Ana səhifə »  Siyasət »  Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər
A+   Yenilə  A-
Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər

Münxen şəhərində hər il beynəlxalq təhlükəsizliyin aktual problemlərinə həsr edilən konfrans təşkil edilir. Adətən tədbirə dünyanın yüksək səviyyəli siyasət adamları dəvət edilir. Bu dəfə keçirilən konfransda hazırda dünyanı təhdid edən faktorlar müzakirə edilib. Məsələlər kifayət qədər kəskin və sərt şəkildə qoyulub. İsrailin müdafiə naziri isə İranla bağlı obrazlı tezislər irəli sürüb. Tədbir iştirakçıları konkret bir problemi həll etməsələr də mümkün dialoq ətrafında xeyli danışılıb. Bu baxımdan ekspertlərin əsas müzakirə mövzuları ilə bağlı söylədikləri fikirlər maraq doğurur. Təbii ki, hələ söhbət ilkin nəticələrdən gedir, lakin ümumi olaraq dünya üçün vacib faktorlardan bəhs edilir. Onlar üzərində daha geniş dayanmaq zəruridir.
“Bayerischer Hof” müzakirələri: problemlər və fikir ayrılıqları
Almaniyanın Münxen şəhərində təhlükəsizliyə aid ənənəvi beynəlxalq konfrans məşhur “Bayerischer Hof” otelində üç günlük işini başa vurub. Bu dəfə tədbirdə dünyanın aktual hesab etdiyi problemlər 500-dən çox iştirakçı tərəfindən müzakirə edilib. Ekspertlər aparılan müzakirələrin maraqlı aspektlərini vurğulayırlar. Gəlinən qənaətlər göstərir ki, Münxen konfransında heç bir məsələ həll edilməyib, lakin ortada kifayət qədər mühüm problemlər mövcuddur. Onları şərti olaraq bir neçə qrupa ayırmaq olar.
Birinci qrupa Qərb, Rusiya, Çin və İran münasibətləri daxil edilə bilər. İkinci qrupda Yaxın Şərq məsələsi, üçüncüdə isə beynəlxalq terrorla mübarizə yer alıb. Bir sıra ekspertlər Avropa İttifaqı ölkələri arasındakı münasibətləri və ABŞ-Avropa münasibətlərini də ayrıca vurğulayırlar. Bu zaman NATO həm Qərb-Rusiya münasibətləri kontekstində, həm də təşkilatda islahatlar aspektində müzakirə obyekti olub. Bütün bunlar haqqında fikir söyləyənlər fərqli mövqe ifadə ediblər. Onlar məsələlərin kifayət qədər mürəkkəb olduğunu, bir sıra punktlarda isə hətta ziddiyyətləri aradan qaldırmağın mümkünsüzlüyünü etiraf ediblər.
Məsələn, NATO-Rusiya münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı təşkilatın baş katibi Yens Stoltenberq və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ümumi səviyyədə müsbət fikir bildirsələr də, NATO-Rusiya Şurasının işini bərpa etməkdən danışsalar da, tərəflər bir-birini güc mövqeyindən çıxış etməkdə günahlandırıb. S.Lavrov açıq deyib ki, “NATO-nun dialoqu güc mövqeyindən apardığını yaxşı bilirik” (bax: Transatlantika, Rossiə i Kitay: klöçevıe temı pervoqo dnə Mönxenskoy konferenüii / TASS, 18 fevral 2017).
Digər çətin həll edilə bilən məsələ kimi, konfransın təşkilatçısı Volfqanq İşinger “transatlantik münasibətləri” göstərib. Onun fikrinə görə, 2016-cı ildə bir sıra böhran xarakterli hadisələr baş verdi, indi isə ABŞ-ın yeni prezidenti Donald Trampın hansı siyasət yeridəcəyi məlum deyil. Bu isə transatlantik məkana qeyri-müəyyənlik gətirir, onun qarşısının alınması ilə bağlı konkret təkliflər isə yox dərəcəsindədir.
Bunun əvəzində, Avropa ölkələrinin liderləri münasibətləri inkişaf etdirməklə bağlı fərqli mövqe nümayiş etdirib, daha çox Avropa daxilində vəziyyəti yaxşılaşdırmaq üzərində düşünməyin lazım gəldiyini vurğulayıblar. Rusiyalı ekspert Fyodor Lukyanov da məsələnin bu aspektini xüsusi vurğulayır. O yazır: “Gözə dəyən nədir? Avropalı iştirakçılar arasında bu və ya digər məsələlər üzrə söz atışması” (bax: Nevroznıy Mönxen / “Rossiyskaə qazeta”, 19 fevral 2017).
Həmin sırada iştirakçılar Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermansın bir fikrini ayrıca qeyd edirlər. Avropa İttifaqı rəsmisi deyib: “Avropa İttifaqında iki növ üzv dövlətlər var: kiçik üzv-dövlətlər və özlərinin kiçik olmadığını hələ dərk etməyən kiçik üzv-dövlətlər” (bax: əvvəlki mənbəyə). Bunun mənası ondan ibarətdir ki, Avropa ölkələri nəhayət anlamalıdırlar ki, onlar qlobal geosiyasətdə həlledici söz sahibi deyillər. Buna görə də əvvəlcə öz daxili problemləri üzərində düşünməli, bu zaman sıx əlaqədə fəaliyyət göstərməlidirlər.
Bu yanaşma konfransa öz damğasını vurub. Aydın olub ki, Qərb bütövlükdə əvvəlki kimi dünya siyasətində diqtə edə bilmir. Nə Amerika özbaşına problemləri həll etmək iqtidarındadır, nə də Aİ ona lazımi dəstəyi vermək gücündədir. Çünki özünün daxili çətinlikləri kifayət qədərdir.
Beynəlxalq terror: mübarizənin daha səmərəli yolu hansıdır?
Bunun fonunda Münxen konfransı Rusiya və Çinin qlobal siyasətdəki rolunun yüksəlməkdə olduğunu bir daha təsdiqləyib. Tədbirdə çıxış edən Çin nümayəndəsi ABŞ-a əməkdaşlıq əlini uzatdıqlarını bir daha vurğulayıb. Xatırladaq ki, Pekin bunu Münxendə Amerika ilə Avropa ölkələrinin öz aralarında münasibətləri müzakirə etməsi fonunda bu fikri ortaya atıb. Ekspertlər hesab edirlər ki, bununla Çin növbəti dəfə konstruktiv mövqedə olduğunu nümayiş etdirib.
Lakin İran məsələsi ilə bağlı gərgin vəziyyət qalmaqdadır. Konfransda çıxış edən ABŞ, İsrail və Səudiyyə Ərəbistanı nümayəndələri kifayət qədər sərt fikirlər səsləndiriblər. İsrailin müdafiə naziri Aviqdor Liberman lakonik deyib ki, “biz Yaxın Şərqdə 3 çağırışla üz-üzəyik: İran, İran və İran” (bax: Mönxenskaə konferenüiə - 2017: Zapad, Rossiə i Blijniy Vostok / TASS, 20 fevral 2017). Bunlardan birincisi İranın nüvə ambisiyaları, ikincisi, ballistik raket proqramı, üçüncüsü, çox müasir silahların regionun istənilən problemli ölkəsinə qaçaqmal kimi çatdırılmasıdır. Yəmən, Livan, yaxud Suriya buna nümunədir.
ABŞ Senatının üzvü Lindsi Qrem isə İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinin tərəfdarı olduqlarını bildirib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr “İran öz davranışlarını dəyişməlidir...” - deyə bildirib (bax: əvvəlki mənbəyə).
İrana qarşı bu həmlələrin arxasında Suriya probleminin həlli dayanır. Qərb hesab edir ki, İran və Rusiya buna ciddi maneələr törədirlər. Bu səbəbdən Moskva və Tehran Qərblə əməkdaşlıq etməlidirlər. Lakin ekspertlərin konfransdan aldıqları təəssürata görə, ABŞ və Rusiya buna hazır görünmürlər. Bu səbəbdən də İranla Rusiyanın arasını vurmaq xətti seçilib. Həmin kontekstdə Tehranı suçlama prosesi gedir.
Onu vurğulayaq ki, Münxendə çıxış edən BMT-nin baş katibi Antoniu Quterriş də beynəlxalq terrorla bağlı konkret fikirlər ifadə edib. O, əsasən, Yaxın Şərqi nəzərdə tutaraq beynəlxalq səviyyədə terrorla mübarizəni incə üsulla aparmaq lazım olduğunu xüsusi qeyd edib. A.Quterriş ayrıca nəzərə çatdırıb ki, terrora qalib gəlmək üçün narazı əhalinin maraqları mütləq diqqətə alınmalıdır. Öncə isə Suriya və İraqda siyasi çözüm olmalıdır. Yəni BMT baş katibi hesab edir ki, terrorla mübarizədə taktiki və strateji dəyişikliklər olmalıdır.
Bu aspektdə Almaniyanın kansleri Angela Merkelin də məsələyə münasibəti maraqlı olub. Onun fikrinə görə, dinc İslamla terror arasında aydın sərhəd qoyulmalıdır. Yəni müsəlmanlara bəri başdan terrorçu kimi baxmaq doğru deyil. Eyni zamanda, müsəlman ölkələrin özlərinin terrorla mübarizəyə daha aktiv qoşulmasına nail olmaq gərəkdir.
Paralel olaraq, Almaniya rəhbərliyi NATO-da xərclərin artırılmasına tərəfdar olduğunu bəyan edib. Bu təşkilat güclənməlidir ki, qlobal terrorçuluğa qarşı səmərəli mübarizə aparmaq mümkün olsun. Almaniyanın prezidenti Yoaxim Qauk konfransda konkret rəqəm də deyib. Onun sözlərinə görə, hər üzv dövlət büdcəsinin 2%-ə qədərini təşkilata versə, yaxşı olar (bax: əvvəlki mənbəyə).
Beləliklə, Münxen təhlükəsizlik konfransı bir daha təsdiq etdi ki, dünya geosiyasətində kifayət qədər mürəkkəb vəziyyət davam edir və yeni risklər meydana gəlir. Böyük dövlətlər öz aralarında köhnə problemləri həll etməmiş, müxtəlif regionlarda daha çətin məsələlər ortaya çıxır. Bu vəziyyətdə beynəlxalq münasibətlər sisteminin səmərəli işləməsi mümkün deyil. Ona görə də 2017-ci ildə qlobal səviyyədə qeyri-müəyyənliklərin, təhlükələrin mövcud olacağı, müxtəlif xarakterli risklərin özünü göstərəcəyi haqqında proqnoz vermək olar. Burada bir çox məqamların Qərb-Rusiya münasibətlərindən asılı olacağını da vurğulamaq lazımdır. Çünki hazırda bu iki qüvvə daha gərgin regionlarda faktiki olaraq üz-üzədirlər. Ola bilsin ki, NATO-Rusiya Şurası hansısa problemi yüngülləşdirsin. Ancaq bütövlükdə vəziyyətin müsbətə doğru dəyişməsi ehtimalı az görünür. Münxen konfransının rəhbəri V.İşingerin yekun nitqində səsləndirilən qənaətlərdən də bunlar aydın duyulur.
Elsevər Abdullayev
Newtimes.az

 
  • Oxunub:  3570  |  
  • Tarix:  18-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub

21:02
17 Oktyabr
Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub
20:48
17 Oktyabr
Azərbaycan turizmin inkişafına yönəlib
20:34
17 Oktyabr
YAP-ın 25 illik yubileyi münasibətilə Pirallahıda keçirilən futbol yarışına yekun vurulub
20:01
17 Oktyabr
Rusiya telekanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb
19:26
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib
19:10
17 Oktyabr
Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var
17:54
17 Oktyabr
Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
17:39
17 Oktyabr
Sevinc Fətəliyeva: Konqresmen Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir
17:32
17 Oktyabr
Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
17:27
17 Oktyabr
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:06
17 Oktyabr
İsrailli ekspert Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb
16:58
17 Oktyabr
Bəxtiyar Sadıqov: Azərbaycan tərəfi öz prinsipial mövqeyindən geri çəkilən deyil
16:55
17 Oktyabr
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
16:10
17 Oktyabr
Azərbaycanda miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb
15:46
17 Oktyabr
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15:06
17 Oktyabr
Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
15:01
17 Oktyabr
Robert Sekuta: ABŞ Azərbaycanda iqtisadi islahatları yüksək qiymətləndirir
14:47
17 Oktyabr
Azərbaycan Seulda keçirilən mədəniyyət festivalında təmsil olunub
14:13
17 Oktyabr
“Vaşinqton Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır
14:10
17 Oktyabr
Bakı Dövlət Universiteti ilə Yaponiya universitetləri arasında əməkdaşlıq genişlənir
14:03
17 Oktyabr
Ziyad Səmədzadə: Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub
12:57
17 Oktyabr
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 100 milyon dollar təşkil edib
12:55
17 Oktyabr
Dilarə Cəbrayılova: Cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir
12:33
17 Oktyabr
Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir
11:09
17 Oktyabr
Vüqar Namazov: Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir
11:03
17 Oktyabr
Azərbaycan ilə Pakistan arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib
10:53
17 Oktyabr
Vüsal Qasımlı: İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb
10:37
17 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
10:34
17 Oktyabr
BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayı ötən illərə nisbətən iki dəfə artıb
10:33
17 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya strateji tərəfdaşlığının aspektləri müzakirə olunacaq
10:28
17 Oktyabr
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
10:25
17 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 105 dəfə pozub
10:18
17 Oktyabr
Sabah Daşkənd şəhərində “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək
17:56
16 Oktyabr
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir
17:21
16 Oktyabr
Sosial təminat haqqında Azərbaycan-Bolqarıstan hökumətlərarası Saziş layihəsi müzakirə olunub
16:46
16 Oktyabr
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər
16:40
16 Oktyabr
Bayram Səfərov: Bizim yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır
16:00
16 Oktyabr
Flora Qasımova: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqlar xatirinə danışıqlarda iştirak etmir
15:58
16 Oktyabr
MM-in deputatı: Ermənilər xoşluqla sülhə gəlməyəcək
15:52
16 Oktyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
15:45
16 Oktyabr
Mələk Çakmak: Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində böyük irəliləyişə nail olub
15:42
16 Oktyabr
Vüqar Bayramov: Neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur
15:40
16 Oktyabr
Bakıda Ümumdünya Ərzaq Gününə həsr edilən tədbir keçirilib
15:31
16 Oktyabr
Vüsal Qasımlı: Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır
15:05
16 Oktyabr
Aparılan islahatlar Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə xidmət edir
14:49
16 Oktyabr
Azərbaycan ilə Gürcüstan arasında sıx əməkdaşlıq bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır
14:32
16 Oktyabr
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
14:08
16 Oktyabr
Azərbaycanın müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:02
16 Oktyabr
AZƏRTAC İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi İcraiyyə Şurasının üzvü seçilib
13:58
16 Oktyabr
Martin Çunqonq: Parlamentlərarası İttifaq Azərbaycan ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır
12:51
16 Oktyabr
Oqtay Əsədov: Özgə torpaqlarının qəsb edilməsinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir
12:31
16 Oktyabr
TAP-ın inşasında istifadə ediləcək boruların hamısı Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb
12:29
16 Oktyabr
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib
12:26
16 Oktyabr
Polşanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
11:43
16 Oktyabr
Leyla Əliyeva: Ərzaq təhlükəsizliyi dünyada sülhün, sabitliyin və davamlılığın təmini üçün vacibdir
11:39
16 Oktyabr
Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
11:32
16 Oktyabr
Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır
11:12
16 Oktyabr
Səkkiz ayda Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi 7 faiz artıb
10:55
16 Oktyabr
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
10:45
16 Oktyabr
Musa Qasımlı: Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin gərginləşməsinə yönəlib
10:40
16 Oktyabr
Bolqarıstan mediası Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıb
10:27
16 Oktyabr
Elçin Əhmədov: Rusiyanın Ermənistanı silahlandırması onun tərəfsiz vasitəçiliyini şübhə altında qoyur
10:24
16 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 118 dəfə pozub
09:59
16 Oktyabr
İspaniyanın “La Razon” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib
09:55
16 Oktyabr
Amerikalı ekspert: Rusiya silahlarının Ermənistana tədarükü üzrə sazişlər münaqişənin sülh yolu ilə həllinə kömək etməyəcək
09:50
16 Oktyabr
Asim Mollazadə: Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır
20:48
14 Oktyabr
Elman Nəsirov: Azərbaycan xalqı qardaş Türkiyə vətəndaşlarından bu hərəkəti gözləmirdi
18:41
14 Oktyabr
Hikmət Babaoğlu: Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri erməni lobbisinə növbəti xidmətdir
18:38
14 Oktyabr
Litvalı müxbirlər işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər
18:12
14 Oktyabr
Naxçıvan şəhərində yeni məscid binası tikilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA