Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıyır

Siyavuş Novruzov: ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıyır

17.05.2017 [10:25]

“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Bu addım Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır”.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin plenar iclasında YAP İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov qeyd edib ki, Rusiyada bəzi qüvvələr öz maraqlarını üstün tutaraq iki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Bunun qarşısı alınmalıdır. Bu addım ümumi münasibətlərin pisləşməsinə xidmət edir. Azərbaycan həmişə Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir və bunun da qarşılığını görmək istəyir. Azərbaycan parlamenti, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bununla bağlı Rusiya tərəfinə ciddi müraciət etməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri də bu məsələyə münasibət bildirməlidirlər.

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31