Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal müxalifət yenidən erməni lobbisinin maraqlarının müdafiəçisinə çevrilib

Radikal müxalifət yenidən erməni lobbisinin maraqlarının müdafiəçisinə çevrilib

08.04.2017 [12:15]

Antimilli mərkəzlərin sifarişi ilə mitinq keçirməyə cəhd göstərən dağıdıcı ünsürlər bir daha Azərbaycan dövlətinə qarşı çıxış etdiklərini göstərirlər
Erməni lobbisinin maddi dəstəyi ilə ölkəmizin maraqlarını hədəfə alan, anti-azərbaycançı xarici qüvvələrin sifarişi əsasında fəaliyyət göstərən Azərbaycanın radikal müxalifət düşərgəsi yenidən öz ampluasındadır. Daha dəqiq desək anti-azərbaycançı mahiyyətə malik, ermənilərlə eyni məqsədə xidmət göstərən xarici mərkəzlərin yedəyi qismində çıxış edən radikal müxalifət son günlərdə yenidən məqsədli şəkildə “fəallaşdırılır”. Belə ki, radikal ünsürlər bu dəfə də ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramı - IV İslam Oyunları öncəsi xaricdən gələn sifarişləri yerinə yetirmək üçün “qollarını çırmayıblar”. Xəbər verildiyi kimi, qondarma “Milli şura”, AXCP və onlar kimi erməni maliyyəsinə xidmət edən digər dağıdıcı ünsürlər aprelin 8-də yenidən “mitinq tamaşası” göstərməyə cəhd edəcəklər.
Görünən odur ki, radikal müxalifətə maliyyə ayıran xarici ermənipərəst dairələr vaxtilə ölkəmizdə keçirilən “Eurovision” mahnı yarışması, birinci Avropa Oyunları öncəsi aparmağa çalışdıqları çirkin kampaniyanın yeni mərhələsini həyata keçirməyə cəhd göstərirlər. Qeyd olunan dövrlərdə fiaskoya uğrayan mənfur erməni lobbisinin arzularının “icraedicilər”i isə dəyişməzdir. Yəni Azərbaycanın maraqlarına qarşı düşmən kəsilən “sapı özümüzdən” olan bu satqın “baltalar” bu dəfə də xarici sifarişlərin qəbul olunduğu ünvana çevrilib. Xalqın dəstəyindən məhrum olmuş dağıdıcı ünsürlər ölkəmizə qarşı aparılan “qara piar”ın tərkib hissəsi kimi yenidən ermənilərin danışan dili funksiyasını yerinə yetirirlər. Xəyanətkar dəstənin “önündə” getmək üçün özünü min bir yola vuran AXCP sədri Əli Kərimli isə məhz bu yolla növbəti dəfə antimilli dairələrin, erməni lobbisinin “malades”i ilə birgə maddi təminatını da əldə etməyə niyyətlənib.
Bəli, AXCP sədri Əli Kərimli, qondarma şuranın rəhbəri Cəmil Həsənov bir daha xarici ermənipərəst siyasi qüvvələrlə paralel fəaliyyət göstərdiyini, onlardan təlimat aldığını aşkar surətdə ortaya qoymaqdadır. Ancaq onların hər hansı uğur qazanacağı qeyri-mümkündür. Çünki heç bir sosial dayağa malik olmayan qondarma şuranın iki cüt bir tək üzvünün də oradan ayrıldığı hər kəsə məlumdur. AXCP-yə gəldikdə isə, bu partiyanın “üzvləri” yalnız sosial şəbəkədəki “fake” (saxta) simalardır ki, onlar da Əli Kərimlinin gülünc statuslarını “like” etməkdən başqa bir işə yaramırlar. Əli Kərimlinin qohum-əqrəba birliyinə çevirdiyi AXCP-sinin siyasi “yükü” onun özünə mütənasibdlir.
Beləliklə, hər şey gün kimi ortadadır. Siyasi dönüklüyü, xəyanəti peşəyə çevirən belələri üçün ən əsas məsələ ermənilərin verdikləri maddi dəstəkdir. Məhz erməni lobbisinin pulları xarici ermənipərəst dairələrin sifarişini yerinə yetirən Ə.Kərimlini və Cəmil Həsənovu qarşıdan gələn kütləvi idman tədbirləri öncəsi də düşmənlərimizin və onların havadarlarının maraqlarının müdafiəçisinə çevirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, bu idman tədbirləri birmənalı şəkildə Azərbaycanın təbliğinə, turizmin inkişafına, ölkəmizin işğala məruz qalması ilə bağlı həqiqətlərin daha geniş publikada yayılmasına rəvac verir. Ölkəmizə gələn əcnəbi vətəndaşlar, xarici idmançılar, eləcə də fərqli ölkələri təmsil edən KİV nümayəndələri Azərbaycanın əldə etdiyi inkişaf tempi ilə əyani şəkildə tanış olurlar. Təbii ki, bütün bunlar erməni lobbisini narahat etdiyi üçün onların əlaltıları yenidən “mitinq sevdalısı” olmağa qərar veriblər. Və radikal müxalifət hər zaman olduğu kimi, bu gün də xalqın qarşısında səngər tutduğunu, ölkəmizin uğurlarını hədəfə aldığını, bir sözlə, Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətkar mövqe tutduğunu aşkar şəkildə nümayiş etdirir. Dağıdıcı ünsürlər sanki 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətdən getmələrinin acığını hələ də bu millətdən çıxmağa çalışırlar. Elə yəqin ki, bu səbəbdən dağıdıcılar bütün məqamlarda dövlətin, millətin maraqlarına qarşı olan tərəfdə yer alır, sabitliyin pozulmasına cəhd göstərirlər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30