Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP bələdiyyə seçkilərində gənclərə üstünlük verəcək

YAP bələdiyyə seçkilərində gənclərə üstünlük verəcək

01.09.2009 [09:52]

Mübariz Qurbanlı: Müxalifət partiyalarının yerlərdə bələdiyyələrə namizəd irəli sürmək problemi var
“Bu gün Azərbaycan cəmiyyəti öz inkişafının mühüm bir mərhələsindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atmaqdadır. Bu uğurlar Azərbaycanı Cənubi Qafqaz regionunun lider ölkəsinə çevirıb. Aydındır ki, cəmiyyətin avanqard, aparıcı hissəsi gənclərdir. Cəmiyyətin irəliyə getməsində gənclərə böyük üstünlük verilir”.
Bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlının sözlərinə görə, dövlət orqanlarında gənclərin üstünlük təşkil etməsi göstərir ki, Prezident İlham Əliyev gənclərlə bağlı siyasətə böyük həssaslıqla yanaşır. O, bildirib ki, bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də gənclərə xüsusi diqqət yetiriləcək: “Yeni Azərbaycan Partiyası üzvlərinin 180 min nəfəri gənclərdən ibarətdir. Partiya sıralarında gənclərin çoxalması, ictimai-siyasi proseslərdə onların mövqeyinin möhkəmlənməsi deməyə əsas verir ki, yerli özünüidarə orqanlarına seçkilərdə gənclərin imkanlarından geniş istifadə ediləcək. Gənclərin namizədliyinin irəli sürülməsinə xüsusi əhəmiyyət veriləcək və partiyamızın rayon, şəhər təşkilatlarına da bizim tövsiyələrimiz ondan ibarətdir ki, onların fəal iştirakı üçün hərtərəfli şərait yaradılsın”.
M.Qurbanlı deyib ki, seçki prosesində xalqın inam və etimadını qazanan siyasi qüvvə qalib gəlir. Seçki yarışında qələbə əldə etməyin bir yolu da siyasi təşkilatın geniş və hərtərəfli bazaya malik olmasıdır. Bu gün YAP həm kəmiyyət etibarı ilə, ideyaverici qüvvə olmaq baxımından, həm də təşkilatlandırma baxımından üstün partiyadır.
Onun sözlərinə görə, müxalif partiyaların cəmiyyətdə sosial dayaqları çox zəifdir: “Alternativ fikir ortaya qoymaq iqtidarında olmayan, məhdud sosial bazaya malik, müxalifət partiyaları seçkilərdə məğlubiyyətə uğrayır. Məğlubiyyətlərini sığortalamaq, ört-basdır etmək üçün seçkiöncəsi müxtəlif bəhanələr ortaya atırlar. Bu gün müxalifət partiyaları yenə də Seçki Məcəlləsində dəyişikliklər etməyə ehtiyac olduğunu iddia edirlər. Əlbəttə, Seçki Məcəlləsi ehkam deyil, zaman-zaman müəyyən dəyişikliklərə məruz qalır. Amma bu gün fəaliyyətdə olan Seçki Məcəlləsi Azərbaycanda azad, ədalətli, demokratik, şəffaf seçkilər keçirmək üçün beynəlxalq standartlara və günün tələblərinə cavab verir. Ona görə də hansısa dəyişikliklərin edilməsinə zərurət yoxdur. Seçki Məcəlləsi və seçki komissiyaları ilə bağlı bəhanələri yenidən gündəmə gətirmək yolverilməzdir”.
M.Qurbanlı bildirib ki, müxalifət partiyalarının yerlərdə bələdiyyələrə namizəd irəli sürmək problemləri var. Onların bölgələrdə ilk partiya təşkilatlarının olmaması nəticə etibarı ilə yerlərdə bələdiyyələrə namizədlər vermək iqtidarında olmadıqlarını sübut edir. Millət vəkilinin fikrincə, bələdiyyələrə minlərlə namizəd irəli sürmək lazım olduğundan, buna da müxalifətin imkanı çatmadığından, onlar çıxış yolunu bu prosesdən hansısa formada yayınmaqda görürlər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30