Ana səhifə »  Siyasət »  Ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporunun inkişafında rolu
A+   Yenilə  A-
Ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporunun inkişafında rolu

Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının xarici siyasətinin əsas vəzifəsini belə müəyyən etmişdir: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yürüdülməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Bunun üçün dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmalı və inkişaf etdirməliyik, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməliyik”.
Ulu öndər tərəfindən müəyyən edilmiş bu vəzifələrin və xarici siyasətimizin həyata keçirilməsində və milli maraqlarımızın dünya miqyasında təmin olunmasında xaricdə yaşayan azərbaycanlıların və diasporumuzun üzərinə də mühüm vəzifələr düşür. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dövlətçilik fəaliyyətində diaspor işinə böyük diqqət yetirmiş, harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq daim Azərbaycan dövlətinin nüfuzunu yüksəltmiş, Azərbaycan xalqının şərəf və ləyaqətini qorumuş, azərbaycanlıları uca tutmağa, onların mənəvi və fiziki qabiliyyətlərini aşkara çıxarmağa, onlara inam və etimad göstərməyə çalışmış, başqalarını da buna təşviq etmişdir. O, hakimiyyətdə olduğu dövrlərdə çox cəsarətlə və qorxmadan “Azərbaycan dövləti”, “Azərbaycan xalqı”, “Azərbaycan milləti”, “Azərbaycan dili”, “Türk dünyasının birliyi”, “Bir millət-iki dövlət”, “İslam həmrəyliyi” və s. kimi fikir, ideya, söz və ifadələrini uca kürsülərdən söyləmişdir. Ulu öndər Dünya Azərbaycanlılarının I Qurultayında demişdir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
2001-ci il noyabrın 9-10-da müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların bir çoxu uzun illərdən bəri Sovet İttifaqının tərkibində olan Azərbaycanı görməmiş və onların bəziləri Vətən, xalq, millət anlayışlarına yadırğamaqda idi. Soydaşlarımızın bir qismi yaşadıqları ölkədə kosmopolit insanın, yerli mədəniyyətin, dinin və dilin daşıyıcısına çevrilirdi və onlardan bəziləri öz ana dilində danışmağı belə unutmaqda idilər. Belə bir zamanda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. Ulu öndər azərbaycanlıların milli şüuruna yenidən işıq saçmaqla onların milli kimliyini, milli mənsubiyyətini, milli tarixi kökünü bir daha müzakirə mövzusu edərək və bu məsələlərdə diaspor işinə xüsusi önəm verərək, dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıları doğma Vətənə - Azərbaycana topladı. Ulu öndər Heydər Əliyevin qurultaydakı çıxışında söylədiyi fikirlər soydaşlarımızın milli şüurunu və tarixi yaddaşını yenidən silkələdi, onların milli hisslərini coşdurdu və işıqlandırdı. Dünya azərbaycanlılarının birinci qurultayının belə geniş tərkibdə və miqyasda Bakıda keçirilməsi, orada möhtəşəm qərarların qəbul edilməsi yalnız və yalnız Ümummilli lider Heydər Əliyev kimi bir tarixi şəxsiyyətin sayəsində mümkün ola və belə təntənəli və tarixi əhəmiyyət daşıya bilərdi.
Ümummilli lider Heydər Əliyev Öz nitqində dünya azərbaycanlılarının yeganə dövləti olan Azərbaycan Respublikasını özlərinə doğma vətən kimi qəbul edərək Bakıya gəldiklərinə görə bütün nümayəndələrə təşəkkür etdi. O, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı müstəqil Azərbaycan Respublikasını göz bəbəyi kimi qorumağa, buranı dünya azərbaycanlılarının doğma Vətəni, özlərini isə bu Vətənin ayrılmaz bir hissəsi hesab etməyə, onun üçrəngli bayrağına, paytaxt Bakıya, Azərbaycanın gerbinə, Azərbaycan dilinə, latın qrafikalı Azərbaycan əlifbasına və s. kimi milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmağa çağırdı.
Ulu öndər Heydər Əliyev bu və digər məsələlərin mahiyyəti ilə bağlı o qədər məzmunlu, elmi-fəlsəfi və siyasi cəhətdən dolğun və əsaslandırılmış tarixi tezislərlə çıxış etdi ki, qurultay iştirakçıları Onun çıxışını dəfələrlə ayaq üstündə alqışlarla qarşıladılar. O, 1991-ci ildə Sovetlər İttifaqının dağılmasını, 15 müttəfiq respublikanın öz müstəqilliyini yenidən bəyan etməsini və 1920-ci ildən sonra itirilmiş müstəqilliyin bərpasını dünyada gedən obyektiv tarixi proseslərin məntiqi nəticəsi kimi xarakterizə etdi və bu proseslərin nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinin yaranması üçün əlverişli şəraitin yarandığını bildirdi. Ulu öndər Heydər Əliyev Öz nitqində bu məsələlərə toxunaraq dedi: “... Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”.
Həmin qurultayda etdiyi çıxışında Ümummilli lider dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımıza xitabən belə bir fikri xüsusi vurğuladı: “... Azərbaycanlıların dünyaya səpələnməsi təbii bir prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. İndi Azərbaycan müstəqil dövlət olandan sonra bəzi müxalifət dairələri bizi tənqid edirlər ki, Azərbaycan əhalisinin xeyli hissəsi kənarda yaşayır. Ancaq mən heç də bunu mənfi bir hadisə kimi qəbul edə bilmərəm. Çünki hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Dünyada miqrasiya prosesləri bütün ölkələrə və xalqlara aiddir. Əgər azərbaycanlılar bu proses nəticəsində dünyanın bir çox ölkələrində məskunlaşıblarsa, orada özləri üçün həyat qurublarsa, özlərinin həyat şəraitini təmin ediblərsə - bunlar hamısı dünyada azərbaycanlıların nə qədər geniş şəkildə yayıldığını göstərir”.
Ümummilli lider qurultay nümayəndələrinə müraciət edərək dedi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı olaraq istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza məxsus olan adət-ənənələrdir”.
Dünya azərbaycanlılarının Bakıda I Qurultayının keçirilməsinin əsas əhəmiyyətindən biri də bundan ibarət olmuşdur ki, qurultayda iştirak edən insanlar, dünyanın bir çox üzaq ölkələrindən gəlmiş soydaşlarımız Azərbaycanda qurultay ərəfəsində bir-biri ilə daha da ünsiyyətdə olmuş, bir-birini anlamağa çalışmış, müxtəlif ölkələrdə fəaliyyət göstərən icmaların vahid diaspor halında birləşməsində böyük rol oynamışlar.
I Qurultayda Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olduğunu bəyan etdi. Ümummilli lider dedi: “Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan Heydər Əliyev münaqişənin həlli ilə bağlı görülən işlərdən danışdı və əmin olduğunu bildirdi ki, bu münaqişə də aradan götürüləcək, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqın və köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. “Təbiidir ki, bu məsələdə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var”, - deyə O bildirdi. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın.
Ulu öndər çıxışını belə arzularla başa vurdu: “Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin! Azərbaycan xalqına eşq olsun! Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!”
Ümummilli lider Heydər Əliyev Azərbaycan diasporunu gücləndirmək məqsədi ilə türk və islam dünyasının birlik və həmrəyliyinin də vacib olduğunu bəyan etmiş və bu istiqamətdə də zəruri addımlar atmışdır.
Azərbaycan dövlətçiliyi üçün misilsiz əhəmiyyət daşıyan məsələlərdən biri olan dünya azərbaycanlılarının həmrəyliyi, diaspor quruculuğu, türk və müsəlman dünyasının birlik və həmrəyliyi istiqamətində Ümummilli lider Heydər Əliyevin arzuları və siyasi xətti həmin siyasi kursun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev tərəfindən müəyyən edilmiş güclü dövlətçilik və müstəqillik kursunun davam etdirilməsi, ölkədə bərqərar olmuş möhkəm ictimai-siyasi sabitliyin qorunub saxlanılması, ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunması ilə bərabər, uğurlu xarici siyasət, diaspor işi və dünya azərbaycanlılarının həmrəyliyinə də Azərbaycan hakimiyyəti tərəfindən xüsusi diqqət ayrılır.
2016-cı il iyunun 3-4-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilmişdir. Həmin qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının birliyi ilə bərabər türk və müsəlman dünyasının da birliyi və həmrəyliyinin vacib olmasını vurğulamışdır. 2006-cı ilin sentyabrında Türkiyənin Antaliya şəhərində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Türkdilli Dövlətlərin və Toplumların X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında Azərbaycan Prezidenti İlham Əliyev belə bir tezis irəli sürdü: “Bir millətin iki diasporu ola bilməz. Madam ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, deməli, biz dünyada da bir vahid diaspor kimi fəaliyyət göstərməliyik”.
Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə 2007-ci ilin dekabrında Bakıda keçirilən Türkdilli Dövlətlərin və Toplumların XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı türk dünyasının bir araya gəlməsində mühüm rol oynadı.
Azərbaycan Respublikasının türk dünyasının birliyi və həmrəyliyi istiqamətində həyata keçirdiyi tədbirlər, ölkəmizin bu istiqamətdə ən fəal rol oynaması nəticəsində, mən deyərdim ki, XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrdə də türkçülük ideyalarının mərkəzi olmaq missiyası yenidən Bakıya keçdi. Uzun müddət görülən məqsədyönlü işlərin nəticəsində 2009-cu ilin oktyabr ayında Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının I sammiti keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdulla Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Roza Otonbayeva həmin sammitdə iştirak və çıxış etdilər. Həmin sammitin qərarı ilə yaradılan Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibliyinin baş ofisinin Bakıda yerləşməsi nəticəsində Azərbaycan yeni bir beynəlxalq təşkilatın mərkəzi olmaq statusunu qazandı. Daha sonra, 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində mühüm addım oldu. Həmin zirvə görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı. Artıq Azərbaycanda bir neçə ildir ki, bir çox QHT-lər və təşkilatlar tərəfindən Türkçülük Günü bayram kimi qeyd edilir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanı dünyada tanıtmaq sahəsində fikir və tövsiyələrinin həyata keçirilməsində Heydər Əliyev Fondunun göstərdiyi fəaliyyət də təqdirəlayiqdir.
Azərbaycan xalqının zəngin ədəbi-bədii, mədəni, tarixi, elmi, incəsənət, musiqi, idman, turizm və s. sahələrdə əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Arif qızı Əliyevanın böyük xidmətləri vardır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi uzun müddətdir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya Federasiyası üzrə nümayəndəsi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildən fəaliyyətdədir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyət sahələrindən biri də milyonlarla tamaşaçıya Azərbaycanın tarixi və mədəniyyəti barədə söhbət açan tədris yönümlü sənədli filmlərə prodüserlik etməkdir. 2015-ci il 9 may ərəfəsində “Hədəf-Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli film çəkildi və qısa zaman ərzində bu film 26 ölkədə nümayiş etdirildi. Bu lentin çəkilməsi üçün 6 ölkənin arxivlərindən götürülmüş 200 saatlıqdan artıq videomaterial bərpa edilmişdir. Bu filmin sayəsində çoxmilyonlu tamaşaçılara bir daha çatdırıldı və xatırladıldı ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycandan cəbhəyə 600 mindən çox insan yola salınıb və onların 300 mindən çoxu həlak olub. Cəbhədə hər 10 tankın və təyyarənin 7-si Bakı nefti ilə hərəkət edib. Xalqlar arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsində göstərdiyi xidmətlərə və Rusiyada yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasında və bir sıra humanitar aksiyaların həyata keçirilməsində etdiyi təşəbbüslərə görə də Heydər Əliyev Fondunun böyük xidmətləri olmuşdur.
2015-ci il noyabrın 30-dan dekabrın 11-dək Fransanın paytaxtı Paris şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) Heydər Əliyev Fondu aktiv iştirak etmişdir. 150-dək dövlət və hökumət başçısının iştirak etdiyi həmin konfransın dekabrın 4-də keçirilən iclasında Heydər Əliyev Fondunun nümayəndəsi çıxış edərək Azərbaycanın unikal təbiətindən, təbiətin mühafizəsi ilə əlaqədar görülən işlərdən, Azərbaycanın fauna və florasından, həm ölkə daxilində, həm də xaricdə bu təşkilat xətti ilə görülmüş işlər və azərbaycanlı gənclərin bu işlərə cəlbi barədə məlumat vermişdir. Qonaqlar konfransın təşkil olunduğu məkanda quraşdırılan Azərbaycan pavilyonu ilə, nəsli kəsilməkdə olan və Qafqaz beşliyinə daxil olan qonur ayı, qartal, boz qurd, ceyran və Qafqaz bəbiri iə tanış olublar.
Mədəni irsin qorunması və dünyada təbliğ edilməsi Azərbaycan hökumətinin siyasətində və Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamət təşkil edir. Azərbaycan etibarlı tərəfdaş olaraq UNESCO qarşısında öhdəsinə götürdüyü öhdəlikləri daim layiqincə yerinə yetirib.
Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə Azərbaycanda son dövrlər ardıcıl olaraq bir çox mədəniyyət, elm, təhsil, texnologiyalar, multukulturalizm, mədəniyyətlərarası və dinlərarası mövzular üzrə beynəlxalq konfranslar keçirilib. 2008-ci il 10-11 iyun tarixlərində Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq Forum, 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr olunan “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə keçirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” və s. mövzularda tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası 1991-ci ildən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) üzvüdür. Həmin təşkilatla münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin qurum vasitəsilə Bakı (2009) və Naxçıvan (2018) şəhərləri islam mədəniyyətinin paytaxtı elan edilib. Azərbaycanın əsas, ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqeyinin birmənalı şəkildə İslam dövlətləri tərəfindən dəstəklənməsində bu təşkilatla uğurlu əməkdaşlığın böyük rolu olub. Son on ildə Bakıda İSESCO xətti ilə 10 tədbir keçirilib.
Gələcəkdə İSESCO ilə birlikdə keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən də 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu və 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları İslam dünyası ilə əlaqələrin inkişafına mühüm töhfə verəcək. Heydər Əliyev Fondunun İslam dininin, mədəniyyətinin, incəsənətinin və dəyərlərinin qorunub saxlanması və inkişafı naminə gördüyü işlər Azərbaycanın İslam dünyasında nüfuzunu artırır və özünəlayiq yer tutmasına kömək edir. Heydər Əliyev Fondu müsəlman aləmində baş verən silahlı münaqişələrdən zərər çəkən insanlara, elm, mədəniyyət və təhsil imkanlarından məhrum olan müsəlman icmalarına yardımlar edir, müsəlman qardaşlığının və həmrəyliyinin möhkəmləndirilməsi, terrorçuluğun aradan qaldırılması üçün və dünyada, xüsusən də Qərb mətbuatı tərəfindən islam sivilizasiyası haqqında yayılan səhv məlumatların aradan qaldırılması istiqamətində də mühüm işlər görür.
Qafar Əliyev
Azərbaycan Respublikası
Prezidenti Administrasiyası
İctimai-siyasi məsələlər
şöbəsinin sektor müdiri,
YAP Siyasi Şurasının üzvü

 
  • Oxunub:  3690  |  
  • Tarix:  21-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan jurnalistləri sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıblar

16:54
22 Avqust
Sabiq Prezident Petar Stoyanov: Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir
16:51
22 Avqust
Azərbaycan şahmatçıları Abu-Dabidə keçirilən beynəlxalq festivalın liderləri sırasındadırlar
16:39
22 Avqust
Tahir Rzayev: Dövlət proqramlarının icrası ötən dövr ərzində bölgələrdə infrastruktur və keyfiyyət dəyişiklikləri yaradıb
16:36
22 Avqust
Güləşçimiz Elvin Mürsəliyev dünya çempionatının yarımfinalına yüksəlib
16:19
22 Avqust
Piter Teyz: Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar əsrlər boyu bir ailə kimi yaşayıblar
15:55
22 Avqust
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru: Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb
15:27
22 Avqust
Hikmət Çətin: Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkana çevrilib
15:16
22 Avqust
ABŞ təmsilçisi: Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər
15:09
22 Avqust
“Qarabağ” oyunöncəsi Danimarkada son məşqinə çıxacaq
15:00
22 Avqust
Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
14:08
22 Avqust
“Gəncə Marafonu-2017”də artıq 1000-dən çox iştirakçı qeydiyyatdan keçib
14:04
22 Avqust
Rusiya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
13:55
22 Avqust
Gürcüstan Prezidenti Azərbaycana minnətdarlıq edib
12:59
22 Avqust
Sevinc Hüseynova: Dövlət başçısının hər bir səfəri bölgələrimizin yeni-yeni uğurları ilə müşaiyət olunur
12:54
22 Avqust
Sabah paytaxtda hava günəşli olacaq
12:18
22 Avqust
Füzulidə barama istehsalı 8 dəfə artıb
12:16
22 Avqust
Rusiyanın Birinci kanalında “Jara-2017” çərçivəsində Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanacaq
11:55
22 Avqust
Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq
11:40
22 Avqust
Qlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilib
11:09
22 Avqust
Peru Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən istifadə etməyə maraqlıdır
10:37
22 Avqust
Şamaxıda 40 min tonadək taxıl istehsal olunub
10:29
22 Avqust
Azərbaycan FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak edir
10:25
22 Avqust
Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub
10:20
22 Avqust
Ruslana: Azərbaycan mənim üçün doğma yerdir
18:12
21 Avqust
Samuxda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işləri davam etdiriləcək
17:59
21 Avqust
Azərbaycan jurnalistləri "İlham Əliyevin dostları" səhifəsi yaradıblar
17:46
21 Avqust
Aydın Hüseynov: Yeni iqtisadi siyasi kurs çərçivəsində aparılan islahatlar öz bəhrəsini verir
17:42
21 Avqust
Ermənistan silahlı qüvvələrinin zabiti intihar edib
17:25
21 Avqust
Bu ilin 7 ayında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,8 min nəfərdən çox şəxs münasib işlərlə təmin edilib
17:07
21 Avqust
Hikmət Çətin: Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək
17:03
21 Avqust
Rafiq Məmmədhəsənov: «Turizm haqqında» yeni qanun bu sahənin inkişafına böyük təkan verəcək
16:39
21 Avqust
Daniel Qoldstern: Qlobal Gənc Liderlər Forumu gənclərin öyrənmələri üçün yaxşı platformadır
16:37
21 Avqust
Prezident İlham Əliyev: Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq
16:16
21 Avqust
Rasim Musabəyov: Erməni tərəfi anlayır ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb
15:59
21 Avqust
Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə Gürcüstana helikopter göndərib
15:56
21 Avqust
Azərbaycan Prezidenti: Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir
15:55
21 Avqust
İsmail Serageldin: Gələcəyin liderləri ilə birlikdə işləmək qısa müddətdə öz faydasını verəcək
15:50
21 Avqust
Elman Nəsirov: Minsk qrupu münaqişənin həlli ilə bağlı üzərinə düşən məsuliyyətə uyğun fəaliyyət ortaya qoya bilməyib
15:14
21 Avqust
Petar Stoyanov: Bakı vacib çağırışların müzakirə edilməsi baxımından əhəmiyyətli platformaya çevrilib
14:51
21 Avqust
Ankarada keçirilən beynəlxalq festivalda “Azərbaycan gecəsi” təşkil olunub
14:17
21 Avqust
Prezident İlham Əliyev: Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir
14:13
21 Avqust
Ümumdünya Yay Universiadasının taekvando yarışlarında Azərbaycanı 12 idmançı təmsil edəcək
14:02
21 Avqust
“Kopenhagen”–“Qarabağ” matçını ispaniyalı hakimlər briqadası idarə edəcək
13:55
21 Avqust
Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib
13:51
21 Avqust
Şabranda qısa müddətdə səyyar “ASAN qatar”ın xidmətindən 700-dən çox vətəndaş faydalanıb
12:26
21 Avqust
Honco Beynəlxalq Təqaüd Fondunun yubiley konfransında Azərbaycan həqiqətlərindən danışılıb
12:20
21 Avqust
UNEC nüfuzlu beynəlxalq akkreditasiya qazanıb
12:14
21 Avqust
Latviyanın sabiq Prezidenti: Qlobal Gənc Liderlər Forumu əla ideyadır
12:03
21 Avqust
Bu gün Fransada güləş üzrə dünya çempionatı start götürür
11:06
21 Avqust
Valdis Zatlers: Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır
11:04
21 Avqust
Rosen Plevneliev: Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməlidirlər
10:52
21 Avqust
Katerina Yuşenko: Azərbaycan Qlobal Gənc Liderlər Forumunu keçirməklə dünyaya növbəti töhfəsini verir
10:46
21 Avqust
Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib
10:44
21 Avqust
“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub
10:42
21 Avqust
Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub
10:41
21 Avqust
Ali məktəblərin boş qalan plan yerlərinə abituriyentlərin ixtisas seçimi başa çatıb
10:38
21 Avqust
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu mərhələsi başlayıb
10:36
21 Avqust
“Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi işə salınıb
10:34
21 Avqust
Əsaslı şəkildə yenidən qurulan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq
10:31
21 Avqust
Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib
10:28
21 Avqust
Bakıda Qlobal Gənc Liderlər Forumu işə başlayıb
10:26
21 Avqust
Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib
10:24
21 Avqust
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi sürətlə davam etdirilir
10:22
21 Avqust
Prezident İlham Əliyev Gədəbəy rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib
10:20
21 Avqust
Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub
10:19
21 Avqust
Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub
10:16
21 Avqust
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb
10:13
21 Avqust
Hikmət Hacıyev: Humanizm prinsiplərinə sadiq olan Azərbaycan beynəlxalq humanitar missiyaları dəstəkləyir
11:37
20 Avqust
Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib
11:18
20 Avqust
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA