Ana səhifə »  Siyasət »  Sosial-mədəni obyektlərin tikintisi ictimai-mədəni həyatımızda yeni keyfiyyət dəyişikliyi yaradıb
A+   Yenilə  A-
Sosial-mədəni obyektlərin tikintisi ictimai-mədəni həyatımızda yeni keyfiyyət dəyişikliyi yaradıb

Prezident İlham Əliyev: Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin son 13 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan özünün yeni intibah dövrünü yaşayır. Ölkəmizin inkişafının indiki mərhələsi bir sıra yeni reallıqlarla, keyfiyyət dəyişiklikləri ilə səciyyələnir. Əlbəttə, burada ilk növbədə respublikanın iqtisadi potensialının artmasının, maliyyə imkanlarının genişlənməsinin önəmini vurğulamaq lazımdır. Bu imkanlar açılmasa idi, başqa sahələrdə inkişafdan ümumiyyətlə söhbət açmaq mümkün olmazdı. Yəni, reallıq ondan ibarətdir ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkənin inkişafının çoxqütblülüyü təmin edilir. Başqa sözlə desək, iqtisadi-maliyyə imkanlarının artmasından səmərəli şəkildə istifadə edilərək həm paytaxt Bakının, həm də regionların abadlaşdırılmasına, eyni zamanda bütün ölkə miqyasında sosial-mədəni təyinatlı infrastrukturun yaradılmasına böyük diqqət göstərilir. Bütün bunların fonunda isə vurğulamaq yerinə düşər ki, Bakıda və regionlarda sosial-mədəni obyektlərin tikintisi ictimai-mədəni həyatımızda yeni keyfiyyət dəyişiklikləri yaradıb.
Bakıda tikilən Heydər Əliyev mərkəzi memarlığı və funksionallığı baxımından nadir tikilidir
Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı dünyanın qədim şəhərlərindən biridir. Açıq səma altında muzey hesab edilən İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası və başqa bu kimi tikililərdə xalqımızın çoxəsrlik tarixi yaşayır. Doğma Bakımıza xüsusi gözəllik verən, şəhərimizə gələn qonaqlarda heyranlıq yaradan bu tikililər hər birimizin qürur yerimizdir.
Eyni zamanda, ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq işləri çərçivəsində Bakının yeni gözəllik rəmzləri yaradılır. Belə ki, uzunluğu 3,5 kilometrdən 14 kilometrə qədər genişləndirilən bulvar, “Alov qüllələri” kompleksi, Bayraq meydanı, Konqres Mərkəzi, “Kristal holl”, Xalça Muzeyi, yeni yanaşmalarla inşa edilən Ağ şəhər, möhtəşəm Olimpiya stadionu, Milli Gimnastika Arenası, bir-birini təkrarlamayan yaşayış binaları və çoxlu sayda digər tikililər müstəqil Azərbaycanın gücünü, qüdrətini təcəssüm etdirir. Bu gün qürur hissi ilə deyə bilərik ki, paytaxt Bakımız qədimliklə müasirliyin vəhdətində uğurla inkişaf edir, böyüyür, gözəlləşir.
Şəhərimizin yeni gözəllik rəmzləri sırasında, heç şübhəsiz ki, 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Heydər Əliyev Mərkəzi xüsusi yer tutur. Qonşuluqdakı digər möhtəşəm tikili - Konqres Mərkəzi ilə əla harmoniya yaradan Mərkəzin əyri xətlərlə tamamlanan ağ binası sanki ətrafa hakim kəsilib və hər kəsi valeh edir.
Məlumat üçün bildirək ki, Bakıda tikilən Heydər Əliyev Mərkəzi paytaxtın mərkəzində 16 hektar ərazidə dünya şöhrətli memar Zaha Hadidin orijinal layihəsi əsasında ucaldılıb. 2007-ci ildə təməli qoyulan mərkəzin inşası cəmi beş ilə tamamlanıb.
Lakin haqqında bəhs olunan Heydər Əliyev Mərkəzi yalnız memarlıq abidəsi deyil. Belə ki, binanın memarlıq həlli nə qədər mükəmməldirsə, onun funksionallığı da bir o qədər genişdir. Mərkəzin ətrafında şəhər sakinlərinin, qonaqların istirahəti, asudə vaxt keçirmələri üçün gözəl park yaradılıb. Binada iclaslar və konsert, rəsmi qəbullar və konfrans zalları vardır, Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Bundan başqa, mərkəzdə kitabxana, sərgi salonları, digər otaqlar və zallar var. Bina artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşlarına hərtərəfli şəkildə xidmət göstərir. Burada təşkil olunan rəngarəng tədbirlər bir qayda olaraq anşlaqla keçir. Tamaşaçılar yerli və xarici incəsənət ustalarının iştirakı ilə keçirilən müxtəlif tədbirlərin yüksək səviyyəsindən böyük mənəvi zövq alırlar. Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzinin açılışı, Ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında mərkəzi memarlıq və funksionallıq baxımından nadir bina kimi səciyyələndirərək deyib: “İkinci məsələ mərkəzin memarlıq tərəfi idi. Bu məqsədlə dünya şöhrətli memar Zaha Hadid öz təkliflərini irəli sürmüşdü. Dərhal onun təklifləri təhlil edilməyə başlandı və qərar qəbul edildi ki, Heydər Əliyev Mərkəzi məhz bu layihə əsasında yaradılmalıdır. Çünki bu, nadir memarlıq əsəridir. Dünyada analoqu olmayan, müasirliyi özündə təcəssüm etdirən çoxfunksiyalı bir binadır”.
Regionlarda Heydər Əliyev mərkəzlərinin yaradılması əlaqəli sahələrin inkişafına da öz müsbət təsirini göstərir
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illərdə həmçinin respublikanın əksər şəhər və rayonlarında da Heydər Əliyev mərkəzləri yaradılıb. Bu mərkəzlərdə ilk növbədə bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yaradan Ulu öndər Heydər Əliyevin zəngin irsi təbliğ olunur və öyrənilir ki, bu da gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsində mühüm rol oynayır. Çünki Ümummilli liderimiz Heydər Əliyevin Vətən, xalq qarşısında xidmətləri müqayisəyəgəlməz dərəcədə böyükdür və bəhs olunan mərkəzlərdə Ulu öndərin irsini öyrənən gənclər bir növ doğma Vətəni, mənsub olduğu xalqı, milli mədəniyyəti necə sevmək nümunəsi ilə tanış olurlar.
Digər tərəfdən regionlarda yaradılan Heydər Əliyev mərkəzlərinin funksionallığı daha genişdir. Yeri gəlmişkən, Ucarda Heydər Əliyev Mərkəzinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev diqqəti regionlarda yaradılan belə mərkəzlərin əhəmiyyətinə yönəldərək bildirib: “Belə mərkəzlərin tikintisi Ulu öndərin xatirəsinə Azərbaycan xalqının hörmətinin təzahürüdür. Eyni zamanda, bu mərkəzlərdə Ulu öndərin siyasi irsi öyrənilir. Bununla bərabər, belə mərkəzlərdə müxtəlif tədbirlər də keçirilməlidir və keçirilir. Mən çox şadam ki, bu mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün çox gözəl şərait vardır”.
Məlumdur ki, internetin yüksək inkişaf səviyyəsinə çatdığı indiki dövrdə insanlar, ələlxüsus da gənclər arasında canlı ünsiyyətin artırılması bir növ həyati zərurətə çevrilib. Bu baxımdan respublikanın rayonlarında yaradılan Heydər Əliyev mərkəzlərinin əvəzsiz rol oynadığını, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Belə ki, biz çox tez-tez rayonlardakı Heydər Əliyev mərkəzlərində təşkil olunan şeir, musiqi gecələri, müxtəlif mövzularda keçirilən müzakirələr barədə xəbərlər alırıq. Belə tədbirlər gənclər arasında sosiallaşmanı artırır, eyni zamanda, onların dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərir.
Heydər Əliyev mərkəzlərinin regionlarda əlaqəli sahələrin inkişafına, iqtisadi aktivliyin artmasına təsiri də böyükdür. Heydər Əliyev mərkəzlərinin tikintisinin multiplikativ təsirini ilk növbədə regionlarda inşaat sektorunun, xidmət sahəsinin canlanmasında görmək mümkündür. Belə mərkəzlər xalqın böyük ehtiramının ifadəsi olaraq yüksək zövqlə və mükəmməl memarlıq həlli ilə inşa olunurlar. Bu isə o deməkdir ki, Heydər Əliyev mərkəzlərinin inşasında çoxlu sayda yüksək səviyyəli mühəndislər, ustalar iş yerləri ilə təmin olunurlar. Eyni zamanda, yerlərdə keyfiyyətli, rəqabət qabiliyyəti yüksək olan inşaat materiallarına tələbat artır.
Burada başqa bir məqam da diqqəti cəlb edir. Regionlarda istifadəyə verilən Heydər Əliyev mərkəzləri yardımçı sahələrlə birlikdə müəyyən bir təsərrüfat təşkil edirlər. Bu gün respublika üzrə yaradılan Heydər Əliyev mərkəzlərində yüzlərlə insan çalışaraq, - onların böyük əksəriyyəti ali təhsilli mütəxəssislərdir, - ailələrinin dolanışığını təmin edirlər.
Həyata keçirilən yeni layihələr hesabına ölkənin mədəni-kütləvi həyatı daha da zənginləşib
Beləliklə, müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, insanların rahatlığına xidmət edən sosial infrastruktur Bakıda olduğu kimi, respublikanın bütün bölgələrində yaradılır. Son illərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikanın bütün şəhər və rayonlarında yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir.
Məhz bunun nəticəsidir ki, artıq respublikanın əksər rayon mərkəzlərində hər cür rahatlıqlarla təmin olunan müasir parklar yaradılıb. Gəncədə yaradılan və Ulu öndərin adını daşıyan park öz möhtəşəmliyi ilə fərqlənir. Parkın girişində möhtəşəm “Zəfər tağı” ucaldılıb. Buraya gələn qonaqlar “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr edə bilirlər. Park kompleksində müxtəlif məişət obyektləri, əyləncə mərkəzi, istirahət guşələri və uşaqlar üçün nağıl qəhrəmanlarını canlandıran “Disneyland” əyləncə mərkəzi də fəaliyyət göstərir.
Sumqayıtda yenidən qurulduqdan sonra ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Dənizkənarı bulvar və şəhər çimərliyi sakinlər üçün yaxşı hədiyyə olub. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Qeyd etmək yerinə düşər ki, insanların rahatlığı üçün nəzərdə tutulan belə layihələr respublikanın əksər rayonlarında reallaşdırılıb. Yerlərdə insanların sosial ehtiyaclarının, rahatlıqlarının təmin olunmasına xidmət göstərən infrastrukturun yaradılması təşəbbüsü isə bir qayda olaraq Prezident İlham Əliyevdən gəlir. Prezident İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin və Heydər Əliyev Mərkəzinin açılış mərasimindəki çıxışında bütün ölkə miqyasında ictimai yerlərin yaradılmasının önəminə diqqət çəkərək bildirib: “Mən dəfələrlə demişəm ki, Bakıda və bütün başqa şəhərlərdə ictimai yerlər yaradılmalıdır - parklar, bağçalar, ictimai zonalar ki, insanlar burada öz asudə vaxtlarını keçirsinlər”.
Yeni sosial-mədəni obyektlər hesabına regionların mədəni-kütləvi həyatı daha da zənginləşib. Yeni istifadəyə verilən obyektlərdə tez-tez mədəni-kütləvi tədbirlər, konsertlər təşkil olunur. Sakinlər məmnuniyyətlə bu tədbirlərə qatılaraq asudə vaxt keçirir, əylənirlər.
Müvafiq infrastrukturun yaradılması sayəsində bölgələr də beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi edir
Məlumdur ki, hazırda bütün dünyada gedən sürətli qloballaşma prosesi milli mədəniyyətlərin kənar təsirlərdən qorunması zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Əlamətdar haldır ki, belə bir şəraitdə Azərbaycan dövləti xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin, güclü milli ənənələrinin qorunması, nəsildən-nəslə ötürülməsi üçün böyük qayğı və qətiyyətli siyasi iradə nümayiş etdirir. Son illərdə ölkəmizin müxtəlif bölgələrində çoxlu sayda tarixi-mədəni abidələrimiz, muzeylərimiz əsaslı şəkildə bərpa olunub, arxeoloji qazıntılar nəticəsində aşkarlanan qədim yaşayış məskənlərimiz elmi cəhətdən araşdırılaraq öyrənilib. Prezident İlham Əliyev Xalça Muzeyinin açılışındakı nitqində respublikada tarixi-mədəniyyət obyektlərinin yaradılmasını, o cümlədən də muzeylərin bərpasını ölkənin ümumi inkişafı kontekstində dəyərləndirərək deyib: “Bakıda bir dənə də təmirsiz muzey qalmamışdır. Bölgələrdə, Bakıda yeni muzeylər yaradılır - Müasir İncəsənət Muzeyi, digər muzeylər, Xalça Muzeyi. Bu, əlbəttə ki, ölkəmizin ümumi inkişaf templərini göstərir, eyni zamanda, dövlət siyasətini əks etdirir”.
Eyni zamanda, yerlərdə əhali, ələlxüsus da gənclər arasında milli mənlik hissinin gücləndirilməsinə xidmət göstərən müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir, kitabxanaların, tarix-diyarşünaslıq muzeylərinin, teatrların fəaliyyəti genişləndirilir. Bütün bunlar isə son nəticədə bir tərəfdən Azərbaycanın sıx vəhdət təşkil etdiyi qədər də bir-birindən fərqlənən bölgələrinin özünəməxsusluğunun qorunmasına, digər tərəfdən isə insanların öz el-obalarına daha möhkəm bağlanmalarına, böyüməkdə olan nəslin vətənpərvərlik və milli qürur hissinin güclənməsinə səbəb olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qloballaşma şəraitində tariximizin, mədəniyyətimizin qorunmasının ölkəmizin davamlı, uzunmüddətli inkişafının təmin olunmasındakı əhəmiyyətinə çəkib. Azərbaycanı müasir, inkişaf edən, ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyət kimi səciyyələndirən Prezident İlham Əliyev vurğulayıb: “Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir”.
Yuxarıda deyilənlər fonunda respublikanın sosial-mədəni həyatında yeni hadisələrin baş verməsi, yeni ənənələrin formalaşması da diqqəti cəlb edir. Son illərdə maddi-texniki bazalarının möhkəmlənməsindən istifadə edən region teatrları yeni tamaşalar təqdim edirlər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Paytaxtdan bölgələrə” adlı layihə uğurla reallaşdırılır. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, bölgələrdə paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan sənət incilərinin nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etməkdir. Bölgələrdə məhsul bayramlarının keçirilməsi də ölkəmizin mədəni-ictimai həyatına möhkəm şəkildə daxil olub.
Müvafiq infrastruktur sayəsində bölgələrin beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanın müasir reallıqlarından biridir. Respublikanın müxtəlif regionlarında ən müasir dünya standartları səviyyəsində tikilən Heydər Əliyev mərkəzləri, Olimpiya İdman kompleksləri, bu qəbildən olan digər obyektlər, eləcə də yeni yaradılan güclü infrastruktur bölgələrdə də irimiqyaslı mədəni, idman tədbirlərinin yüksək səviyyədə keçirilməsinə imkan verir. Məsələn, Qəbələdə Ulu öndər Heydər Əliyevin adını daşıyan Konqres Mərkəzi tikilib. Konqres Mərkəzində müxtəlif tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Artıq bir neçə ildir ki, burada Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanın əyalət şəhəri olan Qəbələni dünyanın musiqi mərkəzinə çevirib. Yeri gəlmişkən bu günlərdə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Rusiya, İsrail, Amerika Birləşmiş Ştatları, İtaliya, Litva və Sloveniyadan olan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər və bədii kollektivlər çıxış ediblər.
Regionlarda xalçaçılığın inkişaf etdirilməsi həm iqtisadi, həm də sosial-mədəni hadisədir
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı və zənginləşdirdiyi qədim sənət növlərindən biri də xalçaçılıqdır. Tarixən Azərbaycanda xalçaçılığın regionlar üzrə 7 məktəbi formalaşıb.
Yeni iqtisadi şəraitdə ölkədə xalçaçılığın inkişafı qarşıya mühüm hədəflərdən biri kimi qoyulub. Bu həm iqtisadi, həm də sosial-mədəni mahiyyət kəsb edir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, cari ilin sonunadək respublikanın regionlarında “Azərxalça”nın filiallarının sayı 10-a çatdırılmalıdır: “Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Artıq “Azərxalça”nın ilk filialı Horadiz şəhərində açıldı. Mən özüm orada iştirak etmişəm. Bu il bu filialların sayı 10-a çatdırılmalıdır”.
Ölkə miqyasında xalçaçılığın inkişafında yeni yaradılan sosial-mədəni obyektlər də mühüm rol oynayır. Bir tərəfdən, regionlarda yaradılan muzeylər milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan xalçaçılığa marağın artmasına müsbət təsir göstərir. Digər tərəfdən isə, regionlarda Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən xalçaçılıq dərnəklərində yeniyetmələr, gənclər xalçaçılıq sənətinin sirlərinə yiyələnirlər. Prezident İlham Əliyev Xalça Muzeyinin açılışındakı nitqində bundan məmnunluğunu ifadə edərək deyib: “Son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun”.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5130  |  
  • Tarix:  03-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub

11:58
14 Dekabr
Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
11:35
14 Dekabr
İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib
11:20
14 Dekabr
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:16
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan müşavirə keçirilib
10:52
14 Dekabr
“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Masallıda 2000 ədəd qoz tingi əkilib
10:33
14 Dekabr
Abel Məhərrəmov: Azərbaycan İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edir
10:14
14 Dekabr
Azərbaycan səfiri Vatikanın xarici işlər üzrə dövlət katibi ilə görüşüb
10:08
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 127 dəfə pozub
10:05
14 Dekabr
Heydər Əliyev Mərkəzində Mikelancelo Merizi da Karavacconun əsərləri sərgilənir
17:54
13 Dekabr
Bakıda Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupu ilə görüş keçirilib
17:49
13 Dekabr
Füzuli rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
17:46
13 Dekabr
Elman Məmmədov: Ermənistana beynəlxalq səviyyədə təzyiq olunsa, qısa zamanda razılaşmaya məcbur olacaq
17:44
13 Dekabr
Mahir Abbaszadə: Ermənistan işğal etdiyi torpaqlarımızda milli mədəni sərvətlərimizi talan edib
17:42
13 Dekabr
“Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində Şəki şəhərində 7 mindən çox müxtəlif növ ağac əkilib
17:34
13 Dekabr
YAP Goranboy rayon təşkilatı ağacəkmə aksiyası keçirib
17:29
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Belqradda da yad olunub
16:57
13 Dekabr
Hüseyn Cavidin müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub
16:33
13 Dekabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib YENİLƏNİB
16:28
13 Dekabr
Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları müzakirə olunub
15:52
13 Dekabr
Latviyanın xarici işlər naziri: Biz enerji təhlükəsizliyi məsələsində Azərbaycana güvənirik
15:30
13 Dekabr
Sofiyada keçirilən anım tədbirində Ulu Öndərin Azərbaycan xalqı qaşısındakı xidmətlərindən bəhs olunub
14:59
13 Dekabr
Azərbaycan, Türkiyə və Avstriya Avropa ilə Çin arasında dəmir yolunu inkişaf etdirəcək
14:53
13 Dekabr
"2017-ci ildə mediamız mətbuat işçilərinin cənab prezident İlham Əliyev tərəfindən məişət problemlərinin həll olunması, onlara mənzillərin verilməsi ilə yadda qaldı"
14:09
13 Dekabr
Bakıda keçiriləcək velosiped idmanının BMX növü üzrə dünya çempionatının Təşkilat Komitəsinin ilk iclası olub
12:52
13 Dekabr
Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
12:47
13 Dekabr
YAP Şəmkir rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində növbəti aksiyasını keçirib
12:41
13 Dekabr
Sevinc Hüseynova: İslahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində vacib rol oynayır
12:32
13 Dekabr
Deputat: Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür
12:30
13 Dekabr
BMT Baş Assambleyası: Ümumdünya Forumu mədəniyyətlərarası dialoqu təşviq etmək üçün əsas qlobal platformasıdır
12:29
13 Dekabr
Siyavuş Novruzov: Ermənilərin Azərbaycan abidələrini öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır
12:22
13 Dekabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir
12:15
13 Dekabr
BMT-də keçirilən panel müzakirələrdə Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib
11:54
13 Dekabr
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 72 faizini icra edib
11:33
13 Dekabr
İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransında ölkəmiz də iştirak edir
11:20
13 Dekabr
Kaliforniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
11:19
13 Dekabr
Azərbaycan-Vatikan əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb
11:13
13 Dekabr
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı "Böyük İpək Yolu"nun rəqəmsallaşmasına töhfə verə bilər
11:10
13 Dekabr
Ukraynalı deputat: “Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycan böyük təcrübəyə malikdir
11:06
13 Dekabr
Azərbaycan səfiri etimadnaməsinin surətini Vatikanın dövlət katibinin müavininə təqdim edib
11:01
13 Dekabr
Azərbaycanın Macarıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib
10:54
13 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Brüsseldə də yad edilib
10:53
13 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
10:48
13 Dekabr
Kaxa Kaladze: Heydər Əliyev regionda reallaşdırılan irimiqyaslı layihələrin əsas təşəbbüskarıdır
10:46
13 Dekabr
Azərbaycan Parisdə SİGMA nazirlər konfransında təmsil olunacaq
10:44
13 Dekabr
Bu il Azərbaycandan 25 milyon tonadək neft ixrac olunub
10:41
13 Dekabr
11 ayda Azərbaycandan 6,8 milyard kubmetr təbii qaz ixrac edilib
10:39
13 Dekabr
Müdafiə Nazirliyi: Ermənistan ordusu atəşkəs rejimini 136 dəfə pozub
18:00
12 Dekabr
YAP Kəlbəcər rayon təşkilatı “Hərəyə bir ağac əkək» kampaniyasına start verib
17:59
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən daha bir anım tədbiri Polşada təşkil olunub
17:54
12 Dekabr
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini ilə görüşüb
17:53
12 Dekabr
Sədaqət Vəliyeva: Ulu Öndər uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb
17:50
12 Dekabr
Pirallahı rayonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib
17:47
12 Dekabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
17:40
12 Dekabr
Dillər Universitetində Ulu Öndərin xatirəsinə həsr edilən kompozisiya nümayiş olunub
17:39
12 Dekabr
Azərbaycanlı deputatın hesabatı AŞPA-nın komitə iclasında qəbul edilib
17:37
12 Dekabr
İsa Həbbibəyli: Azərbaycançılıq ideologiyası məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16:50
12 Dekabr
Ümummilli lider Heydər Əliyevin xatirəsi Buxarestdə anılıb
16:11
12 Dekabr
Erkan Özoral: Heydər Əliyev türk dünyasının ən böyük liderlərindəndir
16:07
12 Dekabr
Xələf Xələfov: Gələn ilin əvvəllərindən Gürcüstanla delimitasiya üzrə danışıqları davam etdirəcəyik
15:46
12 Dekabr
Aktauda keçirilən anım tədbirində Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışılıb
15:44
12 Dekabr
Bakıda Azərbaycanın, İranın və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək
15:34
12 Dekabr
Ulu öndər Heydər Əliyevin xatirəsi Misirdə də yad edilib
14:59
12 Dekabr
“Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:54
12 Dekabr
Azərbaycan ədəbi-mədəni irsinin qorunması və inkişafında Ulu Öndərin böyük rolu olub
14:43
12 Dekabr
Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatın təqdimatı keçirilib
14:12
12 Dekabr
Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
14:08
12 Dekabr
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
12:47
12 Dekabr
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb
12:32
12 Dekabr
İstanbulda Ulu Öndərin xatirəsi yad olunub
12:05
12 Dekabr
Şinci Vada: Komatsu şəhəri ilə Xətai rayonu arasında yaranan dostluq əlaqələri xalqlarımıza böyük fayda gətirə bilər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7