Ana səhifə »  Siyasət »  Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi haqqında qərar ədalətsiz və qərəzlidir
A+   Yenilə  A-
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi haqqında qərar ədalətsiz və qərəzlidir

Millət vəkilləri hesab edirlər ki, bu qərar hər iki dövlətin maraqlarına ziddir
Məlum olduğu kimi, Rusiya Ali Məhkəməsi tərəfindən mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərar qəbul olunub. Belə bir qərəzli və qeyri-obyektiv xarakterli qərarın qəbul olunması Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılanıb. Ölkə ictimaiyyətinin konkret mövqeyi budur ki, belə bir qərarın qəbul edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna - mahiyyətinə ziddir. O da ifadə olunur ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. Digər tərəfdən, qəbul edilmiş qərar tamamilə subyektiv xarakter daşıyır və görünür ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Ölkə ictimaiyyəti həm də bu rəyi ifadə edir ki, belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, deməli, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür.
Bütövlükdə, Azərbaycan cəmiyyəti Rusiya tərəfini bu məsələyə yenidən baxmağa çağırır. Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır”.
Rusiya ilə Azərbaycanın müttəfiq ölkə olduğunu xatırladan deputat hesab edir ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir. Azərbaycan və Rusiya hazırda da münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır.
Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, ÜAK-ın qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər. Deputat bildirib ki, məqsədin nədən asılı olmasına baxmayaraq, bu, ilk növbədə Rusiya hakimiyyətinə qarşı edilən “ayı” xidmətidir: “Təbii ki, bu, iki ölkə arasındakı əlaqələrə təsirsiz ötüşə bilməz və ötüşməyib də. Bu, elə bir mərhələdə olub ki, Azərbaycan-Rusiya əlaqələri bizim ölkəmiz müstəqillik əldə edəndən heç belə hamar müstəvidə olmayıb. Keşməkeşli yollar keçmişik, bu bölgədə zamanında qatı antirusiya əhval-ruhiyyəsi olub və bu isə əsassız deyildi. Amma Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Ulu öndər Heydər Əliyevin təklif etdiyi əməkdaşlıq - mehriban qonşuluq modeli dəstəkləndikdə bu əlaqələr normallaşmağa başladı və strateji tərəfdaşlığa qədər gəlib çatdı. Artıq Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru irəliləyən bir əlaqə idi. Dövlət başçıları da öz görüşlərində dəfələrlə vurğulayıblar ki, Azərbaycan-Rusiya əlaqələri digər dövlətlər üçün, o cümlədən MDB dövlətləri arasında örnək sayıla biləcək səviyyədədir. Belə reallıqda bu cür addımın atılması təkcə Azərbaycanın maraqlarına, Rusiyadakı soydaşlarımızın maraqlarına vurulan zərbə deyil. Bu, eyni zamanda, Rusiyanın dövlət maraqlarına da vurulan zərbədir”.
N.BAYRAMLI

 
  • Oxunub:  1410  |  
  • Tarix:  19-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında böyük tarixi qələbəyə imza atdı

12:24
26 May
Azərbaycan ilə Rumıniya arasında təhsil sahəsində əməkdaşlıq daha da genişlənəcək
12:18
26 May
Azərbaycan İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyasını dəstəkləyir
12:15
26 May
Ər-Riyadda 28 May - Respublika Günü münasibətilə qəbul təşkil olunub
12:08
26 May
Yan Hamaçek: Azərbaycan Cənubi Qafqazda Çexiya üçün çox mühüm tərəfdaşdır
12:06
26 May
ABŞ-ın bir sıra şəhərlərində 28 may “Azərbaycan Milli Günü” elan edilib
11:26
26 May
Neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılması qərarına Azərbaycan da razılıq verib
11:05
26 May
Vu Honq Nam: Azərbaycanın Vyetnamın quruculuq və inkişafına verdiyi dəstəyi minnətdarlıqla xatırlayırıq
10:59
26 May
Romada 28 May-Respublika Günü qeyd edilib
10:42
26 May
Klaudio Kajado: Braziliya-Azərbaycan əlaqələri sürətlə inkişaf edir
10:34
26 May
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri-iş günüdür
10:31
26 May
Əhəd Qəzayi: Prezident İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir
10:19
26 May
Elmar Məmmədyarov: Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişafa töhfə verən güclü tərəfdaşdır
10:18
26 May
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
10:10
26 May
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Respublika Günü ilə bağlı bəyanat yayıb
10:05
26 May
Müdafiə Nazirliyi: Atəşkəs rejimi 130 dəfə pozulub
10:01
26 May
Astanada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
17:54
25 May
Mərakeş səfiri: IV İslam Həmrəyliyi Oyunlarında idmançılar üçün hər cür şərait yaradılmışdı
17:51
25 May
28 May-Respublika Günü Ankarada da qeyd olunub
17:47
25 May
Sahib Məmmədov: Sahibkarlığın inkişafı ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir
17:46
25 May
Misirli yazıçı: Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri gücləndirəcək
17:44
25 May
NATO PA-nın yaz sessiyasında müdafiə və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq
17:24
25 May
Hindistan Prezidenti: Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir
17:09
25 May
Anna Finoççiaro: TAP qaz boru kəməri İtaliya üçün strateji əhəmiyyət kəsb edir
17:05
25 May
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub
16:59
25 May
Kiyevdə keçirilən tədbirin iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətləri barədə məlumatlandırılıblar
16:55
25 May
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü qeyd olunub
16:52
25 May
Tehranda Azərbaycanın turizm potensialından danışılıb
16:11
25 May
İslam Əməkdaşlıq Təşkilatının və COMCEC-in 5-ci illik koordinasiya iclası başlayıb
16:02
25 May
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib
15:28
25 May
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər Bakıda toplaşıblar
15:20
25 May
28 May - Respublika Günü Los-Ancelesdə təntənəli şəkildə qeyd olunub
15:15
25 May
Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə işçi müşavirəsi keçirilib
15:12
25 May
Kamilə Əliyeva: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sülh və sabilik məkanı olduğunu nümayiş etdirir
15:04
25 May
Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hüquqi rəy BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb
15:02
25 May
Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işləri intensiv davam edir
14:57
25 May
Kaxa Kaladze: “Azərbaycan enerji təhlükəsizliyimizdə mühüm rol oynayır”
14:27
25 May
Tbilisidə “Regional Enerji Sammiti” keçirilib
14:21
25 May
Parlamentdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub
14:18
25 May
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:56
25 May
Antonio Quterreş: Azərbaycan BMT-nın təşəbbüslərində və proqramlarında yaxından iştirak edir
12:42
25 May
Azər Bayramov: Azərbaycanda iqtisadiyyatın inkişaf tempi ilə bağlı müsbət dəyişikliklər gözlənilir
12:25
25 May
Ziyad Səmədzadə: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı
12:20
25 May
Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
12:11
25 May
İspaniyanın Rey Juan Calos Universitetində Azərbaycanın multikulturalizm modelinə dair seminar keçirilib
12:07
25 May
Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib
11:55
25 May
Əbülfəs Qarayev: Növbəti Bakı Şopinq Festivalına 500-dək ticarət obyektinin qoşulacağı nəzərdə tutulur
11:52
25 May
Bakıda “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda “dəyirmi masa” təşkil edilib
11:48
25 May
Hikmət Babaoğlu: Bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur
11:43
25 May
Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş katibi ilə görüşüb
11:35
25 May
Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixinin çox mühüm bir səhifəsidir
11:26
25 May
İslam Həmrəyliyi Oyunlarında vəzifələrinin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıb
11:21
25 May
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan daha mühüm nailiyyətlər qazanacaqdır
11:10
25 May
XİN: Xocalı aeroportundan turizm səyahətləri adı altında uçuşlar həyata keçirmək planları Ermənistanın növbəti təxribatıdır
11:08
25 May
Mayın 30-dan güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq
11:05
25 May
ABŞ-da keçirilən konfransda Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb
11:03
25 May
“Huffington Post” qəzeti: Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir
11:00
25 May
Roma Papası: Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm
10:48
25 May
Elman Məmmədov: İslamiada Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi
10:06
25 May
Pakistan Prezidenti: Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir
09:58
25 May
Kişineuda Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin 25 illiyi qeyd edilib
09:57
25 May
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib
17:56
24 May
Millət vəkili: Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı
17:46
24 May
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti ÜAK-ın ləğvi qərarı ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib
17:34
24 May
Sevinc Fətəliyeva: Həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur
17:33
24 May
Avstraliya İttifaqının General-qubernatoru: Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməkdə davam edir
17:31
24 May
Tbilisidə Formula-1 Azərbaycan Qran-Prisinin təqdimatı olub
16:51
24 May
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının IX konfransı keçirilib
16:48
24 May
“Bakı-2017”: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları
16:42
24 May
Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
16:34
24 May
Abşeron rayon YAP təşkilatı sıralarında 122 ərazi ilk partiya təşkilatını birləşdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +25
gecə+14 +16