Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının VII Regional ekspert müşavirəsi keçirilir

Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının VII Regional ekspert müşavirəsi keçirilir

06.10.2017 [10:02]

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dəstəyi və MDB iştirakçı dövlətlərin Terror Əleyhinə Mərkəzinin (MDB TƏM) təşkilatçılığı ilə oktyabrın 5-də Bakıda MDB üzv dövlətlərinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanları bölmələrinin VII Regional ekspert müşavirəsi və Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının (EMŞ) geniş plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının monitorinq xidmətinin nümayəndə heyətləri, MDB-nin nizamnamə orqanları və sahələrarası əməkdaşlıq strukturlarının (İcraiyyə Komitəsinin, Sərhəd Xidməti Rəisləri Şurasının Koordinasiya Xidmətinin, MDB üzv dövlətlərinin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizənin koordinasiyası üzrə Büronun, Baş Prokurorların Koordinasiya Şurasının, Maliyyə Kəşfiyyatı Bölmələri Rəhbərləri Şurasının, Penitensiar Xidmət Rəhbərləri Şurasının), eyni zamanda, ictimai və elmi dairələrin nüfuzlu təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini general-mayor İsmayıl Bağırov iştirakçılara DTX rəisi general-leytenant Mədət Quliyevin salamlarını çatdıraraq iclasın işinə uğurlar arzulayıb. “Əminəm ki, bu görüş məhsuldar olacaq və MDB Terror Əleyhinə Mərkəzin qarşısında qoyulan tapşırıqların həyata keçirilməsində müsbət nəticələr verəcək”, - deyə o vurğulayıb.
MDB Terror Əleyhinə Mərkəzi rəhbərinin müavini Marat Abdırayev Mərkəzin rəhbəri general-polkovnik Andrey Novikovun müraciətini iştirakçılara çatdırıb. “Birliyə üzv dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlığı bu gün risklərin artması fonunda çox vacibdir. Belə şəraitdə xüsusi xidmət orqanlarından adekvat tədbirlərin görülməsi, real vəziyyətin təhlilinin aparılması, qarşılıqlı fəaliyyət tələb olunur. Əminliyimi bildirmək istəyirəm ki, bu görüş konstruktiv fikir mübadiləsi şəraitində keçəcək, əməkdaşlığın güclənməsi və Birlik məkanında terror əleyhinə fəaliyyətin yeni konturlarının yaranmasına şərait yaradacaq”, - deyə müraciətdə bildirilir.
Terror Əleyhinə Mərkəzin Elmi-məşvərət şurasının sədri Marianna Koçubey beynəlxalq terrorizmin fəaliyyətinin istiqamətləri, yayılması yolları haqqında araşdırmaların nəticələri haqqında məlumat verib.
Keçirilən məsləhətləşmələrin məqsədi MDB dövlətlərinin müvafiq orqanlarının əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və MDB-də terrorizmə və ekstremizmə qarşı səmərəli texnologiyaların formalaşdırılması məsələlərini müzakirə etməkdir.
Elmi-məşvərət şurasının və VII Regional ekspert müşavirəsinin birgə plenar iclasında MDB üzv dövlətlərinin vətəndaşları sırasından tərəfdaşların cəlb edilməsi məqsədilə beynəlxalq terror təşkilatlarının tətbiq etdiyi distant təsir texnologiyaları, beynəlxalq terror təşkilatlarının Birlik məkanında distant rejimdə cəlbetmə fəaliyyətinin regional xüsusiyyətləri, cəlbetmə baxımından daha zəif vətəndaş kateqoriyasının sosial-psixoloji səciyyəsi, beynəlxalq terror təşkilatlarının distant təsirinə qarşı əks tədbirlərin təşkili zamanı MDB üzv dövlətlərinin müvafiq orqanlarının əməkdaşlığının əsas istiqamətləri, forma və metodları, vətəndaşların beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb edilməsinə qarşı Birlik ölkələrinin təhlükəsizlik, xüsusi xidmət və hüquq mühafizə orqanlarının əks-təbliğat işi müzakirə olunub.

Paylaş:
Baxılıb: 276 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30