Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib

15.09.2017 [10:23]

Sentyabrın 14-də Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə yaz sessiyası müddətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 14 məsələnin müzakirəsi olub. Bunlardan 13 qanun layihəsi Milli Məclisin plenar iclasına təqdim olunub, müzakirələrdən sonra sənədlər qəbul edilib. Əhliman Əmiraslanov bu qanun layihələrinin çox önəmli sənədlər olduğunu vurğulayıb. Bildirib ki, hesabat dövründə komitənin ünvanına vətəndaşlardan 200-dən artıq ərizə və müraciət daxil olub. Komitə üzvləri müraciətlərdə qeyd olunan məsələlərin həlli üçün əllərindən gələni əsirgəməyiblər. Millət vəkilləri bölgələrdə mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirib, onlara qayğı və problemlərinin həllində lazımi köməkliklər göstəriblər. Komitənin 2017-ci ilin yaz sessiyası dövründə görülən işlər barədə hesabat məqbul hesab edilib.
Sonra Əhliman Əmiraslanov 2017-ci ilin payız sessiyanın qanunvericilik işləri planı barədə danışıb. Bildirilib ki, Azərbaycanda gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlər var. Gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını cəsədlərdən götürmək mümkün ola bilər. Payız sessiyası dövründə bu məsələnin həlli üçün müəyyən işlər görüləcəyi qeyd olunub.
Komitə sədri, həmçinin parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin - “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” sənədlərin plenar iclasın gündəliyinə salınacağını diqqətə çatdırıb. Qeyd olunub ki, komitədə “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması, bununla əlaqədar ictimai dinləmələr nəzərdə tutulur.
Millət vəkilləri Musa Quliyev, Rəşad Mahmudov, Qənirə Paşayeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, İlham Məmmədov, Rafiq Məmmədhəsənov payız sessiyasında komitənin gündəliyinə daxil edilən sənədlər barədə fikirlərini bildiriblər. Qanunvericilik işləri planı yekdilliklə təsdiqlənib.
İclasda “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənədə baxılıb. Qeyd edilib ki, qanuna təklif edilən əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək. Əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” Qanunla müəyyən edilən qaydada həyata keçiriləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30