Ana səhifə »  Siyasət »  Nazirlər Kabineti Milli Məclisdə illik hesabat verib
A+   Yenilə  A-
Nazirlər Kabineti Milli Məclisdə illik hesabat verib

Millət vəkilləri hesabatı qəbul ediblər
Martın 16-da Milli Məclisin növbəti iclası keçirilib. İclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti 2017-ci ildəki fəaliyyəti barədə hesabat verir: “Bizə təqdim edilmiş hesabatla tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaradıb”.
O.Əsədov bildirib ki, ötən il ölkə iqtisadiyyatında həyata keçirilən sistemli islahatlar uğurla davam etdirilib. Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək 35-ci yeri tutub. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də, Azərbaycanın mövqeləri xeyli yaxşılaşıb.
“2017-ci ildə Azərbaycan dövlətinin neft strategiyasında növbəti uğurlu addım atılıb. “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şərtlər ilə 2050-ci ilə qədər uzadılıb. Cənub Qaz dəhlizinin mühüm tərkib hissələri olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası sürətlə davam etdirilib. Ötən il tarixi İpək Yolunun bərpası üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilibr. Araşdırmalar göstərir ki, bu layihə Avropa ilə Şərqi birləşdirən tranzit müddətini 2 dəfə azaltmağa şərait yaradır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılıb. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş verib, nəticədə bu sektorun ÜDM-də xüsusi çəkisi təqribən 63 faiz təşkil edib. Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldonun yaranmasıdır. Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlamağa imkan verib. İl ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılıb.
Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında əlaqələrin güclənməsini, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində millət vəkillərinin iştirakını təmin edir. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Millət vəkillərinin 68 təklifinin icrası barədə məlumat hesabatda ətraflı qeyd olunub. Fikrimcə, bu müzakirələr də faydalı olacaq, hökumətin fəaliyyətinin səmərəliliyinin daha da artmasına öz töhfəsini verəcəkdir”, - deyə O.Əsədov vurğulayıb.
Daha sonra Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə hesabat məruzəsi ilə çıxış edib. Baş nazir bildirib ki, 2017-ci il ölkəmizin tarixində maliyyə sabitliyinin və iqtisadi artımın bərpası, dərin islahatlar ili kimi özünəməxsus yer tutub. Onun sözlərinə görə, Azərbaycan dövlətinin olduqca gərgin və mürəkkəb beynəlxalq şəraitdə xalqın mənafeyinə uyğun apardığı sosial-iqtisadi siyasəti keçən il daha da dərinləşərək, köklü keyfiyyət dəyişiklikləri ilə müşayiət olunub. Hökumətin ötən ilin yekunlarına dair iclasında ölkədəki sosial-iqtisadi vəziyyət dolğun şəkildə təhlil edilib və növbəti il üçün əsas prioritetlər müəyyənləşdirilərək, qarşıda duran ən mühüm vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlar verilib.
“Azərbaycanın tərəqqisi, xalqımızın təhlükəsizliyi və əmin-amanlığı üçün böyük önəm kəsb edən prezident seçkiləri ərəfəsində olduğumuza görə bugünkü çıxışımı dövlətimizin son 14 ildə əhalinin rifahının yüksəldilməsinə hədəflənmiş sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan əsas nailiyyətlər üzərində qurmağı düzgün hesab edirəm. Bu dövrdə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri 30 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası mümkün olub. Şübhəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir”, - deyə A.Rasi-zadə vurğulayıb.
Baş nazir qeyd edib ki, neft-qaz sənayesinin iqtisadiyyatdakı aparıcı rolu təbii ki, hələ uzun illər davam etməklə, ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək, habelə digər sahələrin inkişafına ciddi təsir göstərəcək. Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb: “Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb. Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib. Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda əsaslı rekonstruksiya və modernləşmə ilə əlaqədar mühüm işlər aparılır, karbamid zavodunun, yeni polietilen və polipropilen qurğularının tikintisi isə tamamlanaraq, müvafiq sınaq işlərinə başlanılıb. Bu müəssisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də yüksək ixrac potensialına malik olacaqdır. Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan verib. Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən prioritet istiqamətlərindən olub. 2004-2017-ci illər ərzində ölkədə ümumi gücü 2400 MVt-dan artıq 30 elektrik stansiyası tikilib istismara verilib, 5 min 200-dən çox yarımstansiya inşa edilib və ya modernləşdirilərək yenidən qurulub, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib”.
Hesabatda qeyd olunub ki, ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələr yaradılıb.
Ümumilikdə, son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilmiş digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.
Ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulmuş vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb.
Dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ildə Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin ləğv edilmiş Xəzər Dəniz Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Gəmiçiliyin inkişafına dair 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq edilərək icrasına başlanılıb və Cəmiyyət iqtisadi göstəricilərini əsaslı şəkildə yaxşılaşdırıb. Bu müddətdə alınmış 19 müxtəliftəyinatlı gəmi hesabına onun fəaliyyəti daha da genişləndirilib. Hazırda Bakı gəmiqayırma zavodunda Cəmiyyətin sifarişi əsasında 2 gəmi və 2 tankerin tikintisi aparılır.
Bu dövrdə mülki hava nəqliyyatının maddi-texniki bazası ən müasir hava gəmiləri hesabına əsaslı şəkildə yeniləşdirilib, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyəti xeyli yüksəldilib.
Əgər 2003-cü ildə Azərbaycanda yalnız 1 beynəlxalq statusa malik hava limanı var idisə, hazırda onların sayı 6-ya çatdırılıb. Təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilmiş müasir aerovağzal kompleksi ildə 6 milyon sərnişinə xidmət göstərmək gücündədir.
Baş nazir deyib ki, 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində maliyyə vəsaiti yönəldilib.
Baş nazir təəssüflə bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüşə nail olunmayıb: “Bunun əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, problemin həllini hər vasitə ilə uzatmağa çalışmasıdır. Dövlət başçısı hamımızın ən ağrılı yeri olan bu məsələni gündəlik nəzarətində saxlayır, bütün beynəlxalq tədbirlərdə və görüşlərində onun hüquqi müstəvidə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Münaqişənin həllinin sülh danışıqları ilə yanaşı, hərb variantının mümkünlüyünü də nəzərə alaraq, biz hərbi gücümüzü durmadan artırır, ordunun maddi-texniki bazasını möhkəmləndirir, müasir silah və sursatla təminatına xüsusi diqqət yetiririk. 2016-cı ilin şərəfli aprel döyüşlərində erməni təxribatının qarşısının qəhrəmanlıqla alınması ordunun hərbi hazırlığının ildən-ilə artdığını bir daha əyani nümayiş etdirdi. Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən Müdafiə Sənayesi Kompleksi yaradılıb və müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 13,5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir”.
A.Rasi-zadə çıxışının sonunda qeyd edib ki, Azərbaycan qarşıdakı illərdə də sosial, iqtisadi, siyasi sahələrdə uğurlarını daha da artıracaq.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə hökumətin illik hesabatını yüksək qiymətləndirib. Onun fikrincə, əldə olunan nailiyyətlər gələcək uğurlar üçün bir stimuldur.
Çıxış edən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, hazırda çox mürəkkəb tarixi mərhələdən keçirik və bu, elə mərhələdir ki, xalqlar tarix qarşısında yeni dövlətçilik imtahanı verirlər: “Ona görə də hər bir milli hökumətin fəaliyyətinin səmərəliliyi və effektivliliyi tarix qarşısında bu imtahanı necə verməkdən keçir. 2017-ci ildə Azərbaycan hökumətinin fəaliyyəti də strateji istiqamətlər üzrə bu qiymətləndirməni aparmaq üçün bizə əsaslar verir”.
Hikmət Babaoğlu bildirib ki, hər bir xalqın gələcəyi, ilk növbədə, hökumətin səmərəli fəaliyyəti, təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Eyni zamanda, bu gün görülən işlər, əslində, xalqımızın və dövlətçiliyimizin gələcəyə vəsiqəsini təmin edir. Çünki hazırkı mərhələdə beynəlxalq münasibətlərdə çox amansız mübarizənin şahidiyik. Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində çox ciddi rəqabət, həmçinin manipulyasiyalar var: “Belə bir şəraitdə yaşadığımız regionda bir sıra dövlətlər və onların siyasi gündəmi tamamilə başqa məsələlərlə məşğuldur. Bunun fonunda isə Azərbaycanda gündəm sabitlik, təhlükəsizlik və inkişafla bağlıdır. Bu, çox ciddi faktordur. Hər bir ölkənin təhlükəsizliyinin sosialoji düsturu, ilk növbədə, sosial-iqtisadi, maliyyə problemlərinin həll olunmasından keçir. Baş nazirimizin çıxışında da bununla bağlı ayrı-ayrı istiqamətlər üzrə bu hesabat bizə təqdim olundu və nəticələr uğurludur”.
Ərzaq təhlükəsizliyinin də bütövlükdə milli təhlükəsizliyin təmin olunmasındakı rolundan danışan millət vəkili qeyd edib ki, millətin genefondunu məhv etmək üçün əsas silahlardan biri genetik modifikasiya olunmuş ərzaq, qida məhsullarıdır. Onun sözlərinə görə, bu məsələ də hökumətin diqqətindədir və Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması yönündə mühüm addımlar atılır. Kənd təsərrüfatının son illər sürətlə inkişaf etdiyini deyən millət vəkili bu sahənin ərzaq təhlükəsizliyinin əsas komponenti olduğunu söyləyib.
Hikmət Babaoğlu çıxışında su təhlükəsizliyi məsələsinə də toxunub: “XXI əsrdə dünyada müharibələrin, qarşıdurmaların əsas səbəblərindən biri də su ehtiyatlarına nəzarət etməklə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycanın su ehtiyatlarının böyük hissəsi sərhədlərimizdən kənarda formalaşır, bu problemin həlli Azərbaycan dövləti üçün çox mühüm məsələdir. Artıq bu məsələ də həll olunub. Taxtakörpü su anbarının tikintisi, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə Azərbaycan su təhlükəsizliyini təmin etməyi bacarıb”.
Millət vəkili həmçinin informasiya təhlükəsizliyi, beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin möhkəmləndirilməsi, milli diplomatiyamızın uğurlu fəaliyyəti məsələlərinə də toxunaraq bu istiqamətlərdə görülən işləri yüksək qiymətləndirib.
“Bütövlükdə, 2017-ci ldə hökumətin fəaliyyəti qənaətbəxşdir. Əslində, bu fəaliyyət 2018-ci ildə və ondan sonrakı mərhələdə də milli maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması yönündə fəaliyyətin əsasları kimi qəbul oluna bilər”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova çıxışında bildirib ki, təqdim olunan hesabat Azərbaycan hökumətinin 2017-ci ildəki fəaliyyətini dolğun əks etdirir. Hesabatda hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub, həmçinin ölkə həyatının bütün sahələri üzrə inkişaf göstəriciləri hesabatda aydın şəkildə ifadə olunub, bütün əsas göstəricilər əksini tapıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti ötən ildə də öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın sosial, iqtisadi inkişafına öz dəyərli töhfəsini verib: “Hesabatdan da göründüyü kimi, Azərbaycanın sürətli inkişafını hədəfləyən çoxşaxəli islahatlar 2017-ci ildə də uğurla davam etdirilib, ölkənin inkişafını ifadə edən bütün statistik göstəricilərdə artım müşahidə olunub. Həyata keçirilən tədbirlər nəticəsində makroiqtisadi dayanıqlılıq və sabitlik qorunub. Ötən il ölkənin iqtisadi imkanlarının genişlənməsi fonunda sosial sahəyə də diqqət daha da artırılıb, əməkhaqqı və pensiyaların məbləğinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, təhsil, səhiyyə infrastruktunun yenilənməsi, yeni məktəblərin, müasir tibb ocaqlarının tikilməsi prosesi davam edib. Ölkədə qeyri-neft sektorunun üstün inkişafı, informasiya, kommunikasiya texnologiyalarının tətbiqinin genişlənməsi, inklüziv inkişafla bağlı atılan addımlar Azərbaycanın qarşıya qoyduğu hədəflərin reallaşmasında mühüm əhəmiyyətə malikdir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də çıxışında hökumətin illik hesabatını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ötən il bütün sahələr üzrə uğurlar qazanılıb: “2017-ci ildə sosial sahədə görülən işlər əhalinin rifahının yüksəlməsinə xidmət edir”.
İclasda həmçinin millət vəkilləri Azər Badamov, Elmira Axundova, Zahid Oruc, Bəxtiyar Əliyev, Rafael Hüseynov, Tahir Rzayev, Musa Qasımlı, Tahir Mirkişili və digərləri çıxış ediblər.
Müzakirələrdən sonra Nazirlər Kabinetinin illik hesabatı qəbul olunub.
Nardar BAYRAMLI

 
  • Oxunub:  4650  |  
  • Tarix:  17-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq
13:24
18 İyul
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək
12:31
18 İyul
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
11:51
18 İyul
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:48
18 İyul
Azərbaycan-İtaliya sənədləri imzalanıb
11:46
18 İyul
Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb
11:30
18 İyul
Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
11:24
18 İyul
Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb
11:17
18 İyul
Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir
11:11
18 İyul
İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub
11:10
18 İyul
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib
11:07
18 İyul
Tbilisidə Cənubi Qafqaz regionunda medianın inkişafına həsr olunan beynəlxalq konfrans keçirilir
11:05
18 İyul
UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək
11:04
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü
10:11
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
10:10
18 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:53
18 İyul
İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub
18:19
17 İyul
Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər
18:17
17 İyul
Aynur Camalqızı: Hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir
18:01
17 İyul
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur
18:00
17 İyul
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır
17:56
17 İyul
Rauf Zeyni: Terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır
17:50
17 İyul
Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçiriləcək
17:25
17 İyul
MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır
17:20
17 İyul
Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır
17:16
17 İyul
Məcburi köçkünlərlə növbəti görüş olub
17:10
17 İyul
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17:00
17 İyul
Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb
16:56
17 İyul
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
16:54
17 İyul
Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir
16:50
17 İyul
MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir
16:26
17 İyul
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16:22
17 İyul
The Boston Consulting Group Bakı şəhərinin Baş Planının hazırlanması prosesində iştirak edəcək
16:15
17 İyul
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar
16:13
17 İyul
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:42
17 İyul
Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
15:19
17 İyul
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
15:02
17 İyul
Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib
14:51
17 İyul
Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib
14:46
17 İyul
Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu
14:26
17 İyul
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
14:15
17 İyul
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
14:09
17 İyul
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
14:08
17 İyul
Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,2 milyard manat ayırıb
14:03
17 İyul
Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+24 +26