Ana səhifə »  Siyasət »  Newtimes.az-ın “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı məqalələr toplusu çapdan çıxıb
A+   Yenilə  A-
Newtimes.az-ın “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı məqalələr toplusu çapdan çıxıb

Newtimes.az analitik-informasiya portalının “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı növbəti nəşri çapdan çıxıb. Kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub.
AZƏRTAC Newtimes.az portalına istinadla xəbər verir ki, nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovdur.
Artıq 5 ildir fəaliyyət göstərən Newtimes.az portalı Azərbaycanın media məkanında özünəməxsus yerə malik olan və bu illər ərzində ifadə etdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələrlə fərqlənən kütləvi informasiya vasitəsinə çevrilib. Dünyada baş verən geosiyasi, iqtisadi proseslərin, dövlətlərarası və sivilizasiyalararası münasibətlərin təhlili və proqnozlaşdırılması üzrə ixtisaslaşan portalın əsas məqsədi beynəlxalq münasibətlər sistemindəki tendensiyaların və davranışların mahiyyəti, konseptual və praktiki tərəfləri haqqında obyektiv və əsaslandırılmış fikirləri oxuculara çatdırmaqdır.
Qeyd etmək lazımdır ki, indiyədək portalın “Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” (2013-cü il), “Kto prav tot i silnee?” (2013-cü il), “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” (2014-cü il), “Sovremennaə sistema mejdunarodnıx otnoşeniy: skvozğ prizmu Newtimes.az” (2015-ci il) və “Günümüzün Jeosiyasi Süreçlerinin Perde Arkası” (2015-ci il) adlı Azərbaycan, rus və türk dillərində 5 kitab dərc edilib.
Beynəlxalq münasibətlərin tədqiqi ilə məşğul olan azərbaycanlı və xarici alim, ekspert və analitiklərlə əməkdaşlıq edən Newtimes.az analitik-informasiya portalı fikir müxtəlifliyini qorumaqla yanaşı, siyasi-elmi dairələri narahat edən bir sıra mühüm beynəlxalq proseslərə dair mövqeyin formalaşdırılmasına da səy göstərir. Azərbaycanın milli və dövlətçilik maraqları bu fəaliyyətdə prioritet istiqamət təşkil edir. Azərbaycan, rus, türk və ingilis dillərində dərc olunan portal geniş oxucu kütləsinə malikdir. Saytın sosial şəbəkələrdəki (Feysbuk, Tvitter, Vkontakte) fəaliyyəti isə oxucuların fikir və rəylərini qiymətləndirməyə imkan verir.
Portalın əsas fəaliyyət istiqamətlərindən biri xarici tərəfdaşlarla əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirməkdir. Qlobal miqyasda informasiyanın çatdırılmasının inhisara alındığı, müəyyən dairələr tərəfindən idarə olunan saxta (feyk) məlumatların dominant mövqeyə yiyələndiyi bir dövrdə Azərbaycan həqiqətlərinin və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünyaya çatdırılması və alternativ ideyaların ifadəsi üçün bu, olduqca vacib məqamdır. Hazırda Newtimes.az-ın 15-dən artıq ölkədən 60-a yaxın beyin mərkəzi, analitik-informasiya qurumu, KİV-lər ilə əlaqələri mövcuddur. Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya İncelemeleri Merkezi (AVİM), ABŞ-ın “İrs” Fondu, Strateji Düşüncə İnstitutu, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutu Newtimes.az materiallarına Azərbaycandan dünyaya və regiona baxış kimi istinad edirlər. Bundan başqa, “Ceymstaun’” Fondu (ABŞ), Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəz (ABŞ), Amerika Neft İnstitutu, Mərkəzi Asiya və Qafqaz İnstitutu (ABŞ), Geosiyasi Təhlil və Monitorinq Mərkəzi (ABŞ) kimi analitik qurumların nəşrləri, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Newsweek”, “Mejdunarodnıe proüessı” jurnalları, həmçinin “Wikipedia” beynəlxalq elektron ensiklopediyası, “History of Truth” (ABŞ), İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com (Rusiya), Centrasia.ru, Respublika-kz.info (Qazaxıstan), Fergananews.com (Özbəkistan), Kyrgyztoday.kg (Qırğızıstan) kimi saytlar portalın materiallarını öz səhifələrində dərc edirlər. Portalın xarici dillərdə məqalələri həmin mərkəzlərin internet saytlarında mütəmadi qaydada özünə yer tapır.
Newtimes.az portalı öz fəaliyyətində Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində praktik məsələlərə də diqqət ayırır. Portal davamlı olaraq xarici siyasətin qarşısında duran yeni çağırışlarla bağlı mövzulara yer ayırır, xüsusən də informasiya əsrində rəqəmsal diplomatiyanın imkanlarından daha geniş istifadə olunması ilə bağlı təklif və təşəbbüslərlə çıxış edir. Bu mənada 2016-cı ildən başlayaraq portalın Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı apardığı monitorinqi xüsusi qeyd etmək lazımdır.
“Azərbaycanın diplomatik korpusu tvitterdə” adlı hesabatın əks olunduğu bu layihənin məqsədi diplomatik nümayəndəliklərin virtual məkanda fəaliyyətini izləməklə, onların Azərbaycanın təbliğatı, ölkədə baş verən proseslərlə bağlı düzgün informasiyanın yayılması, erməni lobbisinin ölkəmizə qarşı apardığı əks-təbliğata cavab istiqamətində sosial şəbəkələrdə göstərdikləri fəaliyyəti işıqlandırmaqdır. Təsadüfi deyil ki, ilkin monitorinq zamanı Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərindən yalnız 57-nin Tvitterdə aktiv səhifəsi vardısa, hazırda Tvitter hesabı olanların sayı 70-ə çatıb.
Bütün bunlar Newtimes.az-ın gördüyü işin miqyasının əyani sübutudur. Keçən dövr ərzində portal Azərbaycanın milli və strateji maraqlarının müdafiəsində dayanan, Azərbaycan dövlətini beynəlxalq media məkanında təbliğ edən və onun xarici siyasət kursunun mahiyyətini izah edən media resursuna çevrilib.
Newtimes.az portalının fəaliyyətini izləyən oxuculara məlumdur ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüququn böhranı, ədalət prinsipinin pozulması və ikili standartlar portalın proseslərə baxışının əsas xəttini təşkil edir. Şübhəsiz ki, bu ideya artıq daha geniş çərçivədə müzakirə olunmaqda və tərəfdar qazanmaqdadır. Bu gün dünya liderləri bəşəri dəyərlər, ideallar, insan hüquqları, demokratiya kimi terminlərdən getdikcə daha çox istifadə etsələr də, reallıq tamamilə başqadır. Qeyd olunan prinsiplər daha çox müasir dövr üçün geosiyasi maraqların reallaşdırılmasında bir vasitə və ayrı-ayrı dövlətlərə qarşı təzyiq aləti rolunu oynayırlar. Bu vəziyyətdən ən çox zərər görən isə hələ də beynəlxalq hüququ əsas fəaliyyət çərçivəsi hesab edən ayrı-ayrı kiçik dövlətlərdir.
Bütün bunları nəzərə alaraq, Newtimes.az analitik-informasiya portalı onunla əməkdaşlıq edən azərbaycanlı və xarici mütəxəssislərin məqalələrindən ibarət yeni toplunu çap etməyə qərar verib.
Ön söz və beş fəsildən ibarət olan “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” adlı kitabın I fəsli Azərbaycanın xarici siyasətinə, öz qonşuları ilə əlaqələrinə, bu ölkələrdə baş verən proseslərə həsr olunub. Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun “Azərbaycan diplomatiyası 25 ildə: riskli və mürəkkəb şəraitdə uğurun sirri” adlı məqaləsində Azərbaycanın xarici siyasətinin mahiyyəti və prinsipləri, diplomatiyamızın son 25 ildə keçdiyi yol, əldə olunmuş nailiyyətlər və bunun səbəbləri geniş şəkildə təhlil edilir.
Fəsildə, həmçinin regiondakı uğurlu üçtərəfli əməkdaşlıq formatlarına, Rusiya, Türkiyə və İran kimi böyük təsirə malik ölkələrin qlobal proseslər kontekstində xarici siyasi gedişlərinə, Mərkəzi Asiya regionunda və Gürcüstanda baş verən proseslərə diqqət yetirilir.
Müasir dövrdə baş verən gərginliklər fonunda geosiyasi mühitdəki mövcud və yeni trendlər II fəslin mövzusudur. Qlobal səviyyədə gedən prosesləri təhlil etmədən müasir beynəlxalq münasibətlər sistemini anlamaq çətindir. Burada məsələnin konseptual və praktiki cəhətləri, geosiyasi güclər arasında, xüsusən ABŞ-Rusiya-Çin üçbucağında münasibətlər və ziddiyyətlər araşdırılır.
Toplunun III fəslində ideoloji təlatümlər içərisində olan Avropadakı mövcud vəziyyət nəzərdən keçirilir. Birləşmiş Krallığın Avropa İttifaqını tərk etmək qərarının, Yaxın Şərq və Şimali Afrikadan gələn miqrant axınının, sağçı ideologiyanın yüksəlişinin yaratdığı gərginlik fonunda Aİ-nin tamamən parçalanması riski, yeni inteqrasiya təklifləri təhlil olunur.
IV fəsildə müasir dövrdə sürətlə yayılmaqda olan separatizm tendensiyasına diqqət yetirilir. Məqalələrdə separatizmin bütün təzahürlərinə vahid yanaşmanın tətbiqinin zəruriliyi vurğulanır. Böyük dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə fərqli münasibəti və təcavüzkar Ermənistana göstərilən dəstək tənqid olunur. Bu kimi addımların qlobal sülh və sabitlik üçün ciddi təhlükə yaratdığı və yekunda beynəlxalq münasibətlər sistemi üçün dağıdıcı təsirə malik olduğu fikri vurğulanır.
Nəhayət, toplunun sonuncu V fəslində Cənubi Qafqazdakı mövcud tendensiyalar tədqiq olunur. Bu çərçivədə, bir tərəfdən həyata keçirdiyi layihələr və irəli sürdüyü təşəbbüslərlə sülh və əməkdaşlığa töhfə verən Azərbaycanın mövqeyinə, digər tərəfdən isə işğalçı mahiyyətinə uyğun olaraq reallıqları təhrif edən və vassal statusunda olan Ermənistanın xarici siyasətinin regiona təsiri nəzərdən keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışının əsas tezisləri proseslərin aydınlaşdırılması baxımından olduqca faydalıdır. Həmçinin Ermənistan daxilindəki ağır siyasi, iqtisadi və sosial vəziyyətə, xüsusən Rusiyaya qarşı yaranmış narazılığa diqqət yetirilir.
Qeyd etmək lazımdır ki, “Üçüncü minillikdə geosiyasətin yeni üfüqləri” məqalələr toplusu “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəfis poliqrafik tərtibatla çap edilib.

 
  • Oxunub:  3540  |  
  • Tarix:  14-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ukraynanın birinci prezidenti: Heydər Əliyev özünü ölkəsindən kənarda təsəvvür etmirdi

20:33
11 Dekabr
Vladimir Solovyov: Heydər Əliyev böyük siyasi xadim idi
20:31
11 Dekabr
İranın hüquq-mühafizə orqanları Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə böyük önəm verir
20:30
11 Dekabr
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafında misilsiz xidmətləri var
20:27
11 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin missiya direktoru ilə görüş olub
20:25
11 Dekabr
Azərbaycanın və İranın dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb
20:20
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Sofiyada da anılıb
20:15
11 Dekabr
Heydər Əliyev ideyaları: uğurlarımızın qarantı
20:13
11 Dekabr
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
20:07
11 Dekabr
Sergey Medvedev: Heydər Əliyev mətbuat nümayəndələri ilə həmişə qeyri-rəsmi və səmimi şəraitdə işləyirdi
19:42
11 Dekabr
Prezident İlham Əliyev NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
19:32
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi konservatoriyada konsert proqramı ilə anılıb
19:21
11 Dekabr
XİN: Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil
19:17
11 Dekabr
Balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı beynəlxalq mütəxəssislərlə birgə seminar keçirilib
17:53
11 Dekabr
Bilik Fondu bölgələrdə və paytaxtda Ümummilli Liderin anım mərasimlərini təşkil edib
17:51
11 Dekabr
Akira Matsunaqa: Ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi tarixində əhəmiyyətli yer tutan böyük şəxsiyyət idi
17:48
11 Dekabr
Heydər Əliyev bütün zamanların ən böyük dövlət xadimlərindən biri, Azərbaycan xalqının ulu öndəridir
17:46
11 Dekabr
YAP Astara rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirib
17:45
11 Dekabr
YAP Gəncə şəhər təşkilatında Ulu öndərin xatirəsi anılıb
17:43
11 Dekabr
Heydər Əliyev bütün zamanların ən böyük dövlət xadimlərindən biri, Azərbaycan xalqının ulu öndəridir
17:41
11 Dekabr
Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
17:40
11 Dekabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:27
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dahi!” adlı tədbir keçirilib
17:20
11 Dekabr
“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası MEK-in Milli Rəqəmsal bazasında yerləşdirilib
17:02
11 Dekabr
Ulu Öndər Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaradıb
17:00
11 Dekabr
UNEC-də Ümummilli Liderin xatirəsi anılıb
16:52
11 Dekabr
Dmitri Savelyev: Heydər Əliyev azərbaycanlılara firavanlasan ölkəni, bütün dünyaya həqiqi vətənpərvərlik nümunəsini miras qoyub
16:47
11 Dekabr
Rene van der Linden: Heydər Əliyev Azərbaycanın inkişafına mühüm töhfə verib
16:44
11 Dekabr
Türkiyədə ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar simfonik orkestrin konserti keçiriləcək
16:36
11 Dekabr
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
16:28
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Təbrizdə anılıb
16:27
11 Dekabr
Tarixə yazılan epoxa, tarixə çevrilən şəxsiyyət...
16:15
11 Dekabr
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının toplantısında təmsil olunub
15:59
11 Dekabr
Müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub
15:54
11 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
15:50
11 Dekabr
Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclası keçiriləcək
15:43
11 Dekabr
Heydər Əliyev siyasi kursu: sabitlik, güclü iqtisadiyyat və uğurlu xarici siyasətin mükəmməl vəhdəti
15:37
11 Dekabr
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib
15:15
11 Dekabr
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xüsusi poçt markası nəşr edilib
15:10
11 Dekabr
Moskvada ulu öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib
15:06
11 Dekabr
DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
15:02
11 Dekabr
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda anım mərasimi keçirilib
14:59
11 Dekabr
Qasım Rzayi: İran Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir
14:56
11 Dekabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 22,9 min tondan çox pambıq tədarük olunub
14:47
11 Dekabr
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
14:43
11 Dekabr
“Xatirələrdə, nəğmələrdə yaşayır Öndər” adlı tədbir keçirilib
14:40
11 Dekabr
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
14:38
11 Dekabr
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
14:34
11 Dekabr
YAP Sədrinin müavini: Təəssüf ki, beynəlxalq təşkilatlar bir çox məsələlərə, o cümlədən seçkilərə münasibəti ifadə edərkən ikili standartlardan qaça bilmirlər
14:31
11 Dekabr
Azərbaycan xalqı Heydər Əliyev ideyalarından, Heydər Əliyev dühasından əbədi bəhrələnəcəkdir
14:28
11 Dekabr
Ulu Öndər Heydər Əliyev ümumbəşəri şəxsiyyətdir
14:25
11 Dekabr
Hikmət Babaoğlu: "Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi"
14:25
11 Dekabr
“AgTech and Green Energy” beynəlxalq forumunda smart irriqasiya sisteminin üstünlüklərindən danışılıb
14:22
11 Dekabr
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
14:19
11 Dekabr
Əli Əhmədov: Azərbaycan xalqı nə qədər yaşayacaqsa, onun qəlbində Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram daim olacaq
14:16
11 Dekabr
Əbədiyaşar Şəxsiyyət
14:15
11 Dekabr
İnam Kərimov: Azərbaycanda Türkiyə şirkətləri üçün maraq kəsb edən emal və istehsal imkanları var
14:13
11 Dekabr
Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
14:11
11 Dekabr
Mübariz Qurbanlı: Ulu öndər Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib
14:08
11 Dekabr
Dmitri Kiselyov: Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidir
12:24
11 Dekabr
AMEA-nın Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunub
12:22
11 Dekabr
Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir
12:18
11 Dekabr
Kiyevdə “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda konfrans keçirilib
12:15
11 Dekabr
Barselonada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
12:13
11 Dekabr
Kənd Təsərrüfatı Nazirliyi innovativ fermerlərin formalaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirəcək
12:08
11 Dekabr
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
12:01
11 Dekabr
Ulu öndər Heydər Əliyev regionların sürətli və davamlı sosial-iqtisadi inkişaf konsepsiyasının banisidir
11:52
11 Dekabr
Allahşükür Paşazadə: Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs islami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
11:47
11 Dekabr
Hüseynbala Mirələmov: Ümummilli lider Heydər Əliyev nəinki xalqımız, bütövlükdə türk dünyası üçün əvəzsiz bir fenomendir
11:44
11 Dekabr
Cocuq Mərcanlıda istirahət parkı inşa edilir
11:43
11 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA