Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sevinc Fətəliyeva: Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi, humanitar istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar yaranıb

Sevinc Fətəliyeva: Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi, humanitar istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar yaranıb

17.08.2017 [10:24]

“Azərbaycan və Türkmənistan regional və qlobal məsələlərə yanaşmada praqmatik mövqedən çıxış edirlər”. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində deyildiyi kimi, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq miqyasda sivilizasiyaların yaxınlaşması, həmrəyliyin gücləndirilməsi, milli-dini-irqi dözümsüzlüyün aradan qaldırılması naminə çoxsaylı təşəbbüslərlə çıxış etməsi bütün dünyada böyük rəğbətlə qarşılanır.
“Eyni zamanda, bir sıra transmilli layihələrin müəllifi və yaxud fəal iştirakçısı olan respublikamız iqtisadi sahədə də qlobal əməkdaşlığa daim yeni töhfələr vermək əzmi nümayiş etdirir. Türkmənistan da regional və qlobal əməkdaşlıq sahəsində qarşısına qoyduğu hədəflərdə oxşar prinsiplərdən çıxış edir. Yəni, Azərbaycanın və Türkmənistanın nümunəsi Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin inkişafına, sabitliyin və tərəqqinin təmin olunmasına müsbət təsir göstərir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə müzakirə edilən məsələlərin kifayət qədər geniş spektri bir daha təsdiqləyir ki, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar yaranıb. Azərbaycanın və Türkmənistanın getdikcə artan iqtisadi potensialı əməkdaşlığı yeni istiqamətlərdə inkişaf etdirmək üçün böyük imkanlar açıb” - deyə, S.Fətəliyeva vurğulayıb.

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31