Ana səhifə »  Siyasət »  Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə böyük töhfələr verir
A+   Yenilə  A-
Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə böyük töhfələr verir

Prezident İlham Əliyev: Bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun
Qlobal miqyasda cərəyan edən proseslərə nəzər saldıqda aydın şəkildə görünür ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi heç də təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, bu gün bütövlükdə dünyanın mənzərəsi arzuedilən kimi deyil. Təzadlı vəziyyət yaranıb. Bəşəriyyət müxtəlif rəngli və fərqli inanclı insanların ümumi töhfələri əsasında yüksək inkişaf səviyyəsinə çatdığı halda, XXI əsrdə planetimizin üzləşdiyi qlobal təhdidlərdən biri məhz irqçiliklə, fərqli mədəniyyətlərə və dinlərə dözümsüzlüyün artması ilə bağlıdır. Bu gün Yaxın Şərqdə və Avropada müxtəlif sivilizasiyaların qarşı-qarşıya gəlməsinin insanlığa zidd olan acı fəsadlarına şahidlik etmək olduqca kədərlidir.
Eyni zamanda, hazırda İslam dünyasında mürəkkəb proseslər gedir və dünyaya böyük mədəniyyət bəxş edən bu coğrafiyada daha çox vəhdətə, həmrəyliyə ehtiyac duyulur. Heç bir elmi, tarixi əsas olmadan İslam dini terrorla, ekstremizmlə əlaqələndirilir. Belə tendensiya, məqsədyönlü anti-İslam təbliğatı isə öz növbəsində dünyada bu dinin daşıyıcılarına mənfi münasibət formalaşdırır. Halbuki, bu günlərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakıda keçirdiyi “İslam Həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu” mövzusunda konfransda da qeyd edildiyi kimi, İslam dini terrorizmlə, ekstremizmlə bağlı olmayan dindir. Konfransda xüsusi olaraq vurğulanıb ki, İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səsləyir.
Beləliklə, qlobal miqyasda cərəyan edən proseslər bizi bəşəriyyətin, özümüzün və övladlarımızın gələcəyi barədə ciddi şəkildə düşünməyə sövq edir. Eyni zamanda, bu gün dünyadakı və İslam coğrafiyasındakı bəhs olunan kədərli mənzərə fonunda tolerantlıq, həmrəylik çağırışlarının aktuallığı daha da artıb. Xalqları, dinləri, mədəniyyətləri ayıran deyil, məhz birləşdirən cəhətləri təbliğ etməklə dünyanı yeni qütbləşmələrdən xilas etmək mümkündür. Prezident İlham Əliyevin Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqində vurğuladığı kimi, əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır: “Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır”.
Ölkəmiz tarixdən gələn tolerantlıq ənənələrini bu gün də yüksək səviyyədə qoruyub saxlayır
Bu bir həqiqətdir ki, Azərbaycan öz timsalında dünyaya müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanların dinc şəkildə bir yerdə yaşayaraq xoşbəxt gələcəklərini qurmalarının nadir nümunəsini təqdim edir. Ölkəmizdə milli-dini-irqi fərqlilik xalqları ayıran deyil, birləşdirən cəhət kimi çıxış edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, milli-dini müxtəliflik Azərbaycanın həyataına, necə deyərlər, zorla və yaxud süni şəkildə daxil edilməyib. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir və bu gün də insanların həyat tərzini təşkil edir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Azərbaycan ərazisindəki tarixi abidələr də respublikamızın mədəni müxtəlifliyini aydın şəkildə nümayiş etdirir. Belə ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə inşa olunan Cümə məscidi Azərbaycanın Şamaxı şəhərində yerləşir. Eyni zamanda, dünyanın ən qədim kilsələrindən sayılan Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə də Azərbaycanda - ölkəmizin qədim şəhəri Şəkidə tikilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz ölkəmizin belə zəngin müxtəlifliyi ilə fəxr edirik: “Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”.
Tarixdən gələn tolerantlıq ənənələri bu gün respublikamızda yüksək səviyyədə qorunub saxlanılır və daha da zənginləşdirilir. Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.
Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda qədim avtoxton etnos olan udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir.
Əlamətdar haldır ki, Azərbaycanda milli-dini-mədəni müxtəlifliyə münasibətdə cəmiyyətdən gələn sosial sifarişlərlə dövlətin həyata keçirdiyi siyasət bir-birini tamamlayır. Ölkənin ayrı-ayrı regionlarında müxtəlif mədəniyyətlərin daşıyıcısı olan ailələr o qədər qaynayıb-qarışıblar ki, onları fərqləndirmək belə çox çətindir. Eyni zamanda, cəmiyyətdən gələn sosial sifarişlər dövlət siyasəti ilə tamamlanır. Prezident İlham Əliyevin yüksək siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Respublikamızda Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan olunması da Azərbaycan dövlətinin tolerantlıq dəyərlərinə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir.
Azərbaycan dünyanın həm Avropa İttifaqı, həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə çox səmimi münasibətlər quran azsaylı dövlətlərindən biridir. Respublikamız mütəmadi olaraq müxtəlif mədəniyyətlərin yaxınlaşmasına xidmət edən təşəbbüslər irəli sürür. Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə start götürən “Bakı prosesi” uğurla irəliləyir. Eyni zamanda, respublikamız mədəniyyətlərarası dialoqla bağlı meydana çıxan aktual çağırışların müzakirə edildiyi beynəlxalq tədbirlərin təşkilində böyük fəallıq göstərir. İndiyədək Azərbaycanda 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edilib. Bir neçə il bundan əvvəl Dünya Dini Liderlərinin Zirvə Görüşü respublikamızda keçirildi. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi etdi. Nəhayət, cari ilin birinci yarısında Bakıda IV Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Əlamətdar haldır ki, budəfəki Forumun təşkilinə dəstək verən beynəlxalq təşkilatlar sırasında UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi qurumlar çıxış ediblər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bəhs olunan Forumun önəminə diqqət çəkərək bildirib: “Bu il IV Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Bu da bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl ilk dəfə keçirilmiş tədbirdir. Builki tədbirdə Azərbaycanla bərabər dünyanın altı aparıcı beynəlxalq təşkilatı Forumun təşkilatçısı kimi çıxış etmişdir. Forumda aparılmış müzakirələr və qəbul edilmiş qərarlar, əlbəttə ki, multikulturalizm dəyərlərinin möhkəmlənməsinə xidmət edir”.
Azərbaycan İslam dəyərlərinə böyük hörmətlə yanaşır
Bu məqamda vurğulamaq yerinə düşər ki, VII-VIII əsrlərdən etibarən Azərbaycan xalqının həyat tərzi, mədəniyyəti, məişəti İslam dini ilə sıx vəhdətdə olub. Ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşıb, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında da İslama mənsubluğunu əks etdirib. Keçmiş ittifaqın tərkibində olduğu dövrdə də xalqımız basqılara baxmayaraq, öz dini dəyərlərinə sadiqliyini qoruyub saxlayıb.
Ötən əsrin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımız özünün tarixdən gələn milli-dini dəyərlərinə tam sahiblik hüququ qazanıb. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra isə respublikamızda din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Sonradan bu siyasət Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib.
Eyni zamanda, Azərbaycan beynəlxalq miqyasda İslam dəyərlərinin və mədəniyyətinin təbliğinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsinin açılması buna yaxşı nümunədir. Bundan başqa, fondun reallaşdırdığı “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində İslam mədəniyyətinin tərkib hissəsi olan milli mədəniyyətimiz geniş şəkildə təbliğ edilib.
Bütün bu deyilənlər, dünyada olduğu kimi, İslam ölkələri arasında da respublikamıza böyük hörmət qazandırıb. Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində bu cəhətə diqqət çəkərək deyib: “Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir”.
2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradənin ifadəsidir
Son illərdə İslam ölkələri üçün meydana çıxan mühüm çağırışlardan biri həmrəyliklə bağlıdır. Məlumdur ki, hazırda kifayət qədər geniş coğrafiyanı əhatə edən İslam dünyasında arzuolunmaz kataklizmlər yaşanır. Ardı-arası kəsilməyən vətəndaş müharibələri, xarici müdaxilələr, dövlətçilik ənənələrini məhv edən hakimiyyət çevrilişləri, terror hadisələri, uşaqların acınacaqlı taleyi, maddi mədəniyyət abidələrinin kütləvi şəkildə dağıdılması... Təəssüf doğuran haldır ki, bütün bu kimi neqativ hallar bu gün müsəlman dünyasının kədərli mənzərəsini təşkil edir. Tarix boyu bəşər sivilizasiyasının zənginləşməsinə sanballı töhfələr verən və təbii ehtiyatlarla zəngin olan ayrı-ayrı müsəlman ölkələri bu gün aclıqdan, səfalətdən əziyyət çəkirlər. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, İslam mədəniyyətinə və coğrafiyasına təhdid meyilləri getdikcə daha da artır, islamofobiya güclənir.
Açıq etiraf etmək lazımdır ki, İslam dünyasında yaşanan gərginliklərin ən ciddi səbəblərindən biri məhz ölkələr arasında həmrəyliyin olmamasıdır. İndiki çətin və sınaq dövründə İslam mədəniyyətinin daşıyıcısı olan ölkələr ümumi məqsədə xidmət edən siyasət aparmaq əvəzinə, necə deyərlər, bir-birlərinin ayağını çəkməklə məşğuldurlar. Bu da onları gücdən salır. Təbii ki, düşmənlərə də elə bu lazımdır. Bir-birindən ayrı düşən ölkələri, xalqları əzmək, sərvətlərini talamaq daha asandır.
Bütün bu deyilənlər indiki dövrdə İslam coğrafiyasında ölkələr və xalqlar arasında həmrəyliyin nə qədər vacib olduğu barədə konkret təsəvvür yaradır. İslam dövlətləri arasında birlik olmadıqca böyük bir coğrafiyanı əhatə edən Yaxın Şərqdə dağıdıcı müharibələr də səngiməyəcək, insanların həyat səviyyəsi daha da pisləşəcək, zəngin mədəniyyətin məqsədli şəkildə dağıdılması prosesi davam edəcək. Prezident İlham Əliyev yuxarıda bəhs olunan Forumdakı nitqində bir daha İslam dünyasında birlik yaradılmasının zəruriliyinə diqqət çəkərək bildirib: “Təəssüf ki, terrorçuluqdan ən çox əziyyət çəkən məhz elə müsəlman dövlətləridir. Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər - təqdimat və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var”.
Azərbaycan öz nümunəsində İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır və bu məqsədlə daim yeni təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradəsini ifadə edir. Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdəki çıxışında diqqəti bir daha ölkəmizin mövqeyinə yönəldərək deyib: “Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. Bildiyiniz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilmişdir. Bu ili “İslam Həmrəyliyi İli” elan etməyimiz bizim siyasətimizi əks etdirir, niyyətimizi göstərir. Mən tam əminəm ki, biz - müsəlman ölkələri öz aramızda olan problemləri dinc yolla həll etməliyik və həmrəyliyi gücləndirməliyik”.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Bunu belə bir fakt da sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyev cari ilin birinci yarısında 5 İslam dövlətinə, o cümlədən İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlərə gedib.
Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı, ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə müsəlman aləmində Həmrəyliyin güclənməsinə növbəti töhfəsini verdi
Cari ilin birinci yarısında Bakıda əksər İslam ölkələrindən təxminən 3 min idmançının iştirakı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatsa da, bu möhtəşəm tədbirlə bağlı təəssüratlar hələ də yaddaşlarda qalmaqdadır. Azərbaycan İslam aləminə böyük rəğbətinin ifadəsi olaraq Oyunların yüksək səviyyədə keçməsinə nail olmaq üçün hər şeyi etdi. Təsadüfi deyil ki, Bakıda əsl idman bayramına çevrilən Oyunlar İslam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir. Bu Oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətmək olub. Əlamətdar haldır ki, Oyunlar zamanı bəzi hallarda siyasi cəhətdən o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırdılar. Prezident İlham Əliyev vurğulayıb ki, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycanın dövlət başçısı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdəki nitqində ölkəmizin dünyada İslam həmrəyliyinin gücləndirilməsi ilə bağlı niyyətini bir daha nəzərə çatdıraraq deyib: “Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə, əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2190  |  
  • Tarix:  19-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabı çapdan çıxıb

17:49
19 Sentyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II konfransı keçirilmişdir
17:42
19 Sentyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:40
19 Sentyabr
Tahir Rzayev: Düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək
17:36
19 Sentyabr
Mikayıl Cabbarov: qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq
17:34
19 Sentyabr
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında danışıqlar gələn həftə Brüsseldə keçiriləcək
17:19
19 Sentyabr
Kamran Nəbizadə: Gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək
17:17
19 Sentyabr
Müdafiə naziri cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını edib
17:11
19 Sentyabr
Qarabağ münaqişəsinə dair təmas qrupu toplandı
16:39
19 Sentyabr
Bu il “Cənub Qaz Dəhlizi” üzrə layihələrə 1,7 milyard dollaradək investisiya qoyulub
16:29
19 Sentyabr
İsveçrənin “Romandie” qəzeti AÇG üzrə yeni sazişdən yazır
16:26
19 Sentyabr
Azərbaycan Dünya Bankı ilə güclü tərəfdaşlıq qurub
16:24
19 Sentyabr
Gələn ilin dövlət büdcəsində sosial sahəyə diqqət yetiriləcək
16:03
19 Sentyabr
Şahin İsmayılov: Həyata keçirilən dövlət proqramlarından minlərlə Azərbaycan gənci yararlanıb
15:32
19 Sentyabr
Ermənistan rəhbərliyinin siyasi təşvişi: Azərbaycan Prezidenti qarşısında acizlik
15:27
19 Sentyabr
Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin VI Qurultayının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər
15:25
19 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə zolağında yerləşən hərbi hissələrə baxış keçirilib
14:51
19 Sentyabr
Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə edilir
14:44
19 Sentyabr
Səttar Mehbalıyev: Azərbaycan dövləti dəniz nəqliyyatının inkişafına xüsusi önəm verir
14:31
19 Sentyabr
İdman jurnalistləri “Asiada-2017”nin informasiya təminatı məsələlərini müzakirə ediblər
14:30
19 Sentyabr
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir
14:06
19 Sentyabr
SOCAR: TANAP ilə Azərbaycan qazının nəzərdə tutulan vaxtda Türkiyəyə çatdırılması tamamilə realdır
14:02
19 Sentyabr
Elman Rüstəmov: DB-nin Azərbaycan üzrə portfeli MDB ölkələri arasında ən böyük portfellərdən biridir
13:57
19 Sentyabr
İlham Əliyev: Mən çalışıram və çalışacağam ki, Azərbaycan xalqı yaxşı yaşasın
12:50
19 Sentyabr
Avropa çempionu adını qazanan gənc cüdoçularımız Vətənə qayıdıblar
12:49
19 Sentyabr
Seymur Səfərli: Prezidentin Sərəncamı ölkəmizdə çayçılıq ənənələrinin bərpasına şərait yaradacaq
12:38
19 Sentyabr
Şahin Mustafayev: Qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi Azərbaycan iqtisadiyyatının prioritetləridir
12:28
19 Sentyabr
Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir
12:23
19 Sentyabr
Bakı Dövlət Universitetində yaponşünaslıq ixtisasının tədrisi ilə bağlı auditoriyalar açılıb
12:21
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
12:17
19 Sentyabr
Səyyar “ASAN xidmət” Goranboy şəhərində
12:04
19 Sentyabr
Dünya Bankı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə 170 milyon dollar vəsait ayırıb
11:55
19 Sentyabr
DİA-nın “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə birinci kurs tələbələri ilk mühazirəni dinləyiblər
11:47
19 Sentyabr
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir
11:44
19 Sentyabr
Yaqub Mahmudov: İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir
11:43
19 Sentyabr
Azərbaycanın iqtisadi ticarət tərəfdaşlarının sayı 180 ölkəyə çatıb
11:41
19 Sentyabr
Dünya Bankı: Azərbaycan 25 il ərzində öz regionunda ən böyük artım nümayiş etdirib
11:16
19 Sentyabr
Bu gün görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirə günüdür
10:57
19 Sentyabr
Çində "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilir
10:53
19 Sentyabr
Əfqan İsayev: Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 62 faizini icra edib
10:44
19 Sentyabr
Hava Hücumundan Müdafiə qoşunları bölmələrinin birində növbəti yaşayış kompleksi istifadəyə verilib
10:13
19 Sentyabr
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
10:07
19 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub
17:37
18 Sentyabr
Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib
17:27
18 Sentyabr
ISESCO-nun İslam Dünyası üçün Mədəniyyət Strategiyasının Tətbiqi üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib
17:21
18 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri ilə görüşüb
17:20
18 Sentyabr
Tahir Mirkişili: Sahibkarlığın inkişafında əlçatan malliyyə mənbələri xüsusi rol oynayır
17:10
18 Sentyabr
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabı çapdan çıxıb
17:03
18 Sentyabr
Heydər Əliyev “İslam həmrəyliyi” ideologiyasının banisidir
16:58
18 Sentyabr
Sahibsiz heyvanlarla mübarizəyə dair profilaktik tədbirlər davam etdirilir
16:55
18 Sentyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edəcək
16:35
18 Sentyabr
Etibar Nəcəfov: Azərbaycanın multikulturalizm siyasəti ölkədəki milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin həllində mühüm rol oynayır
15:49
18 Sentyabr
Zakir Həsənov və Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər
15:46
18 Sentyabr
Vüqar Bayramov: Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir
15:33
18 Sentyabr
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin könüllüləri ilə görüş keçirilib
15:24
18 Sentyabr
Azərbaycandakı günəş elektrik stansiyalarında 28,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
15:18
18 Sentyabr
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi yekunlaşmaq üzrədir
12:54
18 Sentyabr
İƏT Təmas qrupu BMT-də Ermənistanın Azərbaycana təcavüzünü müzakirə edəcək
12:43
18 Sentyabr
Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb
12:38
18 Sentyabr
Bu gün Ümumdünya Su Monitorinqi Günüdür
12:32
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
12:24
18 Sentyabr
Milli Məclisin komitə iclasında 19 məsələ müzakirə olunub
12:23
18 Sentyabr
Səfir Xanım İbrahimova etimadnamələrini İsveçrə Konfederasiyasının Prezidentinə təqdim edəcək
12:21
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
11:58
18 Sentyabr
Azərbaycan ilə Belorus Milli kitabxanaları arasında əməkdaşlığa dair saziş imzalanıb
11:42
18 Sentyabr
Bakıda “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans işə başlayıb
11:24
18 Sentyabr
İntiqam Babayev: Dövlət proqramı Azərbaycan gənclərinin inkişafında yeni bir mərhələ olacaq
10:51
18 Sentyabr
Bakıda MDB ölkələri Botanika Bağlari Cəmiyyətinin dördüncü qurultayı keçirilir
10:39
18 Sentyabr
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
10:26
18 Sentyabr
Hikmət Babaoğlu: Azərbaycan dövləti öz maraqlarından geri addım atmır
10:18
18 Sentyabr
Jan-Batist Lömuan: Fransanın aparıcı şirkətləri Azərbaycan ilə əməkdaşlıqda çox maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+17 +21