Ana səhifə »  Siyasət »  Dünya Neft Konqresi: Azərbaycanın yeri və rolu
A+   Yenilə  A-
Dünya Neft Konqresi: Azərbaycanın yeri və rolu

İstanbul şəhərində Dünya Neft Şurasının növbəti Konqresi keçirilib. Bu, sayca 22-ci Konqresdir. Tədbirin əsas devizi “Enerji gələcəyimizə körpülər” olub. Konqresdə çıxış edən Dünya Neft Şurasının sədri Cozef Tot 1933-cü ildə yaradılan bu qurumun dünya neft sektorunun bütün sahələrini əhatə etdiyini vurğulayıb. Bu kimi tədbirlər isə hər 3 ildən bir keçirilir. İstanbul Konqresində 100-dən çox ölkənin təmsilçiləri iştirak ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun bu Konqresə ev sahibliyi etməsindən məmnun olduğunu ifadə edib. O, müasir dövrdə sülhün və rifahın təməli olan karbohidrogen resurslarının münaqişələrə səbəb olmasından təəssüfləndiyini də deyib. R.T.Ərdoğan “bölgəmizin sülhə və əməkdaşlığa ehtiyacı var” tezisini xüsusi vurğulayıb. Türkiyənin dövlət başçısı ölkəsinin dünyanın enerji xəritəsində mühüm rol oynadığını, yeni layihələrin də bu mövqeyi gücləndirəcəyini diqqətə çatdırıb. Həmin kontekstdə vurğulamaq lazımdır ki, ABŞ-Azərbaycan əməkdaşlığının da bu prosesə ciddi töhfəsi var. Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində bununla bağlı maraqlı fikirlər söyləyib. Bütün bunların fonunda ciddi əhəmiyyəti olan bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqində irəli sürdüyü fikirlərin təhlili böyük aktuallıq kəsb edir. Bu məqamlar üzərində geniş dayanmağa ehtiyac duyuruq.
22-ci Konqres: qlobal enerji təhlükəsizliyinin aktual problemləri
İyul ayının 10-da İstanbulda Dünya Neft Konqresi çərçivəsində prezidentlərin toplantısı keçirilib. Dünya Neft Konqresinin əsas təşkilatçısı Dünya Neft Şurasıdır. Təşkilat 1933-cü ildə yaradılıb. Burada enerji sahəsi üzrə vacib və aktual məsələlər müzakirə edilir. Orada qəbul edilən qərarların əhəmiyyəti böyükdür. Onları beynəlxalq platforma kimi qəbul edirlər. Onu vurğulayaq ki, Dünya Neft Şurası neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini birləşdirir.
Şura, ümumiyyətlə, enerji sahəsində elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi istiqamətlərində fəaliyyət göstərir. Təşkilat, həmçinin dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması məsələlərinə ciddi önəm verir.
Deməli, faktiki olaraq, Dünya Neft Şurasının tədbirləri müasir mərhələdə qlobal miqyasda enerji siyasətinin strategiyasını müəyyənləşdirməkdə mütəxəssislərə böyük dəstək verir. Bunun üçün isə mövcud vəziyyətin dərin təhlil edilməsi lazım gəlir. Təşkilata daxil olan ölkələrin enerji siyasəti, həyata keçirdikləri layihələrin məzmunu bu baxımdan daim diqqət mərkəzində olur. Təsadüfi deyil ki, İstanbul Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılıb.
Konqresə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilmişdi. Dövlət başçısını İstanbulda təntənəli surətdə qarşılayıblar. Azərbaycan rəhbərinin enerji siyasəti dünyanın siyasi liderlərinə yaxşı məlumdur. Bu səbəbdən Prezident İlham Əliyevə bu kimi tədbirlərdə böyük hörmətlə yanaşılır və fikirlərinə ciddi maraq göstərilir. Qardaş ölkədə budəfəki nitqində də ölkə başçısı çox aktual məsələlərdən dərin məntiqlə bəhs edib. Türkiyə mətbuatı Prezident İlham Əliyevin nitqinə böyük maraq göstərib.
Onu vurğulayaq ki, tədbirdə çıxış edənlər qlobal miqyasda Azərbaycanın enerji sahəsində oynadığı rola yüksək qiymət veriblər. Türkiyə rəhbərliyi bu məqamı həmişə önə çəkir. Azərbaycanla Türkiyənin ortaq həyata keçirdiyi enerji layihələrinin bütövlükdə dünya üçün böyük əhəmiyyəti olduğunu vurğulayırlar. İstanbul Konqresində Bolqarıstanın baş naziri Boyko Borisov da Azərbaycandan getdikcə daha çox həcmdə qaz almaq fikrində olduqlarını xüsusi deyib. O, Bakının aktiv iştirak etdiyi enerji layihələrinin Balkan regionuna böyük müsbət təsiri olacağından bəhs edib. Bundan istifadə edərək rəsmi Sofiyanın Bolqarıstanı Balkanlarda enerji üzrə əsas tranzit ölkəsinə çevirmək niyyətində olduğunu ifadə edib.
Bu o deməkdir ki, Bolqarıstan Azərbaycanın enerji strategiyasından bəhrələnmək arzusundadır. Sofiyanın Bakıya inamı tamdır və bu əsasda strateji plan hazırlayır. Şübhə yoxdur ki, Avropanın bir sıra ölkəsində belə bir düşüncə mövcuddur.
Prezident İlham Əliyevin tədbirdə söylədiyi nitq yuxarıda vurğulanan məqamların tam əsaslı olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı nitqinə Türkiyənin dünyadakı rolunu qiymətləndirmə ilə başlayıb. Ölkə başçısı deyib: “Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı bunun təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik” (bax: Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində prezidentlərin tədbirində iştirak edib / AZƏRTAC, 10 iyul 2017).
Əməkdaşlıq perspektivləri: Azərbaycan nümunəsi və geosiyasi şərtlər
Azərbaycan Prezidenti Türkiyənin bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsinin təsadüfi olmadığını iştirakçıların diqqətinə çatdırıb. Güclü, sürətlə inkişaf edən və hörmətlə qarşılanan Türkiyə enerji sahəsində də etibarlı tərəfdaşdır. Bu mənada Ankaranın mövqeyinin güclənməsi bütövlükdə regionun, o cümlədən Azərbaycanın da güclənməsinə yardım edir. Rəsmi Bakı bunu məmnuniyyətlə qarşılayır, çünki son nəticədə belə gedişat regional və qlobal enerji təhlükəsizliyinə ciddi töhfə verməkdədir.
Sonuncu məqamı Azərbaycan rəhbəri nitqində konkret fikirlə ifadə edib. Prezident İlham Əliyev vurğulayıb: “Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır” (bax: əvvəlki mənbəyə).
Bu fikirlərdən aydındır ki, Azərbaycanla Türkiyənin bütün sahələr üzrə əməkdaşlığı regional və qlobal miqyaslarda rifah və əmin-amanlığın təmin edilməsinə xidmət etməkdədir. Həmin mənada həyata keçirilən enerji layihələri də bütövlükdə regional əməkdaşlıq üçün ciddi perspektivlər açır. Gürcüstan bu imkandan maksimum dərəcədə istifadə edərək, böyük beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilib. Azərbaycanla Türkiyə bu istiqamətdə qonşu dövlətə lazım olan dəstəyi verirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrində Gürcüstanın payının olması buna sübutdur.
İndi də TAP və TANAP layihələrində Tbilisi yaxından iştirak edir. Deməli, Azərbaycan və Türkiyə konkret əməldə sübut edir ki, region ölkələri ilə ən yaxın əməkdaşlıq qura bilərlər. Bu sırada Ermənistanın olmaması isə obyektiv səbəblərlə əlaqəlidir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və təcavüzdən əl çəkmir. Ona görə də İrəvanın enerji sahəsində tərəfdaş olması hələlik mümkün deyildir. Eyni zamanda, əgər Ermənistan rəhbərliyi haqq yoluna qayıtsa, onunla bağlı vəziyyət kardinal surətdə dəyişə bilər. Bunu dünyanın hər yerində anlayırlar və Azərbaycanın tutduğu mövqeyə haqq qazandırırlar.
Azərbaycan Prezidenti tədbirdəki nitqində rəsmi Bakının mövqeyini lakonik surətdə ifadə etməklə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa daim açıq olduğunu diqqətə çatdırıb. Belə ki, təkcə “Şahdəniz” qaz yatağında ehtiyatın həcmi 1,2 trilyon kubmetrdir. Bütövlükdə isə Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Hazırda “Cənub qaz dəhlizi” layihəsi reallaşır. Bu sahədə işlər sürətlə və dinamik olaraq aparılır.
Dövlət başçısı xüsusi vurğulayıb: “Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub qaz dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir” (bax: əvvəlki mənbəyə).
Bu fikirlərdən görünür ki, Prezident İlham Əliyev Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinin bir sıra ölkələrə böyük qazanc gətirdiyini və heç kəsə qarşı ayrı-seçkilik siyasəti aparılmadığını önə çəkib. Deməli, əsas məsələ bu prosesdə iştirak etmək istəyən dövlətlərin xoşniyyətli olması ilə bağlıdır.
Dövlət başçısının söylədiyi bu fikirləri böyük dövlətlərin siyasi liderləri də təsdiq edirlər. İstanbul Konqresində ABŞ-ın dövlət katibi Reks Tillerson Prezident İlham Əliyev ilə görüşündə vurğulayıb ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu barədə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov media nümayəndələrinə müsahibəsində aşağıdakı fikirləri ifadə edib: “ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Azərbaycanın enerji sahəsində atdığı addımlara, həyata keçirdiyi layihələrə ABŞ dəstəyini verib. ABŞ “Cənub qaz dəhlizi” layihəsinə dəstəyini dövlət katibi vasitəsi ilə nümayiş etdirdi. Bu, çox vacibdir. Eyni zamanda, dövlət katibinin Prezident İlham Əliyevlə görüşmək istəməsi və bu görüşün baş tutması ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi böyük diqqətin göstəricisidir” (bax: Novruz Məmmədov İlham Əliyevlə Tillersonun görüşünün detallarını açıqlayıb / 1news.az, 12 iyul 2017).
Novruz Məmmədov fikirlərinə davam edərək ifadə edib: “Görüşdə qeyd olundu ki, Azərbaycan kiçik dövlət olsa da, həm regionda, həm də beynəlxalq aləmdə sabitliyə, təhlükəsizliyə öz töhfəsini verir. Görüş zamanı əməkdaşlığın daha da inkişafı, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən qeyd olundu ki, belə bir vəziyyətdə ABŞ bundan sonra Azərbaycanda qeyri-neft sektoruna daha çox diqqət yetirə bilər. Bizim qapılarımız həm dialoqa, həm də əməkdaşlığa açıqdır” (bax: əvvəlki mənbəyə).
Yuxarıda aparılan analizdən belə çıxır ki, Azərbaycan neft siyasətini kifayət qədər səmərəli və perspektivli əsasda aparmaqdadır. Dünya Neft Şurasının 22-ci Neft Konqresi də bu reallığı bir daha təsdiq etdi. Buna görə də Azərbaycanın davamlı inkişaf kursunu qətiyyətlə reallaşdırdığı qənaəti alınır. İstanbul Konqresi həmin həqiqəti dünyaya bir daha nümayiş etdirmiş oldu.
Newtimes.az

 
  • Oxunub:  4650  |  
  • Tarix:  14-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

18:01
23 Aprel
Bakı polisi qanunçuluğun keşiyindədir
17:46
23 Aprel
Maksim Oreşkin: Azərbaycan məhsullarının Rusiyaya idxalı yaxın bir neçə ildə bir neçə dəfə artacaq
17:40
23 Aprel
Yeni nazir kollektivə təqdim edilib
17:25
23 Aprel
Azərbaycan Milli Elmlər Akademiyasının iki idarəsinin veb-saytının təqdimatı olub
17:09
23 Aprel
Şahin Mustafayev: Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik
17:08
23 Aprel
Serj Sarkisyan istefa verib
17:07
23 Aprel
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Tehrana səfər edib
16:56
23 Aprel
Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək
16:37
23 Aprel
Birinci rübdə Azərbaycan ilə Rusiya arasında ümumi ticarət dövriyyəsi 32 faiz artıb
16:28
23 Aprel
Bakı Metrosunun yeni qatarı sərnişin tutumuna görə digər qatarlardan daha üstündür
16:07
23 Aprel
Koişiro Matsuura: Əminəm ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq
15:57
23 Aprel
Azərbaycan və Ukrayna diasporlarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15:44
23 Aprel
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 9 qanun layihəsinə baxılıb
15:41
23 Aprel
Yeni kənd təsərrüfatı naziri əsas fəaliyyət prinsiplərini açıqlayıb
15:34
23 Aprel
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir
15:21
23 Aprel
Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyi qeyd olunacaq
15:11
23 Aprel
Batumidə NATO-nun 97-ci Rouz-Rout seminarı işə başlayıb
15:09
23 Aprel
Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib
14:55
23 Aprel
Əli Həsənov: Dövlət Departamentinin Azərbaycandakı vəziyyətə münasibəti həmişəki kimi yenə də tendensioz xarakter daşıyıb
14:52
23 Aprel
Azərbaycan maşınqayırma və turizm sahələrində Rusiya ilə əməkdaşlığı inkişaf etdirəcək
14:26
23 Aprel
BP və Azərbaycan yeni saziş imzalayacaq
14:22
23 Aprel
Azərbaycan ilə İran arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
14:19
23 Aprel
Ukrayna nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:16
23 Aprel
Pyer Alen Rafan: Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə keçib
14:09
23 Aprel
AŞPA-nın yaz sessiyası öz işinə başlayıb
14:05
23 Aprel
Hadi Rəcəbli: Növbəti yeddi ildə zəfərlərimiz daha çox olacaq
14:04
23 Aprel
Ziyad Səmədzadə: Qarşıdakı illərdə iqtisadiyyatın inkişafı uğurla davam edəcək
12:47
23 Aprel
Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsi üzrə işçi qrup və alt qrupların iclasları keçirilib
12:40
23 Aprel
İndoneziyanın gənclər və idman naziri Azərbaycan Dillər Universitetində tələbələrin suallarını cavablandırıb
12:27
23 Aprel
Azərbaycan Dillər Universitetində autizm problemlərinə dair maarifləndirici tədbir təşkil olunub
12:22
23 Aprel
Bakıda gənc bədii gimnastların iştirakı ilə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib
12:19
23 Aprel
Formula 1 komandaları artıq Bakıdadır
12:05
23 Aprel
Rusiyanın iqtisadi inkişaf naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:56
23 Aprel
Müdafiə Nazirliyi: Düşmənin təxribatına qarşı müvafiq tədbirlər görüləcək
11:44
23 Aprel
Rusiyalı nazir: "Azərbaycanda hökm sürən sabitlik böyük önəm daşıyır"
11:37
23 Aprel
Bəxtiyar Aslanbəyli: İndiyədək “Şahdəniz" yatağından 89 milyard kubmetrdən çox qaz hasil olunub
11:31
23 Aprel
Masallıdakı Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə keçirilib
11:20
23 Aprel
Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib
11:18
23 Aprel
Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətini davam etdirir
11:08
23 Aprel
Xoşbəxt Yusifzadə: Azərbaycan indiyədək AÇG-dən 256 milyon ton mənfəət nefti əldə edib
10:52
23 Aprel
Pərviz Şahbazov: İndiyədək AÇG yataqlarından 454 milyon ton neft və 144 milyard kubmetr qaz çıxarılıb
10:49
23 Aprel
Bakıda “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu öz işinə başlayıb
10:30
23 Aprel
Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü qeyd olunur
09:57
23 Aprel
Ermənistan silahlı qüvvələri atəşkəsi 104 dəfə pozub
09:54
23 Aprel
Formula 1 yarışı ilə əlaqədar Bakının bir sıra yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb
09:37
23 Aprel
Daşkənddə keçirilən Türkiyənin uşaq bayramı günü mərasimində ölkəmiz də iştirak edib
09:30
23 Aprel
Azərbaycanlı məktəblilər İstanbulda beynəlxalq rəqs festivalında iştirak ediblər
09:24
23 Aprel
Stokholmda Azərbaycan musiqisi və mədəniyyəti nümayiş olunub
14:06
21 Aprel
Gəncədə YAP fəalları ağacəkmə aksiyasını uğurla davam etdirirlər
14:05
21 Aprel
Dilarə Cəbrayılova: Təhsilin keyfiyyətinin artırılması başlıca hədəflərindəndir
14:03
21 Aprel
“700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Pirallahı rayon təşkilatı ağacəkmə aksiyası keçirib
13:34
21 Aprel
Yeni baş nazirin fəaliyyəti bu faktorlara əsaslanacaq – Münasibət
12:42
21 Aprel
Novruz Məmmədov: Çalışacağam ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu Azərbaycan Prezidentinin rəhbərliyi ilə davam etdirək
12:28
21 Aprel
Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib
12:23
21 Aprel
Texniki sahələrdə təhsil alan və ya işləyən xanımlar “ADA” Universitetində bir araya gəliblər
12:20
21 Aprel
Milli Məclisin iclasında Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilir
12:14
21 Aprel
Sona Əliyeva: Ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır
10:15
21 Aprel
Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə
10:08
21 Aprel
Prezidentin mətbuat xidmətinin məlumatı
22:36
20 Aprel
Yerevanda 200-dən çox nümayişçi həbs olunub
18:18
20 Aprel
“Bu fərman cəmiyyətin tələbinə, istəyinə hesablanmış bir addımdır” – Akif Nağı
18:17
20 Aprel
“Bu çox böyük işdir, alqışlayırıq” – Etimad Əsədov
18:14
20 Aprel
“Şəhid ailələri ilə bağlı fərman unikaldır” – Məlahət İbrahimqızı
17:57
20 Aprel
Rauf Əliyev: Ölkəmi zdəki quruculuq işləri hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır
17:53
20 Aprel
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Slavyan Universitetində təlim keçiblər
17:50
20 Aprel
Ənənəvi İslam dəyərlərinin təbliği yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır
17:47
20 Aprel
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
17:44
20 Aprel
Deputat: Radikal müxalifət xalqın etimadını qazanmaq əvəzinə xarici himayədarlar axtarmağa çalışdı
17:41
20 Aprel
ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib
17:40
20 Aprel
Bəhruz Quliyev: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın son 15 ildə görülən işlərə verdiyi ən real qiymətdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+7 +10