Ana səhifə »  Siyasət »  Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun nümayəndələri Ağdamda
A+   Yenilə  A-
Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun nümayəndələri Ağdamda

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri noyabrın 9-da Ağdam rayonunda görüşlər keçiriblər.
AZƏRTAC xəbər verir ki, Ağdam rayon Heydər Əliyev Mərkəzində gənclərlə keçirilən görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bir ildir fəaliyyət göstərən RİİB-in həyata keçirdiyi layihələr, görülmüş işlər barədə məlumat verib. Onun sözlərinə görə, RİİB əhali ilə daha sıx ünsiyyətin yaradılması, ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. RİİB-in layihələrində gənclərin fəal rol oynadığını deyən Anar Ələkbərov Ağdam rayon gənclərini də qurumun fəaliyyətində aktiv iştiraka, bölgənin inkişafı istiqamətində ideya və təkliflər irəli sürməyə çağırıb.
Budəfəki görüşün 9 noyabr - Dövlət Bayrağı Gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın təbrikini görüş iştirakçılarına çatdırıb. Anar Ələkbərov üçrəngli bayrağımızın Azərbaycanın bütün bölgələrində - Ermənistanın işğalı altında olan rayonlarımızda da dalğalanacağına əminliyini bildirib.
Heydər Əliyev Fondunun mədəniyyət, təhsil, səhiyyə və sosial sahələrdəki layihələri barədə məlumat verilərək bildirilib ki, RİİB-ə daxil olan ictimai xarakterli müraciətlərin hər birinə diqqətlə yanaşılır və onların həlli istiqamətində iş aparılır.
RİİB tərəfindən gənclərin bacarıq və qabiliyyətlərinin inkişafı, təhsil imkanlarının genişləndirilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərilməsi istiqamətində işlərin həyata keçirildiyi bildirilib.
Anar Ələkbərov RİİB-in fəaliyyəti dövründə yüksək nəticələr əldə olunduğunu və gələcəkdə bölgələrdə həyata keçirilən layihələrin genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. “Biz sizi RİİB-in fəaliyyətini yaxından izləməyə və layihələrdə daha fəal iştiraka çağırırıq. Layihələrimizi siz gənclərə arxalanaraq həyata keçiririk”, - deyə Anar Ələkbərov bildirib.
O, gəncləri RİİB-in rəsmi saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri, ictimai birliyin “Qaynar xətti” vasitəsilə təklif və müraciətlərini çatdırmağa, təşkilatın elektron platformalarında fəal olmağa çağırıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələr, proqramlar, həmçinin dövlət proqramlarının icrası üzrə uğurlu nəticələr əldə edilib. O, bu siyasətə dəstək olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Fond daim uğurlu layihələr həyata keçirir və RİİB də onların sırasındadır. Milli Məclisin deputatı qeyd edib ki, RİİB ilk dəfə Azərbaycanın bölgələrində könüllülük hərəkatının formalaşmasına və fəal gəncləri ətrafında toplamağa nail olub. “RİİB sizinlə birgə uğur qazana bilər”, - deyə Fuad Muradov bildirib.
Görüşdə Ağdam rayon gəncləri müxtəlif təklif və müraciətlərlə çıxış ediblər. Qeyd olunub ki, RİİB-in Ağdam rayonunda həyata keçirdiyi layihələrdə iştirak edən 20 nəfər işlə təmin olunub. Görüşdə, həmçinin Ağdam rayon orta ümumtəhsil məktəbləri məzunlarının yüksək nəticə əldə etdikləri, bu il 519 nəfərin ali məktəblərə qəbul olunduğu bildirilib. Həmin gənclərdən bəzilərinin ödənişli əsaslarla təhsil aldıqları qeyd edilib və onların təhsil haqqının ödənilməsinə, eləcə də müalicəyə ehtiyacı olan bəzi sakinlərə dəstək göstərilməsi təklif olunub.
Daha sonra Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə, şəhid ailələrinə qayğının daim Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğu qeyd edilib. Anar Ələkbərov veteranların gənclərin milli, vətənpərvər ruhda yetişməsi istiqamətində layihələrə dəstək verməsinin vacib olduğunu bildirib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunandan sonra ilk görüşü məcburi köçkünlərlə olub, onların mənzillə bağlı problemləri həllini tapıb, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Mehriban Əliyevanın təşəbbüsü ilə yüksək texnologiyalı protezlərlə təmin edilib. Emin Həsənli şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin bu addımları yüksək qiymətləndirdiyini qeyd edib.
Görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş bəzi sakinlərin əlil arabaları ilə təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib. Anar Ələkbərov qaldırılan məsələlərin araşdırılacağını və müvafiq köməklik göstəriləcəyini bildirib.
Daha sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasına bir ədəd təcili tibbi yardım maşını təqdim olunub. Qeyd edək ki, rayon ərazisində 95 minə qədər əhali yaşayır. Əhali sıxlığını və çağırışların çoxluğunu nəzərə alaraq xəstəxana üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Səhiyyə Nazirliyi əlavə bir ədəd təcili tibbi yardım maşını ayırıb.
Heydər Əliyev Fondunun nümayəndələri, həmçinin Ağdam Muğam Mərkəzinin tikintisinin gedişi ilə tanış olublar.
Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunur. Mərkəzin binasının ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olacaq. Burada 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə və dərs otaqları yaradılacaq.
Mərkəz Azərbaycan xalqının zəngin milli mənəvi sərvəti olan muğamın yaşadılması və təbliği məqsədilə inşa olunur.
Heydər Əliyev Fondunun nümayəndələri Ağdam rayonunda ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib, bu görüşlərin davamı olaraq kəndlərdə müxtəlif ailələrdə, o cümlədən şəhid ailəsində görüşdə olublar.
Görüşlərdə RİİB-in layihələrində ictimaiyyət nümayəndələrinin fəal iştirakının vacibliyi qeyd olunub. RİİB-in müxtəlif regionlarda nümayəndələrinin fəaliyyət göstərdiyi, hər bir kəsin daim təkliflərlə onlara müraciət edə biləcəkləri bildirilib.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  11-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

12:54
24 Noyabr
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
12:47
24 Noyabr
Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
12:31
24 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
12:29
24 Noyabr
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
12:24
24 Noyabr
Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
12:20
24 Noyabr
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
12:17
24 Noyabr
Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir
12:11
24 Noyabr
Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq
12:03
24 Noyabr
Şahin Mustafayev: Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir
12:00
24 Noyabr
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçirilir
10:56
24 Noyabr
Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir
10:27
24 Noyabr
UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub
10:18
24 Noyabr
Vüqar Gülməmmədov: Gələn il Hesablama Palatasının büdcəsi 3,8 milyon manat nəzərdə tutulub
10:16
24 Noyabr
Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək
10:13
24 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 122 dəfə pozub
21:25
23 Noyabr
Bakıda Latviyanın milli bayramı qeyd edilib
21:17
23 Noyabr
Azərbaycan ilə Tacikistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
21:02
23 Noyabr
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir
20:55
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib
19:52
23 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək
19:39
23 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
18:00
23 Noyabr
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
17:50
23 Noyabr
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
17:32
23 Noyabr
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
17:23
23 Noyabr
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
17:20
23 Noyabr
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
17:01
23 Noyabr
MM-də büdcə müzakirələri başa çatıb
16:44
23 Noyabr
Azərbaycanla Pakistan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq müzakirə olunub
16:41
23 Noyabr
Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb
16:34
23 Noyabr
Ziyad Səmədzadə: Gələn il üçün yaşayış minimumu 11 faiz artırılacaq
16:30
23 Noyabr
Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Müşavirəsində müzakirə edilir
16:21
23 Noyabr
Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq
16:17
23 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 3,5 milyard manat proqnozlaşdırılır
16:13
23 Noyabr
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər
15:56
23 Noyabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
15:47
23 Noyabr
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”
15:44
23 Noyabr
Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir
15:34
23 Noyabr
Rövşən Rzayev: Brüssel Forumunda separatizmin dünya üçün ciddi təhlükə olmasına dair mühüm bəyanatlar verildi
15:29
23 Noyabr
Rövnəq Abdullayev: Natiq Əliyev Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi
15:21
23 Noyabr
Brayza: Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir
14:51
23 Noyabr
Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”
14:40
23 Noyabr
Akademik Akif Əlizadə: Ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır
14:26
23 Noyabr
Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
14:22
23 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib
14:20
23 Noyabr
Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır
14:15
23 Noyabr
Berlində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilib
14:08
23 Noyabr
“Bakı Dövlət Universiteti özəl mükafatlandırma 2017” müsabiqəsinin qalibləri müəyyənləşib
14:03
23 Noyabr
Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb
12:55
23 Noyabr
Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
12:54
23 Noyabr
Şeyxülislam: "Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub"
12:51
23 Noyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik
12:48
23 Noyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda qaynaqlanan boruların 60 faizi torpağa basdırılıb
12:41
23 Noyabr
Patriarx Kirill: "Dini liderlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı sülhməramlı xidmət nümunələrindən biridir"
12:17
23 Noyabr
Milli Məclisdə büdcə müzakirələri davam etdirilir
12:14
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilir
11:56
23 Noyabr
Hadi Rəcəbli: Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır
11:29
23 Noyabr
Sədaqət Vəliyeva: 2018-ci ildə də dövlətin prioriteti xalqımızın rifahının daha da yaxşılaşması olacaq
11:25
23 Noyabr
Bakıda II "Bankçılıq Forumu" keçirilir
11:24
23 Noyabr
Azərbaycanın investisiya imkanları Buxarestdə geniş müzakirə olunub
11:18
23 Noyabr
Mərkəzi Bank gələn il də makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq
10:58
23 Noyabr
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
10:38
23 Noyabr
2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq
10:27
23 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
20:04
22 Noyabr
Bahar Muradova: İnsan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir
19:59
22 Noyabr
Eldar İbrahimov: Ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir
19:47
22 Noyabr
YAP Ağstafa rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına start verib
19:35
22 Noyabr
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib
17:51
22 Noyabr
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487 milyon manat ayrılacaq
17:44
22 Noyabr
Azərbaycan və Latviya arasında regional əlaqələr inkişaf edir
17:40
22 Noyabr
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8