Ana səhifə »  Siyasət »  Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib
A+   Yenilə  A-
Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub, müxtəlif tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək tər güllər düzüb, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
“Araz” Dövlət Qəbul Evində keçirilən konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov konfrans iştirakçılarını salamlayıb, təşkilatçılara təşəkkürünü bildirərək deyib: “Dini dözümlülük və həmrəylik, milli mənəvi dəyərlərə qayıdış yaşadığımız dövrün əsas məsələlərindəndir. Zaman keçdikcə daha aydın görünür ki, mənəvi dəyərləri bərpa etmədən, dini həmrəylik yaratmadan sabitliyə nail olmaq mümkün deyil. Əgər mənəvi dəyərlər bir xalqı birləşdirirsə, dini dəyərlər ölkələri və xalqları birləşdirir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev bununla bağlı deyirdi: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”.
Ali Məclisin Sədri deyib: “Dini həmrəyliyi yüksək mədəniyyətin göstəricisi kimi dəyərləndirən Ümummilli liderimiz Azərbaycana rəhbərliyinin hər iki dövründə mənəvi dəyərləri diqqətdə saxlamışdır. Şübhəsiz ki, mənəvi dəyərlər o halda fayda verə bilər ki, insanlarda bu dəyərlərə şüurlu münasibət formalaşsın. Müqəddəs kitabımızın sadə dildə insanlara çatdırılması tarix boyu Azərbaycan maarifçilərini düşündürmüş, XV əsrdə Baba Nemətullah Naxçıvani, ötən əsrin əvvəllərində isə Mirməhəmməd Kərim Bakuvi və Məhəmmədhəsən Mövlazadə Azərbaycan dilində Qurani-Kərimin təfsirlərini hazırlayıb nəşr etdirmişlər. Qurani-Kərimin hikmətləri vasitəsilə insanların maariflənməsi üçün xalqımızın Ümummilli lideri Heydər Əliyevin himayəsi, Şeyxülislam hacı Allahşükür Paşazadə Həzrətlərinin və görkəmli ilahiyyatçı alim Vasim Məmmədəliyevin səyləri ilə Qurani-Kərim Azərbaycan dilində kütləvi nəşr edilmişdir”.
Qeyd olunub ki, bu gün müqəddəs kitabımızı Azərbaycan dilində oxuyanlar bir daha görürlər ki, İslam dini özündən əvvəlki dinləri və peyğəmbərləri inkar etmir, əksinə İslam dini başqa dinlərə dözümlülük təlqin edir. Bu isə cəmiyyətdə dini həmrəylik yaradılmasına öz töhfəsini verən əhəmiyyətli tarixi addımdır. 70 il ərzində ateizmin təbliğ olunduğu Sovetlər Birliyindən sonra dini dəyərlərə qayıdışın cəmiyyətin əxlaqi-mənəvi yüksəlişində, xalqımızın bütövlüyü və birliyində mühüm rola malik olduğunu diqqətdə saxlayan Ümummilli liderimiz bəyan edirdi ki, “Azərbaycanda nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur”.
Ali Məclisin Sədri deyib: “Bu gün ölkəmizdə müsəlmanların, xristianların və yəhudilərin bərpa edilərək yenidən istifadəyə verilən məscidlərdə, kilsələrdə və sinaqoqlarda azad şəkildə ibadət etmələri, dini və ya məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi missiyasıdır. Bu missiya hazırda ölkəmizdə uğurla davam etdirilir. Yaşadığımız dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində isə təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda dinlər arasında qarşılıqlı hörmət, mehriban münasibətlər və birlik hökm sürür. İndi Azərbaycan yalnız iqtisadi göstəriciləri ilə deyil, həm də dini dözümlülük və tolerantlıq sahəsində qazandığı nailiyyətlərlə dünyada tanınır və nümunə göstərilir. Reallıq ondan ibarətdir ki, dövlətimiz dini həmrəyliyə təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır, ölkəmiz dinlərarası beynəlxalq dialoqa öz töhfəsini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu”.
“Ölkə Prezidenti tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli”ndə insanlar, xalqlar və dinlər arasında həmrəylik mühüm əhəmiyyət daşıyır”, - deyən Ali Məclisin Sədri belə bir dövrdə “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransın ölkəmizdə möhkəm əsasları yaradılmış dini həmrəyliyə töhfəsini verəcəyinə əminliyini bildirib, konfransa öz işində uğurlar arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda çıxış edərək deyib ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb. Dahi şəxsiyyətin ideyaları bəşəri idi. Azərbaycanda multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər də Ulu öndərin ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də dövlət-din siyasəti uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması da bu tədbirlərin davamıdır.
Qeyd olunub ki, Naxçıvan tarixən dini-mənəvi dəyərlərin qorunub saxlanıldığı yer olub. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, dini dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Həyata keçirilən bu tədbirlər imkan verəcəkdir ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla həyata keçirsin. Eyni zamanda, “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın Naxçıvanda keçirilməsi də dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı kimi bu işə öz töhfəsini verəcəkdir.
Konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət quruculuğu yolu həm də ölkəmizdə dini-mənəvi dəyərlərin yaşadılmasında yeni mərhələnin əsasını qoyub. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə dinlər arasında qarşılıqlı inam bərpa olundu, məscidlər tikildi, dindarlar üçün hərtərəfli şərait yaradıldı. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlər, dini dözümlülük və həmrəylik nümunə gücündədir. Qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanda da dini dəyərlərə hörmətlə yanaşılır, dini-mədəni abidələr bərpa olunur. Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar həyata keçirilən tədbirlər, eləcə də bugünkü konfrans bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla bu sahədə sağlam ideologiya yaradıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, qanunvericilik bazası formalaşdırılıb. Bu gün Azərbaycan ölkə başçısının rəhbərliyi ilə beynəlxalq aləmdə multikulturalizmə, dinlərarası dialoqa və həmrəyliyə öz töhfəsini verir. Hazırda ölkəmizdə 2400-dən çox məscid var, 783 dini icma fəaliyyət göstərir, dini məbədlər bərpa olunur. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bugünkü konfransın İslam Mədəniyyətinin Paytaxtı Naxçıvanda keçirilməsi və müzakirələrin aparılması isə ölkəmizdə bu sahədə görülən işlərin davamı kimi qiymətləndirilməlidir.
Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışında qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Azərbaycan dövlətçiliyinin əsasını müəyyənləşdirib. Məhz həmin dövrdə Naxçıvan, ümumilikdə isə ölkəmiz çətin günlərini yaşayırdı. Lakin dahi şəxsiyyət Azərbaycanı düz yola çıxardaraq bugünkü inkişafının - tərəqqi yolunun əsasını qoyub. Heydər Əliyev yolu sülh, dostluq, həmrəylik yoludur. Bu gün ölkə başçısının bu yolu uğurla davam və inkişaf etdirməsinin nəticəsidir ki, Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq dünyada sülhə, sabitliyə və dini həmrəyliyə öz töhfəsini verir.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev konfransın əhəmiyyətindən bəhs edərək deyib ki, müasir dövrümüzdə dini həmrəylik aktual məsələdir. Bütün dünya dini həmrəyliyə və vəhdətə böyük ehtiyac duyur. Belə bir dövrdə Ulu öndərin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin multikulturalizmin və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində gördüyü işlər böyük əhəmiyyət daşıyır. Ölkəmizdə dinin elmi cəhətdən öyrənilməsi və təbliği, eləcə də dini kadrların hazırlanması bu işə öz töhfəsini verir. Qürurverici haldır ki, bu gün dini həmrəyliyin bütün dünyada qəbul olunan Azərbaycan modeli yaradılıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki, dinlərarası dialoqa böyük ehtiyac duyulduğu bir dövrdə Azərbaycanda bütün dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Bu da Ümummilli lider Heydər Əliyevin dinin cəmiyyət həyatında rolunu yüksək qiymətləndirməsinin nəticəsində mümkün olub. Dahi rəhbər dini konvensiyaların fəaliyyətinə böyük qayğı göstərib, məscidlər, kilsələr bərpa olunaraq dindarların istifadəsinə verilib, bütün dinlərin müqəddəs bayram və günlərinin dövlət səviyyəsində qeyd olunması ənənəsinin əsası qoyulub. Bu gün də Azərbaycan multikulturalizm və dini həmrəylik sahəsindəki təcrübəsini bütün dünya ilə bölüşür. Sevindirici haldır ki, Nuh Peyğəmbərin vətəni Naxçıvanda keçmişə və dini-mənəvi dəyərlərin qorunub yaşadılmasına düşünülmüş münasibət var. İnsan sivilizasiyasının mərkəzi olan Naxçıvanda tarix və dini-mədəni abidələr bərpa olunur. Dini həmrəyliklə bağlı konfransın keçirilməsi də bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, Heydər Əliyev dühası min illər bundan sonra da Azərbaycanı xoş gələcəyə aparan yola şəfəq salacaqdır. Heydər Əliyev siyasi məktəbinin əsasında həmrəylik, birlik və dostluq dayanırdı. Dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycan bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dini həmrəyliyə həsr olunmuş bugünkü konfrans Azərbaycanın bütün dünyaya verdiyi daha bir həmrəylik çağırışıdır. Ölkəmizdəki sabitliyi, əmin-amanlığı, həmrəylik və tolerantlığı qoruyub saxlamaq, bu sahədə görülən işlərə öz töhfəmizi vermək üçün bundan sonra da bütün dinlərin nümayəndələri birlik nümayiş etdirməlidirlər.
Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete vurğulayıb ki, Ulu öndər Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün görkəmli şəxsiyyətdir. Məlum olduğu kimi keçmiş Sovetlər Birliyi dövründə Azərbaycanda bütün dinlərin nümayəndələri çətinliklərlə qarşılaşırdı. Lakin dahi rəhbər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq bu sahədə tədbirlər həyata keçirdi, müstəqillik dövründə isə bütün çətinliklərə son qoyuldu. Azərbaycanda kilsələr bərpa olundu, digər dinlərin nümayəndələri ilə yanaşı, xristianlar üçün də hərtərəfli və sərbəst ibadət şəraiti yaradıldı. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə gördüyü işlər, dini həmrəyliyin möhkəmləndirilməsi böyük məmnunluq doğurur. Müxtəlif xalqlar və dinlərdən olan insanlar sülh və mehribanlıq şəraitində yaşayırlar. Roma Papasının Azərbaycana səfəri və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində görülən işlərə yüksək qiymət verməsi bunu bir daha təsdiq edir.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev deyib ki, bu gün Naxçıvan Muxtar Respublikasında milli mənəvi dəyərlərimiz qorunur, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunaraq dindarların istifadəsinə verilir. Ölkəmiz müstəqillik qazandıqdan ötən dövr ərzində muxtar respublika ərazisində 74 məscid tikilib, 95 məscid yenidən qurulub və ya bərpa olunub. Hazırda bir yeni məscidin tikintisi və 2 İmamzadə binasında bərpa işləri davam etdirilir. Ümumilikdə muxtar respublika ərazisində 211 məscid fəaliyyət göstərir. Muxtar respublikada dini bayramlar, ayinlər və yas mərasimlərinin milli mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə tədbirlər görülür. Dini mərasimləri idarə edən 278-i kişi, 180-i isə qadın olmaqla, 458 dini fəaliyyətlə məşğul olan şəxs attestasiyadan keçirilib. Onlar ödənişsiz olaraq yay və qış fəslinə uyğun iki dəstdən ibarət vahid geyim forması ilə təmin olunurlar. Naxçıvanda ali dini təhsilli kadrların hazırlanması istiqamətində də ciddi addımlar atılıb, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılaraq fəaliyyətə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Sabir Həsənli çıxış edərək deyib ki, Ümummilli liderimizin ölkəmizə rəhbərliyi dövründə dini etiqad azadlığının əsası qoyuldu. Dahi şəxsiyyətin dini mərasimlərdə iştirak və çıxış etməsi, qarşıya qoyduğu vəzifələr dövlət-din münasibətlərinin və dini həmrəyliyin təmin olunması sahəsində mühüm mərhələ təşkil edib. Ulu öndərin təməlini qoyduğu dövlət-din siyasəti həm də ölkəmizdə dini həmrəyliyi daha da möhkəmlədib. Bu gün Ulu öndərin müəyyənləşdirdiyi yolun ölkə başçısı tərəfindən davam etdirilməsi həm də dövlət-din münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub. Naxçıvanda dini dəyərlərə qayğı ilə yanaşılması, məscidlərin tikilməsi, dindarlar üçün hərtərəfli ibadət şəraitinin yaradılması da bu tədbirlərin davamı kimi məmnunluq doğurur.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək deyib ki, konfrans olduqca aktual məsələyə həsr olunub. Azərbaycanda İslam həmrəyliyi, İslama çağırış qlobal xarakter daşıyır. Son illər ölkə Prezidenti tərəfindən müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılır. Azərbaycan həmrəyliyi bütün dünyaya bəyan edir. Bu gün Azərbaycanda dini həmrəyliyin təmin olunması sahəsində görülən işlər Naxçıvanda da uğurla davam etdirilir. Azərbaycanın dilbər guşəsi, fədakar insanların yaşadığı Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi də Ulu öndərimiz Heydər Əliyevin dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində müəyyənləşdirdiyi vəzifələrin uğurlu bəhrələrindəndir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Dünya Azərbaycanlılarının həmrəyliyinin əsasını qoyması və müstəqillik illərində ölkəmizdə yaşayan bütün xalqların birliyinin ifadəsi olan azərbaycançılığı dövlətçilik ideologiyası səviyyəsinə qaldırması onun bəşəriyyət qarşısındakı xidmətləridir. Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə multikulturalizmin, tolerantlığın və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində görülən işlər ölkəmizdə daxili sabitliyi təmin etməklə yanaşı, həm də bəşəri həmrəyliyə Azərbaycanın verdiyi töhfəni aydın şəkildə ifadə edir. Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunması sahəsində ardıcıl işlər görülür, dini maarifçilik ümumi maarifçiliyin tərkib hissəsi kimi inkişaf etdirilir. Bu mənada Naxçıvanda dini həmrəyliklə bağlı konfransın keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki Naxçıvan dünya tufanından sonra bütün dinlərin və xalqların həyatının başlandığı böyük sivilizasiya mərkəzidir. Nuh Peyğəmbərin Naxçıvandakı türbəsi həmrəyliyə, birliyə, sülhə, ümumilikdə isə insanlığın xoşbəxt gələcəyinə ucaldılmış tolerantlıq abidəsidir. Naxçıvan həmrəyliyin Şərq və Qərb modellərinin sintezinin ifadə olunduğu bir məkandır. Bütün bunlar 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla yerinə yetirəcəyinə və gələcəkdə təşəbbüs olarsa, Avropa Mədəniyyətinin Paytaxtı kimi də bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminlik yaradır.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

 
  • Oxunub:  4500  |  
  • Tarix:  07-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq...

17:45
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
17:40
13 Dekabr
Hikmət Babaoğlu: Biz bundan sonra da Ermənistanda daha ciddi qarşıdurmaları müşahidə edəcəyik
17:38
13 Dekabr
Xəzər İsayev: 2018-ci il Azərbaycan idman ictimaiyyəti üçün yüksək nailiyyətlərlə yadda qaldı
17:37
13 Dekabr
Lapis-Lazuli marşrutu ilə yükdaşımalarına start verilib
17:32
13 Dekabr
Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
17:27
13 Dekabr
Azərbaycan ilə NATO arasında hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb
17:01
13 Dekabr
İordaniya mətbuatında ulu öndər Heydər Əliyevə həsr olunan məqalələr verilib
16:55
13 Dekabr
“Birinci Sahibkarlıq Blokçeyn Platforması”nın açılış mərasimi keçirilir
16:50
13 Dekabr
Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
16:19
13 Dekabr
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət dinamikaya fəal kömək edəcək
16:02
13 Dekabr
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib
15:43
13 Dekabr
Prezident İlham Əliyev: Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur
15:40
13 Dekabr
Dövlət İdarəçilik Akademiyası ilə Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb
15:36
13 Dekabr
Prezident: Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik
15:35
13 Dekabr
RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar
15:29
13 Dekabr
İstanbul valisi: Heydər Əliyevin şəxsiyyətinə ehtiram mənəvi borcumuzdur
15:27
13 Dekabr
İvanov vilayəti Azərbaycandan pambıq idxal etmək istəyir
15:18
13 Dekabr
AQTA-nın mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb
15:07
13 Dekabr
Dubayda daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb
14:56
13 Dekabr
Ukraynada Azərbaycanla bağlı beyin mərkəzi yaradılır
14:37
13 Dekabr
Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir
14:29
13 Dekabr
Gennadi Şmal: Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır
14:27
13 Dekabr
Akkan Suver: Heydər Əliyev siyasi hakimiyyətə qayıdan vaxtlarda Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi
14:25
13 Dekabr
Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib
14:17
13 Dekabr
YAP İdarə Heyətinin iclası keçirilmişdir
14:14
13 Dekabr
Özbəkistan portallarında Ulu Öndərin anım günü ilə bağlı yazılar yerləşdirilib
14:12
13 Dekabr
Rauf Əliyev: Seçici fəallığının daha aşağı olması erməni xalqının nə müxalif, nə də iqtidara etibar etmədiyini bir daha göstərdi
14:11
13 Dekabr
Elman Məmmədov: Ermənistanda keçirilən növbədənkənar seçkilər kütləvi saxtakarlıqla yadda qaldı
12:54
13 Dekabr
TAP: Yunanıstan və Albaniya marşrutunun 87 faizində torpaq örtüyü bərpa olunub
12:37
13 Dekabr
Ulu Öndərin əziz xatirəsi İzmir şəhərində də ehtiramla yad edilib
12:24
13 Dekabr
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir
12:16
13 Dekabr
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans başlayıb
11:59
13 Dekabr
Abşeron rayonunun Məmmədli kəndində 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
11:56
13 Dekabr
İsmayıllıda qışa hazırlıqla əlaqədar görülən işlər müzakirə olunub
11:52
13 Dekabr
Los-Ancelesdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə tədbiri keçirilib
11:50
13 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
11:49
13 Dekabr
Artıq 2338 şəhidin 3038 vərəsəsinə birdəfəlik ödəniş verilir
11:42
13 Dekabr
Əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birgə təlim kursu keçirilib
11:40
13 Dekabr
Asiya İnkişaf Bankı ilə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
10:58
13 Dekabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq
10:58
13 Dekabr
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
10:43
13 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
10:41
13 Dekabr
Zurab Qumberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
10:40
13 Dekabr
Michele Elia: TAP təbii qazın qiymətinə müsbət təsir göstərə bilər
10:39
13 Dekabr
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
10:27
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Strasburqda da yad edilib
10:25
13 Dekabr
Vaşinqtonda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
10:24
13 Dekabr
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
10:20
13 Dekabr
Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
22:24
12 Dekabr
İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
22:06
12 Dekabr
Tbilisidə “Heydər Əliyev: Tale yolları” kitabının gürcü dilində təqdimatı olub
22:00
12 Dekabr
Niderlandda Ümummilli Liderin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub
21:49
12 Dekabr
Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının ilk iclası keçirilib
21:40
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
21:33
12 Dekabr
Xalqımız Ümummilli Liderin əvəzsiz xidmətlərini heç zaman unutmur
20:30
12 Dekabr
Daşkənddə ulu öndər Heydər Əliyevin anım günü münasibətilə xeyriyyə festivalı və fotosərgi təşkil olunub
19:47
12 Dekabr
İspaniya qəzeti Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım tədbirindən yazıb
18:40
12 Dekabr
Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin inkişafında Heydər Əliyevin böyük xidmətləri var
17:57
12 Dekabr
Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu olub
17:50
12 Dekabr
Eldar İbrahimov: Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir
17:48
12 Dekabr
Nizami Cəfərov: Zaman keçdikcə biz Ümummilli liderimizin fəaliyyətinin mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq
17:37
12 Dekabr
Hindistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
17:32
12 Dekabr
ADNSU Ufa Dövlət Neft Texniki Universiteti ilə yeni elmi əməkdaşlıq əlaqələri qurur
17:25
12 Dekabr
Pakistanda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan seminar keçirilib
17:00
12 Dekabr
Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub
16:34
12 Dekabr
Haaqada “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyinin təqdimatı olub
16:33
12 Dekabr
Təhsil Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
16:26
12 Dekabr
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB regionunda ən yüksək nəticə əldə edib
16:25
12 Dekabr
Erkan Özoral: Ulu öndərin güclü siyasi iradəsi nəticəsində Azərbaycan qısa zamanda böyük məsafələr qət edib
16:08
12 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+6 +8