Ana səhifə »  Siyasət »  Siyavuş Novruzov: Bəzi “iqtisadçı deputat”ları danışdıran səbəb onların öz şəxsi biznes maraqlarının doğurduğu hikkədir
A+   Yenilə  A-
Siyavuş Novruzov: Bəzi “iqtisadçı deputat”ları danışdıran səbəb onların öz şəxsi biznes maraqlarının doğurduğu hikkədir

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun “Trend”ə müsahibəsi:
- Siyavuş müəllim, məlum olduğu kimi, sabitlik adası olan, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycanın inkişafı müəyyən dairələrdə narahatlıq yaradır. Hətta ölkə daxilindəki bəzi şəxslər və qüvvələr həyata keçirilən uğurlu siyasətin və əldə edilən nailiyyətlərin üzərinə kölgə salmaq üçün müxtəlif manipulyasiyalar edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan son illərdə siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə çoxsaylı uğurlar əldə edib, qazanılan nailiyyətlər ölkəmizin inkişafına yeni impuls verib. Bu gün Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyin, təhlükəsizliyin və tərəqqinin qarantı kimi çıxış edir. Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda əminliklə söyləmək olur ki, qazanılmış bütün uğurların təməlində məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun qanunauyğun nəticəsi kimi, Azərbaycan özünəməxsus milli inkişaf modeli ortaya qoyub. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Bunlarla yanaşı, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Buna paralel olaraq həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Təsadüfi deyil ki, hazırda ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Məhz hazırda uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyanın diqqət mərkəzindədir. Şübhəsiz ki, bütün bu reallıqlar və nailiyyətlər müəyyən qüvvələrdə narahatlıq və qısqanclıq yaradır. Onlar Azərbaycanın uğurlarının üzərinə kölgə salmaq, həyata keçirilən siyasətə qara yaxmaq üçün canfəşanlıq edirlər.
- Yeri gəlmişkən, belələrinin sırasında Milli Məclisin deputatları da var.
- Ümumiyyətlə, bəzi şəxslərin siyasi səbatsızlığı onların peşə fəaliyyətinə də sirayət etməkdədir. Bu tip adamlar “hər dövrün adamı” olmaq xüsusiyyətinə malikdirlər. Özlərini iqtisadçı adlandıran bu cür şəxslər son zamanlar ölkəmizdə həyata keçirilən pul-maliyyə siyasətini, iqtisadi kursu hədəf alan bəyanatlarla çıxış etməklə ictimai çaşqınlıq yaratmağa çalışırlar. Bu şəxslərin vaxtaşırı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar səsləndirməsi, hakimiyyət komandasını hədəfə alan fikir və bəyanatlarla çıxış etməsi təsadüfi xarakter daşımır. Onlar məqsədyönlü şəkildə Azərbaycanda həyata keçirilən iqtisadi siyasəti hədəfə almaqla, əslində, ölkəmizə qarşı “qara piar” aparan anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərmiş olurlar.
Onu da qeyd edim ki, əsas etibarilə, nüfuzlu və mötəbər beynəlxalq tədbirlər zamanı anti-Azərbaycan dairələr fəallaşaraq ölkəmizə qarşı təbliğat aparırlar. Məhz belə bir dönəmdə ölkəmizdəki “beşinci kolon” nümayəndələrinin fəallaşması da müşahidə olunur. Bu şəraitdə “hər dövrün adamı” olmaq xüsusiyyətinə malik olan, özlərini iqtisadçı adlandıran şəxslərin Azərbaycan iqtisadiyyatını hədəfə alması, hətta anti-Azərbaycan qüvvələrin səsləndirdiyi bəyanatlara uyğun fikirlərlə çıxış etməsi onların qərəzli yanaşmasını, dövlətimizə münasibətini əks etdirir. Bütün hallarda bu, yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır.
- Bu şəxslər həm də Azərbaycanda iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməklə ictimai rəylə manipulyasiya etməyə çalışırlar. Bu barədə nə deyə bilərsiniz?
- Özlərini cəmiyyətə “iqtisadçı” kimi sırımağa çalışan belələrinin ölkəmizdə həyata keçirilən iqtisadi siyasəti, eləcə də iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməsi tamamilə əsassız və qəbuledilməzdir. Çünki qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində bütün sahələrdə ardıcıl, davamlı uğurlar əldə edilib, dayanıqlı inkişaf təmin olunub. Azərbaycanın iqtisadi siyasətinin uğurları beynəlxalq müstəvidə ayrı-ayrı maliyyə institutları və qurumları tərəfindən yüksək qiymətləndirilir. Belə olan halda, onların bu cür mövqeyi qərəzli, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil.
Digər tərəfdən, Ayaz Mütəllibovun və AXC-”Müsavat” cütlüyünün hakimiyyəti dövründə yüksək dövlət vəzifəsində çalışan belələrinin insanları ərzaq əvəzinə toyuq yemi ilə “təmin etməsi” hər kəs tərəfindən yaxşı xatırlanır. Həmin dövrdə iqtisadi siyasətə rəhbərlik edən komandanın başında olan şəxslərin ölkə büdcəsini talan etməsi, Azərbaycan iqtisadiyyatının çökməsinə səbəb olan işlərin altına imza atması da reallıqdır. Müxtəlif dövrlərdə ayrı-ayrı siyasi komandaların tərkibində yer alan və əsas etibarilə, yüksək dövlət vəzifəsi tutan, ölkə iqtisadiyyatına çoxsaylı zərərlər vuran, insanları aclıq və səfalətlə sınağa çəkən bu şəxslərin indi bu cür “iqtisadi” nağıllarla çıxış etməsi gülüncdür. O dövrdə Azərbaycanın qarşılaşdığı maliyyə-iqtisadi problemlərin nəticələri, ölkəmizin acınacaqlı durumu hər kəsin yadındadır. Hazırda isə Azərbaycan hakimiyyətinin fəaliyyəti nəticəsində ölkəmizin inkişafı - əldə edilən nailiyyətlər göz önündədir. Belə olan halda, həmin dövrdə Azərbaycan iqtisadiyyatının acınacaqlı durumunun müəlliflərindən olanların indiki müsbət reallıqları tənqid obyektinə çevirməsi, sadəcə, gülüş doğurur.
- Siyavuş müəllim, həmin şəxslərin zaman-zaman bu cür manipulyativ fikirlərlə çıxış etməsi Azərbaycan ictimaiyyəti tərəfindən də haqlı narazılıqla qarşılanır. Cəmiyyətin bu mövqeyini necə dəyərləndirirsiniz?
- Şübhəsiz ki, Azərbaycan ictimaiyyətinin bu cür əsassız, qeyri-obyektiv və qərəzli fikirlərə qarşı haqlı narazılıqla çıxış etməsi təbiidir. Çünki, əvvəla, Azərbaycan xalqı bir neçə siyasi komandanın tərkibində fəaliyyət göstərən belə şəxslərin fəaliyyəti barədə kifayət qədər məlumatlıdır, onların yüksək dövlət vəzifəsində çalışdıqları zaman xalqımızın və dövlətimizin başına gələn iqtisadi təlatümlərin nəticələrini yaxşı bilir. Həmin dövrdə insanlar əməkhaqlarını, təqaüdlərini aylarla ala bilmir, hətta bunun əvəzinə keyfiyyətsiz və vaxtı keçmiş ərzaq məhsulları ilə “təmin olunurdular”. Həmçinin sovet dövrünün mənfi ənənələrindən biri olan “talon sistemi” bərpa olunmuşdu. İkincisi isə, Azərbaycan cəmiyyəti hazırda dövlətimizin inkişafına xidmət edən siyasəti dəstəkləyir, görülən işlərin nəticələrini olduqca yüksək qiymətləndirir. Xalqımıza yaxşı məlumdur ki, bu tip insanları danışdıran səbəb onların öz şəxsi biznes maraqları və gerçəkləşməmiş hansısa ambisiyalarının doğurduğu hikkədir. Belə olan halda, cəmiyyət, təbii ki, öz şəxsi biznes maraqlarını ölkəmizin mənafeyindən üstün tutan belələrinin Azərbaycanı, onun inkişafını hədəfə alan fikirlərini qeyri-ciddi və əsassız, absurd yanaşmalardan ibarət olan qərəzli münasibət kimi dəyərləndirir. Bir sözlə, Azərbaycan cəmiyyəti belələrinin Azərbaycan xalqı və dövlətinə qarşı çıxış edən “beşinci kolon” və anti-Azərbaycan dairələrlə paralel və koordinasiyalı fəaliyyət göstərdiyini bilərək bu qüvvələrə öz etirazını bildirir.

 
  • Oxunub:  3660  |  
  • Tarix:  19-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənab Prezident İlham Əliyevin BMT-dəki çıxışı informasiya müharibəsində təcavüzkar Ermənistana ağır zərbədir

15:48
25 Sentyabr
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimləri başlayıb
15:42
25 Sentyabr
Matteo Renzi: TAP qaz boru kəməri İtaliya üçün zəruri infrastrukturdur
15:37
25 Sentyabr
“Azərbaycan dili” kurslarının dinləyicilərinə sertifikatlar verilib
14:56
25 Sentyabr
ATƏT PA-nın xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik
14:35
25 Sentyabr
Baş nazirin müavini: Türkiyə-Azərbaycan münasibətləri İslam dünyası üçün nümunədir
14:03
25 Sentyabr
Bu gün qadınlar arasında voleybol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulacaq
13:24
25 Sentyabr
Rövşən Rzayev: Beynəlxalq təşkilatlar hazırki vəziyyətdən nəticə çıxarmalıdırlar
12:34
25 Sentyabr
Səyyar “ASAN xidmət” Şirvan və Xırdalanda
11:50
25 Sentyabr
Prezident İlham Əliyev: Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq
11:44
25 Sentyabr
Azərbaycan və Gürcüstan sərhədlərinin mühafizəsinin əlaqələndirilməsinə dair layihənin icrası başa çatıb
11:20
25 Sentyabr
İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
11:14
25 Sentyabr
Ziyad Səmədzadə: Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar mühüm işlər parılır
10:53
25 Sentyabr
Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında növbəti qələbə qazanıblar
10:49
25 Sentyabr
Prezident İlham Əliyev Salyanın Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub
10:46
25 Sentyabr
Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitablar nəşr edilib
10:39
25 Sentyabr
Prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib
10:28
25 Sentyabr
Salyanda Bayraq Muzeyi açılıb
10:26
25 Sentyabr
Azərbaycan Tbilisidə keçiriləcək üçüncü İpək Yolu Beynəlxalq Forumuna dəvət olunub
10:23
25 Sentyabr
Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib
10:17
25 Sentyabr
Prezident İlham Əliyev Salyanda “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib
10:15
25 Sentyabr
Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib
10:11
25 Sentyabr
Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 148 dəfə pozub
10:00
25 Sentyabr
Prezident İlham Əliyev Neftçala rayonunda pambıq sahəsi ilə tanış olub
09:57
25 Sentyabr
Prezident İlham Əliyev Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib
09:50
25 Sentyabr
Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq
09:48
25 Sentyabr
Elmar Məmmədyarov BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb
09:40
25 Sentyabr
Prezident İlham Əliyev “Neftçala” yarımstansiyasının açılışında iştirak edib
09:34
25 Sentyabr
Bakıda “Klassik Yoqa Məktəbi”nin açılışı olub
09:26
25 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib
09:18
25 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərə gəlib
16:21
23 Sentyabr
Tokioda keçirilən “JATA-2017” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur
16:10
23 Sentyabr
Bakıda beynəlxalq ayaqqabı və dəri malları sərgisi açılıb
16:04
23 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda belçikalı və malayziyalı həmkarları ilə görüşüb
15:52
23 Sentyabr
Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb
13:10
23 Sentyabr
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir
12:51
23 Sentyabr
Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommunike imzalanıb
12:38
23 Sentyabr
Elman Nəsirov: BMT-də islahatların aparılması nəticə etibarı ilə bu təşkilatın imicinin bərpasına gətirib çıxara bilər
12:27
23 Sentyabr
Bakıda Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş veloyürüş keçirilib
12:20
23 Sentyabr
İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin Turizm üzrə İşçi Qrupunun 10-cu görüşü keçirilib
12:17
23 Sentyabr
Rauf Əliyev: Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı açılış mərasimindəki çıxışı tarixi bir çıxışdır
12:11
23 Sentyabr
İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçiriləcək
11:00
23 Sentyabr
Azərbaycanlı deputat Avropada təhsilin gələcək inkişafına yardımçı olacaq qətnamə layihəsi təqdim edib
10:56
23 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviqinə böyük önəm verir
10:53
23 Sentyabr
Azərbaycan Ümumdünya Demokratiya Forumunda təmsil olunacaq
10:48
23 Sentyabr
Ermənistan silahlı qüvvələri qumbaraatanlardan da istifadə etməklə atəşkəsi 112 dəfə pozub
17:46
22 Sentyabr
Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
17:42
22 Sentyabr
Mübariz Qurbanlı: Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir
17:33
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
17:26
22 Sentyabr
“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşulub
17:04
22 Sentyabr
Sahibə Qafarova: Terrorçu Sarkisyanın yeri BMT tribunası deyil, beynəlxalq tribunaldır
16:32
22 Sentyabr
Əhliman Əmiraslanov: Ailə dövlətin əsas özəyi kimi dövlət tərəfindən qorunur
16:19
22 Sentyabr
Azad Rəhimov: İdmançılarımızın Rio-2016-da 18 medal qazanmasında Avropa Oyunlarının böyük dəstəyi oldu
16:07
22 Sentyabr
Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
15:52
22 Sentyabr
Qadın voleybolçular arasında Avropa çempionatının ilk oyununda Ukrayna və Rusiya milliləri qarşılaşır
15:35
22 Sentyabr
Auditorlar Palatası ilə Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb
15:12
22 Sentyabr
Qulam İshaqzai: Azərbaycan Prezidentinin dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir
14:29
22 Sentyabr
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14:22
22 Sentyabr
Göygöl Olimpiya İdman Kompleksi voleybol üzrə Avropa çempionatının oyunlarına hazırdır
14:16
22 Sentyabr
Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
14:11
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
14:02
22 Sentyabr
Belqradda Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib
12:25
22 Sentyabr
Parisdə növbəti erməni təxribatının qarşısı alınıb
12:22
22 Sentyabr
Səhra komanda məntəqəsi parkının açılışı olub
12:17
22 Sentyabr
Robert Sekuta: Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən yüksək qiymətləndirilir
12:12
22 Sentyabr
"Şəhadət" sənədli filminin təqdimatı olub
12:05
22 Sentyabr
Nazir müavini: "Aİ ilə enerji sahəsində əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
12:00
22 Sentyabr
Gürcüstanın baş naziri BMT-də çıxışı zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətindən danışıb
11:52
22 Sentyabr
Bahar Muradova: Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm veririk
11:47
22 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
11:46
22 Sentyabr
Qulam İsakzai: Dayanlıqlı inkişaf üçün Azərbaycan Prezidentinin səylərini alqışlayıram

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA