Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb

Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb

08.03.2018 [08:54]

Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdiyi, XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır.
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənilib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.
Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti, dünya azərbaycanlıları məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin də mühüm rolu var.
2011-2016-cı illərdə Xocalı soyqırımı Meksika Birləşmiş Ştatları, Pakistan İslam Respublikası, Kolumbiya Respublikası, Çex Respublikası, Bosniya və Herseqovina, İordaniya Haşimilər Krallığı, Panama Respublikası, Peru Respublikası, Honduras Respublikası, Qvatemala Respublikası, Sudan Respublikası, Sloveniya Respublikası tərəfindən tanınıb.
2017-ci ildə isə Xocalı soyqırımını tanıyan ölkələrin sırasına İndoneziya Respublikası, Paraqvay Respublikası, Cibuti Respublikası, Şotlandiya da qoşulub.
Bundan əlavə, ABŞ-ın 24 ştatı - Arizona, Arkansas, Konnektikut, Florida, Corciya, Havay, Aydaho, İndiana, Men, Massaçusets, Minnesota, Missisipi, Montana, Nebraska, Nyu-Cersi, Nevada, Nyu-Meksika, Oklahoma, Pensilvaniya, Tennessi, Texas, Yuta, Qərbi Virciniya və Viskonsin ştatları da Xocalı soyqırımını tanıyıb və pisləyib.
Xocalı soyqırımı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. Belə ki, təşkilatın son 10 ildə keçirdiyi konfrans və sessiyalarında bununla bağlı 13 qətnamə və kommunike qəbul olunub.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31