Ana səhifə »  Siyasət »  Aprel savaşı: Azərbaycan Prezidentinin mesajları
A+   Yenilə  A-
Aprel savaşı: Azərbaycan Prezidentinin mesajları

Bir il bundan öncə Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Düşmən ordusu pərən-pərən salındı, bir neçə əlverişli mövqe azad edildi. Azərbaycan böyük bir əraziyə hərbi nəzarəti bərpa etdi. Ermənistan ordusuna isə ciddi hərbi və mənəvi zərbə vuruldu. Erməni əsgərlər silah-sursatlarını atıb döyüş meydanından qaçırdılar. Serj Sarkisyan isə havadarlarından yardım istəməklə məşğul idi, sonra onlardan küsdü, nəhayət, Avropaya üz tutdu. Bir neçə dəfə xahişdən sonra Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırdı. Ancaq rəsmi İrəvan bundan sonra da ədalətsiz, böhtançı, təxribatçı mövqeyindən əl çəkmədi. Son günlər isə erməni rəhbərliyi adi diplomatik etiketi belə gözləmədən Azərbaycanın ünvanına sərsəm ittihamlar səsləndirməkdədir. S.Sarkisyan parlament seçkisində uğur əldə etmək üçün şeytanı belə aldatmağa çalışdı. Bütün bunlar cavabsız qalmır.
Aprel döyüşlərinin həqiqətləri: konkret faktların işığında
Keçən ilin aprel ayının 2-5-də Ermənistanın hərbi təxribatı ucbatından baş verən qısamüddətli savaş artıq tarixə çevrilib. Bu hadisənin geosiyasi, diplomatik, hərbi və siyasi-ideoloji nəticələri ekspertlər tərəfindən aktiv müzakirə olunur. Ermənistan rəhbərliyi də bununla əlaqədar daimi narahatlıqlarını keçirir, müxtəlif uydurma arqumentlərlə reallığı təhrif etməyə çalışır. Lakin Ermənistanın siyasi rəhbərliyinin bu cəhdləri özünü daha çox ifşa etməklə nəticələnir. Çünki aprel döyüşləri elə bir vəziyyət yaratdı ki, artıq onu inkar etmək mümkün deyildir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəqiq fikir ifadə edib.
Ölkə başçısı aprel döyüşlərinin ildönümü ilə bağlı Azərbaycan hərbçilərinin bir qrupunu qəbul edib və orada geniş nitq söyləyib. Prezident nitqində söyləyib: “İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib... Bu gün həm danışıqlar prosesində, həm də bölgədə yeni bir vəziyyət yaranıb” (bax: Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib / AZƏRTAC, 31 mart 2017).
Bu fikirlərdə həm aprel döyüşlərinin başlama səbəbi, həm hərbi əməliyyatların ümumi gedişi, həm də ondan sonra yaranmış vəziyyət konkret və dolğun ifadə edilib. Azərbaycan cavab tədbirlərini Ermənistanın hərbi təxribatının qarşısını almağa uyğun təşkil edib. Və nəyi nəzərdə tutmuşdusa, tam olaraq nail olub. Bunun üçün lazımi səviyyədə hərbi güc tətbiq edib. Bundan kənarda nə danışılırsa, reallığı əks etdirmir.
Ancaq hazırda hərbçilər və beynəlxalq mütəxəssislər həqiqi vəziyyəti çox yaxşı bilirlər. Onlar bütövlükdə vəziyyətin dəyişdiyini vurğulayırlar. Yəni danışıqlar prosesində və bölgədə yeni vəziyyət yaranıb. Artıq rəsmi İrəvan əvvəlki miqyasda saxtakarlığa, özünütərifə, güclü olması barədə cəfəng fikirlər söyləməyə cəsarət edə bilmir. O, öz insanlarını aldatmaq üçün kütlə qarşısında nələrsə çərənləyə bilər, lakin danışıqlar masasında bunu edə bilməz. Çünki Azərbaycan tərəfinin gücünü çox yaxşı bilir. Azərbaycan Prezidenti bütün bunları nəzərdə tutaraq, açıq bəyan edib: “Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan, demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın” (bax: əvvəlki mənbəyə).
Doğrudan da, İlham Əliyevin konkret, reallığı əks etdirən dəqiq fikirləri ilə Serj Sarkisyanın məntiqsiz və arqumentsiz danışığı arasında yerlə göy qədər fərq vardır. Erməni lider çıxışlarında heç bir konkret arqument gətirə bilmir, çünki yoxudur.
Yeni geosiyasi reallıq: Ermənistan qəbul etməlidir
Azərbaycanın dövlət başçısı isə yalnız faktlardan çıxış edir, real situasiyanı açır və sözünü qəti olaraq deyir. Bu halda İlham Əliyev xəbərdar edir ki, Azərbaycan bütün gücündən istifadə etsə, düşmənin daşı-daş üstündə qalmayacaq. Ermənistanın siyasi liderləri də bunu başa düşsünlər və söylədiklərinə diqqət etsinlər. Şübhəsiz ki, bu mesaj ünvanına çatıb və təsirini göstərib.
Aprel döyüşlərinin yaratdığı yeni vəziyyətin digər əhəmiyyətli tərəfi geosiyasi faktorla əlaqəlidir. Belə ki, böyük dövlətlər də anladılar ki, Ermənistanın gələcəyi birbaşa onun Azərbaycanla münasibətlərindən asılıdır. Bunun da iki tərəfi vardır. Əvvəla, Azərbaycan iqtisadi baxımdan regionun lideridir. Onun potensialı çoxdur. Cənubi Qafqazda heç bir dövlət Azərbaycanla iqtisadi-energetik əlaqələr qurmadan inkişaf edə bilməz.
Rəsmi Bakı həm də bu potensialını reallaşdırmaq üçün yüksək səviyyədə siyasət apara bilir. Müstəqil olaraq reallaşdırılan daxili və xarici siyasət kursu öz səmərəsini verir. Ona görə də Azərbaycana heç bir kənar qüvvə təsir edə, onun mövqeyini dəyişdirə bilməz. Prezident bu kontekstdə bəyan edib: “Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz” (bax: əvvəlki mənbəyə).
Digər tərəfdən, Azərbaycanın iqtisadi gücü ilə hərbi qüvvəsi uyğunluq təşkil edir. Aprel döyüşləri Ordumuzun peşəkarlıq səviyyəsini bir daha nümayiş etdirdi. Belə ki, əlverişsiz coğrafi mövqedən sürətli əks-hücumla düşməni pərən-pərən saldı və strateji mövqelərə sahib oldu. İndi müzəffər Azərbaycan Ordusu həmin mövqelərdən böyük bir ərazini nəzarətdə saxlaya bilir.
Bundan başqa, iqtisadi qüdrətin konkret təsdiqlərindən biri aprel döyüşlərindən sonra da Azərbaycan Ordusunun lazım olan bütün təchizatının yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqəlidir. Dövlət başçısı bununla bağlı vurğulayıb: “Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilib. Onların bir hissəsi Azərbaycana gətirilib” (bax: əvvəlki mənbəyə).
Prezident İlham Əliyev qeyd edilən kontekstdə onu da ifadə edib ki, Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan bunu təbliğ etmir. Çünki rəsmi Bakı konkret addımlar atır və onun gücünü bilir, Ermənistan rəhbərliyi isə iqtisadi gücsüzlük ucbatından blef edir, öz əhalisini aldadır. Əgər Ermənistanın maliyyə imkanları geniş olsaydı, indi onun hay-küyündən qulaq tutulardı. Erməni küyçülüyü hamıya məlumdur.
İkincisi, Ermənistanın Azərbaycansız geosiyasi gələcəyi yoxdur. Çünki Azərbaycan Cənubi Qafqazın təkcə iqtisadi lideri deyil, həm də ciddi geosiyasi potensialı olan, konkret əməkdaşlıq formatları təklif edən, onları reallaşdıran, bölgənin təhlükəsizliyi üçün real addımlar atan müstəqil dövlətidir. Bunları nəzərə almadan regionda heç bir təhlükəsizlik modeli davamlı ola bilməz. Heç bir geosiyasi konfiqurasiya səmərə verməz. Bakının iştirakı olmadan geosiyasi sahədə Cənubi Qafqazda hansısa konkret plan həyata keçirmək mümkünsüzdür. Ölkə rəhbərinin aşağıdakı fikirləri bu məqamı gözəl ifadə edir: “Aprel döyüşləri, demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir” (bax: əvvəlki mənbəyə).
Deməli, kənardan təsir hər nə qədər güclü olsa da, güclü qonşunun marağını nəzərə almağa məcbursan! Aprel döyüşləri həm də bu həqiqəti nümayiş etdirdi! Bütövlükdə regionda yeni geosiyasi, hərbi və iqtisadi situasiyanın meydana gəldiyi göz qabağındadır. Bunların fonunda isə Ermənistan rəhbərliyi danışıqlar masasına ağlını başına toplayıb oturmalıdır. Onun başqa yolu qalmayıb. Azərbaycan aprel savaşından bir il sonra da bu həqiqəti dünyaya bəyan edib. Nəticəni Ermənistan rəhbərliyi çıxarmalıdır!
Newtimes.az

 
  • Oxunub:  2700  |  
  • Tarix:  20-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

16:16
15 Dekabr
Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir
15:56
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib
15:53
15 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:48
15 Dekabr
Siyavuş Novruzov: Həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil
15:19
15 Dekabr
Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb
15:14
15 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
15:08
15 Dekabr
Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
15:02
15 Dekabr
Mahmud Məmməd-Quliyev: Dağlıq Qarabağ münaqişəsi Qara dəniz ölkələri arasında regional layihələrə maneə olur
14:46
15 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşüb
14:42
15 Dekabr
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
14:32
15 Dekabr
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
14:29
15 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında iki qanun layihəsinə baxılıb
14:24
15 Dekabr
Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub
14:18
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
14:13
15 Dekabr
Nazir müavini: Təhsil Nazirliyi doktoranturanın təkmilləşdirilməsi işlərini davam etdirir
14:12
15 Dekabr
Ömrünü Azərbaycan təbiətinin tədqiqinə həsr etmiş görkəmli alimin xatirəsi yad olunub
14:06
15 Dekabr
Malayziyada “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimatı olub, “Azərbaycanı kəşf et” sərgisi açılıb
14:02
15 Dekabr
"Van Shopping Fest-2018" Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər
14:00
15 Dekabr
Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
13:49
15 Dekabr
Bakı Ali Neft Məktəbində “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb
12:45
15 Dekabr
Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq
12:43
15 Dekabr
YAP-ın 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən artıq ağac əkilib
12:40
15 Dekabr
AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
12:33
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
12:28
15 Dekabr
Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
12:27
15 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:21
15 Dekabr
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib
12:11
15 Dekabr
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq
12:03
15 Dekabr
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
11:58
15 Dekabr
ADA Universitetində "Big Data" Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
11:47
15 Dekabr
Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat keçirilib
11:41
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub
11:32
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
11:26
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
10:58
15 Dekabr
Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
10:53
15 Dekabr
Azərbaycan ilə Britaniya arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib
10:49
15 Dekabr
Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
10:31
15 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:25
15 Dekabr
İqtisadiyyat naziri Britaniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib
10:23
15 Dekabr
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib
10:19
15 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
10:15
15 Dekabr
Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfərə çatır
17:55
14 Dekabr
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb
17:52
14 Dekabr
Hadi Rəcəbli: Aparılan islahatlar sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına təkan verir
17:51
14 Dekabr
Tərtər rayonunda 4 min ağac əkilib
17:38
14 Dekabr
Nizami rayonunda “Hərəyə bir ağac əkək” aksiyası keçirib
17:37
14 Dekabr
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresində iştirak edib
17:34
14 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib
17:28
14 Dekabr
“The Jerusalem Post”: Ermənistan terrorçuların populyarlaşdırılmasını dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib
17:13
14 Dekabr
YAP Siyəzən rayon təşkilatı “700 min ağac əkək” kampaniyasına start verib
16:37
14 Dekabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
16:18
14 Dekabr
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
16:08
14 Dekabr
Gündüz İsmayılov: Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar
15:37
14 Dekabr
Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizəyə həsr olunan beynəlxalq konfrans davam edir
15:20
14 Dekabr
YAP Qax rayon təşkilatının üzvləri ağacəkmə kampaniyasına fəal qoşulublar
15:15
14 Dekabr
Tahir Rzayev: Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır
15:08
14 Dekabr
Nazir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 mlrd. dollardan çox investisiya qoyub
15:05
14 Dekabr
Ekspert: Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir
14:32
14 Dekabr
YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiyanın Səbail rayon təşkilatının gördüyü işlər müzakirə edilib
13:46
14 Dekabr
İsa Həbibbəyli: İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur
13:40
14 Dekabr
Vitse-spiker: Bu təhlükə Avropanın özünə yaxınlaşdıqda münasibət bildirməli olur
13:37
14 Dekabr
Musa Quliyev: Proqramların uğurla reallaşması nəticəsində respublikamızda yüzminlərlə yeni iş yeri açılıb
13:30
14 Dekabr
Tbilisidə GUAM PA-nın 10-cu sessiyası keçiriləcək
12:48
14 Dekabr
Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib
12:31
14 Dekabr
Fövqəladə hallar naziri: FHN xilasediciləri bu il çimərliklərdə 296 nəfəri xilas ediblər
12:15
14 Dekabr
Azərbaycan media təmsilçiləri İstanbulda səfərdədirlər
12:11
14 Dekabr
Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:58
14 Dekabr
Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
11:35
14 Dekabr
İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib
11:20
14 Dekabr
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7