Ana səhifə »  Siyasət »  Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır
A+   Yenilə  A-
Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır

Ölkə başçısının fevralın 14-də imzaladığı Fərman məcburi köçkünlərə diqqət və qayğının növbəti təzahürüdür
Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan məcburi köçkünlərin sosial müdafiəsinin təşkili istiqamətində dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə başçısının fevralın 14-də imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərmanı Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür. Belə ki, Fərmana əsasən, məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlər 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçiriləcək. Bu norma məcburi köçkünlər yeni yaşayış sahələrinə köçürülənə qədər qüvvədə qalacaq. Qeyd edək ki, həmin kontingent 01.02.2017-ci il tarixdən köhnə qayda ilə 20 manat müavinət alacaq.
Fərmanda o da qeyd edilir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Bununla yanaşı, Nazirlər Kabinetinə 3 gün ərzində limitləri müəyyən etmək, 15 gün ərzində isə qazlaşma proqramını və Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün ölkə başçısına təqdim etmək tapşırılıb.
Sənəddə göstərilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etməlidir. Eləcə də adıçəkilən Dövlət Komitəsi imzalanan Fərmanın müvafiq bəndinə əsasən nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa “Azəriqaz” İstehsalat Birliyinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin edəcək.
Qeyd edək ki, bu Fərman ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində növbəti uğurlu addım kimi qiymətləndirilir. Ölkə ictimaiyyəti məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin yenə də müəyyən olunmuş limit əsasında həyata keçirilməsinin bu kateqoriyadan olan vətəndaşlarımızın maraqlarına xidmət göstərdiyi fikrindədir.
Öz növbəsində Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısı həmişə ön planda olub. Onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti çox ciddi tədbirlər həyata keçirib. Eyni zamanda, məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunub və uğurla həyata keçirilir: “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman mühüm əhəmiyyətə malikdir. Fevralın 14-də imzalanan Fərmana əsasən məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda ayda 20 manat çörək pulu saxlanılmaqla, kommunal xərclərin ödənilməsi yenə də dövlət hesabına həyata keçiriləcək”.
A.Hüseynov onu da deyib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində yaxın gələcəkdə məcburi köçkün soydaşlarımız öz doğma yurd-yuvalarına qovuşacaqlar: “Hər bir vətəndaşımız buna inanır. Prezidentimizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı imzaladığı Sərəncam “Böyük qayıdış”ımızın ilkin addımıdır”.
Milli Məclisin üzvü Rauf Əliyev isə bildirib ki, Prezidentin məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Fərmanı dövlətimizin həssas təbəqədən olan şəxslərə göstərdiyi diqqətin bariz nümunəsidir. Millət vəkilinin sözlərinə görə, tətbiq ediləcək güzəştlər yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərə şamil ediləcək: “Çünki həmin binalarda qazlaşdırma problemi var. Həmin yerlərə yeni layihə çəkib qazla təmin etmək hazırda çox çətin prosesdir. Bu baxımdan Azərbaycan Prezidenti bütün bunları nəzərə alaraq, yataqxanalarda, sanatoriyalarda yaşayan məcburi köçkünlərin kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı Fərman imzaladı. Bu, qaçqın və məcburi köçkünlərin daim Prezidentin diqqət və nəzarətində olduğunu bir daha göstərdi”.
R.Əliyev əlavə edib ki, ölkə başçısının tapşırığı əsasında sözügedən şəraitdə yaşayan məcburi köçkünlərə evlərin tikilməsi üçün Mərdəkan və Sabunçuda torpaq sahəsi ayrılıb: “Bu addımların hər biri göstərir ki, dövlət başçısı həssas təbəqədən olan şəxslərə xüsusi nəzarət edir, onların problemlərinin həll istiqamətində lazımi addımlar atılır. Təbii ki, vaxt gələcək, torpaqlarımız geri qaytarılacaq və həmin insanlar öz dədə-baba yurdlarına qayıdıb yüksək səviyyədə yaşayacaqlar”.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  1440  |  
  • Tarix:  17-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir

17:45
24 Fevral
Mehriban Əliyeva: Sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir
17:16
24 Fevral
Yusif Çınar: Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir
17:10
24 Fevral
Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilir
16:43
24 Fevral
Şahin İsmayılov: Beynəlxalq təcrübəyə əsaslanaraq Xocalı təqaüdü təsis edilsin
16:36
24 Fevral
Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul etdi
16:27
24 Fevral
Hikmət Babaoğlu: Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidi olacaqlar
16:23
24 Fevral
Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindəndir
16:10
24 Fevral
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yeni normativ-hüquqi aktların layihələrini müzakirə edib
15:43
24 Fevral
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib
15:16
24 Fevral
Bahar Muradova: Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik
14:55
24 Fevral
Numan Kurtulmuş: Beynəlxalq ictimaiyyət Xocalı qətliamına biganə qalmamalıdır
14:31
24 Fevral
Nazir Mahmud Əli Yusuf: Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması üçün səylərimizi əsirgəməyəcəyik
14:16
24 Fevral
Siyavuş Novruzov: Xocalı soyqırımında əli olanların nə vaxtsa tutulacağını, məhkəmə qurulacağını gözləməməliyik
14:10
24 Fevral
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:04
24 Fevral
Azərbaycan ilə Cibuti arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
13:51
24 Fevral
Ziyafət Əsgərov: Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verir
12:45
24 Fevral
Oqtay Əsədov: Xocalı soyqırımını törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək
12:43
24 Fevral
BMT Baş katibinə Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat təqdim olunub
12:29
24 Fevral
Elmira Süleymanova: Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır
12:17
24 Fevral
Milli Məclisdə “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə edilir
12:03
24 Fevral
Dağlıq Qarabağın azərbaycanlı icması dünya birliyini Xocalı qətliamını soyqırımı aktı kimi tanımağa çağırır
11:33
24 Fevral
Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri V Qlobal Bakı Forumda iştirak edəcək
11:28
24 Fevral
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 70 dəfə pozub
11:15
24 Fevral
Vyetnamda “Xocalı soyqırımı. 25 illik cəzasızlıq” adlı konfrans keçirilib
11:07
24 Fevral
Naxçıvanda “Qan yaddaşımız: Xocalı” adlı rəsm sərgisi açılıb
10:47
24 Fevral
Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
10:44
24 Fevral
Ağdam rayonunun Mirəşirli kəndində 2 ədəd partlamış hərbi sursatın qalıqları götürülüb
10:38
24 Fevral
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib
10:30
24 Fevral
Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
10:25
24 Fevral
Bakı Slavyan Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
10:07
24 Fevral
Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:55
23 Fevral
Robin Danniqan: ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır
17:53
23 Fevral
Musa Quliyev: Xocalı soyqırımının dünyada tanınması istiqamətində bundan sonra da işlər davam edəcək
17:52
23 Fevral
Elman Məmmədov: Hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir
17:49
23 Fevral
Azərbaycanda ixtisaslaşmış işçi qüvvəsinə tələbatın təhlili və monitorinqinə dair təqdimat keçirilib
17:46
23 Fevral
Məlahət İbrahimqızı: Xocalı soyqırımı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətdir
17:44
23 Fevral
II İliya: Gürcüstan tərəfi Qafqaz Müsəlmanları İdarəsinin Bakıda keçirəcəyi konfransda yaxından iştirak edəcək
17:31
23 Fevral
Maroş Şefçoviç: Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək
17:09
23 Fevral
Bolqarıstanın sabiq Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək
16:55
23 Fevral
Özbəkistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşula bilər
16:49
23 Fevral
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib
16:01
23 Fevral
Abid Şərifov: Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə əlaqələr quran ilk dövlətlərdən biridir
15:52
23 Fevral
Prezident İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15:49
23 Fevral
İordaniyanın “7stars TV” telekanalında Xocalı soyqırımı ilə bağlı reportaj yayımlanıb
15:41
23 Fevral
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək
15:17
23 Fevral
ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamının 25 illiyi ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması kampaniyası keçirir
15:08
23 Fevral
Səfir: Azərbaycan Küveyt üçün mühüm tərəfdaşdır
14:40
23 Fevral
Xocalı faciəsini dünyaya tanıtmaq ədalətin bərpasına çağırışdır
14:16
23 Fevral
Eldar İbrahimov: Hər bir cəmiyyətin sağlam inkişafı üçün ən vacib şərtlərdən biri də ərzaq təhlükəsizliyi və qida təhlükəsizliyidir
13:56
23 Fevral
Fəzail İbrahimli: Xocalı soyqırımının tanıdılması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir
13:52
23 Fevral
Vyanada ATƏT PA-nın 16-cı qış sessiyası işə başlayıb
13:43
23 Fevral
İslam həmrəyliyi ilə bağlı görülən işlər bu dinin gözdən salınması istiqamətində kampaniyaya ciddi zərbə vuracaq
13:18
23 Fevral
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşü olub
12:25
23 Fevral
Azərbaycan-Ukrayna əlaqələri: Ötən 25 il mühüm uğurlarla xarakterizə olunur
12:10
23 Fevral
Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb
12:00
23 Fevral
Xocalı soyqırımına həsr olunan “Sonsuz dəhliz” filmi Əddis-Əbəbədə nümayiş etdirilib
11:39
23 Fevral
Azərbaycan nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini və Anıtqəbiri ziyarət edib
11:27
23 Fevral
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada vəziyyətlə tanış olub
11:23
23 Fevral
Cocuq Mərcanlının tibb məntəqəsi də olacaq
11:06
23 Fevral
Xocalı soyqırımına dair ABŞ-da çəkilmiş ilk sənədli filmin Los-Ancelesdə premyerası olub
11:02
23 Fevral
İspaniyadan medallarla qayıdan cüdoçularımız böyük coşqu ilə qarşılanıblar
10:57
23 Fevral
Gürcüstan Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək
10:54
23 Fevral
İtaliyada TAP-ın çəkilişinə başlanılır
10:41
23 Fevral
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
10:40
23 Fevral
Qırğızıstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib
10:36
23 Fevral
Draqitsa Sekuliç: İon-Adriatik layihəsi Monteneqroya Azərbaycan təbii qazının çatdırılması üçün yeganə mənbədir
10:25
23 Fevral
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb
10:22
23 Fevral
Azərbaycanın Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb
10:19
23 Fevral
Yaponiya televiziyasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan veriliş yayımlanıb
10:17
23 Fevral
Britaniya parlamentində “Xocalı Sülh Mükafatı-2017” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28
HAVA HAQQINDA