətiyyətli siyasi iradə nümayiş etdirilir
10:11
19 Aprel
Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
10:08
19 Aprel
Yaponiyanın Baş naziri: Azərbaycan, Qafqaz regionunun sabit inkişaf açarının sahibi olmaqla, beynəlxalq enerji təhlükəsizliyi üçün böyük rola malik ölkədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA