Ana səhifə »  Siyasət »  XALQDAN GÜC ALAN PARTİYA
A+   Yenilə  A-
XALQDAN GÜC ALAN PARTİYA

Eldar İbrahimov
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin Aqrar siyasət

komitəsinin sədri,
iqtisad üzrə elmlər doktoru, professor


Bu günlərdə 25 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası (YAP) ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.
Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Bu dövrdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi. Ancaq onlar kifayət qədər sosial bazaya malik deyildirlər, aralarında konstruktiv münasibət yox idi. Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin.
Ölkə ziyalıları xalqın düçar olduğu bəlalardan qurtuluşunu Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. İctimai-siyasi həyatda xaos və anarxiyadan cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvini tələb edir, bu məqsədlə respublikanın müxtəlif bölgələrində mitinqlər keçirirdilər. Bütün ölkə vətəndaşları nəzərlərini Naxçıvana dikmişdilər. Hamı Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıdışını arzulayırdı.
Belə bir vaxtda cəmiyyətin demokratik qüvvələri, ziyalılar və sadə əmək adamları Heydər Əliyevin adı ilə bağlı yeni bir siyasi partiyanın yaradılmasını günün tələbi hesab edirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı “Əlincə” cəmiyyətinin nəşr etdirdiyi “Səs” qəzeti vasitəsilə Ulu öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi.
Bu tarixi sənəddə ölkədəki ağır siyasi, sosial-iqtisadi, mənəvi durumun getdikcə dərinləşməsi, təbii sərvətlərin talan edilməsi və digər həyati məsələlər ziyalı yanğısı ilə önə çəkilir, vəziyyətdən xilas üçün xalqın Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu ifadə olunurdu. Ölkənin gələcəyini düşünən insanlar yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın sınanmış lideri Heydər Əliyevin bu məsələdə məsuliyyəti Öz üzərinə götürməsini istəyirdilər.
Bu müraciət “Səs” qəzetində dərc edildikdən sonra bütün Azərbaycan böyük ümidlə öz Böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi.
Ulu öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı ziyalıların narahatlığını bölüşərək yaranmış vəziyyəti təhlil etdi, AXC-”Müsavat” hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir.
Heydər Əliyevin ətrafında sağlam qüvvələrin birləşmək niyyətindən təşvişə düşən o dövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, Rabitə İdarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib Muxtar Respublika hakimiyyəti əleyhinə bəyanat verdilər. Lakin Heydər Əliyevi sevən insanlar ayağa qalxıb, hamı bir nəfər kimi Onu müdafiə etdi. Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar piyada Naxçıvan şəhərinə yürüş etdilər. Qısa bir vaxtda 50 mindən çox adam Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi cəza dəstəsi Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı.
Bu hadisə əsl dövlət çevrilişinə cəhd idi. Lakin xalq öz böyük oğlunu qorudu. Sonralar, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Ulu öndərə qarşı silahlı müxalifət tərəfindən belə uğursuz cəhdlər olacaqdı. Ancaq xalq yenə də öz müdrik rəhbəri ilə birlikdə olduğunu nümayiş etdirəcəkdi.
Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab Onun böyük məsuliyyəti Öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu öndərin ozamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, Onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.
O dövrkü iqtidar - AXC-”Müsavat” hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi. Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Təşəbbüs qruplarının 550-dən çox nümayəndəsinin iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu öndər yekdilliklə partiyanın Sədri seçildi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
Son dərəcə mürəkkəb bir şəraitdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, Heydər Əliyev kimi lideri olan partiyanın ölkənin siyasi həyatına qədəm qoyması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Yeni yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir.
Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP öz fəaliyyətində milli maraqları hər şeydən üstün tuturdu. Bu barədə ölkə Prezidenti İlham Əliyev partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə belə demişdi: “Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır... Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik”.
Heydər Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı. Ulu öndərin adını daşıyan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.
Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur. Ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyev deyir: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında dövlət müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir. Partiyanın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş müzakirə olunaraq o dövrkü siyasi reallıqlara uyğun müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Təşkilatın strateji xətti təsbit edildi: dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması, ölkədə demokratik, hüquqi dövlət quruculuğu. Qurultayda o vaxt ARDNŞ-nin birinci vitse-prezidenti olan cənab İlham Əliyev partiyanın Sədr müavini seçildi.
Ötən illər ərzində partiya sıralarında siyasətçilərin yeni nəsli yetişdi. 2000-ci il parlament seçkilərində cənab İlham Əliyev YAP seçki kampaniyasına rəhbərlik edirdi və noyabrın 12-də Milli Məclisə keçirilən seçkilərdə partiya böyük uğur qazanaraq parlamentdə böyük üstünlük əldə etdi.
YAP-ın 2001-ci il noyabrın 21-də keçirilən II qurultayında da təşkilat üçün taleyüklü qərarlar qəbul edildi. Partiyanın Nizamnaməsinə dəyişikliklər edildi və yeni təsis olunmuş Sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçildi.
Ulu öndərin və Onun qurucusu olduğu partiyanın ən böyük nailiyyətlərindən biri də siyasi varislik probleminin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması oldu. Böyük dövlət xadimi Heydər Əliyevin 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində deyilirdi: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir”.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq ölkə Prezidenti seçildi və partiyanın siyasi taleyində yeni dövr başladı. Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Prezident İlham Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi təşkilatda siyasi irs-varislik əlaqələrini təmin etməklə yanaşı, dünyada gedən qloballaşma prosesləri fonunda ölkənin hərtərəfli inkişafı üçün geniş imkanlar açdı.
Sonralar 2008-ci və 2013-cü illərdəki prezident seçkilərində də YAP-dan İlham Əliyevin namizədliyi irəli sürüldü. Bu seçkilərdə YAP-ın prezidentliyə namizədi parlaq qələbə qazanaraq respublikanın davamlı və sürətli yüksəlişi naminə əzmkar fəaliyyətini davam etdirmək imkanı əldə etdi.
Partiya ölkə həyatında baş verən prosesləri diqqətlə izləyir. Lazım gəldikdə cəmiyyətdəki dəyişikliklərə öz münasibətini bildirir. Yeni Azərbaycan Partiyasının 2008-ci il dekabrın 16-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürməsi də obyektiv qanunauyğunluqlarla şərtlənirdi. Həmin il martın 18-də keçirilmiş referendumda seçicilərin mütləq əksəriyyəti YAP-ın təşəbbüsünü dəstəklədi. Nəhayət, partiya 2010-cu və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə parlaq qələbə qazanaraq cəmiyyətdə böyük nüfuz sahibi olduğunu bir daha təsdiqlədi.
Ötən 25 il ərzində YAP parlament tipli partiya kimi ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hüquqi bazasının yaradılması işinə öz layiqli töhfəsini vermişdi.
Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasının tərkib hissəsinə çevrilmişdir.
YAP bu gün cəmiyyətdə bütün proseslərin mərkəzində dayanan çox ciddi siyasi güc kimi qavranılır. Partiyanın iqtidarda olduğu dövrünün ən parlaq uğurlarından biri müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır.
Partiyanın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionda analoqu olmayan bir partiyadır: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır”.
YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Hər zaman vurğulandığı kimi, siyasət görülən real işlərdir.
Bu real işlərə nəzər saldıqda isə həyata keçirilən siyasətin nə qədər düzgün və uzaqgörən bir siyasət olduğuna bir daha inanırıq. Belə ki, 1991-ci ildə müstəqilliyini bərpa edərək iqtisadiyyatı bazar münasibətləri əsasında inkişaf etdirmək istiqamətində irəliləmək istəyən respublikamız ölkəyə səriştəsiz rəhbərlik səbəbindən çox böyük iqtisadi və siyasi çətinliklərlə üzləşmişdir. Bunun nəticəsi idi ki, 1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər il 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində azalmanın sürəti 3,8 dəfə artmışdır. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi sayəsində ölkəmizdə siyasi sabitlik bərpa olundu, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün iqtisadi islahatlar başlandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində 1994-cü ildə atəşkəsin elan edilməsi, Azərbaycan və dünya neft strategiyasının və siyasətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər bu tənəzzülün qarşısını aldı və 1996-cı ildən başlayaraq dinamik inkişaf başladı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə formalaşmaqda olan yeni ictimai şəraitdə ölkəmizin sosial- iqtisadi inkişafının təməlini qoydu.
Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə ölkənin müstəqilliyinin açarı olan ərzaq təhlükəsizliyinin təmin edilməsi, azad sahibkarlığın bərqərar olması və əhalinin maddi rifah halının yaxşılaşması üçün MDB məkanında analoqu olmayan və sosial ədalət prinsipinə əsaslanan torpaq islahatı həyata keçirildi.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafını təmin etməyə yönələn bu siyasət 2003-cü ildə əhalinin böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev tərəfindən və Onun rəhbərliyi sayəsində əsas hərəkətverici qüvvə olan YAP üzvlərinin fəal iştirakı ilə uğurla həyata keçirilir
“Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi nəticəsində ilbəil artan maliyyə ehtiyatları bu imkanlardan daha səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsini zəruri edirdi. Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkildi. Qeyri-neft sektorunun və onun tərkib hissəsi olan aqrar sektorun inkişafı isə regionların sosial-iqtisadi inkişafından asılı olduğuna görə bu sahəyə diqqətin artırılması ölkədə formalaşan iqtisadi strategiyanın əsasını təşkil edirdi. Bu istiqamətdə sərf olunacaq dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək üçün yeganə düzgün siyasi və iqtisadi qərar həmin vəsaitin Dövlət Proqramları əsasında xərclənməsi idi. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 2004-cü il 11 fevral tarixli Fərmanla “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı (2004-2008-ci illər) təsdiq etmişdir.
Regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu Dövlət Proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün ilk növbədə daha çox ehtiyac duyulan infrastruktur obyektlərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axınının başlaması proqramda nəzərdə tutulan bütün tədbirlərin vaxtında yerinə yetirilməsinə imkan verdi və Azərbaycan Respublikası dünyada analoqu olmayan 30-35 faiz illik iqtisadi artıma nail oldu. Bu illərdə iqtisadi artım əsasən neft amili ilə bağlı idi və bu amil ölkənin gələcək inkişafının təmin edilməsi üçün möhkəm maliyyə imkanı formalaşdırdı.
Bu maliyyə imkanlarından səmərəli istifadə olunaraq 2009-2013-cü illəri əhatə edən regionların inkişafına dair ikinci Dövlət Proqramı da müvəffəqiyyətlə həyata keçirildi. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu Proqramların icrasına 10 il ərzində 50,7 milyard manat, o cümlədən birinci proqrama 16 milyard, ikinci proqrama isə 34,7 milyard manat vəsait yönəldilmişdir. Hazırda 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş üçüncü Dövlət Proqramı da uğurla icra olunur.
“Əsrin müqaviləsi” üzrə görülən işlər ölkə daxilində sosial-iqtisadi inkişafa güclü təkan verməklə yanaşı, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin qısa müddətdə tikilib istifadəyə verilməsini təmin etməklə Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılmasında mühüm rol oynamış və bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verərək beynəlxalq əməkdaşlıqda böyük nüfuz sahibi olan etibarlı tərəfdaşa çevrilmişdir. Hazırda bölgədə Azərbaycan Respublikasının iştirakı və razılığı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Əksər hallarda isə bu layihələrin təşəbbüsçüsü bizim ölkəmiz və onun lideri İlham Əliyev cənabları olur. Bu günlərdə istifadəyə verilən, ölkəmizi qlobal tranzit mərkəzinə və mühüm logistik məkana çevirəcək Bakı-Tbilisi-Qars dəmir yolu bunun parlaq təzahürüdür. Onu da qeyd etmək lazımdır ki, bir çoxları bu dəmir yolunun tikintisini qeyri-mümkün hesab etməklə onun səmərəli olmayacağını iddia etsələr də artıq dəmir yolu fəaliyyətə başlayıb və Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilib. Bu dəmir yolu Pekindən Londona kimi birbaşa nəqliyyat vasitəsi olmaqla Şərqlə Qərbi birləşdirən tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir. Ölkəmiz hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yollarının istifadəyə verilməsi istiqamətində çalışır. Nəqliyyat infrastrukturumuzun önəmli hissəsini isə Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı təşkil edir ki, bu da həm ölkəmiz, həm də bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində ölkəmizdə neft-qaz sənayesi ilə yanaşı, iqtisadiyyatın bütün sahələrində yüksək inkişafa nail olunmuş, uğurlu nəticələr əldə edilmiş, enerji sahəsindən əldə edilən gəlirlər iqtisadiyyatın şaxələnməsinə, respublikamız üçün yeni sənaye sahələrinin - müdafiə sənayesi və kosmik sənayesinin yaranmasına, infrastruktur layihələrin icrasına, müasir texnika və texnologiyalarla, yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş istehsalat və sosial obyektlərin tikintisinə və ölkə əhalisinin maddi-rifah halının yaxşılaşmasına və digər layihələrin icrasına yönəlmişdir. Bunun nəticəsidir ki, 2016-cı ilin yekunlarına görə əhalinin hər nəfərinə düşən ÜDM 6266 manata çataraq 1995-ci illə müqayisədə 7,1 dəfə artmışdır. 1993-2016-cı illərdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 200 milyard manatdan çox investisiya yatırılmış, ölkədə işsizlik və yoxsulluq səviyyəsi ən aşağı həddə - 4,9-5,0 faizə enmişdir. Hörmətli Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Oğuz-Qəbələ-Bakı su kəməri qısa müddətdə inşa edilmiş və bununla da Bakı şəhərində içməli su problemi öz həllini tapmaqla 24 saat fasiləsiz su təminatı 80 faizi keçmişdir.
Belə uğurlu nəticələrin əldə edilməsi isə hər şeydən əvvəl ölkəmizdə düşünülmüş və gələcəyə istiqamətlənmiş neft strategiyası əsasında dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, yeni və müasir müəssisələrin işə salınaraq çoxsaylı iş yerlərinin açılması ilə bağlıdır.
Müstəqilliyin son 24 ili ərzində ölkəmizdə həyata keçirilən möhtəşəm işlər nəticəsində sosial-iqtisadi inkişafda görünməmiş nailiyyətlər əldə edilsə də, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək, davamlı və dayanaqlı inkişafa nail olmaq, qloballaşan dünya iqtisadiyyatında ölkəmizin layiqli yer tutması üçün müvafiq proqramların hazırlanması barədə tapşırıqlar vermişdir. Bu tapşırığa uyğun hazırlanmış proqramlar 2016-cı ilin dekabr ayında hörmətli Prezidentimizin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” imzaladığı Fərmanla təsdiq edilmişdir. Prezident İlham Əliyevin yeni islahatlar kursunun əsasını təşkil edən bu yol xəritələri iqtisadiyyatın və ictimai həyatımızın müxtəlif istiqaməti üzrə qarşıdakı 10 il və sonrakı dövr üçün iqtisadi fəaliyyət məramnaməsi sayılır.
Strateji yol xəritəsinin qəbul edilməsində əsas hədəflər: qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl sektorun inkişafı, güclü milli sahibkarlar ordusunun formalaşması, yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılması, sənaye və aqrar sektorda istehsal imkanlarının genişlənməsində özəl bölmənin rolunun daha da artırılması və digər məsələlərdir.
Müasir dövrdə iqtisadiyyatın qeyri-neft sənaye sektorunun inkişafında sənaye və texnologiyalar parklarının yaradılması böyük əhəmiyyət kəsb edir. Belə ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması, idxalı əvəz edən məhsulların istehsalının və məhsulların rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Buna görə də hazırda ölkəmizdə sənaye parklarının yaradılmasına böyük üstünlük verilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Gəncə Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Sumqayıt və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala Sənaye Məhəlləsinin yaradılması qərara alınmış və onlardan bir çoxu artıq fəaliyyət göstərir. Bu müəssisələr tam gücü ilə işlədikdə on minlərlə insan daimi və yüksək maaşlı işlə təmin olunacaq, daxili və xarici bazara yüksəkkeyfiyyətli, Azərbaycan brendi olan məhsullar çıxarılacaqdır. Bununla da həm daxili tələbat ödəniləcək və həm də ölkəmiz idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcəkdir.
Əldə edilən neft gəlirlərinin iqtisadiyyatın real sektoruna və infrastruktur layihələrinə istiqamətləndirilməsi ölkəmizdə iqtisadiyyatın bütün sahələrinin əlaqəli inkişafını təmin edən balanslaşdırılmış iqtisadi siyasətin həyata keçirilməsini təmin etmişdir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi, Bakının yüksək səviyyəli bir çox beynəlxalq toplantılara, idman və musiqi yarışmalarına ev sahibliyi etməsi dünya ölkələri arasında respublikamızın nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları prezidentliyinin ilk illərindən aqrar bölməni iqtisadiyyatın qeyri-neft sektorunun prioritet istiqaməti elan etmiş və bu sahəyə xüsusi diqqət və qayğı göstərməyə başlamışdır. Prezidentin imzaladığı sənədlərə əsasən kənd təsərrüfatı məhsulu istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına, buğda, çəltik, pambıq və tütün səpininə, sortlu toxum və tinglərin istehsalına və satışına, mineral gübrələrin güzəştli şərtlərlə satışına, mal-qaranın cins tərkibinin yaxşılaşmasına, yerli at cinslərinin damazlıq özəyinin qorunmasına, müasir kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlıqların alınaraq istehsalçılara güzəştli şərtlərlə lizinqə verilməsinə, habelə aqrar sahibkarları güzəştli kreditlərlə təmin etməyə və bu kimi digər tədbirlərə hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait yönəldilir. Bunun nəticəsidir ki, ötən son on ildə ölkəmizdə bütün növ kənd təsərrüfatı məhsulları istehsalı xeyli artmışdır. O cümlədən taxıl istehsalı 41,0 faiz, şəkər çuğunduru 5,0 dəfə, ət 50,8 faiz, süd 53,7 faiz və yumurta istehsalı 77,8 faiz çoxalmışdır.
Dövlətin maliyyə dəstəyi ilə respublikamızda 39 quşçuluq müəssisəsi, 16 cins heyvandarlıq kompleksi, 7 süd və 7 ət istehsalı müəssisəsi açılmış, 28 intensiv bağçılıq təsərrüfatı, 30 müasir istixana kompleksi və 15 meyvə-tərəvəz emalı müəssisəsi yaradılmışdır. Bu tədbirlər nəticəsində aqrar sektorun yeni texnika və texnologiyalara, qabaqcıl təcrübəyə və elmi nailiyyətlərə əsaslanan innovativ inkişafı üçün möhkəm təməl qoyulmuşdur. Aqrar sahədə də intensivləşməni genişləndirmək, məhsuldarlığı artırmaq üçün regionlarda aqroparklar və iri təsərrüfatlar yaradılır. Hazırda Şəmkir və Xaçmaz rayonlarında aqroparklar, Ağcabədi, Qəbələ və digər rayonlarda iri təsərrüfatlar yaradılmış, bu müəssisələrin bir çoxunda hər inəkdən 7-8 min litr süd, hər hektardan 55-60 sentner buğda, 110-115 sentner qarğıdalı məhsulu əldə edilir ki, bu da respublikamız üçün rekord göstəricilərdir.
Bununla yanaşı, qloballaşmanın dərinləşməsi, təbii ehtiyatların həddindən çox istismarı, iqlim dəyişikliyi və əhalinin yüksək artımı əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün daha böyük əzmlə çalışmağı tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi aqrar sahədə daha önəmli uğurlar əldə etməyə imkan verəcəkdir. Partiyamızın Sədrinin təşəbbüsü və tapşırığı ilə hazırda respublikamızda ənənəvi kənd təsərrüfatı sahələri olan pambıqçılıq, baramaçılıq, tütünçülük, çayçılıq sürətlə inkişaf etdirilir, fındıq, üzüm sahələri genişləndirilir. Əsas məsələlərdən biri də bu sahələrin klasterləşməsi əsasında təşkilidir. Belə ki, məhsul istehsalı ilə yanaşı həmin məhsulların saxlanması, emalı və satışı, habelə elmi və kadr təminatı, maddi-texniki bazasının yaradılması da ixtisaslaşma zonaları-əraziləri üzrə təşkil edilir. Bu da öz növbəsində həmin məhsulların istehsalının səmərəliliyini artırmaqla yanaşı, rəqabət qabiliyyətinin yüksəlməsini də təmin edəcək və xarici bazarlara ixracın həcmini artırmağa imkan verəcəkdir.
Bu məsələlərin həllində “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun qəbul edilməsi və bu qanuna uyğun olaraq “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi mühüm rol oynayacaqdır.
Kənd təsərrüfatının intensivləşməsində və yüksək texnologiyaların tətbiqinin səmərəsini yüksəltməkdə torpaqların münbitliyini artırmaq, əkin dövriyyəsinə yeni suvarılan torpaqlar daxil etmək və mövcud əkinlərin su təminatını yaxşılaşdırmaq mühüm əhəmiyyət kəsb edir. Ölkə Prezidentinin tapşırığına uyğun olaraq bu istiqamətdə son vaxtlar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əhəmiyyətli işlər görülmüşdür. Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına “Taxtakörpü” su anbarının, “Taxtakörpü-Ceyranbatan” kanalının, “Vəlvələçay-Taxtakörpü” kanalının istifadəyə verilməsi, Şəmkirçay su anbarından Goranboy rayonuna kanalın və Neftçala su kanalının tikintisinin davam etməsi, habelə digər layihələrin reallaşması bu il 150 min, gələn il isə 100 min hektar indiyədək suvarılmayan və ya suvarılması lazımi səviyyədə olmayan sahələrin suvarılmasına imkan verəcək və məhsuldarlığı artırmaq üçün əlverişli şərait yaradacaqdır.
Son illər respublikamızın iqtisadi və sosial həyatında həyata keçirilən bu nəhəng işlərin icrasında ölkəmizin ən güclü və çoxsaylı partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri ön sıralarda olmuş, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev cənablarının uzaqgörən və xalqın rifahının yaxşılaşmasına yönəlmiş siyasətini daim dəstəkləmiş, öz əməli fəaliyyətləri ilə dönə-dönə təsdiq etmişlər ki, YAP yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır.
Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, Ulu öndərin qurucusu olduğu YAP hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcəkdir!

 
  • Oxunub:  2160  |  
  • Tarix:  14-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

12:54
24 Noyabr
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
12:47
24 Noyabr
Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
12:31
24 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
12:29
24 Noyabr
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
12:24
24 Noyabr
Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
12:20
24 Noyabr
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
12:17
24 Noyabr
Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir
12:11
24 Noyabr
Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq
12:03
24 Noyabr
Şahin Mustafayev: Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir
12:00
24 Noyabr
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçirilir
10:56
24 Noyabr
Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir
10:27
24 Noyabr
UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub
10:18
24 Noyabr
Vüqar Gülməmmədov: Gələn il Hesablama Palatasının büdcəsi 3,8 milyon manat nəzərdə tutulub
10:16
24 Noyabr
Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək
10:13
24 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 122 dəfə pozub
21:25
23 Noyabr
Bakıda Latviyanın milli bayramı qeyd edilib
21:17
23 Noyabr
Azərbaycan ilə Tacikistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
21:02
23 Noyabr
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir
20:55
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib
19:52
23 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək
19:39
23 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
18:00
23 Noyabr
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
17:50
23 Noyabr
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
17:32
23 Noyabr
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
17:23
23 Noyabr
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
17:20
23 Noyabr
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
17:01
23 Noyabr
MM-də büdcə müzakirələri başa çatıb
16:44
23 Noyabr
Azərbaycanla Pakistan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq müzakirə olunub
16:41
23 Noyabr
Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb
16:34
23 Noyabr
Ziyad Səmədzadə: Gələn il üçün yaşayış minimumu 11 faiz artırılacaq
16:30
23 Noyabr
Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Müşavirəsində müzakirə edilir
16:21
23 Noyabr
Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq
16:17
23 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 3,5 milyard manat proqnozlaşdırılır
16:13
23 Noyabr
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər
15:56
23 Noyabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
15:47
23 Noyabr
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”
15:44
23 Noyabr
Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir
15:34
23 Noyabr
Rövşən Rzayev: Brüssel Forumunda separatizmin dünya üçün ciddi təhlükə olmasına dair mühüm bəyanatlar verildi
15:29
23 Noyabr
Rövnəq Abdullayev: Natiq Əliyev Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi
15:21
23 Noyabr
Brayza: Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir
14:51
23 Noyabr
Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”
14:40
23 Noyabr
Akademik Akif Əlizadə: Ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır
14:26
23 Noyabr
Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
14:22
23 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib
14:20
23 Noyabr
Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır
14:15
23 Noyabr
Berlində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilib
14:08
23 Noyabr
“Bakı Dövlət Universiteti özəl mükafatlandırma 2017” müsabiqəsinin qalibləri müəyyənləşib
14:03
23 Noyabr
Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb
12:55
23 Noyabr
Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
12:54
23 Noyabr
Şeyxülislam: "Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub"
12:51
23 Noyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik
12:48
23 Noyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda qaynaqlanan boruların 60 faizi torpağa basdırılıb
12:41
23 Noyabr
Patriarx Kirill: "Dini liderlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı sülhməramlı xidmət nümunələrindən biridir"
12:17
23 Noyabr
Milli Məclisdə büdcə müzakirələri davam etdirilir
12:14
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilir
11:56
23 Noyabr
Hadi Rəcəbli: Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır
11:29
23 Noyabr
Sədaqət Vəliyeva: 2018-ci ildə də dövlətin prioriteti xalqımızın rifahının daha da yaxşılaşması olacaq
11:25
23 Noyabr
Bakıda II "Bankçılıq Forumu" keçirilir
11:24
23 Noyabr
Azərbaycanın investisiya imkanları Buxarestdə geniş müzakirə olunub
11:18
23 Noyabr
Mərkəzi Bank gələn il də makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq
10:58
23 Noyabr
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
10:38
23 Noyabr
2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq
10:27
23 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
20:04
22 Noyabr
Bahar Muradova: İnsan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir
19:59
22 Noyabr
Eldar İbrahimov: Ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir
19:47
22 Noyabr
YAP Ağstafa rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına start verib
19:35
22 Noyabr
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib
17:51
22 Noyabr
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487 milyon manat ayrılacaq
17:44
22 Noyabr
Azərbaycan və Latviya arasında regional əlaqələr inkişaf edir
17:40
22 Noyabr
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8