Ana səhifə »  Siyasət »  Ümummilli lider Heydər Əliyevin ideyaları işığında Azərbaycan çox mühüm nəqliyyat qovşağına çevrilir
A+   Yenilə  A-
Ümummilli lider Heydər Əliyevin ideyaları işığında Azərbaycan çox mühüm nəqliyyat qovşağına çevrilir

Azərbaycan dövlətçiliyi, onun siyasi-iqtisadi sistemi XX əsrin son rübü - XXI əsrin əvvəllərində mütərəqqi transformasiyalardan keçmişdir. Son yarıməsrlik dövrdə davamlı olaraq yeniləşən Azərbaycan cəmiyyətində inkişafın fundamental əsasını Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və ideyaları təşkil etmişdir.
Xüsusilə XX əsrin son onilliyində Azərbaycanın dinamik inkişafında Ümummilli lider Heydər Əliyevin kompleks institusional islahatlar strategiyası misilsiz rol oynamışdır. Məhz Onun Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası - siyasi-hüquqi, iqtisadi islahatlar strategiyası yaxın və uzaq gələcəkdə Azərbaycan üçün çağırış və təhdidləri öncədən görməklə, onları inkişafa, suverenlik və sabitliyin möhkəmlənməsinə yönəltməyə xidmət etmişdir. Ümummilli liderin gerçəkləşdirdiyi geosiyasi və geoiqtisadi oriyentasiya, çoxistiqamətli və uzunmüddətli dinamik inkişafı təşkil edən zəngin islahatlar strategiyası müstəqilliyin, milli və qlobal təhlükəsizliyin təmin olunmasına göstərdiyi əhəmiyyəti baxımından tarixdə analoqu, mükəmməl hədəflər baxımından isə alternativi olmayan gerçəklik kimi dünyanı Azərbaycan faktorunu tanımağa, etiraf etməyə məcbur etdi. Ulu öndər Heydər Əliyev “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” şüarı ilə Azərbaycanın iqtisadi firavanlığının və təhlükəsizliyinin təməl prinsiplərini gerçəkləşdirdi, mülkiyyət forması tədricən dəyişdirildi, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında quruldu, təşəbbüskarlığa geniş meydan verildi, xarici investisiyanın ölkəmizə cəlb edilməsi üçün gərgin iş aparıldı və səmərəli, münbit mühit yaradıldı.
Ulu öndərin enerji diplomatiyası regionda və dünyada təhlükəsizliyin Azərbaycan faktorunu ortaya qoydu. Qədim İpək Yolunun bərpa edilməsinin, transkontinental kommunikasiyaların və qlobal nəqliyyat arteriyalarının planlaşdırılmasında, ölkəmizin tranzit imkanlarını nəzərə alıb nəqliyyat (o cümlədən dəmir yolu) infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsində, fövqəladə dərəcədə mürəkkəb rəqabət durumunda strateji təşəbbüsün əldə edilməsi Ulu öndərin geosiyasi zəkası sayəsində mümkün oldu. Enerji resurslarının nəqli üçün optimal marşrutların (Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ərzurum) seçimi, Azərbaycanın maraqlarını təmin edən şərtlər əsasında konstruktiv əməkdaşlığın həyata keçirilməsi regionda geosiyasi parametrlərin ölkəmizin xeyrinə dəyişməsini intensivləşdirdi.
Bütün bunlar Heydər Əliyevin praqmatizmə və strateji realizmə əsaslandığını, siyasətdə də, geosiyasətdə də zamanın sınağından qalib çıxan peşəkarlıq zirvəsində hansı mövqedə durduğunu göstərir. Onun bu sözləri fenomenal zəkasının bütövlüyü və mükəmməlliyini, dövlətçiliyə bütün varlığı ilə bağlı olduğunu bir daha sübut edir: “Bizim üzərimizdə çox böyük bir məsuliyyət var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün hər kəs milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmalıdır”.
Yeni yüzillikdə Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən çevik, yaradıcı və qətiyyətli şəkildə davam etdirilir. Onun 2003-cü ildə xalqımızın yekdil rəyi ilə Prezident seçilməsi bu tarixi milli transformasiyanın yeni mərhələsinin başlanğıcına çevirdi.
Azərbaycanın müasir tarixi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli islahatlar nəticəsində sürətli inkişafla səciyyələnir. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının qorunması, sosial-rifahının yaxşılaşdırılması dayanır. Son illərdə Azərbaycan dərin islahatların həyata keçirildiyi möhtəşəm sınaq məkanına çevrilmişdir. Prezident İlham Əliyev qısa dövr ərzində ölkə həyatının bütün sahələrində məqsədyönlü islahatlar həyata keçirməyə başlamışdır. Bunun nəticəsidir ki, son 13 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artmışdır. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində, ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığı inkişaf etdirmişdir.
Avropanın enerji arxitekturasının qurulmasında və enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bütün iqtisadi-siyasi maneələrə və böhranlara baxmayaraq, indi də bir sıra layihələri uğurla davam etdirir. Məsələn, Azərbaycanın təşəbbüsü və liderliyi ilə icra olunan, Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də öz dəyərli töhfəsini verəcək “Cənub Qaz Dəhlizi” layihəsi bu sıradandır. Layihə çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi üzrə işlərin 87 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 72 faizi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası üzrə işlərin 60 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə işlərin 30 faizi icra edilmişdir.
Azərbaycan həm də öz əlverişli coğrafi mövqeyindən istifadə edərək tranzit ölkəyə çevrilməkdədir. Aydındır ki, çoxşaxəli nəqliyyat-yol kompleksi olmadan hansısa dövlətin davamlı inkişafını təsəvvür etmək qeyri-mümkündür. Şərqlə Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlət kimi bölgədəki lider statusunu artıq təmin etmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin fəaliyyəti ilə qədim İpək Yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən ölkəmizin geostrateji əhəmiyyətini daha da artırmışdır.
Nəqliyyat (o cümlədən dəmir yolu) infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi, həmçinin bu sahədə çalışan işçilərin mükafatlandırılması, onların sosial rifah hallarının yaxşılaşdırılması istiqamətində dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən intensiv şəkildə həyata keçirilir. Məhz bu siyasət nəticəsində ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
Beləliklə, Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkanı kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və yaxud əksinə daşınması üçün təbii keçid imkanını təmin edir.
Tarixi İpək Yolunun bərpası istiqamətində həyata keçirilən bir sıra layihələr bu gün Çinin “Bir kəmər - bir yol” layihəsi ilə səsləşir. Çin bu tarixi yolun Şərq tərəfdə başlanğıcıdırsa, Azərbaycan mühüm tranzit məkanıdır. Özü də burada yalnız Qərb-Şərq istiqaməti nəzərdə tutulmur, Azərbaycan Şimal-Cənub istiqamətinə də diqqəti yönəltmişdir. Bu gün Azərbaycana çatan istənilən malı hər iki istiqamətdə daşımaq mümkündür. Bununla da həm Qərb dövlətlərinin, həm də Uzaq Şərq ölkələrinin dünyanın müxtəlif regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq imkanı meydana gəlir. Prezident İlham Əliyev İpək Yolu İqtisadi Kəmərinin yaradılması ilə bağlı fikirlərini Çinə səfəri zamanı Renmin Universitetində çıxışında belə ifadə etmişdir: “... Azərbaycanın coğrafi mövqeyi ölkəmizi malların Avropadan Asiyaya, Asiyadan Avropaya tranziti üçün mərkəzə çevirir. Biz hazırda dəmir yollarının müasirləşdirilməsinə, Xəzər regionunda ən böyük limanın yaradılmasına və ümidvaram ki, gələn il fəaliyyətə başlayacaq Azərbaycan ilə Avropa arasında dəmir yolu əlaqəsinə sərmayə yatırırıq. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Asiya ilə Avropanı birləşdirəcək tarixi İpək Yolunu qurmaq üçün çatışmayan dəmir yolu əlaqəsini yaradacaq. Bu nəqliyyat marşrutu malların Çindən Avropaya, Avropadan Çinə gətirilməsi üçün ən qısa yol olacaq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və göstərişləri nəticəsində son illər respublikamızın ərazisində mövcud olan dəmir yollarının inkişaf etdirilməsi və beynəlxalq standartlar əsasında rəqabətədavamlı vəziyyətə gətirilməsi istiqamətində böyük işlər görülmüş, həmçinin dəmir yolu sistemində bir sıra iri layihələr həyata keçirilmiş, ölkəmizin tranzit potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü və uğurlu addımlar atılmışdır. Dövlət başçısının 20 iyul 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş “Azərbaycan Dəmir Yolları” QSC-yə göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması istiqamətində təxirəsalınmaz tədbirlərin icrası davam etdirilmişdir. Xüsusilə son iki ildə görülmüş təxirəsalınmaz və ardıcıl tədbirlər nəticəsində dəmir yolu infrastrukturunun minimal standartlara cavab verməyən bir səviyyədən rəqabətədavamlı bir səviyyəyə çatdırılması istiqamətində ölkə rəhbərliyinin dəstəyi ilə atılan addımlar öz bəhrəsini verməkdədir.
Hal-hazırda cəmiyyət tərəfindən daxili və xarici vəsaitlər hesabına hərəkət heyətinin yenilənməsi, sərnişin və yük daşımalarında operativliyin və təhlükəsizliyin təmin olunması, xidmət keyfiyyətinin beynəlxalq standartlar əsasında yüksəldilməsi, daxili institusional sistemin təkmilləşdirilməsi, habelə ölkənin idxal-ixrac potensialının artırılması istiqamətində bir sıra layihələr icra edilməkdədir.
Dəmir yolu infrastrukturunun sağlamlaşdırılması istiqamətində 303,2 km dəmir yolu əsaslı təmir olunmuş, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılmışdır. Bundan başqa, Bakı-Sumqayıt sürət qatarı, habelə Naxçıvan-Təbriz-Məşhəd qatarı istifadəyə verilmiş və bununla bağlı bütün müvafiq infrastruktur şəbəkəsi qurulmuşdur.
Cəmiyyətdə maliyyə hesabatlılığının təkmilləşdirilməsi məqsədi ilə İFRS (Maliyyə Hesabatlılığının Beynəlxalq Standartları) sisteminin qurulmasına başlanılmışdır. İFRS sisteminin tətbiqi QSC-nin maliyyə hesabatlılığı sistemində səmərəliliyə və şəffaflığa nail olunmasında böyük xidmət göstərəcəkdir.
Azərbaycanın tranzit potensialının artırılması məqsədi ilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. 2016-cı il ərzində beynəlxalq nəqliyyat dəhlizlərinin funksionallığının artırılması və yüklərin cəlb olunması istiqamətində çoxsaylı görüşlər keçirilmişdir. Aparılan danışıqlar nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası və Nəqliyyat Konsorsiumu yaradılmış, yükdaşıma texnologiyaları təkmilləşdirilmiş və bunun nəticəsi olaraq Çin Xalq Respublikası ilə Avropa dövlətləri arasında 5 konteyner qatarının təyinatı üzrə çatdırılması təmin edilmişdir. Nəticədə, Çindən Avropaya qədər yüklərin nəqlinin 15 gün ərzində həyata keçirilməsi təmin edilmiş və vahid qiymətlər tətbiq olunmuşdur.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi məqsədi ilə Rusiya, Azərbaycan və İran dəmir yollarının administrasiyaları arasında yüklərin maneəsiz, təhlükəsiz və sürətli keçidini təmin etmək məqsədil ilə razılıq əldə edilmiş və nəticədə İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə yüklərin 14 gün ərzində daşınması təmin olunmuş və vahid qiymətlər tətbiq edilmişdir. Hindistandan Rusiyaya test olaraq 5 konteyner yük nəql edilmişdir. 2016-cı ildə Bakı şəhərində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yeni bir qolu kimi “Cənub-Qərb” nəqliyyat dəhlizi yaradılmışdır. Yeni dəhlizin qiymət cədvəli razılaşdırılmış, daşıma proseduru təyin edilmiş, İran-Qara dəniz və əks istiqamətdə neft və neft-kimya məhsulları, mərmər, klinker, bitum, avtomobil ehtiyat hissələri və s. yüklərin daşınması həyata keçirilmişdir. Eyni zamanda, 2016-cı ildə Azərbaycan “VİKİNG Train” layihəsinə də qoşulmuşdur.
Beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars və Astara (Azərbaycan)-Astara (İran) dəmir yollarının tikintisi istiqamətində mühüm işlər görülmüşdür. Artıq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir. Bu layihənin icrası Çindən Avropaya yüklərin çatdırılma müddətinin 25-30 gündən 12-15 günə endirilməsinə imkan verəcək. “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində isə ötən il Azərbaycan ərazisində bütün tikinti işləri başa çatdırılmışdır.
Bundan başqa, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolunun inşasına Azərbaycan hökumətinin kredit ayırması məsələsi aparılan danışıqlarda diqqət mərkəzindədir. Azərbaycan hökumətinin investisiyası nəticəsində reallaşan yuxarıda qeyd edilən infrastruktur layihələri beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və ölkəmizin ərazisindən keçən yük həcminin artırılmasına səbəb olacaqdır. Beləliklə, Azərbaycan çox mühüm nəqliyyat qovşağına çevriləcəkdir.
Bütün bu qeyd olunanlar bir daha sübut edir ki, hazırda Azərbaycanda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Xüsusilə 2014-cü ildə dünyada baş verən iqtisadi proseslər Azərbaycanın postneft dövrünə keçid prosesini sürətləndirmişdir. Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın müəyyən edilmiş 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanaraq təqdim olunmuşdur. Bu strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir.
Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, görülmüş əməli tədbirlər nəticəsində son illər ölkəmizdə qeyri-neft sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu sektorun ümumi daxili məhsulda payı 38 faizdən 66 faizə yüksəlmişdir. Azərbaycanda 2015-ci ildə bu sektora yönəldilən vəsaitlər 1995-ci illə müqayisədə 57 dəfə, 2004-cü illə müqayisədə isə 8,2 dəfə artmışdır.
Azərbaycanda hələ Ümummilli lider tərəfindən yaradılan münbit, səmərəli investisiya mühiti spesifik xüsusiyyətlərə malik olub, bu gün də öz real nəticələrini verməkdədir. Qlobal iqtisadi böhrana, gəlirlərimizin azalmasına baxmayaraq, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına 1995-ci illə müqayisədə iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 45 dəfədən çox artaraq 2014-cü ildə 21,89 milyard manat təşkil etmişdir.
Azərbaycanda innovasion cəmiyyət quruculuğunun ictimai, mədəni, elmi əsaslarının yaradılması dünya birliyinə inteqrasiyanın mühüm şərtlərindəndir. Prezident İlham Əliyevin Azərbaycanda bütün sahələrin yüksək texnologiyalar və innovasion əsaslar üzərinə keçirilməsi istiqamətində apardığı siyasətin uğurları bu gün göz önündədir. Azərbaycanda təbii sərvətlərin insan kapitalına çevrilməsi yönündə məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir, innovativ yeniliklərin idarəçilikdə tətbiqi, “nau-hau” texnologiyalarının inkişaf etdirilməsi, elektron hökumətin formalaşdırılması istiqamətində addımlar atılır. Ölkəmizdə təhsilin Avropa məkanına inteqrasiyası, informasiyalaşdırılması, xaricdə təhsil almaq və s. istiqamətdə bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Bundan başqa, İKT sektoru Azərbaycan üçün prioritet sayılan sahələrdəndir. Ölkəmiz Cənubi Qafqazda informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya qəbul edən ilk dövlətdir. Bu gün əhalimizin 75 faizdən çoxu internet istifadəçisidir (əhalinin hər 100 nəfərindən 77-nin internetə çıxış imkanı mövcuddur).
Ölkə rəhbəri İlham Əliyev tərəfindən vətəndaş və insan məmnunluğunun təmin edilməsi məqsədi ilə formalaşdırılmış və dünya səviyyəsində tanınmış bir brendə çevrilmiş “ASAN xidmət” innovativ sistemi çərçivəsində dəmir yollarında mühüm islahatlar həyata keçirilmişdir. Belə ki, 2016-cı ildə cənab Prezidentin açılış mərasimində iştirak etdiyi “ASAN Qatar” istifadəyə verilmişdir. Bununla da, insanların məmnunluğunun təmin edilməsi istiqamətində daha bir innovativliyə nail olunmuş və regionlarda əhalinin mövcud tələbatlarının ödənilməsi prosesi asanlaşdırılmışdır.
Bundan başqa, Azərbaycan BMT-nin “Elektron hökumət” sorğusunda da irəliləyişlərə nail olmuşdur. Ölkəmiz “Elektron inkişaf indeksi” üzrə 30 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb. Elektronlaşmanın daha bir uğurlu nümunəsi kimi “ASAN ödəniş” sistemi yaradılmışdır.
Göründüyü kimi, Azərbaycan hazırda keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olması, bazar iqtisadiyyatına keçidin başa çatması, ölkəmizin xaricə investisiya yatıran ölkəyə çevrilməsi son illərdə qazandığımız uğurların yalnız bir hissəsidir. Azərbaycandakı siyasi-iqtisadi sabitliyin, yüksək beynəlxalq imicinin, eləcə də mühüm beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olmasının nəticəsidir ki, ölkəmiz İslam İnkişaf Bankının 35-ci illik toplantısına ev sahibliyi etmiş, Davos, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların müntəzəm olaraq keçirildiyi məkana çevrilmişdir. 2016-cı ildə Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişdir. Bu ilin may ayında ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Daxili siyasətin davamı kimi Azərbaycan xarici siyasətində də bir sıra uğurlara nail olmuşdur. Ölkəmizin beynəlxalq əlaqələri getdikcə genişlənir. Azərbaycan beynəlxalq aləmdə çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır və böyük müsbət beynəlxalq imicə malikdir.
Azərbaycanın yuxarıda qeyd etdiyimiz iqtisadi yüksəlişi mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdə qərarlaşıb. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu sahədəki inkişafı yüksək qiymətləndirərək demişdir: “Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun - Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu da hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq”.
Azərbaycan öz inkişaf yolunu heç bir ölkəyə təlqin etməyən, müstəqillik illərində üzləşdiyi mürəkkəb problemləri yalnız öz gücü ilə həll edən bir dövlətdir. Azərbaycan milli inkişaf modeli son illərdə baş verən böhran və humanitar fəlakət fonunda bütün dünyada diqqəti cəlb etmişdir. Prezident İlham Əliyev işğalçı müharibə şəraitində etnik təmizləməyə məruz qalmış bir milyondan çox qaçqın probleminin tənzimlənməsi ilə bağlı təcrübəsini bölüşmək üçün Avropada yaşanan humanitar fəlakətin (miqrant axınının) tənzimlənməsinə həsr edilən qlobal müzakirəyə dəvət edildi. “Böyük iyirmi”lərin (G20) sammitində cənab Prezidentin dünyanı təhdid edən qlobal problemlərin həlli yolunu göstərən “Ümumi strategiyanın formalaşması” adlı məruzəsində Azərbaycan modelinin örnəkləri təqdim edildi. Bunun davamı olaraq Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc edildi. Bütün bunlar dövlət başçımızın praqmatik, məntiqli və konsensusa əsaslanan siyasəti nəticəsində mümkün olmuşdur.
Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Artıq biz böyük hədəfləri nişan aldığımız bir dövrə qədəm qoymuşuq. Prezident İlham Əliyev yeni cəmiyyət quruluşunun bütün aspektlərini öz çıxışlarında xüsusi qeyd edir: “Bu gün biz böyük təbii sərvətlərə malikik. Bu, Azərbaycanın dünyadakı mövqeyini möhkəmləndirir, təsir imkanlarını artırır. Bununla bərabər, əsas məqsədimiz belədir: biz qeyri-neft sektorunda baş verən hadisələri təhlil etməliyik, qərarlar verməliyik və gələcək planlar haqqında düşünməliyik. Bu gün Azərbaycanın gələcəyini müəyyən edən yeni mərhələ başlayır. Biz istəyirik ki, ölkəmiz müasir, qüdrətli dövlət olsun. Lakin istəməklə həyata keçirmək müxtəlif məsələlərdir. Bütün məqsədlərə nail olmaq üçün biz gərgin və məhsuldar fəaliyyət göstərməliyik”.
Azərbaycan bu səviyyəyə çatmaq üçün 25 illik müstəqil inkişaf yolu qət etməli olub. Bu gün Azərbaycanın qarşısında duran ən böyük vəzifə ərazi bütövlüyünü bərpa etmək, tarixi torpaqlarımızdan qaçqın düşmüş soydaşlarımızı öz doğma yurdlarına qaytarmaqdır. Erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi və bir milyondan çox azərbaycanlının qaçqın düşməsinə gətirib çıxaran bu təcavüz nəticəsində “Azərbaycan Dövlət Dəmir Yolu”na da ciddi ziyan dəymişdir. Belə ki, 240 km-dən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qalmışdır. Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşmüş və iki onillikdən çoxdur ki, onun ağırlıqlarını öz üzərində hiss edir.
24 yanvar 2017-ci il tarixində Prezident İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Tarixi əhəmiyyəti böyük olan bu Sərəncam əslində “Böyük qayıdış” planının həyata keçirilməyə başlaması deməkdir. Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli xarici siyasət strategiyası işğal altında olan torpaqlarımıza, doğma Qarabağımıza qayıdacağımız günün çox yaxın olduğunu göstərir. Dəmiryolçular da doğma torpaqlarımızın işğaldan azad ediləcəyi tarixi, bu torpaqlarda dəmir yolu infrastrukturunun bərpa edilməsini səbirsizliklə gözləyirlər.
Göründüyü kimi, Azərbaycan suveren dövlətçilik yolunun əsrə bərabər olan bir mərhələsinin yekunu və yeni inkişaf fazasının astanasındadır. Azərbaycanın qarşısında öz tarixi torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü təmin etmək, güclü dövlət quruculuğunu daha da möhkəmləndirmək, iqtisadiyyatını gücləndirmək kimi ümummilli layihəni yerinə yetirmək durur. Bu layihənin reallaşdırılması üçün xalqımız bütün zəruri resurslara və potensiala malikdir. Bu resurs yalnız qət edilən mərhələnin tarixi təcrübəsi deyil, həm də bütün dünyada dövlətçiliyin siyasi-hüquqi sisteminin təkmilləşdirilməsinin zəruri şərti olan, Prezident İlham Əliyevin gələcəyə hesablanmış strateji islahatlarıdır.
Cavid Qurbanov
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

 
  • Oxunub:  2370  |  
  • Tarix:  20-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək

18:05
25 İyul
Ağdam, Ağstafa, Qazax və digər rayonlarda sənaye zonalarının yaradılması imkanları araşdırılır
17:32
25 İyul
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib
17:28
25 İyul
Lerikdə İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib
17:27
25 İyul
“ADA” Universiteti abituriyentləri "Açıq qapı" gününə dəvət edir
17:20
25 İyul
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratlar İnternasionalının nümayəndəsi ilə görüşüb
17:13
25 İyul
İsa Həbibbəyli: Elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur
17:12
25 İyul
Elmira Axundova: Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
16:14
25 İyul
Atıcılıq üzrə Avropa çempionatının tüfənglə 50 metr məsafəyə atəşaçma yarışına yekun vurulub
15:49
25 İyul
Ermənistan növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib
15:20
25 İyul
Ağsuda cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
15:13
25 İyul
Pirallahı rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
15:09
25 İyul
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
15:07
25 İyul
Elmar Məmmədyarov: Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından daim boyun qaçıra bilməz
14:50
25 İyul
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib
14:47
25 İyul
V Beynəlxalq multikulturalizm yay məktəbinin ikinci günü maraqlı müzakirələrlə yadda qalıb
14:28
25 İyul
Vətəndaşlar “ASAN Kommunal”ın xidmətlərindən sifarişli əsaslarla səyyar formada yararlana bilərlər
14:24
25 İyul
2019-cu və 2021-ci illərdə keçiriləcək boks üzrə dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib
13:04
25 İyul
“ASAN xidmət”in internet səhifəsi yenilənib
12:58
25 İyul
Ağdamın “Qarabağ” klubu Moldovanın “Şerif” komandasını qəbul edəcək
12:57
25 İyul
İlk dəfə "Azexport"a İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan və Seneqaldan sifarişlər daxil olub
12:27
25 İyul
Bakıda keçiriləcək “Dəniz kuboku-2017”də 300-ə yaxın şəxsi heyət iştirak edəcək
11:38
25 İyul
OPEC+ Monitorinq Komitəsi 2017-ci ilin birinci yarısına yekun vurub
11:10
25 İyul
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisası üzrə qəbul imtahanı keçiriləcək
10:44
25 İyul
Dünya birjalarında neftin qiyməti
10:22
25 İyul
Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyası xüsusi rola malikdir
10:21
25 İyul
XİN: Ermənistanın xalqımıza məxsus maddi-mədəniyyət abidələrini özününküləşdirməsi beynəlxalq humanitar hüquqa ziddir
10:16
25 İyul
Mikayıl Cabbarov: Yüksək Texnologiyalar Parkında reallaşan birgə layihələrin uğurlu nəticəsini görəcəyik
10:03
25 İyul
Deputat: Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə cavabdır
09:58
25 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 140 dəfə pozub
09:52
25 İyul
Tbilisidə Azərbaycan yazıçılarının kitablarının təqdimatı olub
09:40
25 İyul
Eldar İbrahimov: Dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı olacaq
17:15
24 İyul
Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir
17:09
24 İyul
İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq
16:59
24 İyul
Cüdoçularımız açıq Avropa çempionatında dörd medala sahib olublar
16:52
24 İyul
Akademik Akif Əlizadə: Yüksək Texnologiyalar Parkında innovativ qərarlar tətbiq edilir
16:45
24 İyul
Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib
16:35
24 İyul
“Retro Bakı” layihəsi çərçivəsində konsert
16:10
24 İyul
Mətbuat Şurasının Prezident İlham Əliyevə təşəkkür məktubu: Media təmsilçiləri Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər
16:07
24 İyul
“Brexit” və “Frexit”: Aİ-də siyasi təlatümlər davam edir
16:02
24 İyul
Peter Siyatro: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşdır
15:24
24 İyul
Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin birinci yarısına dair müşavirə keçirilib
15:13
24 İyul
Bakı Ali Neft Məktəbinin 20 tələbəsi yay istehsalat təcrübəsini Türkiyədə keçir
14:02
24 İyul
1 saylı ASAN Kommunal Mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb
13:55
24 İyul
“İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib
13:48
24 İyul
Yüksək Texnologiyalar Parkı elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platformasına çevriləcək
13:44
24 İyul
Sankt-Peterburqda OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası keçiriləcək
13:40
24 İyul
Sevinc Fətəliyeva: Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi
12:29
24 İyul
Milli mətbuata göstərilən diqqət və qayğıya görə media təmsilçiləri Prezident İlham Əliyevə təşəkkür edirlər
12:23
24 İyul
Sual kitabçaları və test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib
11:58
24 İyul
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə başlanılır
11:33
24 İyul
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11:27
24 İyul
İsmayıl İsmayılov: Uğurlu idman siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır
10:52
24 İyul
Müdafiə Nazirliyi: Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmağa çalışır
10:44
24 İyul
Səyyar “ASAN qatar” Siyəzəndə vətəndaşlara xidmət göstərəcək
10:24
24 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 155 dəfə pozub
10:19
24 İyul
Qarabağın adı Türkiyənin daha bir şəhərində əbədiləşdirilib
10:09
24 İyul
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
09:32
24 İyul
Azərbaycanlı sahibkarlar Mədinə şəhərinə yüngül sənaye və əl işləri sərgisinə dəvət olunurlar
09:30
24 İyul
Rasim Musabəyov: Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi
09:27
24 İyul
Umud Mirzəyev: Prezidentlərin Soçi görüşü Azərbaycanın regiondakı əhəmiyyətini bir daha nümayiş etdirir
22:23
22 İyul
Azərbaycan-Rusiya: strateji münasibətlərin inkişafı üçün yeni impuls
22:02
22 İyul
Atıcılıq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünün inkişafının göstəricisidir
21:03
22 İyul
Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib
20:15
22 İyul
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19:07
22 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
18:50
22 İyul
Elçin Əhmədov: Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü uğurla davam edən ikitərəfli münasibətlərin inkişafına yeni təkan verir
18:24
22 İyul
Sven Mikser: Estoniya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
17:39
22 İyul
Prezidentlərin Soçi görüşü Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın geniş perspektivindən xəbər verir
17:21
22 İyul
Azərbaycan şahmatçısı “Czech Open-2017” turnirində liderlik edir
14:14
22 İyul
Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü qeyd olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA