Ana səhifə »  Siyasət »  Ermənistan KİV-ləri: Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq
A+   Yenilə  A-
Ermənistan KİV-ləri: Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı Ermənistanda ciddi narahatlığa səbəb olub. Azərbaycan dövlətinin başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır... İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal şərh edilir.
Ermənistanın bir sıra KİV-ləri ölkənin hakimiyyət orqanlarını emosional və qeyri-adekvat şəkildə münasibət bildirməkdən çəkinməyə, Azərbaycan Prezidentinin çıxışını ayıq-sayıq şəkildə təhlil etməyə çağırıblar.
Ermənistan rəhbərliyinin siyasətinin fiaskosu
Ermənistanın 1in.am informasiya portalı yazır: “Bizim hakimiyyət bir məsələni təkidlə inkar edir ki, Əliyevin özünə güvənməsinin mənbəyi, yumşaq desək, bizim dövlətimizin biabırçı vəziyyətdə olması, dağıdıcı mühacirətdir... Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışının həyəcan doğuran tonu bizim hakimiyyətin nümayəndələrinin qulağına nə qədər xoş gəlməsə də, praqmatik siyasi əsasa malikdir. Bu, boşalan Ermənistan dövlətinin institusional və perspektiv iflasa uğramasıdır. Ermənistanın hakimiyyət orqanlarının nümayəndələri bir aşkar faktı - özlərinin siyasətinin açıq-aydın fiaskosunu gizlətmək məqsədilə dünəndən başlayaraq qılınclarını yellədirlər”.
Portalda daha sonra qeyd edilir ki, Ermənistan dövlətinin davamlı tənəzzülü milli gündəliyin və idealların olmamasına dəlalət edir. 1in.am portalı vurğulayır: “Bizim vəzifəmiz Azərbaycan Prezidentinin kölgəsini qılınclamaq deyil, inkişaf strategiyası və gələcək barədə təsəvvür formalaşdırmaqdır”.
Ən pis demoqrafik göstəricilər
Azərbaycan Prezidentinin çıxışı Ermənistan mediasını dərin iqtisadi böhran və hər hansı perspektivlərin olmaması nəticəsində ölkədə yaranmış kədərli demoqrafik vəziyyətə yenidən nəzər salmağa məcbur edib. Elə həmin xəbər portalı Ermənistan Milli Statistika Xidmətinin 2017-ci il üçün məlumatlarını göstərir. Bu məlumata görə, ötən il ərzində ölkə əhalisinin sayı 13,2 min nəfər azalıb. Demoqraf Artak Markosyan bu məlumatları şərh edərək deyib: “Əgər belə davam etsə, tədricən 90-cı illərdəki indekslərə malik olacağıq”.
Həmin demoqrafın müşahidələrinə görə, 2017-ci ildə Ermənistanda əhalinin təbii artım göstəricisi 1991-ci ildən sonra ikinci ən pis göstəricidir. O vurğulayıb ki, Serj Sarkisyanın 2040-cı ildə Ermənistan əhalisinin sayının 4 milyon olacağı barədə bəyanatları “fantastika sahəsindən” olan “qeyri-ciddi” bəyanatlardır. KİV-lər A.Markosyanın bu sözlərini sitat gətirir: “Ona görə ki, Ermənistanın daxili həyatında heç bir irəliləyiş yoxdur, xaricdə yaşayan həmvətənlərimizi vətənə qayıtmağa məcbur edə biləcək islahatlar aparılmır. Bütün əlamətlər onu göstərir ki, tənəzzül davam edə bilər, bunun əksini iddia etmək üçün isə heç bir əsas yoxdur”.
Təcrid olunma kabusu
Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan öz işğalçı siyasətini davam etdirdikcə, bu ölkə bütün regional layihələrdən kənarda qalacaq. Bu bəyanat Ermənistanda əsl vahimə doğurub. Birinci erməni portalında dərc edilmiş “Ermənistanın təcrid olunması kabusu: Azərbaycan-İran dəmir yolu işə salınıb” sərlövhəli analitik məqalənin adı buna sübutdur. Həmin məqalədə deyilir: “Fevralın 8-də Rusiyadan oduncaq və XDF (xırda dispersiyalı fraksiya - AZƏRTAC) yüklənmiş altı vaqondan ibarət birinci sınaq qatarı Azərbaycan və İran dəmir yollarını birləşdirən və inteqrasiya edən Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu ilə Rusiyadan İrana çatıb. Cari ilin mart ayında dəmir yolunun tam istifadəyə verilməsi gözlənilir. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu cari ilin mart ayında rəsmən açılacaq. Açılış mərasimində İranın və Azərbaycanın rəsmi şəxsləri iştirak edəcəklər... Beləliklə, regionda Azərbaycanın, İranın və Rusiyanın iştirakı ilə yeni perspektivli əməkdaşlıq platforması yaranır. Üç ölkənin prezidentlərinin vaxtaşırı keçirilən sammitləri bu prosesi daha da sürətləndirir. Azərbaycanın mərkəzi rol oynadığı bu layihə Ermənistanın siyasi və iqtisadi cəhətdən təcrid olunmasını daha çox vurğulayır”.
Təhqiramiz yarımdövlət statusu
Məqalədə vurğulanır ki, bu cür qlobal proqramlar Ermənistanın İran üçün əhəmiyyətini tədricən heçə endirir. İran Avropa və Rusiya bazarlarına çıxışın təmin edilməsi üçün faktiki olaraq məhz Azərbaycan ərazisində alternativ variantlar tapır. Məqalədə deyilir: “Ermənistanın alçaldıcı statusu - Rusiyanın altdövləti adı dönməz şəkildə təsbit olunur. Bunun nəticəsində ölkəmiz özünün subyektliyini itirir və demək olar ki, bütün regional inteqrasiya layihələrində iştirak etməkdən kənarlaşır”.
Müəllifin fikrincə, Ermənistan üçün yaranmış pat vəziyyəti, onun düyünə düşməsi Ermənistanın Qarabağ siyasətinin əsassız olmasını üzə çıxarır. Müəllif yazır: “Status-kvonun saxlanmasına əsaslanan siyasət əslində səmərəli deyil, çünki status-kvo təkcə hərbi müstəvidə formalaşmış tarazlıq deyil, həm də Ermənistanın və Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsi deməkdir”.
Məqalədə vurğulanır ki, Ermənistanın hakimiyyət orqanlarının siyasətinin səmərəlilik göstəricisi danışıqlar prosesinin ləngidilməsi deyil, bu münaqişənin rasional kompromislər əsasında tezliklə nizamlanması olmalıdır.

 
  • Oxunub:  4410  |  
  • Tarix:  13-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
11:24
25 Sentyabr
Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib
11:23
25 Sentyabr
"Bakı-2018"də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar
11:14
25 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:07
25 Sentyabr
Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq
11:00
25 Sentyabr
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21