Ana səhifə »  Siyasət »  Elmar Məmmədyarov: Azərbaycan tarazlaşdırılmış və müstəqil xarici siyasət sayəsində regional əməkdaşlıq mərkəzinə çevrilib
A+   Yenilə  A-
Elmar Məmmədyarov: Azərbaycan tarazlaşdırılmış və müstəqil xarici siyasət sayəsində regional əməkdaşlıq mərkəzinə çevrilib

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalında müsahibəsi dərc edilib. AZƏRTAC müsahibəni təqdim edir:
- Azərbaycan Avropa və Asiya arasında mehvərdir və bu, ona çoxsaylı gərginliyin olduğu bölgədə mərkəzi rol oynamağa imkan verir. Diplomatiyanızın həyata keçirmək istədiyi əsas istiqamətlər hansılardır? Bu baxımdan Rusiya, Türkiyə, İran kimi böyük qonşularınızla hansı tərəfdaşlığı reallaşdırmaq niyyətindəsiniz?
- Azərbaycan sivilizasiyaların, Şərqin və Qərbin, Asiya və Avropanın kəsişməsində körpü rolunu oynayır. Geosiyasi baxımdan tektonik hesab olunan bu regionda Azərbaycan sıx regional əməkdaşlıq və dostluq mühitinin möhkəmləndirilməsini, sülh, sabitlik və təhlükəsizlik həlqəsinin genişləndirilməsini təşviq edir. Azərbaycan yürütdüyü çoxistiqamətli, tarazlaşdırılmış və müstəqil xarici siyasəti sayəsində regional əməkdaşlıq mərkəzi rolunda çıxış edir. Bu mənada qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Biz Türkiyə, Rusiya və İran ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulmuş dostluq və strateji əməkdaşlıq münasibətlərinin mövcud inkişaf səviyyəsindən məmnunuq. Azərbaycan hazırda bu münasibətlərin üçtərəfli regional əməkdaşlıq formasında inkişafı ilə əlaqədar təşəbbüslərlə çıxış edir. Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya formatında olan regional əməkdaşlıq formatları bunun bariz nümunəsidir. Azərbaycan-İran-Rusiya formatında olan əməkdaşlığı şərtləndirən vacib layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu layihə 3 ölkənin dəmir yolu sisteminin birləşdirilməsi ilə Hind okeanından Şimali Avropaya doğru yeni, effektiv və əlverişli nəqliyyat dəhlizinin yaradılmasını özündə ehtiva edir. Azərbaycan qonşu və strateji tərəfdaş ölkələr olan Gürcüstan və Türkiyə ilə Şərq-Qərb nəqliyyat dəhlizini inkişaf etdirir və bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 2017-ci ildə işə düşməsi çox sevindirici haldır. Avropa İttifaqının da təcrübəsi göstərir ki, dəmir yolları yalnız infrastruktur olmayaraq, xalqların rifahına, insanlararası təmasların artmasına və mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun gücləndirilməsinə töhfə verən ciddi vasitədir.
- Azərbaycan dini azadlığa xüsusi əhəmiyyət verir və bütün konfessiyaların dini ayinlərini azad şəkildə həyata keçirmək hüququnu tanıyır. Bu İranla sərhəddə yerləşən Azərbaycanın səciyyəvi xüsusiyyətlərindən biridir. Bunu beynəlxalq siyasi spektrin mərkəzində uğurla qalmağın əsas açarlarından biri hesab edirsinizmi?
- Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilmişdi. Azərbaycan hökuməti, dövlət siyasətinin tərkib hissəsi kimi cəmiyyətimizdə multikultural ənənələri daha da inkişaf etdirir. Ölkəmizdə müsəlmanlar, ortodoks və katolik xristianlar, yəhudilər və digər dini konfessiyaların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayaraq bir-birilərinin dini bayramlarında yaxından iştirak edirlər. Şiə və sünni müsəlmanlar birlikdə vəhdət namazı qılırlar.
Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasının üzvlüyünə malik nadir ölkələrdən biri olaraq, bu iki qurumu və bu əsasda onlara üzv olan dövlətləri bir araya gətirərək “Bakı Prosesi” adlanan təşəbbüsün müəllifidir. Bu il “Bakı Prosesi”nin 10 illiyi tamam olur. Azərbaycan öz zəngin milli təcrübəsi əsasında davamlı olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesinə yaxından töhfə verərək Bakı Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərə ev sahibliyi edir.
2016-cı ilin sentyabrında Azərbaycana səfər edən Roma Papası Fransis Azərbaycanı sivilizasiyalar arasında körpü kimi səciyyələndirmişdi.
Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq kimi “yumşaq güc” elementlərini beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasının vacib komponenti hesab edir və bu istiqamətdə sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək.
- Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ məsələsi dominant olaraq qalır.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir. 1980-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan və terror əməlləri ilə müşayiət olunan aqressiv separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır.
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir. İkinci Dünya müharibəsində Almaniya və Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir. Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu bir daha təsdiq olunur, işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr Fransanın da daxil olduğu ATƏT Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır.
- Müharibə, atəşkəs, 25 min insanın ölümü və 1 milyondan çox qaçqın və məcburi köçkün...
- Münaqişənin humanitar aspektlərinə diqqət yetirdiyiniz üçün sizə təşəkkür edirəm. Bəzən Avropadan olan tərəfdaşlarımız insan hüquqları məsələsini müzakirələrdə ön sıraya çəkirlər. Amma onlar tərəfindən Ermənistanda öz tarixi torpaqlarından didərgin salınmış 250 min azərbaycanlının, 1989-cu ilin statistikasına görə Dağlıq Qarabağın ümumi əhalisinin 20 faizini təşkil edən 40 mindən çox azərbaycanlının, həmçinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayondan qovulmuş 700 mindən artıq azərbaycanlının hüquqlarına laqeyd münasibət bəslənilir. Onların sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz evlərinə, kəndlərinə və şəhərlərinə qayıtmaq hüququ Avropa İttifaqından olan tərəfdaşlarımız və insan hüquqları təşkilatlarının tam diqqətində olmalıdır.
İşğal olunmuş ərazilərdə mülki azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə siyasətinin nəticəsində Azərbaycan İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakətini yaşayıb. Ermənistan tərəfindən işğal siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, habelə soyqırımı əməlləri törədilib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yer üzərindən silinən, 600-dən çox dinc sakinin, o cümlədən uşaq, qadın və yaşlıların amansızcasına öldürüldüyü Xocalı soyqırımı münaqişənin ən qanlı səhnələrindən biridir.
Münaqişənin digər bir faciəvi humanitar aspekti əsir və itkin düşmüş şəxslərdir. Aralarında çoxsaylı mülki şəxslər də olmaqla, 4000-dən çox azərbaycanlı əsir və itkin düşmüş hesab olunur. Ailələr 25 ildən artıq dövr ərzində öz yaxınlarının taleyi barədə məlumat gözləyirlər. Bir neçə il əvvəl işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən iki nəfər soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Onlar hələ də Ermənistan tərəfindən girovluqda saxlanırlar. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin humanitar aspektlərinə, o cümlədən itkin düşmüş şəxslər məsələsinə göstərdiyi diqqəti təqdir edirik və bu bunlar münaqişənin həllinə töhfə verən bilən məqamlardır.
- Sizcə münaqişənin bir həlli varmı?
- Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağı Azərbaycanın ərazilərinin ayrılmaz bir hissəsi kimi tanıyır və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ermənistan gücdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmaqda davam edir və beynəlxalq ictimaiyyətin iradəsinə və mövqeyinə zidd olaraq danışıqları pozmaq siyasəti yürüdür.
Münaqişənin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir.
- Minsk qrupu tərəfindən aparılan sülh prosesini necə görürsünüz?
- Suala qısa cavab təəssüf ki, nəticənin olmamasıdır. Belə ki, 25 ildən çox fəaliyyət nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayıb. Minsk qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk qrupu tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT TŞ-nin xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.
Nəzərə almaq lazımdır ki, Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar.
Bir faktı xatırlatmaq istərdim. 2014-cü ilin noyabrında Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Görüşdə konkret məsələlər ətrafında müzakirələr aparıldığı halda, Ermənistan tərəfi görüşdən dərhal sonra Azərbaycanın işğal olunmuş ərazilərində 40 min nəfərdən artıq şəxsi heyətin iştirakı ilə hərbi təlim keçirərək təxribata əl atdı və danışıqları pozmağa çalışdı.
Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub.
Odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.
Hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcək. İşğala və bir milyondan çox vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır.
Bu xüsusda, biz ümid edirik ki, Paris Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal şəkildə iştirak etməkdə davam edəcək. Həqiqətən münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipləri əsasında həll edilməsi Cənubi Qafqazda davamlı inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün zəmin yaradacaq. Bundan təkcə region ölkələri deyil, Avropadan olan tərəfdaşlarımız, o cümlədən Fransa da faydalana biləcək.
- Fransa və Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir və davamlı şəkildə müxtəlif istiqamətlər üzrə inkişaf edir. Bizim gündəliyimizə ikitərəfli əlaqələr və regional təhlükəsizlik məsələləri üzrə davamlı dialoq, ticarət, iqtisadiyyat, sərmayələr üzrə böyük layihələr, regionlararası fəal əməkdaşlıq daxildir. Biz, həmçinin elm, təhsil, mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan Fransanın Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. Azərbaycan, həmçinin fransız dilinin tədrisi üzrə regional mərkəzdir.
Biz eləcə Avropa İttifaqında əsas tərəfdaşlarımızdan olan Fransa ilə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq. Bu xüsusda, Fransa ilə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələsində təmaslarımız çox vacibdir.
Avropa İttifaqının noyabrın 24-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin uğurla nəticələnməsində Parisin konstruktiv mövqeyini və töhfələrini təqdir edirik. Yekun bəyanatda digər Şərq Tərəfdaşlığı ölkələri kimi Azərbaycanın da ərazi bütövlüyü və suverenliyi təsbit olunub və Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə əldə olunan nailiyyətlər qeyd edilib.
Azərbaycan dünyəvi müsəlman dövləti olaraq Avropa və Asiya, Avropa və İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür. Azərbaycan bütün region üçün sabitlik və təhlükəsizlik amili olaraq, ekstremizmin qarşısının alınmasında mühüm rola malikdir. Qeyd etdiyimiz kimi, Azərbaycan, eyni zamanda, inkişaf amilidir, belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr qitələri birləşdirir, Asiya, Qafqaz və Avropa boyunca yeni iş yerlərinin açılmasına xidmət edir. Biz ümidvarıq ki, Avropa İttifaqı və üzv dövlətlər Azərbaycanın regionda və dünyada oynadığı vacib rolu yaxından başa düşürlər.

 
  • Oxunub:  6810  |  
  • Tarix:  10-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24