Ana səhifə »  Siyasət »  Azərbaycan, Rusiya və İran qarşılıqlı maraqlar əsasında iqtisadi əlaqələrini getdikcə genişləndirirlər
A+   Yenilə  A-
Azərbaycan, Rusiya və İran qarşılıqlı maraqlar əsasında iqtisadi əlaqələrini getdikcə genişləndirirlər

Prezident İlham Əliyev: Üçtərəfli format iqtisadi əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratmışdır
Ötən il avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Zirvə görüşü Xəzər hövzəsi regionunda yeni üçtərəfli əməkdaşlıq formatının əsasını qoyub. Birinci Zirvə görüşündən sonrakı dövr regional əməkdaşlığın dərinləşməsi baxımından uğurlu nəticələrlə yadda qalıb. Hər üç dövlət Zirvə görüşündə səsləndirilən aktual çağırışlar kontekstində regionda narahatlıq yaradan məsələlərin aradan qaldırılmasına, perspektiv inkişafa xidmət edən əlaqələrin möhkəmlənməsinə öz töhfələrini verməyə çalışıb.
Noyabrın 1-də isə yeni format çərçivəsində əməkdaşlığın davamı kimi Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə növbəti üçtərəfli Zirvə görüşü keçirilib. Prezidentlər Zirvə görüşündəki çıxışlarında, həmçinin mətbuata verdikləri bəyanatlarında ötən dövrdə üç ölkə arasında əməkdaşlığın yüksələn xətlə və çoxvektorlu inkişafından məmnunluq ifadə ediblər. Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı ilk növbədə regional təhlikəsizlik məsələləri müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsinin və səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Bəhs olunan Zirvə görüşündə həmçinin Xəzəryanı üç dövlət arasında iqtisadi sahədə əməkdaşlıqla bağlı məsələlərin geniş spektri müzakirə edilib. Belə ki, gündəlikdə duran digər məsələ kimi üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə olduqca müsbət dinamikanın olduğu qeyd edilib və qarşıdan gələn dövr üçün potensial imkanlar nəzərdən keçirilib. Əsas diqqət enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilib. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bu kontekstdə fikirlərini ifadə edərək vurğulayıb: “Üçtərəfli format iqtisadi əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratmışdır”.
Üç ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması böyük məmnunluq doğurur
Ekspertlər ticarət dövriyyəsinin səviyyəsini ölkələr arasındakı münasibətlərin barometri kimi səciyyələndirirlər. Qarşılıqlı ticarətin, idxal-ixrac əməliyyatlarının genişlənməsi çox haqlı olaraq ölkələr arasında inamın artması, dostluq münasibətlərinin dərinləşməsi kimi səciyyələndirilir və əksinə, münasibətlərdə gərginlik yarananda, ziddiyyətlər yaşananda qarşılıqlı ticarətin ümumi səviyyəsində də enmələr müşahidə edilir. Bu baxımdan son illərdə Azərbaycan, Rusiya və İran arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması böyük məmnunluq doğurur. Ticarət dövriyyəsinin artırılması ilə bağlı çağırışlar hər üç ölkədə yüksək səviyyədə qarşılanıb və 2016-cı ilin yayında Bakıda keçirilən Zirvə görüşündən ötən dövr ərzində bu istiqamətdə güclü dinamika müşahidə edilib. Birinci Zirvə görüşündə əldə olunan razılaşmalar bu gün həyatda öz əksini tapır. Bunu statistik göstəricilər əyani şəkildə təsdiqləyir. Keçən il İranla Azərbaycan arasında aparılan ticarət dövriyyəsində 70 faiz artım müşahidə edilib. Cari ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 60 faiz, İranla ticarət dövriyyəsi isə 30 faiz civarında artıb.
Üç ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artması bir tərəfdən Azərbaycan, İran və Rusiya arasında münasibətlərin getdikcə daha da dərinləşməsindən xəbər verir. Qarşılıqlı ticarət dövriyyəsinin həcmlərinin artması, eyni zamanda, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanda, Rusiyada və İranda neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatların uğurla inkişaf etdiyini təsdiqləyir. Dünya birjalarında, ümumiyyətlə qlobal məkanda müşahidə edilən kataklizmlər, o cümlədən də enerji daşıyıcılarının qiymətinin spekulyativ vasitələrlə məqsədli şəkildə aşağı salınması üç tərəfdaş ölkənin milli iqtisadiyyatına ciddi təsir göstərmək iqtidarında olmayıb.
Zirvə görüşündə prezidentlər iqtisadi blokla bağlı müzakirələrdə yeni platformada birləşən ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına xüsusi diqqət yetiriblər. Üç ölkə arasında yaşıl gömrük zonasının yaradılması, vahid gömrük standartlarının tətbiq edilməsi, qarşılıqlı ticarət zamanı milli valyutadan istifadə olunması gündəlikdə duran məsələlər sırasında yer alır. Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin genişlənməsindən məmnunluq ifadə edən Prezident İlham Əliyev perspektivdə bu dinamikanın daha da artırılmasına çağırış edib: “Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq”.
Qarşılıqlı investisiya qoyuluşunun artırılması gündəlikdə duran vacib məsələlər sırasında yer alır
Zirvə görüşündə bildirildiyi kimi, Azərbaycan, Rusiya və İran arasında qarşılıqlı investisiya qoyuluşunun artırılması da gündəlikdə duran vacib məsələlər sırasında yer alır. Qeyd edək ki, üç ölkə arasında qarşılıqlı investisiya qoyuluşu ilə bağlı statistika kifayət qədər zəngindir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır.
Ötən ilin noyabrında Pirallahı Sənaye Parkında Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin yüksək səviyyəli təmsilçilərinin, həmçinin “Vita-A”, Rusiyanın “R-Farm” şirkətinin, Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələrinin iştirakı ilə ilk əczaçılıq zavodunun təməli qoyulub. Layihənin dəyəri 74 milyon dollar təşkil edir. Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
Cari ilin yanvarında isə Pirallahı Sənaye Parkında növbəti müəssisənin - İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Müəssisə 5 hektar ərazidə inşa olunur. Əczaçılıq zavodunun yaradılmasına ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyulacaq. Müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitələr, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq. Müəssisə Almaniya, İtaliya istehsalı olan texnika ilə təchiz ediləcək. Pirallahı Sənaye Parkında yaradılacaq əczaçılıq müəssisələrinə investisiya qoyuluşunun həcmi təxminən 100 milyon dollara bərabərdir.
Ötən il həmçinin Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun təməli qoyulub. “İran Khodro” şirkətinin iştirakı ilə yaradılan müəssisənin istehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq.
Təməlqoyma mərasimində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khodro” şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin rəhbəri Emin Axundov və İran İslam Respublikasının “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribüter, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.
Zavodda əvvəlcə “İran Khodro” markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobillərinin yığımına başlanılacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır. Əlamətdar haldır ki, müəssisədə yığılacaq avtomobillərin 15-20 faizi xaricdə satılacaq. “Azevrocar”dan verilən məlumata görə, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.
Öz növbəsində Azərbaycan da qonşu İrana və Rusiyaya yönəltdiyi sərmayələrin həcmini getdikcə artırır. Prezident İlham Əliyev növbəti Zirvə görüşünün biznes dairələrini daha da ruhlandıracağına əminliyini bildirərək deyib: “Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlamışlar. Ümid edirəm ki, bugünkü Zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək”.
Ölkələrimiz neft-qaz sahəsində uğurlu əməkdaşlıq həyata keçirirlər
Yeni platformada birləşən üç region dövlətinin iqtisadi sahədə əməkdaşlığının spektri kifayət qədər genişdir. Neft-qaz sahəsində əməkdaşlıq isə Azərbaycan, Rusiya və İran arasında iqtisadi münasibətlərin daha mühüm həlqəsini təşkil edir. Məlumdur ki, ölkəmizin təşəbbüsləri sayəsində bir sıra transmilli şirkətlər Xəzərin Azərbaycan sektorundakı yataqlardan zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə cəlb edilib. Xəzərin Azərbaycan sektorunda reallaşdırılan layihələr sayəsində ölkəmizin iqtisadi qüdrəti artıb, maliyyə imkanları genişlənib. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsində həmçinin Rusiya və İran şirkətləri də aktiv şəkildə iştirak edirlər. Məlumdur ki, hər üç ölkə iri karbohidrogen istehsalçısıdır. Ancaq dövlətlərin güclü siyasi iradəsi sayəsində bu amil ölkələr arasında rəqabətə deyil, qarşılıqlı əməkdaşlığa yol açır. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Qaz istehsalçıları təşkilatı çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Qonşu dövlətlər həmçinin Azərbaycanın şaxələndirilmiş enerji marşrutlarına böyük diqqət göstərirlər. Rusiya Prezidenti Vladimir Putin mətbuata verdiyi bəyanatında ölkəsinin İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğunu təsdiqlədiyini bildirib. Deyilənlər kontekstində ikinci Zirvə görüşündə üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin müzakirə mövzusu olması heç də təsadüfi deyil. Zirvə görüşündə qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib. Üç ölkənin neft-qaz sektorunda uğurlu əməkdaşlıq etdiyini nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Ölkələrimiz neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. İran və Rusiya şirkətləri 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak edirlər”.
Azərbaycan, İran və Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. Üç ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Prezident İlham Əliyev bildirib ki, elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir: “Elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib”.
Qeyd edək ki, Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xətləri birləşdirir. İran-Azərbaycan enerji sistemləri isə “İmişli-Parsabad” elektrik xətləri vasitəsilə birləşdirilib. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minib və hazırda icra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi də uğurla gedir.
Üç dövlətin iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir
Zirvə görüşündə hər üç dövlətin yüksək səviyyəli rəsmilərinin diqqət göstərdikləri aktual məsələlərdən biri də nəqliyyat sektorunu əhatə edir. Görüşdə hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr, bu marşrutların yaratdığı geniş imkanlar, regionun iqtisadi inkişafında oynayacağı rol və digər bu kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, hazırda hər üç dövlətin iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Yeni nəqliyyat dəhlizinin yaradılmasında Azərbaycanın roluna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür”.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycan Şimal-Cənub dəlizinin yaradılmasında üzərinə düşən bütün öhdəlikləri qısa müddətdə yüksək səviyyədə yerinə yetirib. Artıq Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətdədir. Layihə çərçivəsində Azərbaycan həmçinin 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirib. Hazırda Yalama-Astara dəmir yol sahəsində Şimal-Cənub dəmir yol nəqliyyat dəhlizi ilə ilk mərhələdə hər il beş milyon tona qədər yük daşımaq mümkündür. Proqnozlara görə, növbəti mərhələdə bu yüklərin həcminin 10-15 milyon tona qədər artacağı gözlənilir.
Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar uğurla başa çatıb.
Ölkəmizin ərazisində Şimal-Cənub dəhlizinin digər seqmentləri üzrə də nəzərdə tutulan layihələr uğurla həyata keçirilir. İndiyədək ölkəmizin yol-nəqliyyat sistemində mühüm yer tutan və Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Uzunluğu 208 kilometr olan magistralın 6-16 kilometrlik hissəsi asfalt-beton, 16-134 kilometrlik hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda, Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində körpünün tikintisi başa çatdırılıb. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşasının gələn il ən yüksək səviyyədə tamamlanması nəzərdə tutulub. 2018-ci ildə həmçinin müasir səviyyədə qurulan Bakı-İran sərhədi avtomobil yolu da istismara veriləcək. Hazırda magistralın ayrı-ayrı hissələrinin tikintisi davam etdirilir. Azəravtoyol ASC-dən verilən məlumatda bildirilir ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astarayadək inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Layihə çərçivəsində yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Zirvə görüşündə transmilli nəqliyyat layihələrinin müzakirəsi zamanı yeni fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin perspektivi də nəzərdən keçirilib, onun yüksək potensialı və perspektivi vurğulanıb, BTQ də daxil olmaqla hər bir iştirakçı dövlətin maraqları çərçivəsində Şərqlə Qərbi birləşdirən bütün marşrutlardan istifadə olunması imkanlarının bəyənildiyi nəzərə çatdırılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5070  |  
  • Tarix:  14-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA