Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis sədrinin müavini erməni deputatları təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb

Milli Məclis sədrinin müavini erməni deputatları təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb

06.10.2017 [10:02]

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova assambleyanın Andorrada keçirilən sessiyasının sonuncu günündə çıxış edərək ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini erməni deputatlar tərəfindən Azərbaycana qarşı səsləndirilən iddialara tutarlı cavabların olduğunu vurğulayıb. Bahar Muradova belə halların ilk dəfə baş vermədiyini qeyd edərək bunun heç bir təsiri olmadığını vurğulayıb. “Buna görə də mən həmkarlarımı vəziyyəti gərginləşdirən təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırdım. Onsuz da onların təmsil etdiyi ölkə nəzarət etdiyi Azərbaycan torpaqlarında və qoşunların təmas xəttində elə mütəmadi şəkildə bununla məşğuldur. Əgər biz parlament səviyyəsində ümumi səylərin gözlənilən nəticələr verməsi üçün kömək edə bilmiriksə, heç olmasa bununla bağlı problem yaratmamalıyıq. Mən bir dəfə erməni həmkarlarıma müraciət etmişdim ki, mənim Prezidentimin adını çəkməsinlər. Mən bunu bu gün də edirəm”, - deyə Bahar Muradova qeyd edib.

Paylaş:
Baxılıb: 379 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31