Ana səhifə »  Siyasət »  Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri daha da möhkəmləndirəcək
A+   Yenilə  A-
Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri daha da möhkəmləndirəcək

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda aprelin 20-də Bakıda Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda səsləndirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, dövlətimizin başçısı 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bu məsələyə həm özünün şəxsi, həm də Azərbaycan dövlətinin mövqeyini ifadə edib. Bu, Prezident İlham Əliyevin İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir. Bu təşəbbüslə Azərbaycan Prezidenti tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. Bu, həmçinin Azərbaycan Prezidentinin İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyərin bariz göstəricisidir. Əflatun Amaşov bu baxımdan IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov bildirib ki, Azərbaycan müsəlman ölkələri ilə eyni mövqedən çıxış edir. Ölkəmizin ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. İslam ölkələrinin bu münaqişə ilə bağlı mövqeyi bizi razı salır. Bu gün Səudiyyə Ərəbistanı, Pakistan Dağlıq Qarabağ məsələsinə görə Ermənistanı dövlət kimi tanımır, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə saxlamır. Lakin bəzi müsəlman ölkələri Ermənistanla müxtəlif sahələrdə əlaqələr saxlayır ki, bu da İslamın ruhuna ziddir. Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid qədim tarixi abidələri dağıdan ölkə ilə əməkdaşlıq etmək yolverilməzdir.
Qeyd edilib ki, Azərbaycan İslam dünyasında böyük nüfuza malik, İslam dəyərlərinə ən yüksək səviyyədə önəm verən ölkələrdən biridir. Bu gün İslam dünyasının birliyə, mütəşəkkilliyə daha çox ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi böyük önəm kəsb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda əsrlərdir multikultural həyat tərzi hökm sürür. Ölkəmiz bu sahədə bütün dünyaya nümunədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dinə diqqət və qayğı artıb. Ötən müddətdə xeyli məscid tikilib, bərpa olunub. Bu gün Azərbaycan İslam ənənələrinin qorunduğu ölkələrdən biridir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəyə malikdir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi bu yolda bir sınaq idi. Azərbaycan bu sınaqdan uğurla çıxdı. Gələn ay “Bakı-2017” İslam Həmrəyliyi Oyunları başlayacaq. Azərbaycan bu Oyunları da yüksək səviyyədə keçirməyə tam hazırdır. Bu mötəbər idman tədbiri də ölkəmizin beynəlxalq miqyasda tanıdılması və təbliğində mühüm rol oynayacaq.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib ki, IV İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçmiş iştirakçıları və media nümayəndələri Azərbaycana vizasız daxil ola biləcəklər. Yarışları işıqlandırmaq üçün minə yaxın yerli və xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Əksər müraciətlər artıq müsbət cavablandırılıb və bu proses hazırda davam etdirilir.
Bu il Azərbaycanın bir sıra müsəlman ölkələri ilə diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən H.Hacıyev əlavə edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz İslam ənənələrinə sadiq qalaraq mühüm addımlar atıb, bir sıra beynəlxalq təşkilatlara qoşulub. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən müsəlman ölkələri birmənalı şəkildə bizə dəstək verdilər. Bu da əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov İslam Həmrəyliyi Oyunları zamanı Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu məqsədlə bütün mədəniyyət ocaqlarında milli dəyərlərimizi, xüsusən də İslam mədəniyyətini təbliğ edən mərkəzlərdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu mötəbər tədbirin ölkəmizin turizm gəlirlərinin artması baxımından da böyük əhəmiyyətə malik olduğunu deyən V.Şixəmmədov nazirlik tərəfindən bütün istirahət mərkəzlərinə xidmətin keyfiyyəti və qonaqların təhlükəsizliyi ilə bağlı tapşırıqların verildiyini əlavə edib.
Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməklə bütün İslam dünyasını həmrəyliyə, birliyə dəvət etdiyini vurğulayan “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətimizin başçısının bu qərarı zamanında verdiyini söyləyib. O, bu gün İslam dünyasında həmrəyliyə çox böyük ehtiyac duyulduğunu, Azərbaycan Prezidentinin bu təşəbbüsünün dostluq və qardaşlıq ideallarına xidmət etdiyini diqqətə çatdırıb.
IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin beynəlxalq miqyasda daha yaxından tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən B.Sadıqov bu mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycanın bütün imkanlarının olduğunu qeyd edib. O, Oyunların təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın birbaşa diqqətində olduğunu deyib, “Bakı-2015” ilk Avropa Oyunları kimi, bu idman bayramının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  21-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

12:48
30 Aprel
Türkiyə vətəndaşı “Bakı Marafonu-2017”nin qalibi olub
12:37
30 Aprel
“Bakı-2017”: Su festivalı qusarlıların yaddaşında dərin iz qoyub
12:23
30 Aprel
Azərbaycan nümayəndə heyəti Finlandiyadakı diasporumuzun fəalları ilə görüşüb
11:41
30 Aprel
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub
11:17
30 Aprel
Baş nazirin müşaviri ilə görüşdə Azərbaycanda və Finlandiyada tolerant cəmiyyətin inkişafından danışılıb
11:12
30 Aprel
Bakıda IV İslam Həmrəyliyi Oyunlarında gimnastika növləri üzrə yarışların püşkatma mərasimi keçirilib
11:03
30 Aprel
Azərbaycanda qeyri-neft sektoruna ən böyük investisiyaları Türkiyə şirkətləri yatırır
10:58
30 Aprel
Bakıda üçüncü Britaniya Bahar Film Festivalı başlayıb
10:52
30 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev Qətərin sabiq Baş naziri və sabiq xarici işlər nazirini qəbul edib
10:48
30 Aprel
Nərgiz Paşayeva: Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti Azərbaycan elmi üçün böyük hadisədir
10:38
30 Aprel
Tahir Rzayev: Sahibkarlar təşviq mexanizminin üstünlüklərindən bəhrələnərək müxtəlif sahələrə investisiyalar yönəltməyə böyük maraq göstərirlər
10:34
30 Aprel
Sevinc Hüseynova: Ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsinə güclü siyasi iradə nümayiş etdirilir
10:07
30 Aprel
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2017”yə start verilib
17:51
28 Aprel
BSU və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda elmi konfrans keçirilib
17:43
28 Aprel
Şahin İsmayılov: AŞPA müsəlman dövlətlərinə qarşı ikili standartlarla çıxış edir
17:24
28 Aprel
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
17:21
28 Aprel
AŞ PA-nın monitorinq komitəsinin həmməruzəçisi Azərbaycanın mədəni irsinin məhv edilməsi məsələsini öyrənəcək
17:18
28 Aprel
Dövlət Statistika Komitəsi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
17:00
28 Aprel
Azad Rəhimov: Bakıda keçirilən Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq
16:50
28 Aprel
Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyunun sonunda istifadəyə veriləcək
16:32
28 Aprel
XİN: Nazirlərin görüşündə prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar müzakirə edilib
16:00
28 Aprel
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
15:50
28 Aprel
Musa Quliyev: AŞPA-nın Türkiyəyə qarşı qərarının heç əsası yoxdur
15:08
28 Aprel
Akif Əlizadə: Bu il 200-dən çox magistrant AMEA-da çalışacaq
14:57
28 Aprel
Avropa türkofobiya meyillərini yalançı demokratiya pərdəsi altında gizlədir
14:55
28 Aprel
Parlamentin komitə iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub
14:33
28 Aprel
Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatları təqdim olunub
14:27
28 Aprel
İranda Azərbaycan Mədəniyyət Günlərinin təşkilinə dair müzakirələr aparılıb
14:18
28 Aprel
Goranboyda yaradılan yeni təsərrüfat sahələri rayonda məşğulluğu iki dəfədən çox artıracaq
14:14
28 Aprel
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib
14:11
28 Aprel
Kənd təsərrüfatı naziri xarici iş adamlarını Azərbaycanda aqrar sektora investisiya yatırmağa dəvət edib
14:08
28 Aprel
“Müasir İpək Yolu” layihəsi ümumtürk mədəni irsinin təbliğində əhəmiyyətlidir
13:12
28 Aprel
YAP-ın təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə görmə qabiliyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub
12:52
28 Aprel
Müdafiə Nazirliyi: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib
12:43
28 Aprel
Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir
12:25
28 Aprel
Sevinc Fətəliyeva: Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur
12:21
28 Aprel
Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub
12:20
28 Aprel
Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib
12:11
28 Aprel
XİN: Ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzindədir
11:55
28 Aprel
II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu başa çatıb
11:41
28 Aprel
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunur
11:28
28 Aprel
Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib
10:43
28 Aprel
Səhiyyə nümayəndələri akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər
10:35
28 Aprel
Mərakeş IV İslam Həmrəyliyi Oyunlarına 145 idmançı ilə qatılacaq
10:33
28 Aprel
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 120 dəfə pozub
10:28
28 Aprel
Qorxmaz Hüseynov: İçməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir
10:17
28 Aprel
“Bakı-2017”: Su festivalının Qəbələ mərhələsində böyük coşqu yaşanıb
10:13
28 Aprel
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasından 94 il keçir
10:05
28 Aprel
Zakir Həsənov: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir
18:07
27 Aprel
“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır
18:01
27 Aprel
Bakıda Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü prosesi ilə bağlı seminar keçirilir
17:59
27 Aprel
Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
17:43
27 Aprel
Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur
17:40
27 Aprel
Əli Əhmədov: Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub
17:38
27 Aprel
Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
17:21
27 Aprel
Mariya Zaxarova: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada ATƏT Minsk qrupu ilə görüşəcək
17:09
27 Aprel
YAP Yevlax rayon təşkilatının IX Konfransı keçirildi
16:56
27 Aprel
Milisa Markoviç: Suveren ölkənin daxili işlərinə müdaxilə etmək yolverilməzdir
16:18
27 Aprel
Siyavuş Novruzov: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərəzdir
15:51
27 Aprel
İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlanıb
15:27
27 Aprel
Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
14:49
27 Aprel
İsveçli nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb
14:30
27 Aprel
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb
14:15
27 Aprel
Azərbaycan ilə Çexiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14:13
27 Aprel
“Bakı-2017”: Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət millimizin heyəti açıqlanıb
12:58
27 Aprel
Xəzərdən başlayan su səyahətinin iştirakçıları qədim və müasir Qəbələdə
12:51
27 Aprel
Məşhur qrossmeysterlər Şəmkirdə gənc şahmatçılarla dostluq görüşü keçiriblər
12:46
27 Aprel
Əli Əhmədov: tikinti sektorunda qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq
12:38
27 Aprel
Ramiz Həsənov: Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib
12:24
27 Aprel
Rafael Hüseynov: Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA