Ana səhifə »  Siyasət »  Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi nəticəsində həlak olanların xatirəsi Bakıda anılıb
A+   Yenilə  A-
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi nəticəsində həlak olanların xatirəsi Bakıda anılıb

Ötən il iyulun 15-də Türkiyə Respublikasında baş verən dövlət çevrilişi cəhdinin birinci ildönümü ilə əlaqədar iyulun 14-də Azərbaycan Akademik Milli Dram Teatrında “15 iyul dastanı” mövzusunda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.
Mərasim 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunan filmin nümayişi və müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
15 iyul dövlət çevrilişi cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayan Əli Həsənov həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini bildirib.
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında ölkəmizdə də xain qüvvələrin dövlətə və dövlətçiliyə qarşı qiyam qaldırdıqlarını, demokratik yolla seçilmiş hakimiyyəti devirməyə cəhd göstərdiklərini xatırladan Prezidentin köməkçisi deyib: “Həm həmin dövrdə Azərbaycanda yaşanan olaylar, həm də ötən il Türkiyədə baş verən hadisələr bir neçə həqiqəti ortaya çıxardı. Liderliyə iddia edən, hakimiyyət uğrunda mübarizə aparan insanlar bilməlidirlər ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz. Xalqın iradəsi ilə formalaşmış hakimiyyət hər cür iradədən üstündür və ona qalib gəlmək indiyədək heç bir qüvvəyə müyəssər olmayıb”.
İnsanların həyatı bahasına öz şəxsi maraqlarını reallaşdırmaq istəyən şəxslərin bütün cəhdlərinin iflasa uğradığını qeyd edən Əli Həsənov deyib ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı 250-dən artıq insanın ölümünə səbəb olan şəxslər öz layiqli cəzalarını aldılar. Bütün bu dərslər onu göstərdi ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yürüdülən siyasət öz bəhrəsini verib, ölkədə milli birlik və sülh şəraiti təmin olunub. Bu milli birlik, həmrəylik üzərində qurulan Türkiyə hökuməti bölgədə və dünyada ciddi güc amilinə çevrilib.
Azərbaycan xalqının 15 iyul hadisələri zamanı qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayan Əli Həsənov Prezident İlham Əliyevin bu hadisədən dərhal sonra qardaş ölkəyə lazımi dəstəyin göstərilməsi ilə əlaqədar tapşırıqlar verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan dövləti birinci olaraq bu məsələyə öz münasibətini bildirdi və birmənalı şəkildə Türkiyənin konstitusion quruluşunu, xalqın iradəsi ilə formalaşmış hakimiyyəti dəstəklədi, bu hakimiyyətə qarşı xain cəhdləri qətiyyətlə pislədi və bu hadisəyə siyasi qiymətini verdi. Ötən bir ildə Azərbaycan dövləti Türkiyədə ictimai-siyasi sabitliyin bərpası, sağlam qüvvələrin hakimiyyət ətrafında birləşərək xain cəhdlərdə iştirak edən insanların layiqli cəzalarını alması istiqamətində qardaş ölkəyə bütün lazımi dəstəyi verib və verəcək.
15 iyul hadisələri zamanı şəhid olanların ailələrinə və bütün türk xalqına bir daha başsağlığı verən Prezidentin köməkçisi qeyd edib ki, Ulu öndərlərimiz - Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqlarımızın taleyinin bir olduğunu və bundan sonra da bir olacağını birmənalı şəkildə bəyan ediblər. Ulu öndərlərimizin müəyyən etdikləri bu yol, bu birlik daimi və əbədidir.
Əli Həsənov Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluğu və qardaşlığının xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin əsas göstəricisi olduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda 15 iyul hadisələri zamanı həlak olanların yaxınlarına başsağlığı verən Əli Həsənov xalqımızın və dövlətimizin Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alan, demokratiyaya, dövlətçiliyə sadiq qalan insanlarla həmrəy olduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək 15 iyul hadisələri zamanı 250-dən artıq insanın həlak olduğunu xatırladaraq dövlət çevrilişi cəhdinin ağır nəticələrindən danışıb. Bildirib ki, həmin gün Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda mübarizə apardı.
Azərbaycanda da 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin olduğunu xatırladan səfir xalqımızın dəstəyi, Ulu öndər Heydər Əliyevin liderliyi ilə bu cəhdlərin qarşısının alındığını vurğulayaraq deyib: “Əsl həqiqətlər bax belə zamanda ortaya çıxar və həqiqi liderlər yenilməz iradə nümayiş etdirirlər. Türkiyə xalqı çox xoşbəxtdir ki, Prezident Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli lideri var. Xalq öz liderinin ətrafında sıx birləşərək 15 iyul çevriliş cəhdinin qarşısını aldı”.
Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğana məktubunun qardaşlıq dəstəyinin göstəricisi olduğunu vurğulayan diplomat bildirib: “Azərbaycan FETÖ ilə mübarizədə ilk andan bizə fəal dəstək verməyə başladı. Prezident İlham Əliyev dövlət çevrilişi cəhdindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana ilk zəng edən dövlət başçılarından biridir. Bu dəstək bizim üçün çox mühüm əhəmiyyət kəsb edir”.
15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar Azərbaycanda da çoxsaylı anım mərasimlərinin keçirildiyini vurğulayan Erkan Özoral göstərilən yüksək dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığını bildirib.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov Türkiyədə 15 iyul hadisələri zamanı Prezident İlham Əliyevin və Azərbaycan xalqının ilk saatlardan qardaş ölkə ilə yüksək həmrəylik nümayiş etdirdiklərini bildirib. 15 iyul hadisələrinin səbəblərinin geniş tədqiq olunduğunu vurğulayan Ə.Əmiraslanov qeyd edib ki, bu çevriliş cəhdinin qarşısının alınmasının əsas səbəbi türk xalqının mətinliyi, demokratiyaya və dövlətçiliyə sadiqliyi, Vətəninə, millətinə, Prezidentinə yüksək məhəbbətidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin hadisələr zamanı əsl liderlik nümayiş etdirdiyini, xalqı səfərbər edərək dövlət çevrilişi cəhdinin qarşısını aldığını vurğulayan Ə.Əmiraslanov dostluq qrupunun üzvlərinin də ilk saatlardan qardaş ölkəyə fəal dəstəyini xüsusi qeyd edib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında bildirib ki, 15 iyul hadisələri zamanı Türkiyə xalqı imperialist qüvvələrin müsəlman Şərqində həyata keçirdiyi milli dövlətlərin yox edilməsi siyasətinin reallaşmasına imkan vermədi. Türkiyə xalqı Vətənə, dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirərək, özünün beş min illik dövlətçilik tarixində yeni bir səhifə açdı.
Dövlət çevrilişinə cəhd zamanı Ankara vilayəti polis idarəsinin rəis müavini vəzifəsində çalışan Tolqa Yılmaz iyulun 15-də yaşından asılı olmayaraq vətəndaşların küçə və meydanlara axışaraq Vətənə, millətə, demokratiyaya sadiqliyini əsl qəhrəmanlıq nümunəsi adlandırıb. T.Yılmaz həmin qanlı və dəhşətli gecə ilə bağlı xatirələrini anım mərasiminin iştirakçıları ilə bölüşüb.
Sonda mərasimin iştirakçıları teatrın binasının foyesində 15 iyul hadisələri ilə bağlı fotosərgiyə baxıblar.

 
  • Oxunub:  2820  |  
  • Tarix:  15-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənab Prezident İlham Əliyevin BMT-dəki çıxışı informasiya müharibəsində təcavüzkar Ermənistana ağır zərbədir

16:21
23 Sentyabr
Tokioda keçirilən “JATA-2017” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur
16:10
23 Sentyabr
Bakıda beynəlxalq ayaqqabı və dəri malları sərgisi açılıb
16:04
23 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda belçikalı və malayziyalı həmkarları ilə görüşüb
15:52
23 Sentyabr
Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb
13:10
23 Sentyabr
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir
12:51
23 Sentyabr
Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb
12:38
23 Sentyabr
Elman Nəsirov: BMT-də islahatların aparılması nəticə etibarı ilə bu təşkilatın imicinin bərpasına gətirib çıxara bilər
12:27
23 Sentyabr
Bakıda Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş veloyürüş keçirilib
12:20
23 Sentyabr
İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin Turizm üzrə İşçi Qrupunun 10-cu görüşü keçirilib
12:17
23 Sentyabr
Rauf Əliyev: Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı açılış mərasimindəki çıxışı tarixi bir çıxışdır
12:11
23 Sentyabr
İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçiriləcək
11:00
23 Sentyabr
Azərbaycanlı deputat Avropada təhsilin gələcək inkişafına yardımçı olacaq qətnamə layihəsi təqdim edib
10:56
23 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviqinə böyük önəm verir
10:53
23 Sentyabr
Azərbaycan Ümumdünya Demokratiya Forumunda təmsil olunacaq
10:48
23 Sentyabr
Ermənistan silahlı qüvvələri qumbaraatanlardan da istifadə etməklə atəşkəsi 112 dəfə pozub
17:46
22 Sentyabr
Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
17:42
22 Sentyabr
Mübariz Qurbanlı: Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir
17:33
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
17:26
22 Sentyabr
“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşulub
17:04
22 Sentyabr
Sahibə Qafarova: Terrorçu Sarkisyanın yeri BMT tribunası deyil, beynəlxalq tribunaldır
16:32
22 Sentyabr
Əhliman Əmiraslanov: Ailə dövlətin əsas özəyi kimi dövlət tərəfindən qorunur
16:19
22 Sentyabr
Azad Rəhimov: İdmançılarımızın Rio-2016-da 18 medal qazanmasında Avropa Oyunlarının böyük dəstəyi oldu
16:07
22 Sentyabr
Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
15:52
22 Sentyabr
Qadın voleybolçular arasında Avropa çempionatının ilk oyununda Ukrayna və Rusiya milliləri qarşılaşır
15:35
22 Sentyabr
Auditorlar Palatası ilə Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb
15:12
22 Sentyabr
Qulam İshaqzai: Azərbaycan Prezidentinin dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir
14:29
22 Sentyabr
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14:22
22 Sentyabr
Göygöl Olimpiya İdman Kompleksi voleybol üzrə Avropa çempionatının oyunlarına hazırdır
14:16
22 Sentyabr
Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
14:11
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
14:02
22 Sentyabr
Belqradda Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib
12:25
22 Sentyabr
Parisdə növbəti erməni təxribatının qarşısı alınıb
12:22
22 Sentyabr
Səhra komanda məntəqəsi parkının açılışı olub
12:17
22 Sentyabr
Robert Sekuta: Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən yüksək qiymətləndirilir
12:12
22 Sentyabr
"Şəhadət" sənədli filminin təqdimatı olub
12:05
22 Sentyabr
Nazir müavini: "Aİ ilə enerji sahəsində əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
12:00
22 Sentyabr
Gürcüstanın baş naziri BMT-də çıxışı zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətindən danışıb
11:52
22 Sentyabr
Bahar Muradova: Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm veririk
11:47
22 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
11:46
22 Sentyabr
Qulam İsakzai: Dayanlıqlı inkişaf üçün Azərbaycan Prezidentinin səylərini alqışlayıram
11:43
22 Sentyabr
Milli Məclisdə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair beynəlxalq konfrans keçirilir
11:35
22 Sentyabr
Что может сделать ООН для правосудия над преступлениями против Азербайджана?
11:32
22 Sentyabr
GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib
11:26
22 Sentyabr
“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
11:22
22 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib
11:19
22 Sentyabr
Yusuf Məmmədəliyev: Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyir
11:08
22 Sentyabr
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilir
10:46
22 Sentyabr
Bakıda Çex Respublikasının Dövlətçilik Günü qeyd edilib
10:45
22 Sentyabr
Mübariz Qurbanlı: Müasir Azərbaycan Respublikasının din və siyasətin qarşılıqlı münasibətlərində üstünlük verdiyi model onların yanaşı yaşamasını nəzərdə tutur
10:23
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub
10:18
22 Sentyabr
“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?”
18:03
21 Sentyabr
MM-in deputatı: Aqroparkların yaradılması qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir
18:01
21 Sentyabr
Musa Quliyev: Görülən sistemli işlər nəticəsində ölkəmizin qeyri-neft sektorunda ixrac potensialı əhəmiyyətli dərəcədə artırılacaq
17:57
21 Sentyabr
Fuad Muradov: “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir
17:55
21 Sentyabr
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin BMT sessiyasında çıxışı erməni yalanlarının ifşa edilməsi baxımından səciyyəvi oldu
17:45
21 Sentyabr
Bəhruz Quliyev: Prezident İlham Əliyev Sarkisyanı tutarlı cavabları və arqumentləri ilə susdurdu
17:30
21 Sentyabr
Elman Məmmədov: Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Ermənistana ciddi xəbərdarlıq idi
17:22
21 Sentyabr
Sədaqət Vəliyeva: Prezident İlham Əliyev BMT-də ölkəmizin və xalqımızın mənafeyini qorudu
17:10
21 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə konfrans keçirilib
16:46
21 Sentyabr
Cocuq Mərcanlıdan bəhs edən kitabın və filmin təqdimatı olub
16:41
21 Sentyabr
Müdafiə naziri: Ali Baş Komandanın BMT-də səsləndirdiyi fikirlər ordumuz üçün əmrdir
16:09
21 Sentyabr
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev BMT Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi
15:40
21 Sentyabr
Siyavuş Novruzov: Prezident BMT tribunasından Azərbaycan reallıqlarını dünyanın diqqətinə çatdırdı
15:37
21 Sentyabr
BMT-də zavallı təlxəyin şousu: Sarkisyan qarabağlı erməniləri yoxa çıxardı
15:27
21 Sentyabr
Qafqaz Müsəlmanları sədri İstanbulda beynəlxalq konfransda iştirak edəcək
15:16
21 Sentyabr
Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında münasibətlər yüksək səviyyədədir
14:38
21 Sentyabr
Sarkisyan pis vəziyyətə düşdü - O, unutmuşdu ki...
14:17
21 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edib
14:09
21 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13:34
21 Sentyabr
Van Veyquan: Azərbaycan-Çin əlaqələri beynəlxalq arenada hər iki ölkəni strateji tərəfdaşa çevirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA