Ana səhifə »  Siyasət »  Azərbaycan milli ideyasının öyrənilməsinə fundamental elmi töhfə
A+   Yenilə  A-
Azərbaycan milli ideyasının öyrənilməsinə fundamental elmi töhfə

Akademik Ramiz Mehdiyevin milli ideyanın formalaşması məsələlərinə həsr edilmiş ikicildliyi Moskvada nəşr olunub
Milli ideya bütün dövrlərdə xalqın mövcud olduğu mürəkkəb ictimai-siyasi və mədəni-etnik sistemdə birinci dərəcəli element olub və bu gün də belədir. Bütün etnoslar özlərini maksimum dərəcədə dərindən dərk etməyə, öz əcdadlarının fikirlərini anlamağa, hazırda bərqərar olmuş sosial-mədəni milli birliyin yaranmasına gətirib çıxarmış tarixi proseslərin gedişini başa düşməyə çalışır.
AZƏRTAC xəbər verir ki, azərbaycanlıların etnogenezi həm yerli, həm də xarici alimlərin tədqiqatlarının mövzusudur. Lakin bu mövzunun ən müxtəlif aspektləri ilə bağlı tədqiqatlarda heç vaxt sistemli yanaşma məsələsi qarşıya qoyulmayıb. Bu baxımdan, tam inamla demək olar ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ikicildliyi Azərbaycan xalqının mənşəyi, onun təşəkkülü, milli ideyanın formalaşması haqqında tamamilə yeni araşdırmadır. Kitablar Moskvada - birinci kitab “Stolitsa” nəşriyyatında, ikinci kitab isə “Politiçeskaya ensiklopediya” nəşriyyatında buraxılıb. Mübaliğəsiz deyə bilərik ki, ikicildliyin fundamentallığı və nadirliyi müəllifin son dərəcə mürəkkəb olan bu problemin araşdırılmasına tarixi-fəlsəfi mövqedən yanaşması ilə bağlıdır. Akademik milli ideyanın təşəkkülünü Azərbaycan xalqının formalaşmasının əsaslarından başlayaraq tədqiq edir, çox mürəkkəb olan bu prosesdə mühüm rol oynamış tarixi məqamlara toxunur.
Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası
Akademik Ramiz Mehdiyevin birinci kitabı “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası” adlanır. Alim milli şüurun təməlini təşkil edən anlayışların tərifinin həyati əhəmiyyətini vurğulayaraq, milli ideyanın açıqlanması üçün çox böyük zəhmət çəkib. Müəllif birinci kitaba ön sözdə vurğulayır ki, müstəqil dövlətin mövcudluğu faktının özü Azərbaycanın intellektual fikrinin Azərbaycan cəmiyyətinin mövcudluğunun mənasının, həmçinin “bu ideya necə olmalıdır, onun mahiyyəti, təyinatı, məzmunu nədən ibarətdir, o, nəyə söykənir” suallarına cavab axtarışına yönəlmiş ideallar, dünyagörüşü oriyentasiyaları və dəyərləri kimi prioritet kompleks olan “milli ideya” tərəfə yönəlməsi üçün əsas verir. Müəllif xüsusi vurğulayır ki, bütün bu suallar elmi cavab tələb edir. O əmindir ki, yalnız bundan sonra bizim gələcəyə yolumuzu işıqlandıracaq milli ideyanı müəyyənləşdirə bilərik. Akademik yazır: “Milli ideya cəmiyyətin və dövlətin mənasıdır, bu məna olmasa istər cəmiyyətin, istərsə də dövlətin gələcəyi yoxdur, tarixən məhvə məhkumdur”.
Bu fundamental tədqiqat, ilk növbədə, çox aktual mövzunun öyrənilməsinə qeyri-ənənəvi yanaşma ilə fərqlənir. Müəllif Azərbaycan etnosunun və Azərbaycan dövlətinin formalaşması tarixini öyrənən tədqiqatçıların yolu ilə getmir. O, Azərbaycan xalqının etnogenezinin bir sıra aspektlərini yeni mövqedən işıqlandırır. Akademik Ramiz Mehdiyev milli ideyanın formalaşması mərhələlərini daha aydın təsəvvür etmək və dərindən dərk etmək üçün ilk dəfə olaraq antropoloji və genetik yanaşmalar tətbiq edir. Alim hesab edir ki, ilk növbədə, tarixi faktları hərtərəfli öyrənmək lazımdır, çünki onların ibrətamiz xüsusiyyətləri olmasa, xalqın etnomədəni mahiyyətini tam anlamaq olmaz. Alim yazır: “Tarix - nümunələrin köməyi ilə öyrədən fəlsəfədir. Nümunə gücünün gündəlik təsirini görmək üçün ətraf aləmə nəzər salmaq kifayətdir. Nümunənin nə üçün belə güclü olmasını aşkar etmək üçün daxilə baxmaq lazımdır”.
Akademik xalqın etnogenezi, etnik kökləri barədə söhbət açaraq qeyd edir ki, antropoloji material olmadan bu məsələləri heç cür tədqiq etmək olmaz: “Yalnız antropoloji məlumatlar etnosun və daha sonra millətin formalaşdığı etnik təbəqələri müəyyən etmək üçün mühüm əsasdır”. Müəllif bu məsələni araşdıraraq bir sıra qiymətli məlumatlar təqdim edir, bunun sayəsində Azərbaycan xalqının antropoloji, habelə etnik xüsusiyyətləri aydınlaşır. Xüsusi vurğulamaq lazımdır ki, monoqrafiyada Qafqaz xalqlarının antropoloji tipləri, müxtəlif etnosların psixi xüsusiyyətləri, insanın genetik xassələri barədə zəngin material verilib.
Alimin bu əsəri həm də ona görə qiymətlidir ki, burada etnogenezin öyrənilməsi üzrə Azərbaycan elminin qarşısında dəqiq vəzifələr qoyulur. Akademik vurğulayır ki, Azərbaycan xalqının antropologiyasının, molekulyar-genetik bazasının, paleoantropologiyasının və etnopsixologiyasının, təbii-coğrafi mühitin rolunun dərindən öyrənilməsi ilə məşğul olmaq lazımdır. Bu məlumatlar Azərbaycan xalqının etnogenezi haqqında elmi nəticələr çıxarmaq üçün son dərəcə zəruridir.
Monoqrafiyada Azərbaycan xalqının milli ideyasının formalaşmasının ən mühüm mərhələləri izlənilir. XIX-XX əsrlərdə, sovet dövründə, xalqın milli identikliyini məhv etməyə cəhd göstərilən vaxtda Azərbaycanda milli ideyanın formalaşması mənbələri dərindən araşdırılır. Birinci kitabda sovet dönəmində Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mənəvi-mədəni tərəqqisi naminə titanik fəaliyyətinə böyük diqqət yetirilib. Müəllifin fikrincə, Heydər Əliyevin dahi şəxsiyyət kimi nadirliyi ondan ibarətdir ki, o, totalitar kommunist rejimi şəraitində millətin gələcək inkişafına aparan ictimai problemləri həll edirdi. Ramiz Mehdiyev ali niyyətlərin və milli ideyaların reallaşmasında şəxsiyyətin rolunu unutmamağa çağıraraq yazır: “Azərbaycan milli ideyası məsələləri mücərrəd mühakimələr şəklində nəzərdən keçirilə bilməz... Milli ideyanın formalaşması və onu reallaşdırmaq uğrunda mübarizə problemləri məhz cəmiyyətin gündəlik problemlərinin həllinə, insanların sosial-iqtisadi həyatı üçün normal şəraitin təmin edilməsinə, onların ümdə məqsədə nail olmaq naminə hərəkət etməyə mənəvi və əxlaqi baxımdan hazır olmasına əsaslanır”.
Alim həm öz köklərini onlar üçün tamamilə yad olan xalqlarla bağlamaqla öz mənşəyini təhrif edən, həm də azərbaycanlıların etnogenezi barədə yalan məlumat yayan ermənilərin etnogenezi məsələsinə də toxunur. Bu monoqrafiyada öz əksini tapan, həm erməni tarixçilərinin özləri, həm də xarici tədqiqatçılar tərəfindən göstərilən inandırıcı tarixi faktlar ermənilərin psevdo-tarixi məktəbini alt-üst edir.
Oxucu bu kitabda Qarabağ münaqişəsinin necə başlanması, ermənilərin sovet rəhbərliyini və elmi ictimaiyyəti Dağlıq Qarabağın belə adlandırılan “böyük Ermənistan”a mənsub olmasına yalan gücünə necə inandırmağa çalışmaları və o vaxtkı sovet rəhbərliyi özünün mütləq mənada hərəkətsizliyi ilə buna necə himayədarlıq etməsi barədə məlumat tapacaq.
Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası
Akademik Ramiz Mehdiyevin ikicildliyinin ikinci kitabı “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” adlanır. Bu kitab XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin yaranması probleminin təhlilinə həsr edilib.
Müəllifin ikinci kitabında milli ideyanın formalaşmasının tarixi məqamlarının tədqiqinin davamı kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən proseslər ətraflı təhlil edilir, dövlət quruculuğunun struktur xassələri açıqlanır, milli ideyanın və dövlətçiliyin formalaşması üçün zəruri olan əsas elementlər nəzərdən keçirilir.
Akademik Ramiz Mehdiyev məsələyə elmi mövqedən yanaşaraq dövlət quruculuğunun, müstəqilliyin, milli dəyərlərin qorunub saxlanmasının nə qədər mürəkkəb olmasını hərtərəfli açıqlayır. Alim inandırıcı şəkildə göstərir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olmaqdan xilas etdi, onun gələcəyini müəyyənləşdirdi. Müəllif yazır: “Heydər Əliyev Azərbaycanın hansı yolla getməli olduğunu dəqiq təsəvvür edirdi və O, üç əsas məsələnin həllindən ibarət olan konsepsiya təklif etdi: birincisi, ölkədə siyasi sabitlik yaradılması; ikincisi, çoxvektorlu xarici siyasətin təmin edilməsi; üçüncüsü, ölkənin inkişafına və dünyada qabaqcıl mövqelərə çıxmasına dair sosial-iqtisadi siyasətin əsasını təşkil etməli olan neft strategiyasının həyata keçirilməsi”.
Zənnimizcə, regionda güclü dövlətlərin fonunda geosiyasi əhəmiyyət kəsb edən bir sıra gizli siyasi proseslərə aydınlıq gətirən sənədlərlə tanışlıq oxucu üçün maraqlı olacaq. Müəllif Azərbaycan milli ideyasının formalaşması mərhələlərini sistemli şəkildə fərqləndirir və həmin dövrdə milli mənlik şüuruna təsir göstərən siyasi hadisələri ətraflı təsvir edir.
Akademik Ramiz Mehdiyev əmin olduğunu bildirir ki, qlobal transformasiyalar dövründə ölkəmiz keyfiyyətcə yeni texnoloji cəmiyyətə keçməli, kreativ gəncliyə arxalanmalıdır: “Sağlam və kreativ gəncliyin üstünlük təşkil etdiyi dövlətdə iqtisadiyyatın dinamik artımı, cəmiyyətin həyat fəaliyyəti sahələrinin inkişafı üçün daha çox şans var. İnnovasiyanın mənası kreativlikdə, nümunəni dəyişməkdə, yenisini yaratmaqdadır. Azərbaycanda XXI əsr cəmiyyətinin qurulması prosesi gənc innovatorun kreativ potensialına güvənməyə bilməz”.
Müəllif qeyd edir ki, 2003-cü ildə başlanmış yeni inkişaf mərhələsi bu gün dövlətimiz tərəfindən ölkənin hərtərəfli modernləşməsinə nail olmaq üçün davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan insan kapitalı yaradılması, elmin ən yeni nailiyyətlərinin, yeni texnologiyaların və yeni idarəçilik metodlarının tətbiqi əsasında bu hədəfə yönəlib. Milli kreativ elitanın formalaşması yollarının, kreativ sinfin müəllif tərəfindən qeyd edilən tərifi diqqəti cəlb edir, bu sinfin nümayəndələri innovasiyalara və iqtisadi inkişafa yönəlib.
Alim əmindir ki, Azərbaycan qloballaşma dövründə özünün milli yönümlü inkişaf yolunu qoruyub saxlamaq üçün zəruri resurslara malikdir. Dövlət hakimiyyətinin daha da möhkəmlənməsi müasir şəraitdə milli ideyanın reallaşmasına təminat verir.
Akademik Ramiz Mehdiyev dərindən əmin olduğunu bildirir ki, Prezident İlham Əliyevin dövlətçilik istedadı sayəsində Azərbaycan xalqı bundan sonra da XXI əsrin tələbləri səviyyəsində sosial-iqtisadi inkişaf və milli məsələlərinin həlli yolu ilə irəliləyəcək. Müəllif vurğulayır: “Bu quruculuq yolu Azərbaycanı yeni postsənaye cəmiyyətinə gətirib çıxaracaq. Postsənaye cəmiyyətinin yaradılması isə XXI əsrdə Azərbaycan xalqının milli ideyasının əsas hədəfidir”.
İkicildlik filosoflara, tarixçilərə, sosioloqlara, politoloqlara, habelə humanitar elmdə ən yeni araşdırmaları izləyən, sosial inkişaf nəzəriyyələri ilə maraqlanan hər kəsə ünvanlanıb.

 
  • Oxunub:  9570  |  
  • Tarix:  13-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA