Ana səhifə »  Siyasət »  ABŞ-Çin qarşıdurması: qlobal geosiyasətin qeyri-müəyyənlikləri
A+   Yenilə  A-
ABŞ-Çin qarşıdurması: qlobal geosiyasətin qeyri-müəyyənlikləri

Bir sıra analitiklər Amerika ilə Çin arasında beynəlxalq nüfuz uğrunda mübarizənin təhlükəli çalarlar almağa başladığı barədə proqnozlar verirlər. Onlar bütövlükdə dünya geosiyasi mənzərəsində qeyri-müəyyənliklərin artdığı qənaətindədirlər. Həmin bağlılıqda iki böyük güc arasında rəqabətin hansı geosiyasi proseslərə təkan verə biləcəyi barədə analitik fikirlər maraq doğurur. Evan Feygenbaumun bununla əlaqədar bir məqaləsi “Foreign Affairs” nəşrində dərc edilib. Müəllif problemlə bağlı geniş təhlil verir və bir sıra ziddiyyətli məqamlara diqqət çəkir. Yazıda, ümumiyyətlə, müasir geosiyasətin mühüm məsələlərinə toxunulur. Onların geosiyasi dinamikaya təsir istiqamətləri haqqında analiz aparmaq maraqlı olardı.
Liderlik yarışı: açıq və gizli tərəfləri
Dünyanın iki supergücü olan ABŞ-la Çin arasındakı münasibətlərdən qlobal geosiyasətin taleyinin asılı olduğu haqqında bir çox analitiklər fikir bildiriblər. İndiki mərhələdə həmin məsələ iki aspektdə daha çox önəm kəsb etməyə başlayıb. Onlardan birincisi beynəlxalq münasibətlər sisteminin yeniləşməsində Vaşinqton-Pekin qarşıdurmasının dinamikası ilə bağlıdır.
İkincisi isə Koreya yarımadası və Cənubi Çin dənizində getdikcə artan hərbi gərginliyin doğura biləcəyi mümkün nəticələrlə əlaqəlidir. Özlüyündə bu iki cəhət bir-biri ilə sıx bağlıdır. Hazırda ekspertlər Amerika ilə Çin arasında yarış və rəqabəti xatırladan münasibətlərin daha həssas səviyyəyə yüksəldiyinə əmindirlər. Bu prizmadan baxdıqda, ümumən dünyanın geosiyasi gələcəyi barədə proqnozlar verməyin mümkünlüyü üzərində düşünməyə dəyər.
Həmin məsələ ilə bağlı analitiklərin müəyyən təhlilləri mövcuddur. Onlardan biri də bir zamanlar ABŞ dövlət katiblərinin Cənubi Asiya və Mərkəzi Asiya üzrə köməkçisi olmuş, hazırda Çikaqo Universitetində sədr müavini işləyən Evan Feygenbauma aiddir (bax: Evan A. Feigenbaum. China and the World: Dealing With a Reluctant Power / “Foreign Affairs”, Vol. 96, № 1, January/February 2017).
Təcrübəli mütəxəssis ABŞ və Çin arasındakı dünya liderliyi uğrunda mübarizəyə müasir geosiyasətin ümumi problemləri müstəvisində nəzər yetirir. O, mövcud beynəlxalq münasibətlər sisteminin yeniləşməsi zərurəti kontekstində iki böyük dövlət arasında rəqabətin xarakteristikasını verir. Bir çox aspektlərdə məqalə müəllifinin fikri düşündürücüdür. Onların üzərində geniş dayanmağa ehtiyac görürük.
E.Feygenbaum məqalədə bir neçə tezis irəli sürüb. Onlardan ən mühümü Çinin indiki mərhələdə fəaliyyətinin nə dərəcədə Qərbin dominant olduğu beynəlxalq münasibətlər sisteminə uyğun gəlib-gəlməməsi ilə bağlıdır. Müəllif göstərir ki, Çin heç də hazırda mövcud olan beynəlxalq münasibətlər sistemindən kənarda fəaliyyət göstərmir (bax: əvvəlki mənbəyə). Analiz sübut edir ki, əksinə, Pekin mövcud sistemin inkişafına yardım edə biləcək addımlar atıb.
Doğrudur, yarım əsr bundan əvvəl müasir Çinin yaradıcısı Mao Tszedun dünya siyasətinə və Çinin ondakı roluna inqilabi yanaşmaya səsləyib. Lakin indi Pekin mövcud sistemə ardıcıl olaraq alternativ sistem təklif edə bilmir və faktiki olaraq bütün “iri çoxaspektli təşkilatların üzvüdür. Çin onlarda iradəsindən asılı olmayaraq iştirak edir, ikili siyasət yeridir və tez-tez narazılığını bildirir” (bax: əvvəlki mənbəyə).
Konkret deyilsə, Çin müəyyən əngəllər törədə bilər, lakin mövcud dünya nizamını kəskin dəyişə bilməz. Əvəzində, onun iqtisadi sisteminin həcmi, milli rifahın səviyyəsi və inamlı xarici siyasəti hazırkı beynəlxalq təşkilatlarda və institutlarda islahatların aparılmasını tələb etmək üçün yetərlidir. E.Feygenbaumun bu qənaəti maraqlıdır. Çünki dünyanın bir çox ölkəsi beynəlxalq təşkilatlarda islahatların aparılması zərurətindən bəhs edir. Deməli, məsələ yalnız Çinlə bağlı deyil. Ümumiyyətlə, beynəlxalq miqyasda islahatların həyata keçirilməsini tələb edən bir hərəkat yaranıb. Onda bəs ABŞ nəyə görə Çinin də ifadə etdiyi bu tələbdən çəkinir?
Məqalədə bu sualın da cavabı axtarılır. E.Feygenbaum göstərir ki, əslində, yanlışlıq Vaşinqtonun baş verənlərə yanaşmasında, onları düzgün qiymətləndirə bilməməsindədir. Burada nələr nəzərdə tutulur? Bunu bir misal gətirməklə izah etmək mümkündür.
2013-cü ildə Çin İnfrastruktur Sərmayələr üzrə Asiya Bankını (İSAB) yaratmağı təklif etmişdi. Bu təklifi Vaşinqton İkinci Dünya müharibəsindən sonra yaradılmış bütün regional və ümumdünya təşkilatlarına çağırış kimi qəbul etdi. Pekin isə bankı yaratmaqla Asiyada infrastrukturu (dəmir yollarının çəkilişi, elektrik stansiyalarının tikintisi və s.) maliyyələşdirməkdən və bu sahədə yaranmış defisiti aradan qaldırmaqdan bəhs edirdi (bax: əvvəlki mənbəyə).
Geosiyasi qısqanclıq: reallıqla məxsusi maraqlar arasında
Amerikanın bu cür reaksiyası faktiki olaraq Çinin beynəlxalq sistemdə ciddi dəyişikliklər etmək planlarının olmasına inanması ilə əlaqəli idi. Hətta Vaşinqton hesab edirdi ki, Pekin Çinə istiqamətlənmiş alternativ beynəlxalq təşkilatlar şəbəkəsi yaratmağa başlayıb. Bir sıra dairələr bunu Amerikanın “geosiyasi qısqanclığı” kimi qiymətləndirdi (bax: əvvəlki mənbəyə). Lakin sonrakı hadisələr göstərdi ki, Vaşinqton səhv mövqe seçib.
Belə ki, İSAB 2015-ci ildə işə başladı. Eyni zamanda, Amerikanın ənənəvi olaraq yaxın müttəfiqləri sayılan bir neçə ölkə - Avstraliya, Kanada, Fransa, Almaniya, İsrail, Cənubi Koreya və Böyük Britaniya ona qoşuldular. Bununla Amerika Çini yox, özünü təcrid etmiş oldu. Vaşinqton zəif və zavallı göründü. Buradan iki nəticə çıxarmaq olar. Birincisi, Çinin beynəlxalq münasibətlər sistemində yeri və rolu yeniləşir. Onun dünyada nüfuzu durmadan artır. Asiyadan tutmuş Afrikaya qədər geniş geosiyasi məkanda Pekin keyfiyyətcə yeni rol oynamağa başlayıb.
İkincisi, Çinin sürətlə artan nüfuzunu Qərb siyasi və diplomatik dairələri obyektiv qiymətləndirə bilmir. Onlar reallığı görməkdən çəkinir, dünyadakı dominant mövqelərini itirə biləcəklərindən narahat olurlar. Nəticədə, beynəlxalq münasibətlər sisteminin özündə təhrif olunmuş mənzərə meydana gəlir. Bu baxımdan qlobal miqyasda geosiyasi nizamın gələcək taleyi haqqında ehtiyatlı fikir yürütmək lazım gəlir.
Bunlarla yanaşı, Qərbdə Çinin qlobal geosiyasətdəki rolunu tənzimləməyi nəzərdə tutan təkliflər də səsləndirilir. Onlardan biri 2005-ci ildə ABŞ dövlət katibinin yardımçısı olmuş Robert Zellikdən gəlirdi. O, Çini təcrid etmək əvəzinə, onun üzərinə dünya nizamının qorunub saxlanması üçün məsuliyyət qoyulmasını daha doğru hesab edirdi (bax: əvvəlki mənbəyə). Çünki Çin əsas maliyyə, siyasi, diplomatik ağırlığı Amerikanın üzərinə düşən məqamlardan geniş faydalanır. Yəni təhlükəsizliyi, intizamı Vaşinqton təmin edir, Pekin isə ondan daha çox faydalanır. R.Zellik bu vəziyyətin dəyişdirilməsini təklif edir ki, bu da tədricən Çinin mövcud beynəlxalq sistemə daha çox inteqrasiya olunmasına şərait yaradardı. Ancaq E.Feygenbaum bunun qarşısında 3 maneənin durduğunu vurğulayır.
Birincisi, Çin Qərbdə işləyən liberal normaları qəbul etmir. İkincisi, Çin beynəlxalq təşkilatların aktiv üzvü olsa da, beynəlxalq münasibətlər sistemini diversifikasiya etməyə çalışır. Bunun üçün alternativ təşkilatları, məsələn, BRİKS-i dəstəkləyir. Üçüncüsü, Pekin gözləyir ki, onun artan nüfuzu Avropa demokratiyasının təsirini azaldacaq. Yəni Çin özü üçün insan haqları baxımından daha sərfəli şəraitin yaradılmasını arzulayır.
Bütün bunlardan belə bir əsas nəticə çıxarılır ki, Vaşinqton Çinin hərəkətlərinə reaksiya verməkdə izafi zaman və güc sərf edir. Bunun əvəzində Asiyadakı tərəfdaşları ilə qarşılıqlı əlaqədə Amerikanın daha güclü tərəflərindən yararlanmaq lazımdır. Məsələn, aparıcı texnologiyalardan, innovasiyalardan, dünya bazarı ilə olan güclü əlaqələrdən istifadə etmək mümkündür. E.Feygenbaum hesab edir ki, bununla Çinin güclənən təsirini tarazlaşdırmaq olar.
Beləliklə, ABŞ-Çin qarşıdurmasının dünya üçün getdikcə daha ciddi problemlər yaratdığını görürük. Onlar arasındakı rəqabət qlobal geosiyasi prosesləri mürəkkəbləşdirir, meydana yeni süni çətinliklər çıxarır. Hələlik Vaşinqtonla Pekinin beynəlxalq münasibətlər sistemində ediləcək dəyişikliklərlə bağlı ortaq mövqeyi yoxdur. Əksinə, bir sıra əlamətlər onu göstərir ki, iki böyük supergüc daha dərin qatlarda ziddiyyətlərə getməkdədir. Bunun nəticələri isə məlum deyil.
Newtimes.az

 
  • Oxunub:  1830  |  
  • Tarix:  09-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurlu nəticələr verir

18:00
18 Noyabr
Rəssamlar İttifaqında 150-dən çox fırça ustasının əsərləri sərgilənir
17:53
18 Noyabr
Deputat: NATO-nun Türkiyəyə qarşı bu hərəkəti millətin dəyərlərinə hörmətsizlikdir
17:46
18 Noyabr
Brüsseldə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” təşkil olunacaq
17:39
18 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib
17:34
18 Noyabr
Tur-aksiya iştirakçıları Qubada erməni daşnaklarının törətdikləri soyqırımı faktları ilə tanış olublar
17:29
18 Noyabr
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
16:30
18 Noyabr
Ağsuda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd olunub
15:26
18 Noyabr
YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli tədbir keçirildi
14:30
18 Noyabr
İstanbulda Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək
14:23
18 Noyabr
Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü Kəraçidə qeyd edilib
14:04
18 Noyabr
Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
13:48
18 Noyabr
Strateji Yol xəritələrinin icrası iqtisadi islahatların dönməz və sistemli xarakter almasına töhfə olub
13:17
18 Noyabr
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
11:49
18 Noyabr
Tahir Rzayev: Sahibkarlar yeni layihələrin həyata keçirilməsində fəal iştirak edirlər
11:38
18 Noyabr
Kamal Abdullayev: Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir
11:33
18 Noyabr
Fuad Muradov: Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizə KİV-lərdə daha böyük diqqət ayrılmalıdır
11:24
18 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi daha bir aksiya keçirir
10:49
18 Noyabr
Özbəkistanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında olub
10:41
18 Noyabr
Bakının “Avro-2020”yə hazırlığı müzakirə olunub
10:33
18 Noyabr
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
10:29
18 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 123 dəfə pozub
17:55
17 Noyabr
Azərbaycan Texniki Universitetin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
17:43
17 Noyabr
Elman Nəsirov: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb
17:39
17 Noyabr
MDB dövlətləri Məşvərət Şurasının iclasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar maraqla qarşılanıb
17:34
17 Noyabr
IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir
17:33
17 Noyabr
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq
17:00
17 Noyabr
Siyavuş Novruzov: Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16:55
17 Noyabr
Məlahət İbrahimqızı: Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar
16:53
17 Noyabr
Oqtay Əsədov: Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı işlərə start verilib
16:29
17 Noyabr
Tur-aksiya zamanı Azərbaycan Ordusunun şanlı aprel qələbəsindən danışılıb
15:43
17 Noyabr
Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib
15:33
17 Noyabr
Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
15:02
17 Noyabr
Ekspert: Bakı bu paytaxtların hər birini geridə qoydu
14:40
17 Noyabr
İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib
14:34
17 Noyabr
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşüb
14:21
17 Noyabr
Komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib
14:15
17 Noyabr
Azay Quliyev: Bir qrup beynəlxalq QHT Azərbaycanla Aİ arasındakı proseslərə zərbə vurmağa çalışır
13:58
17 Noyabr
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
13:48
17 Noyabr
Ölkəmizdə ödənişli avtomobil yollarının əhatə dairəsi dəqiqləşdirilir
13:15
17 Noyabr
Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatlara mühüm töhfə verir
12:47
17 Noyabr
Pakistanın Sind əyalətinin iş adamları Azərbaycanla əməkdaşlığa dəvət olunublar
12:39
17 Noyabr
Şeyxülislam: Azərbaycanda dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğu böyük nailiyyətdir
12:21
17 Noyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
12:11
17 Noyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
11:58
17 Noyabr
Türkmənistan Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanacaq
11:20
17 Noyabr
Elman Məmmədov: Danışıqlar prosesinin intensivləşməsi müsbət haldır
11:02
17 Noyabr
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
10:45
17 Noyabr
Ərdoğan: Biz Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik
10:34
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
10:27
17 Noyabr
Milli Məclisin bu günkü iclasında bir sıra qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirə edilməsi nəzərdə tutulur
10:23
17 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 117 dəfə pozub
17:59
16 Noyabr
ABŞ-Çin münasibətləri: "Fukidid tələsi", yoxsa yeni perspektivlər?
17:56
16 Noyabr
ADA Universitetində beynəlxalq təhsil üzrə amerikalı ekspertin məruzəsi dinlənilib
17:41
16 Noyabr
Səfir Vladimir Doroxin: Rusiyanın demək olar ki, bütün regionlarının Azərbaycanla ticarət əlaqəsi var
17:28
16 Noyabr
Siyavuş Novruzov: Partiyamızın üzvləri müstəqil ölkəmizin inkişafında aktiv iştirak edirlər
17:07
16 Noyabr
Məktəblilərin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
16:58
16 Noyabr
Gəncədə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı konfrans keçirilir
16:13
16 Noyabr
Prezident ilham Əliyev: Azərbaycan 2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə başa vurur
16:02
16 Noyabr
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
15:51
16 Noyabr
Doqquz ayda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 6,5 faiz artıb
15:43
16 Noyabr
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
15:24
16 Noyabr
Rövnəq Abdullayev: SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək
15:21
16 Noyabr
Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15:09
16 Noyabr
Hikmət Hacıyev: Azərbaycan xarici işlər nazirinin həmsədrlərlə görüşü konstruktiv və substantiv xarakter daşıyıb
15:04
16 Noyabr
Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır
15:02
16 Noyabr
Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:59
16 Noyabr
Nərimanov rayon məktəbliləri cənub bölgəsinə yola düşüblər
14:57
16 Noyabr
Bir qrup azərbaycanlı gənc Ermənistanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
14:54
16 Noyabr
Şahin Mustafayev: YAP Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir
14:38
16 Noyabr
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi başa çatıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA