Ana səhifə »  Siyasət »  Yüksək səviyyəli görüşlərin ideal məkanı
A+   Yenilə  A-
Yüksək səviyyəli görüşlərin ideal məkanı

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir
Müasir dövrün qlobal çağırışlarına cavab verən Azərbaycan ötən 25 ildə müstəqil və balanslı siyasət yürüdərək dünya düzənində öz yerini və rolunu möhkəmləndirməyə, böyük dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıqlar qurmağa çalışıb və əminliklə demək olar ki, buna nail olub. Təbii ki, ötən dövrün tarixinə qısaca olaraq nəzər yetirsək, bir daha bu reallığın şahidi olarıq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ABŞ, Rusiya kimi güc mərkəzləri, Avropa ölkələri, eləcə də qonşu və digər region dövlətləri ilə qurulan möhkəm əlaqələr, BMT, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda uğurlu təmsilçilik, NATO, Avropa İttifaqı və s. nüfuzlu təşkilatlarla qarşılıqlı hörmət və maraqlar əsasında davam etdirilən əməkdaşlıq buna əyani sübutdur. Bütün bunlarla yanaşı, ölkəmiz 25 illik qısa zaman kəsiyində qlobal layihələrin təşəbbüskarı və iştirakçısı kimi də bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Bu gün tam gücü ilə işləyən BTC, BTƏ neft-qaz kəmərlərini, eləcə də bütün dünyanın diqqət mərkəzində olan və dəstəklənən “Cənub Qaz Dəhlizi” layihəsini qeyd etmək kifayətdir. Sadaladığımız bu və digər faktlar ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına, etibarlı tərəfdaş kimi tanınmasına əyani sübutdur.
Nə üçün məhz Azərbaycan?..
Dünyanın diqqət mərkəzində olan, beynəlxalq aləmdə iqtisadi, siyasi və humanitar mərkəz kimi tanınan Azərbaycan, eyni zamanda, bir çox hallarda beynəlxalq əməkdaşlıqların qurulduğu məkan kimi də tanınır. Mütəmadi olaraq paytaxt Bakıda, demək olar ki, bütün dünyanı əhatə edən qlobal tədbirlər, humanitar forumlar, maraqla izlənilən beynəlxalq idman yarışları keçirilir. Respublikamıza gələn qonaqlar inkişafın Azərbaycan modelini öz gözləri ilə görür, ölkəmizin kifayət qədər sabit, təhlükəsiz olduğunu xüsusi olaraq vurğulayırlar. Sözsüz ki, qeyd etdiyimiz bu uğurlar Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili və xarici siyasətin bəhrələridir.
Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirildi. Burada maraqlı bir məqam ortaya çıxır. Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu halda, nə üçün məhz Azərbaycan seçilib? Təbii ki, bu, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu görüş ölkəmizin dünya miqyaslı, nüfuzlu dövlət olmasının, ona böyük hörmətlə yanaşılmasının, etimad göstərilməsinin əyani təzahürüdür.
Liderlər Azərbaycanı etibarlı tərəfdaş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, Onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər
Qeyd etdiyimiz kimi, Azərbaycan dünyanın supergücləri olan ABŞ və Rusiya ilə kifayət qədər yaxın münasibətlər qurub, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri mövcuddur. Bu gün hər iki lider Azərbaycanı etibarlı tərəfdaş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, Onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, D.Tramp və V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və Onun fəaliyyətini təqdir ediblər.
Ötən ilin noyabr ayında möhtərəm Prezidentimiz İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edərək onu qələbəsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. Donald Tramp isə göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.
Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də dövlət başçımız cənab İlham Əliyevlə görüşlərində və telefon danışıqlarında Onun qətiyyətli və dünya miqyasında layiqli lider olduğunu bildirir, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq vurğulayır.
Ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təkliflər verir
Ölkəmizin dünya miqyasında nüfuzunu yüksəldən əsas amillərdən biri də məhz beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığıdır. Bu sırada BMT-ni xüsusi qeyd etmək lazımdır. Təşkilatla Azərbaycan arasındakı 25 illik əməkdaşlıq tarixini uğurlu və faydalı hesab etmək olar. Münasibətlərimizin ən uğurlu məqamlarından biri ölkəmizin 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Gənc, müstəqil Azərbaycanın 155 ölkənin səsini qazanaraq bu uğura imza atması, doğrudan da, mühüm hadisə idi. Ölkəmiz bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib. Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti həm də bütün bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir. Təbii ki, bu uğurlu yolun əsası “Əsrin müqaviləsi”ndən başlanır. Tarixə nəzər salsaq, “Əsrin müqaviləsi”nin Azərbaycan üçün nə qədər əhəmiyyətli bir layihə olduğunu görərik. Belə ki, 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlanıldı. “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilib. 2012-ci ildə Türkiyə və Azərbaycan Trans-Anadolu kəmərinin (TANAP) tikintisi ilə bağlı razılığa gəliblər. TANAP layihəsi də tarixi bir hadisədir. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, məhz TANAP layihəsinin razılaşdırılmasından sonra “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başlayıb: “2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub Qaz Dəhlizi”nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik”.
Qlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçısı
Bu gün Azərbaycan, həmçinin mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biri kimi də çıxış edir. Ölkəmizin həyata keçirdiyi siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Ötən ay Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında çıxışı zamanı möhtərəm Prezidentimiz bu və digər məqamlara aydınlıq gətirdi: “Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olmuşdur... Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq...”
Qeyd edək ki, ölkəmiz “Şimal-Cənub” layihəsi üzərində də çalışır. Bu layihə Hindistanı, İranı, Azərbaycanı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Layihənin Azərbaycan ərazisinə aid hissəsi artıq tamamlanıb. Möhtərəm Prezidentimiz ümidvar olduğunu bildirir ki, yaxın iki ildə bu layihə İpək Yoluna inteqrasiya olunacaq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.
Bu gün Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında da fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Buna misal olaraq Azərbaycanın Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynamasını göstərə bilərik. Təbii ki, kifayət qədər bu cür nümunələr göstərmək olar. Bu həm də ölkəmizin regionda mehriban qonşuluq siyasəti yürütdüyünü, sülhsevər olduğunu təsdiqləyir.
Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, NATO, eyni zamanda, KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Ölkəmiz yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və s. əməkdaşlıq formatlarını buna əyani sübut kimi göstərmək olar.
Bir sözlə, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.
Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru

 
  • Oxunub:  1140  |  
  • Tarix:  17-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir

17:45
24 Fevral
Mehriban Əliyeva: Sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir
17:16
24 Fevral
Yusif Çınar: Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir
17:10
24 Fevral
Bakıda “Rusiya və Azərbaycan: 25 illik əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilir
16:43
24 Fevral
Şahin İsmayılov: Beynəlxalq təcrübəyə əsaslanaraq Xocalı təqaüdü təsis edilsin
16:36
24 Fevral
Milli Məclis Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul etdi
16:27
24 Fevral
Hikmət Babaoğlu: Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində biz Xocalıya dönəcəyik və Xocalı soyqırımının şahidləri Xocalının yenidən inşa edilməsinin şahidi olacaqlar
16:23
24 Fevral
Xocalı soyqırımı XX əsrin ən qanlı faciələrindəndir
16:10
24 Fevral
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yeni normativ-hüquqi aktların layihələrini müzakirə edib
15:43
24 Fevral
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib
15:16
24 Fevral
Bahar Muradova: Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik
14:55
24 Fevral
Numan Kurtulmuş: Beynəlxalq ictimaiyyət Xocalı qətliamına biganə qalmamalıdır
14:31
24 Fevral
Nazir Mahmud Əli Yusuf: Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması üçün səylərimizi əsirgəməyəcəyik
14:16
24 Fevral
Siyavuş Novruzov: Xocalı soyqırımında əli olanların nə vaxtsa tutulacağını, məhkəmə qurulacağını gözləməməliyik
14:10
24 Fevral
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:04
24 Fevral
Azərbaycan ilə Cibuti arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
13:51
24 Fevral
Ziyafət Əsgərov: Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsini verir
12:45
24 Fevral
Oqtay Əsədov: Xocalı soyqırımını törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək
12:43
24 Fevral
BMT Baş katibinə Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat təqdim olunub
12:29
24 Fevral
Elmira Süleymanova: Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır
12:17
24 Fevral
Milli Məclisdə “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə edilir
12:03
24 Fevral
Dağlıq Qarabağın azərbaycanlı icması dünya birliyini Xocalı qətliamını soyqırımı aktı kimi tanımağa çağırır
11:33
24 Fevral
Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin sədri V Qlobal Bakı Forumda iştirak edəcək
11:28
24 Fevral
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 70 dəfə pozub
11:15
24 Fevral
Vyetnamda “Xocalı soyqırımı. 25 illik cəzasızlıq” adlı konfrans keçirilib
11:07
24 Fevral
Naxçıvanda “Qan yaddaşımız: Xocalı” adlı rəsm sərgisi açılıb
10:47
24 Fevral
Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
10:44
24 Fevral
Ağdam rayonunun Mirəşirli kəndində 2 ədəd partlamış hərbi sursatın qalıqları götürülüb
10:38
24 Fevral
ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan bəyannamə qəbul edib
10:30
24 Fevral
Niderland parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
10:25
24 Fevral
Bakı Slavyan Universitetində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
10:07
24 Fevral
Prezident İlham Əliyev Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:55
23 Fevral
Robin Danniqan: ABŞ Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır
17:53
23 Fevral
Musa Quliyev: Xocalı soyqırımının dünyada tanınması istiqamətində bundan sonra da işlər davam edəcək
17:52
23 Fevral
Elman Məmmədov: Hər bir azərbaycanlı Xocalı qətliamının dünyada tanıdılması işində iştirak etməlidir
17:49
23 Fevral
Azərbaycanda ixtisaslaşmış işçi qüvvəsinə tələbatın təhlili və monitorinqinə dair təqdimat keçirilib
17:46
23 Fevral
Məlahət İbrahimqızı: Xocalı soyqırımı ermənilər tərəfindən insanlığa qarşı törədilmiş cinayətdir
17:44
23 Fevral
II İliya: Gürcüstan tərəfi Qafqaz Müsəlmanları İdarəsinin Bakıda keçirəcəyi konfransda yaxından iştirak edəcək
17:31
23 Fevral
Maroş Şefçoviç: Avropa Komissiyası Azərbaycan qazının Türkiyəyə və Avropaya çatdırılması üçün səylərini əsirgəməyəcək
17:09
23 Fevral
Bolqarıstanın sabiq Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək
16:55
23 Fevral
Özbəkistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşula bilər
16:49
23 Fevral
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilib
16:01
23 Fevral
Abid Şərifov: Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə əlaqələr quran ilk dövlətlərdən biridir
15:52
23 Fevral
Prezident İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
15:49
23 Fevral
İordaniyanın “7stars TV” telekanalında Xocalı soyqırımı ilə bağlı reportaj yayımlanıb
15:41
23 Fevral
Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycana səfər edəcək
15:17
23 Fevral
ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qətliamının 25 illiyi ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması kampaniyası keçirir
15:08
23 Fevral
Səfir: Azərbaycan Küveyt üçün mühüm tərəfdaşdır
14:40
23 Fevral
Xocalı faciəsini dünyaya tanıtmaq ədalətin bərpasına çağırışdır
14:16
23 Fevral
Eldar İbrahimov: Hər bir cəmiyyətin sağlam inkişafı üçün ən vacib şərtlərdən biri də ərzaq təhlükəsizliyi və qida təhlükəsizliyidir
13:56
23 Fevral
Fəzail İbrahimli: Xocalı soyqırımının tanıdılması istiqamətində dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir
13:52
23 Fevral
Vyanada ATƏT PA-nın 16-cı qış sessiyası işə başlayıb
13:43
23 Fevral
İslam həmrəyliyi ilə bağlı görülən işlər bu dinin gözdən salınması istiqamətində kampaniyaya ciddi zərbə vuracaq
13:18
23 Fevral
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşü olub
12:25
23 Fevral
Azərbaycan-Ukrayna əlaqələri: Ötən 25 il mühüm uğurlarla xarakterizə olunur
12:10
23 Fevral
Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb
12:00
23 Fevral
Xocalı soyqırımına həsr olunan “Sonsuz dəhliz” filmi Əddis-Əbəbədə nümayiş etdirilib
11:39
23 Fevral
Azərbaycan nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini və Anıtqəbiri ziyarət edib
11:27
23 Fevral
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada vəziyyətlə tanış olub
11:23
23 Fevral
Cocuq Mərcanlının tibb məntəqəsi də olacaq
11:06
23 Fevral
Xocalı soyqırımına dair ABŞ-da çəkilmiş ilk sənədli filmin Los-Ancelesdə premyerası olub
11:02
23 Fevral
İspaniyadan medallarla qayıdan cüdoçularımız böyük coşqu ilə qarşılanıblar
10:57
23 Fevral
Gürcüstan Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək
10:54
23 Fevral
İtaliyada TAP-ın çəkilişinə başlanılır
10:41
23 Fevral
Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
10:40
23 Fevral
Qırğızıstanda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib
10:36
23 Fevral
Draqitsa Sekuliç: İon-Adriatik layihəsi Monteneqroya Azərbaycan təbii qazının çatdırılması üçün yeganə mənbədir
10:25
23 Fevral
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı işə başlayıb
10:22
23 Fevral
Azərbaycanın Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb
10:19
23 Fevral
Yaponiya televiziyasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan veriliş yayımlanıb
10:17
23 Fevral
Britaniya parlamentində “Xocalı Sülh Mükafatı-2017” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28
HAVA HAQQINDA