Ana səhifə »  Siyasət »  Niyə məhz Bakı, yaxud dünyanın siyasi nəbzi yenə paytaxtımızda vurur
A+   Yenilə  A-
Niyə məhz Bakı, yaxud dünyanın siyasi nəbzi yenə paytaxtımızda vurur

Bütün dünyanın maraqla izlədiyi görüşün Bakıda baş tutması Azərbaycana çoxsaylı strateji dividendlər qazandıracaq
Fevralın 16-da Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilib. Dünyanın diqqətlə izlədiyi bu görüşün Azərbaycanda keçirilməsi yerli və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrilib. Şübhəsiz ki, bu görüşün Cənubi Qafqazın lider dövləti olan, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən, geopolitik güc mərkəzlərinin strateji maraqlarının uzlaşdığı bir ölkədə - Azərbaycanda keçirilməsi təsadüfi xarakter daşımır.

 

Tarazlaşdırılmış xarici siyasət kursunun qanunauyğun nəticəsi, yaxud Azərbaycan geopolitik güc mərkəzlərinin maraqlarının uzlaşdığı məkan kimi

Hər şeydən əvvəl, bu fakt Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursunun qanunauyğun nəticəsidir. Regional əməkdaşlıq və təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan tarazlaşdırılmış xarici siyasət həyata keçirir ki, bu da həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi həyata keçirilən praqmatik xarici siyasətin pozitiv nəticələridir.
Digər tərəfdən, Azərbaycanın milli maraqların qorunmasına xidmət edən xarici siyasət kursu sırf müstəqillik prinsipinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Müstəqil siyasət, əsas etibarilə, ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür: “Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.
Bütövlükdə, müstəqil siyasət Azərbaycanın həm etibarlı tərəfdaş kimi çıxış etməsini, həm də dünya siyasətinin inkişafına, perspektivinə strateji töhfələr verməsini şərtləndirib. Məhz bəhs olunan görüşün Azərbaycanda keçirilməsini şərtləndirən ilk amil, qeyd etdiyimiz kimi, ölkəmizin geopolitik güc mərkəzlərinin maraqlarının uzlaşdığı məkan kimi çıxış etməsidir. Məlumdur ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri ölkəmizi tərəfdaşlıq və əməkdaşlıq platformasına çevirməkdir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və tarazlaşdırılmış xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.

 

Prezident İlham Əliyevin praqmatik fəaliyyəti, şəxsi nüfuzu və liderlik keyfiyyəti dünya miqyasında yüksək qiymətləndirilir

Digər tərəfdən, burada liderlik amilini də xüsusi vurğulamaq lazımdır. Liderlik fenomeninin ən mühüm cəhətlərini özündə birləşdirən Prezident İlham Əliyevin şəxsi nüfuzu, o cümlədən praqmatik fəaliyyət mexanizmi Azərbaycanı dünya dövlətlərinin, eləcə də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə əsl siyasi lider olduğunu isbatlayıb. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, mürəkkəb siyasi şəraitdə optimal və effektiv qərarlar qəbul edən, beynəlxalq arenada səmərəli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın dövlət maraqlarının - milli mənafelərinin reallaşdırılmasında öz əksini tapır. Başqa sözlə, Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, Öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Belə olan halda, milli dövlətlər və onların liderləri, bütövlükdə, dünya ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, praqmatik siyasi kurs həyata keçirən Azərbaycanla əməkdaşlığa böyük önəm verir, bunu mühüm strateji dividendlər vəd edən seçim kimi dəyərləndirirlər.

 

İki prezidentin bir mesajı...

Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında keçirilən görüş həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursa verilən adekvat qiymətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələrə malik olması da xüsusi vurğulanmalıdır. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, Onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm D.Tramp, həm də V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirmiş və Onun fəaliyyətini təqdir etmişlər. Məhz bu sadalananlar bəhs olunan görüşün Bakıda keçirilməsini zəruri etmişdir.
Başlıca strateji məqam budur ki, bu görüşün Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi həm ABŞ, həm də Rusiya prezidentlərinin dünyaya mesajıdır. İki prezidentin bir mesajı ondan ibarətdir ki, Azərbaycan bu ölkələrlə dostluq, strateji tərəfdaşlıq münasibətlərinə malikdir, eyni zamanda, ölkəmizlə bu dövlətlər arasındakı əlaqələr gələcəkdə Azərbaycanın beynəlxalq arenada problemlərinin, xüsusilə də Dağlıq Qarabağ məsələsinin həllində öz sözünü deyəcəkdir!

 

ATƏT-in üç həmsədr ölkəsindən ikisinin baş qərargah rəislərinin Bakıda görüşməsi Dağlıq Qarabağ probleminin həlli kontekstində

Yeri gəlmişkən, ATƏT-in üç həmsədr ölkəsindən ikisinin baş qərargah rəislərinin Bakıda görüşməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də gündəmə gətirib. Təbii ki, bu iki ölkə bəhs olunan görüşün Bakıda keçirilməsi ilə bağlı razılaşmamışdan öncə Azərbaycanın ərazisi işğal edilmiş bir ölkə olduğunu və ABŞ ilə Rusiyanın Ermənistanın işğalı nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vasitəçilik missiyasını icra etdiyini bilirdilər. Belə olan halda, bu fakt Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində və ya ATƏT-in Minsk qrupunun fəaliyyətində müsbət dəyişikliklərin ola biləcəyinə dair müəyyən fikirlərin yaranmasına səbəb olur.

 

Müsəlman ölkələrinə qeyri-sabitlik məkanı kimi baxıldığı bir vaxtda Bakının görüş yeri kimi seçilməsi aşkar mesajdır

Bu görüş kontekstində vurğulanması zəruri olan əhəmiyyətli nüanslardan biri də müsəlman ölkələrinə qeyri-müəyyən münasibətin mövcud olduğu bir şəraitdə müsəlman ölkəsi olan Azərbaycanın paytaxtı Bakının belə bir mötəbər görüş məkanı kimi seçilməsidir. Əlbəttə, müsəlman coğrafiyasında xaos, qeyri-sabitlik, kataklizmlər kimi neqativ proseslərin baş verdiyi ölkələrdən fərqli olaraq Azərbaycan öz sabitliyi, təhlükəsizlik mühiti və beynəlxalq arenada pozitiv rol oynaması ilə fərqlənir. Ölkəmizin çoxsaylı qlobal əhəmiyyətli mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bu yanaşmanın doğruluğunu sübuta yetirir. Şübhəsiz, bu və ya digər tədbirlərin, eləcə də bəhs olunan görüşün ölkəmizdə keçirilməsi həm Azərbaycanın beynəlxalq reputasiyasının güclənməsinə, həm də ikitərəfli, çoxtərəfli münasibətlərinin inkişafına pozitiv töhfə səciyyəsi daşıyır.

 

Azərbaycan sabitləşdirici aktor kimi barışdırıcı missiya həyata keçirir

Bunlarla yanaşı, sözügedən görüşün ölkəmizdə keçirilməsini şərtləndirən amillərdən biri də Azərbaycanın dünyada sülhyaratma prosesində fəal iştirak etməsi, səmərəli təşəbbüs və təkliflərlə çıxış etməsi, öz əməli fəaliyyəti ilə regional və qlobal sülhün, təhlükəsizliyin möhkəmlənməsinə layiqli töhfələr verməsidir. Başqa sözlə, Azərbaycan sülh və təhlükəsizlik kontekstində qlobal əhəmiyyətli məsələlərin həll olunması prosesində fəal iştirak edən aktorlardan biridir. Bu məqamda ölkəmizin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, o cümlədən, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, bütün bunlar, eyni zamanda, Azərbaycanın üstün beynəlxalq nüfuza sahib olması gerçəkliyini növbəti dəfə nümayiş etdirdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz tarixi bir hadisə, gənc müstəqil dövlət kimi böyük diplomatik və siyasi uğurumuzdur: “Bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir”.
Eyni zamanda, Azərbaycan regional konfliktlərin, konfrantasiya və ziddiyyətlərin aradan qaldırılmasında fəal roy oynayır, barışdırıcı missiya həyata keçirir. Buna nümunə kimi qeyd edək ki, ölkəmiz Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında mühüm rol oynayıb. Bununla yanaşı, Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirməsini göstərən ən mühüm nünaslardan biri həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına dəstək və töhfə verməsidir.
Digər tərəfdən, Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Yəni istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.

 

Diplomatiya tarixində yeni əməkdaşlıq platforması: üçtərəfli görüşlər və onun mahiyyəti

Görüşün ölkəmizdə keçirilməsini şərtləndirən amillərdən bəhs edərkən Azərbaycanın təhlükəsizlik və inkişafa xidmət edən regional əməkdaşlıq formatlarının yaranmasında strateji rol oynamasına da ayrıca toxunmaq lazımdır. Ölkəmizin təşəbbüsü ilə regional əməkdaşlıq platformalarının yaranması sülh, təhlükəsizlik, əməkdaşlıq və inkişafa strateji töhfədir. Ümumiyyətlə, Azərbaycan öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu baxımdan, region ölkələri ilə münasibətlərin qeyd olunan amillər əsasında inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, region dövlətləri də Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirirlər.
Qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın iştirakı ilə yeni regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir. Məhz Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə formatları həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır, bölgədə təhlükəsizlik və işbirliyinə əhəmiyyətli töhfələr verir.
Yaxın tarixə istinad edərək qeyd edə bilərik ki, ötən il avqustun 8-də Bakıda Azərbaycan Respublikasının, İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin iştirakı ilə üçtərəfli Zirvə görüşü keçirilib. Bəhs olunan Zirvə görüşü eyni coğrafiyanı bölüşən üç ölkə arasında yeni əməkdaşlıq formatının əsasını qoyub. Xüsusi nüans budur ki, regionda yeni əməkdaşlıq formatının yaranmasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri əsas rol oynayıb. Ümumiyyətlə, Azərbaycanın dövlət başçısının irəli sürdüyü fəal təşəbbüslər bir qayda olaraq qonşu ölkələr tərəfindən də yüksək qiymətləndirilir və dövlətlərarası münasibətlərin qurulmasında mütləq nəzərə alınır. Elə bəhs olunan Zirvə görüşündəki çıxışlarında da İran İslam Respublikasının və Rusiya Federasiyasının prezidentləri Azərbaycanın dövlət başçısının regionda təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın yeni, daha geniş məzmun almasına göstərdiyi səyləri yüksək qiymətləndiriblər. Prezident İlham Əliyevin siyasi iradəsi, çoxşaxəli fəaliyyəti və səyləri özündə bütövlükdə regionun perspektiv inkişafı ilə bağlı yeni hədəfləri və müasir çağırışlarla səsləşən yanaşmaları ehtiva edir.
Regional əməkdaşlıq və təhlükəsizlik kontekstində Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir.
Bütövlükdə, Azərbaycanın təhlükəsizlik və inkişafa xidmət edən regional əməkdaşlıq formatlarının yaranmasında strateji rol oynaması dünyanın geopolitik güc mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Məhz ayrı-ayrı ölkə və hökumət başçılarının Azərbaycana səfərləri zamanı bu fikri səsləndirmələri, eləcə də bu reallığın mötəbər beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılması söylədiyimizi təsdiq edən bariz nümunələrdəndir. Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüşün Bakıda keçirilməsi də bu gerçəkliyin ifadəsidir.

 

Cənubi Qafqazın lider dövləti regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir

Bunlarla yanaşı, Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verməsi dünya miqyasında yüksək qiymətləndirilir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir. Digər tərəfdən, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, birincisi, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. İkincisi, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər.
Bütövlükdə, sadalananlar ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüşün Bakıda keçirilməsinin təsadüfi xarakter daşımadığını göstərir. Əminliklə söyləmək olar ki, bütün dünyanın maraqla izlədiyi bu görüşün Bakıda baş tutması Azərbaycana çoxsaylı strateji dividendlər qazandıracaq.
Hikmət BABAOĞLU

 
  • Oxunub:  7110  |  
  • Tarix:  17-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir

12:29
21 İyun
Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya siyasətinin idarə olunması gücləndirilir
12:25
21 İyun
Beş ayda Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 11 milyard dollardan çox olub
12:19
21 İyun
“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin komitəsində qəbul olunub
11:55
21 İyun
Azərbaycan nümayəndə heyəti “Rəqəmli bacarıqlar şəbəkəsi”nin iclasında iştirak edib
11:49
21 İyun
FAO fitosanitar yoxlama və diaqnostika xidmətlərinin gücləndirilməsində Azərbaycanı dəstəkləyir
11:34
21 İyun
Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri başlayıb
11:30
21 İyun
Təhsil Nazirliyi ötən ildəki fəaliyyəti ilə bağlı hesabat verib
11:22
21 İyun
Elmar Məmmədyarov Belarusa rəsmi səfərə gedib
11:08
21 İyun
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının Bəyannaməsi qəbul edilib
11:06
21 İyun
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub
10:47
21 İyun
Bayram tədbirlərində iştirak edəcək türkiyəli hərbi qulluqçular ölkəmizə gəliblər
10:22
21 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 125 dəfə pozub
17:54
20 İyun
Komitə sədri: "Cocuq Mərcanlıya qayıdış məcburi köçkünlərin torpaqlarına qayıtmaq ümidini artırıb"
17:52
20 İyun
Azərbaycan-Vyetnam əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:48
20 İyun
Millət vəkilləri QDİƏT Parlament Assambleyasının iclasında iştirak edirlər
17:46
20 İyun
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:35
20 İyun
Əli Əhmədov: O zaman Azərbaycanı titrədən qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib
17:13
20 İyun
Mərkəzi Elmi Kitabxana “Vikipediya”da “Azərbaycan Xalq Cümhuriyyəti ayı”nın nəticələrini təqdim edib
17:10
20 İyun
Tarix Muzeyində “Ordum varsa, yurdum var!” adlı sərgi hazırlanır
17:02
20 İyun
Zakir Həsənov: Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatlar uğurla davam etdirilir
16:44
20 İyun
Qida Təhlükəsizliyi Agentliyinin idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara müraciəti
16:27
20 İyun
Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək
16:24
20 İyun
Azərbaycandan elektrik enerjisinin ixracı 2,9 dəfəyədək artıb
16:15
20 İyun
Mariya Zaxarova: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün əlindən gələni edəcək
16:06
20 İyun
Pərviz Şahbazov: Vyana görüşündə neft hasilatının səviyyəsi ilə bağlı müzakirələr aparılacaq
15:45
20 İyun
Azərbaycanda ümumi enerji istehlakı 13,9 milyon ton neft ekvivalenti olub
15:40
20 İyun
Təmsilçilərimizin UEFA Avropa Liqasındakı rəqibləri bəlli olub
14:54
20 İyun
Azərbaycan Vyetnamla Protokol imzalayıb
14:40
20 İyun
Xarici İşlər Nazirliyin 20 iyun - Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb
14:22
20 İyun
Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir
14:19
20 İyun
20 iyun Ümumdünya Qaçqınlar Günüdür
14:09
20 İyun
Daşkənddə keçirilən regional seminarda Azərbaycan da təmsil olunub
14:07
20 İyun
Ötən il Azərbaycandan Vyetnama ixracın həcmi 55 milyon ABŞ dolları olub
12:43
20 İyun
Əli Əhmədov: Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub
12:40
20 İyun
Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təntənəli mərasim keçirilir
12:18
20 İyun
Varşavanın Kral Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
12:01
20 İyun
İlk Milli Səhiyyə Forumunda ən son tibbi yeniliklər müzakirə olunub
11:44
20 İyun
Zakir Həsənov: "Azərbaycan Ordusu ən müasir raket və artilleriya sistemlərinə malikdir"
11:36
20 İyun
Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı məlum olub
11:14
20 İyun
Qazaxda “Ehtiyat səyyar ASAN 2 xidməti”ndən 3 mindən çox sakin yararlanıb
11:06
20 İyun
Etibar Nəcəfov: Azərbaycan milli azlıqların müdafiəsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirir
10:59
20 İyun
Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib
10:51
20 İyun
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir
10:46
20 İyun
Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə
10:24
20 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
10:02
20 İyun
Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri parada hazırlıq məqsədilə Bakı səmasında növbəti uçuşlar edib
09:58
20 İyun
Zakir Həsənov: "Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir"
09:18
20 İyun
Ölkə üzrə bu günədək 451 ton yaş barama tədarük olunub
09:14
20 İyun
Parisdə türk dünyası ilə bağlı silsilə tədbirlər keçirilib
08:50
20 İyun
Əlcəzair nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür
08:38
20 İyun
Azərbaycan ilə Tacikistan arasında mədəni əməkdaşlığın geniş perspektivləri var
08:22
20 İyun
Azərbaycan ilə Braziliya arasında parlamentlərarası münasibətlərin genişləndirilməsi müzakirə olunub
08:18
20 İyun
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq
17:47
14 İyun
Eldar İbrahimov: 15 iyun 1993-cü il əsl qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir
17:45
14 İyun
Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq
17:39
14 İyun
Kanada sammiti: G7-nin riskləri və qeyri-müəyyənlikləri
17:35
14 İyun
Tarix Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” mövzusunda tədbir keçirilib
17:22
14 İyun
TANAP-ın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti
17:20
14 İyun
Abel Məhərrəmov: 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur
17:17
14 İyun
Bayram günlərində Bakı metrosu xüsusi rejimdə çalışacaq
17:14
14 İyun
Moskvada MDB İqtisadi Şurasının 78-ci iclası keçirilib
17:07
14 İyun
XİN: Qondarma Dağlıq Qarabağ rejiminin “sənədi”nin BMT-də yayılması xəbəri yalan və cəfəngiyatdır
17:01
14 İyun
İlin əvvəlindən əhalinin sayı 25018 nəfər artıb
16:35
14 İyun
Daşkənddə Sona Vəliyevanın özbək dilində şeirlər kitabının təqdimatı olub
16:27
14 İyun
Azərbaycan üzrə hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib
16:18
14 İyun
Nazir: Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir
16:14
14 İyun
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır
16:11
14 İyun
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir
16:05
14 İyun
Denis Daniilidis: "Cənub Qaz Dəhlizi"nin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır
15:54
14 İyun
Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfəyədək artıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+20 +23