Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendum” dünya birliyi tərəfindən tanınmayacaq

Əli Əhmədov: Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendum” dünya birliyi tərəfindən tanınmayacaq

17.02.2017 [09:55]

Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan qanunsuz “referendum” dünya birliyi tərəfindən tanınmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi qeyri-qanuni “referendum”a münasibət bildirərkən deyib.
Baş nazirin müavini bildirib ki, istər ölkələr, istərsə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab edir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb. Problemin bu günə qədər həll olunmaması bu yanaşmanı dəyişməyib.
Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Bir qarış torpağımız belə Azərbaycan ərazisindən ayrıla bilməz. O ki qaldı, ermənilərin “referendum” keçirməsinə, bunun bütövlükdə problemin həllinə, Dağlıq Qarabağın Azərbaycana aid olub-olmaması məsələsinə elə bir aidiyyəti yoxdur. Təbii ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar bu “referendum”u tanımayacaq. “Referendum” və onun nəticələri Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər əraziləri ilə bağlı mövqeyinə hər hansı təsir göstərməyəcək. Bu, sadəcə olaraq münaqişənin nizamlanması ilə bağlı aparılan işlərin müəyyən qədər çətinliyə salınması məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlardan biri kimi qiymətləndirilə bilər.

Paylaş:
Baxılıb: 367 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31