Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanda son bir ildə əhalinin sayı 13,2 min nəfər azalıb

Ermənistanda son bir ildə əhalinin sayı 13,2 min nəfər azalıb

13.02.2018 [09:47]

Azərbaycanın qəti mövqeyi sayəsində bütün regional layihələrdən kənarda qalan bu ölkə özünün işğalçılıq siyasətinin girovuna çevrilib
Forpost dövlət olan Ermənistanın işğalçılıq siyasəti yürütdüyü bütün dünyaya bəllidir. Bu ölkə artıq 20 ildən çoxdur ki, regionda inkişaf və təhlükəsizlik üçün ciddi təhdidlər yartmaqdadır. Regional əməkdaşlığa dəyərli töhfələr verən Azərbaycanın 20 faizdən artıq torpaqları məhz Ermənistan tərəfindən işğal edilib. Ermənistanın bu işğalçılıq siyasəti nəticəsində respublikamızın çoxlu sayda kəndi, şəhəri dağıdılıb, maddi-mədəniyyət abidələrimiz yerlə yeksan edilib, o cümlədən 1 milyondan artıq soydaşımız doğma yurd-yuvalarından didərgin salınıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu ölkənin qeyri-konstruktiv mövqeyi ucbatından ildən-ilə yubanır. Kriminal rejimin, hərbi xuntanın rəhbərlik etdiyi işğalçı Ermənistan münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarında qeyri-səmimi mövqe tutaraq bütün substantiv təkliflərdən imtina edir.
Azərbaycanın apardığı məqsədyönlü siyasət Ermənistanı dalana salıb
Azərbaycan xalqının məşhur bir zərb-məsəli var: Nə əkərsən, onu da biçərsən. Forpost dövlət olan Ermənistanın da bəd əməlləri, necə deyərlər, öz başında çatlamağa başlayıb. Belə ki, Ermənistanın havadarlarının göstərişi və himayəsi ilə apardığı işğalçılıq siyasəti bu ölkənin özünə də heç bir fayda gətirməyib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib.
Azərbaycan regionda Ermənistanın günahı ucbatından yaranan münaqişənin ədalət prinsipi, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə nail olmağa çalışır. Məlum olduğu kimi, dünyanın əksər dövlətləri, o cümlədən də BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər və müvafiq sənədlər qəbul ediblər. Azərbaycan da dünya dövlətlərinin və beynəlxalq təşkilatların mövqeyinə, həmçinin xalqımızın xoş məramına əsaslanaraq ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqlara sadiqlik göstərir, o mövqedən çıxış edir ki, münaqişə sülh yolu ilə həllini tapsın.
Bununla belə, Azərbaycan həm də işğalçı dövlətə qarşı davamlı təzyiq siyasəti həyata keçirir. Ölkəmiz bir tərəfdən özünün hərbi potensialını artırır, ordusunu ən müasir silahlarla zənginləşdirir. Şanlı aprel döyüşləri ordumuzun nə qədər güclü olduğunu bir daha işğalçı dövlətə göstərdi.
Digər tərəfdən, Azərbaycan Ermənistana qarşı təzyiq siyasətini davam etdirir. Ölkəmizin, Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğalçı Ermənistan regionda reallaşdırılan bütün enerji və nəqliyyat layihələrindən kənarda qalıb.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi regional və qlobal əhəmiyyət daşıyan layihələr Ermənistandan yan keçməklə reallaşdırılıb. Perspektivdə isə Ermənistan Şimal-Cənub nəqliyyat dəhlizindən də kənarda qalacaq.
Erməni lobbisinin pullarına satılan xaricdəki bəzi mərkəzlərin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan işğalçı Ermənistanı bütün regional layihələrdən təcrid siyasətini bundan sonra da davam etdirəcək. Azərbaycan indiyədək Ermənistanı təzyiq altında saxlayıb və bundan sonra da saxlayacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun.
Beləliklə, Azərbaycanın Ermənistanı daim təzyiq altında saxlamaq siyasətı artıq öz bəhrəsini verir. İşğalçılıq siyasətinin Ermənistana dəhşətli bəlalar gətirdiyi, ölkənin tamamilə kəskin sosial-iqtisadi çətinliklərin, qarşısıalınmaz deqradasiyanın ağuşuna atıldığı artıq milli səviyyədə də etiraf edilir. Ermənistandakı ənənəvi və elektron mediada bu ölkəni dalana sürükləyən siyasətin fəsadları barədə çoxsaylı məqalələr, analitik təhlillər dərc olunmaqdadır.
Ermənistan 90-cı illərin əvvəlinə qayıdır: Ölkədə daimi yaşayan əhalinin sayı sürətlə azalır
Yeri gəlmişkən, işğalçılıq siyasətinin Ermənistanı dalana sürükləməsi “1in am” saytının dərc etdiyi məqalədə bütün çılpaqlığı ilə təhlil edilib. “90-cı illərə qayıdırıq, azalma davam edir: Ermənistan Respublikasının daimi əhalisinin sayı 13,2 min azalıb” sərlövhəli yazıda Ermənistanın miskin durumunu ifadə edən çoxsaylı faktlar yer alıb. Demoqrafik məsələləri araşdıran ekspert Artak Markosyan Milli Statistika Xidmətinin (MSX) məlumatını şərh edərkən bildirib ki, “əgər belə davam edərsə, biz tədricən yenidən 90-cı illərin indekslərini qazanacağıq”. Məqalədə bildirilir ki, MSX 2017-ci ilin yekunları barədə məlumat yayıb. Verilən məlumata əsasən, 2018-ci il 1 yanvar tarixinə Ermənistanın daimi yaşayan əhalisinin sayı 2 milyon 972,9 min nəfər təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 13,2 min azalıb. Belə ki, ötən ilin 1 yanvar tarixində ölkədə yaşayan daimi əhalinin sayı 2 milyon 986,1 min nəfər olub.
Ermənistan MSX-nin məlumatına əsasən, ölkədə əhalinin təbii artım tempi də aşağı düşüb. Belə ki, 2015-ci ildə bu göstərici 13885, 2016-cı ildə 12366, 2017-ci ildə isə 10332 təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, əvvəlki illə müqayisədə 2017-ci ildə əhalinin təbii artımı 16,4 faiz azalıb. Bağlanan nikahların və yeni doğulan uşaqların sayı da azalıb. 2017-ci ildə Ermənistanda 37699 uşaq doğulub. Müqayisə üçün bildirək ki, 2015-ci ildə bu göstərici 41763, 2016-cı ildə isə 40592 uşaq təşkil edib.
Ekspertin sözlərinə görə, işğalçı ölkənin 2016-cı illə müqayisədə nikahların 15 faiz azalması faktı ortadadır. “Cütlüklər ailədə üçüncü, dördüncü uşağın olmasını istəsələr, vəziyyət bir qədər yumşala bilər. Lakin Ermənistanda bu tendensiya hələlik müşahidə edilmir. İnsanlar ağır sosial-iqtisadi vəziyyətdən çıxış edərək ailədə üçüncü, dördüncü uşağın dünyaya gəlməsini arzulamırlar. Yaranmış vəziyyəti nəzarətdən çıxmış kimi səciyyələndirmək mümkündür. Təəssüf ki, ailələrdə uşaq sayının artırılmasının təşviq edilməsi ilə bağlı heç bir proqram yoxdur. Əgər belə proqramlar yoxdursa, stimul da olmayacaq, əhali sayı azalmaqda davam edəcək. Ölkədə ölüm göstəricisinin yeni doğulanların sayını 2025-ci ilədək üstələyəcəyi ilə bağlı proqnozlar daha tez reallaşa bilər”, - deyə Markosyan qeyd edib.
Ekspert müşahidələrinə əsasən fikirlərini davam etdirərək vurğulayıb: “İndi bizdə təqaüd yaşına ötən əsrin 50-60-cı illərində doğulanlar daxil olmaqdadır. Bu isə o deməkdir ki, ölkədə ölüm sayı artacaq, doğumun azalması davam edəcək. Belə vəziyyət onsuz da fəlakət həddində olan əhalinin təbii artım göstəricisinə mənfi təsir göstərəcək”.
Ekspert əlavə edib ki, Serj Sarkisyanın ölkənin əhalisinin sayının 2040-cı ildə 4 milyona çatacağı ilə bağlı söylədikləri qeyri-ciddidir və yalnız fantastika sayıla bilər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 377 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30