Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Yaponiya arasında iqtisadi və ticarət əlaqələrinin gələcək perspektivləri müzakirə edilib

Azərbaycan ilə Yaponiya arasında iqtisadi və ticarət əlaqələrinin gələcək perspektivləri müzakirə edilib

24.02.2017 [09:34]

Fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 9-cu birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Abid Şərifov iclasın iki ölkənin diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini deyib. Bildirib ki, ötən illər Azərbaycan-Yaponiya dostluğunun möhkəmlənməsi ilə yadda qalıb. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə əlaqələr quran ilk dövlətlərdən biridir.
Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq müstəvidə respublikamızın nüfuzunun artdığını deyən Baş nazirin müavini bildirib ki, ölkəmiz bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanda çalışan Yaponiya şirkətləri bunun şahididir.
Abid Şərifov Azərbaycanın neft-qaz sektorunda Yaponiya şirkətlərinin aktiv fəaliyyət göstərdiyini deyib, bu şirkətlərin gələcəkdə də ölkəmizin yeni neft-qaz sahələrində iştirak edəcəklərinə ümidvar olduğunu bildirib. Baş nazirin müavini iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımların müzakirəsinin vacibliyini qeyd edib.
Ölkəmizdə həyata keçirilən iri layihələr barədə qonaqlara məlumat verən Baş nazirin müavini sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar barədə də ətraflı danışıb. Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə əməkdaşlıq üçün əlverişli imkanların yarandığını vurğulayan Abid Şərifov yapon şirkətlərini yeni sənaye obyektlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye, su və meliorasiya təsərrüfatı, alternativ və bərpaolunan enerji mənbələri və digər sahələrdə də əməkdaşlığa çağırıb.
Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, “İtoçu” korporasiyasının sədr müavini Yoiçi Kobayaşi iki dost ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin digər ölkələr üçün də nümunə ola biləcəyini qeyd edən Y.Kobayaşi yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və ümumiyyətlə ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində fəal iştirakını qeyd edib.
O, Yaponiya nümayəndə heyətinin tərkibində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış yapon şirkətlərinin də təmsil olunduğunu diqqətə çatdırıb, nəzərdə tutulan məsələlər ətrafında aparılacaq müzakirələrin konkret nəticələrə gətirib çıxaracağına əminliyini bildirib.
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə dövlət naziri Yoşifumi Matsumura isə Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 9-cu iclasında iştirakından məmnunluğunu bildirib. Nazir Yaponiyanın Azərbaycanla neft-qaz sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Sonra hər iki ölkənin nümayəndə heyətləri təqdimatlarla çıxış ediblər.

Paylaş:
Baxılıb: 298 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30