Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin deputatı Parisdə AŞPA komitələrinin iclaslarında iştirak edəcək

Milli Məclisin deputatı Parisdə AŞPA komitələrinin iclaslarında iştirak edəcək

06.12.2017 [10:19]

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası (AŞPA) komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında qadınlar və kişilər arasında bərabərlik məsələsinə baxılacaq, işə qəbul zamanı yol verilən ayrı-seçkiliyə dair fikir mübadiləsi aparılacaq. Avropada zorakı evliliklər, əlillərin müdafiəsi, milli azlıqların və regional dillərin qorunması kimi aktual mövzular gündəmdə olacaq. Deputat müzakirələrdə yaxından iştirak edəcək.
Sahibə Qafarovanın sədr olduğu AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsində isə Ukrayna müharibəsinin nəticələri, Suriya ilə qonşu olan ölkələrdə qaçqınların vəziyyəti, Aralıq dənizində axtarış və xilasetmə əməliyyatları, qaçqın və məcburi köçkünlər üçün iş imkanlarının yaradılması, miqrant uşaqların məcburi təhsilə cəlb olunması və digər mühüm məsələlər müzakirəyə çıxarılacaq. İclasda “Diaspor siyasəti üzrə parlament şəbəkəsi” mövzusuna xüsusi yer veriləcək.
Komitənin sədri Sahibə Qafarova “Avropada miqrantların radikallaşması və diaspora birlikləri” mövzusu üzrə hazırladığı məruzə barədə ətraflı məlumat verəcək.
Xatırladaq ki, hazırda Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir.

Paylaş:
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31