Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rasim Musabəyov: Avropa Parlamentinin qətnaməsi Bakı ilə Brüsselin parlamentlərarası münasibətlərini gərginləşdirəcək

Rasim Musabəyov: Avropa Parlamentinin qətnaməsi Bakı ilə Brüsselin parlamentlərarası münasibətlərini gərginləşdirəcək

17.06.2017 [10:19]

Əfqan Muxtarlının işi üzrə Avropa Parlamentinin qətnaməsi Bakı ilə Brüsselin çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək.
Milli Məclisin deputatı Rasim Musabəyov bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. O deyib:
- Avropa Parlamentindən olan həmkarlarımız növbəti dəfə tələskənlik edib, məsələnin mahiyyətini araşdırmadan guya Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması barədə heç bir məna kəsb etməyən “The case of Afgan Mukhtarli and the situation of media in Azerbaijan” adlı qətnamə qəbul ediblər. Həbs edilməsi bu qətnamə üçün bəhanə olmuş Əfqan Muxtarlını nəinki Avropada, hətta Azərbaycanda da heç kəs bir jurnalist kimi tanımır. Mən onun bircə sətir də yazısını görməmişəm, çünki belə sətirlər yoxdur. Əfqan Muxtarlının fotomüxbir kimi də haçansa yalnız adı olub. Əfqan Muxtarlının Tbilisidə guya beynəlxalq hüquq normaları pozulmaqla oğurlanması barədə yalnız qalmaqallarda maraqları olan müxalifət dairələrində danışırlar, Gürcüstanın rəsmi hakimiyyət orqanları isə bu hadisəni heç bir şəkildə şərh etmirlər. Belə vəziyyətdə işə məhkəmədə obyektiv baxılmasına az köməyi dəyə biləcək, amma əvəzində Bakı ilə Brüsselin bu cür çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək və ağırlaşdıracaq qətnamə qəbul etməyə dəyərdimi?
Avropa parlamentariləri Avropa İttifaqı ilə Azərbaycan arasında sazişə dair danışıqlar aparılmasını xatırladırlar. Bu xatırlatmanı onların özlərinə qaytarmaq olar, çünki Avropa İttifaqının “Şərq tərəfdaşlığı” üzrə Brüsseldən daim maliyyə yardımı və başqa şəkildə kömək istəyən digər tərəfdaşlarından fərqli olaraq Azərbaycan Aİ ilə münasibətləri qarşılıqlı faydalı xarakter daşıyan tərəfdaşdır.

Paylaş:
Baxılıb: 338 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31