Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

19.08.2017 [09:46]

Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi və şəxsi heyəti avqustun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzüblər.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünü Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur və fəxarət hissləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır.
Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı, etibar və etimadı dayanır.
Azərbaycan Respublikası Prezidentinin yanvarın 13-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmisi ilə tanış olması, “Tufan” tipli yeni sərhəd gözətçi gəmisinin təməlini qoyması, Dövlət Sərhəd Xidmətinin tərkibində silahlı birləşmələrin yaradılması və xidməti fəaliyyəti tənzimləyən normativ hüquqi sənədlərinin təkmilləşdirilməsi barədə qərarlar verməsi, döyüş əməliyyatlarında və xidməti-döyüş fəaliyyətlərində fərqləndiklərinə görə sərhədçiləri orden və medallara, fəxri adlara layiq bilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Paylaş:
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30